Məhkəmə qərarları › İş №2(090)-208/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-208/2024

14.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-208/2024 14.11.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 500 (beş yüz) manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxx 1983-cü ildə Babək rayon Nehrəm kəndində (indiki Nehrəm qəsəbəsində) anadan olduğunu, hazırda orda yaşadığını, Babək qəsəbəsində telefon dükanın olduğunu, telefon satışı ilə məşğul olduğunu, həmkəndlisi Elvinin Şahbuz rayon Güney Qışlaq kəndində heyvan alarkən Cavabdehlə tanış olduğunu, Cavabdeh ona mobil telefon almaq istədiyini bildirdiyini, Elvinin də onun telefon nömrəsini cavabdehə verdiyini, Cavabdeh ona zəng vurub telefon almaq istədiyini və Nehrəm qəsəbəsindəki maqazinə gəldiyini, bu ilin aprel ayının 15-də onun özündən Redmi 13C markalı telefon aldığını, qiymətini 500 manata razılaşdığını, özünün bu danışıqlarını telefonu ilə videosunu çəkdiyini, ilkin olaraq 30 manat, gələn ayın 15-nə 150 manat, həmin ayın axırı 50 manat, qalan 270 manatı isə növbəti bir ayın içində iki dəfəyə ödəyəcəyinə söz verdiyini elə razılaşdıqlarını və bunları öz şəxsiyyət vəsiqəsinin surətinin arxasına yazıb ona verdiyini, lakin telefonu alıb gedəndən sonra 1 manat belə olsun ödəniş etmədiyini, dəfələrlə onunla telefon danışığının olduğunu, ödəyəcəyinə söz verdiyini, lakin ödəmədiyini, eyni zamanda Cavabdeh atası ilə də telefonla danışdığını, onun da ödəyəcəyini dediyini lakin ödəmədiyini, bundan əlavə Cavabdehlə vatsap yazışmalarının da olduğunu, özünün ona pretenziya məktubu göndərərək xəbərdarlıq da etdiyini, lakin bir nəticəsinin olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində iddia ərizəsinə uyğun izahat verən İddiaçı izahatında iddiasını müdafiə etdiyini, iddia ərizəsində işin halları barədə göstərdiyini, Babək rayonu, Nehrəm qəsəbəsində telefon satışı ilə məşğul olduğunu, Cavabdehlə ortaq tanışları olduğunu, cavabdehlə ortaq tanışları olan Elvindən Yadigarın heyvan aldığını, Elvinin Yadigara onun nömrəsini verdiyini, Yadigarın müraciət edərək yoldaşının xəstə olduğunu, ev ilə əlaqə saxlaya bilmədiyini, yoldaşının telefonu olmadığını dediyini, Naxçıvan şəhərində işlədiyini, yoldaşının əlil olduğunu, birini yoldaşın, birini isə özünə olmaqla iki telefon almaq istədiyini dediyini, onun da ikisini verə bilməyəcəyini, birinin ödənişi edildikdən sonra ikincisi üçün köməklik edə biləcəyini dediyini, 2024-cü ilin fevral ayı cavabdehin mağazaya gəldiyini və telefonu götürdüyünü, telefonu götürərkən video çəkiliş də etdiklərini, cavabdehin aprel ayının 15-i və ayın axırı olmaqla, öz maaş vaxtı və yoldaşının pensiya vaxtı, iki dəfə 150 manat ödəniş etməsi, qalan pulu isə növbəti ay ödəməsi barədə öhdəlik götürdüyünü, bu barədə iddia ərizəsində qeyd etdiyini, bu barədə cavabdehin Whatsappda da yazdığını, lakin daha sonra mesajları sildiyini, daha sonra dəfələrlə zəng etdiyini, cavabdehin isə zəngləri açmadığını, cavabdehin kəndinə getdiyini, qonşularında atasının nömrəsini alaraq ona zəng etdiyini, atasının ona cavabdehin harada olduğunu bilmədiklərini və pulu özünün göndərəcəyini dediyini, şəxsiyyət vəsiqsəinin surətinin arxasında şərtləri telefonu götürdüyü gün qeyd etdiklərini və imzaladıqlarını, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən İddiaçı Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh Şahbuz rayonu, Güney Qışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış razılığa əsasən Redmi 13C markalı, İMEİ kodu **********82320 olan, 500 (beş yüz) manat dəyərində telefonu 30 manat, daha sonra 150 manat ayın 15-i verilərək, 50 manat sosial pensiya olmaqla 2 ay müddətinə ödənib bitəcəyi barədə alıcı və satıcının imzası ilə təsdiqlənmişdir. Razılaşmanın məzmunundan görünür ki, Cavabdeh İddiaçı telefona görə ümumilikdə 500 manat borcun olduğunu tərəflərin öz imzaları ilə razılaşmanı təsdiq etdiklərini və həmin pulu aylıq olaraq ödənilməsi barədə İddiaçı qarşısında öhdəlik götürübdür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Məhkəmə ilk olaraq iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçıa olan borcunu qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh öz öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının irəli sürdüyü tələb ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd olunan razılaşma əsasında İddiaçı Cavabdeh ona 500 (beş yüz) manat borclarının olduğunu qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi Cavabdeh öz imzaları ilə təsdiq etdiyi ərizəsini göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş ərizəni sübut kimi qəbul edilən hesab edir. Yuxarıda qeyd olunan iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş ərizə ilə Cavabdeh İddiaçıa 500 (beş yüz) manat borclarının olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 500 (beş yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30 manat miqdarında məhkəmə xərci cavabdehdən alınaraq İddiaçıa verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məhkəmə xərcləri alınaraq İddiaçı verilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar