Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-206/2023 13.07.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bu günə kimi onun xeyrinə ödənilməli olan, lakin ödənilməmiş 1.100 (bir min yüz) manat miqdarında və ödənilmiş 32 manat pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, aşağıda göstərilənlərə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehin mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1.8.-ci maddəsinə görə cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı 14 aprel 2023-cü il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisində Cavabdeh ilə kredit müqaviləsi bağlamışdır. Həmin müqavilənin 7-ci bəndində göstərilmişdir ki, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, müqavilə ilə nəzərdə tutulmuş qaydada borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınmalı olduğu halda, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etməsinə dair sənəd təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən ödənilmiş 32 (otuz iki) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəninin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 152.1.6, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 32 (otuz iki) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-206/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-206/2023
13.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver