Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-20/2023 18.01.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 01 dekabr 2022-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 8.300 (səkkiz min üç yüz) manat məbləğində pulun və ödədiyi 103 (bir yüz üç) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin “27” dekabr 2022-ci il tarixdə keçirilən hazırlıq iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etmiş, ərizə məhkəmə iclasında müzakirə edilmiş, iddiaçının iddia tələbinin həcminin azaldılması barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, məhkəmənin “27” dekabr 2022-ci il tarixli, 2(090)-243/2022 nömrəli qərardadı ilə iddia tələbinin həcmi azaldılmış və mülki işə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7.300 (yeddi min üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi” tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı oğluna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı məhkəmənin ünvanına 12 yanvar 2023-cü il tarixdə daxil olmuş “11” yanvar 2022-ci il tarixli ərizəsində Şahbuz Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə məhkəmədən kənar barışıq əldə etdiklərindən, iddia tələbindən imtina etdiyini, 2(090)-20/2023 nömrəli mülki iş üzrə barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasına gəlməmişlər, lakin məhkəmənin ünvanına 12 yanvar 2023-cü il tarixdə daxil olmuş “11” yanvar 2023-cü il tarixli ərizələrində Şahbuz Rayon Məhkəməsində İddiaçı onlara qarşı pul tələbinə dair iddia qaldırdığını, İddiaçı ilə məhkəmədən kənar barışıq əldə etdiklərindən, 2(090)- 20/2023 nömrəli mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı və cavabdehlərin ərizələrini, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilən və tədqiq edilərək iş materiallarına əlavə edilən üç bənddən ibarət barışıq sazişindən görünür ki, tərəflər öz aralarında aşağıdakı şərtlərlə 11 yanvar 2022-ci il tarixli barışıq sazişi bağlamışlar:
1. İddiaçı ümumilikdə tələb etdiyi 7.300 (yeddi min üç yüz) manat məbləğində pulun Cavabdeh2 tərəfindən 2.000 (iki min) manatını barışıq sazişi bağlandığı vaxtdan bir ay müddətində tam şəkildə qaytaracağına, eyni zamanda həmin borcdan qalan 3.400 (üç min dörd yüz) manatı isə 01 fevral 2023-cü il tarixdən başlayaraq 34 (otuz dörd) ay müddətində hər ay 100 (bir yüz) manat ödəməyi öhdəsinə götürdüyündən, digər Cavabdeh1 isə qalıq borc olan 1.900 (bir min doqquz yüz) manat məbləğində pulu 2023-cü ilin avqust ayının 1-dək ödəməyi öhdəsinə götürdüyündən, cavabdehlərin hazırki barışıq mövqeyini qəbul edir və bu barədə iş üzrə ərizə verməklə iddia tələbi üzrə icraata xitam verilməsinə öz razılığını bildirir.
2. Cavabdeh2 sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı tələb etdiyi 7.300 (yeddi min üç yüz) manat məbləğində pulun 2.000 (iki min) manatını barışıq sazişi bağlandığı vaxtdan bir ay müddətində tam şəkildə qaytaracağına, eyni zamanda həmin borcdan qalan 3.400 (üç min dörd yüz) manat pulu isə 01 fevral 2023-cü il tarixdən başlayaraq 34 (otuz dörd) ay müddətində hər ay 100 (bir yüz) manat olmaqla öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir.
3. Cavabdeh1 sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı tələb etdiyi 7.300 (yeddi min üç yüz) manat məbləğində puldan qalıq borc olan 1.900 (bir min doqquz yüz) manatını 2023-cü ilin avqust ayının 1-dək ödəməyi öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. İddiaçının və cavabdehlərin ərizələrindən aydın olur ki, tərəflər artıq barışmışlar, barışıq sazişinin nəticəsi onlara aydındır. Buna görə də barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Belə ki, tərəflərin barışmaları ilə əlaqədar olaraq, iddia məhkəmədə baxılması üçün müdafiə olunmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixdə ********** nömrəli qəbzlə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon filialına 103 (bir yüz üç) manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair 2(090)- 20/2023 nömrəli mülki iş üzrə aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı ümumilikdə tələb etdiyi 7.300 (yeddi min üç yüz) manat məbləğində pulun Cavabdeh2 tərəfindən 2.000 (iki min) manatını barışıq sazişi bağlandığı vaxtdan bir ay müddətində tam şəkildə qaytaracağına, eyni zamanda həmin borcdan qalan 3.400 (üç min dörd yüz) manatı isə 01 fevral 2023-cü il tarixdən başlayaraq 34 (otuz dörd) ay müddətində hər ay 100 (bir yüz) manat ödəməyi öhdəsinə götürdüyündən, digər Cavabdeh1 isə qalıq borc olan 1.900 (bir min doqquz yüz) manat məbləğində pulu 2023-cü ilin avqust ayının 1-dək ödəməyi öhdəsinə götürdüyündən, cavabdehlərin hazırki barışıq mövqeyini qəbul edir və bu barədə iş üzrə ərizə verməklə iddia tələbi üzrə icraata xitam verilməsinə öz razılığını bildirir.
2. Cavabdeh2 sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı tələb etdiyi 7.300 (yeddi min üç yüz) manat məbləğində pulun 2.000 (iki min) manatını barışıq sazişi bağlandığı vaxtdan bir ay müddətində tam şəkildə qaytaracağına, eyni zamanda həmin borcdan qalan 3.400 (üç min dörd yüz) manat pulu isə 01 fevral 2023-cü il tarixdən başlayaraq 34 (otuz dörd) ay müddətində hər ay 100 (bir yüz) manat olmaqla öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir.
3. Cavabdeh1 sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı tələb etdiyi 7.300 (yeddi min üç yüz) manat məbləğində puldan qalıq borc olan 1.900 (bir min doqquz yüz) manatını 2023-cü ilin avqust ayının 1-dək ödəməyi öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. Mülki işin icraatına xitam verilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon filialına xx.xx.2022-ci il tarixdə ********** nömrəli qəbzlə 103 (bir yüz üç) manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Daşqın Səfərov.