Məhkəmə qərarları › İş №2(090)-234/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-234/2023

23.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-234/2023 23.10.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 33.350 (otuz üç min üç yüz əlli) manat borc məbləğinin və 190 (bir yüz doxsan) manat dövlət rüsumunun, ümumilikdə 33.540 (otuz üç min beş yüz qırx) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində bacanağı X2 vasitəsi ilə tanış olub dostluq münasibəti qurduğunu, bu yaxın münasibətindən istifadə edən Cavabdeh Qoşdar oğlunun xx.xx.2022-ci il tarixdə ondan borca pul istədiyini, o da cavabdehə yox deyə bilmədiyini və ona inanaraq 9.000 (doqquz min) manat pul borc verdiyini, xx.xx.2022-ci il tarixədək həmin pulu qaytarması barədə cavabdehlə razılaşdıqlarını, lakin Ziyafətin xx.xx.2022-ci il tarixdə ondan yenidən borca pul istədiyini, o da onun pis vəziyyətdə olduğunu görüb yaxın qohumlarından pul toplayaraq ondan istədiyi 24.350 (iyirmi dörd min üç yüz əlli) manat pulu ona borc kimi verdiyini, cavabdeh həmin aldığı borcları 2022-ci ilin dekabr ayının 12-də ona qaytaracağına dair öz xətti ilə yazılı olaraq yazıb imza ataraq söz verdiyini, razılaşmalarına əməl etmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunları qarşısında cavab verəcəyini öhdəsinə götürdüyünü, lakin cavabdeh yazılı şəkildə razılaşmaya riayət etməyərək öhdəsinə götürdüyü heç bir şərti icra etmədiyini, cavabdehə verdiyi ümumilikdə 33.350 (otuz üç min üç yüz əlli) manat borcdan bu günədək ona heç bir manat belə pul vermədiyini, cavabdehin ödəməli olduğu 33.350 (otuz üç min üç yüz əlli) manat pulu dəfələrlə ona ödəməsini tələb etsə də, hər dəfəsində onu aldadaraq bu günədək pulu ödəmədiyini, bu müddətdə onun bütün yaxınlarına (valideynlərinə, dostlarına) bunlarla bağlı müraciət etdiyini, lakin heç bir faydası olmadığınıgöstərmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı izahatında bildirdi ki, iddia ərizəsində işin halları barədə ətraflı məlumat veribdir, Cavabdeh verdiyi 33350 manat borcdan Cavabdeh 8000 manat məbləğində pulu qaytarıbdır, məhkəmədən qərar qəbul edilən zaman həmin məbləği nəzərə almasını xahiş edir. Məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, İddiaçı 33350 manat borc aldığını, həmin borcdan 8000 manatını İddiaçı qaytardığını, hal-hazırda iddiaçıya 25350 manat miqdarında borcunun olduğunu və iddianın həmin məbləğdə təmin edilməsinə etiraz etmədiyini, bu barədə məhkəməyə ərizə də verdiyini bildirmişdir. İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti Axura kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 02 avqust 2023-cü il tarixli, 02/08 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayonu, Axura kəndində yaşayır və qeydiyyatda durur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə cavabdeh Əliyev X4 rayonu, Ayrınc kəndində qeydiyyatdadır Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh imzası ilə təsdiq edilmiş 29 noyabr 2022-ci il tarixli ərizə ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı 9.000 (doqquz min) manat məbləğində borc pul almış və həmin pulu 2022-ci ilin dekabr ayının 07-nə qədər qaytaracağını bildirmişdir. İş materiallarında olan Cavabdeh imzası ilə təsdiq edilmiş 07 dekabr 2022-ci il taixli ərizə ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı 2022-ci ilin aprel ayında 24.350 (iyirmi dörd min üç yüz əlli) manat məbləğində borc pul almış və həmin pulu 2022ci ilin dekabr ayının 12-də qaytaracağına dair söz vermişdir. İddiaçı tərəfidən irəli sürülən tələblərlə bağlı işin mübahisəli halın olması cavabdehin iddiaçıya 33.350 manat borcunun olması və cavabdeh tərəfindən hazırda bu borcun ödənilməmiş olmasıdır. Məhkəmə ilk olaraq iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd olunan razılaşma əsasında İddiaçı Cavabdeh 33.350 (otuz üç min üç yüz əlli) manat məbləğində borc pul vermiş və bu halların təsdiqi ilə bağlı sübut kimi Cavabdeh imzası ilə təsdiq etdiyi ərizəsini göstərmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçı aldığı 33.350 (otuz üç min üç yüz əlli) manat borcun iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin məhkəmə baxışı zamanı İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh borcundan 8000 manat pulu ödədiyini bildirmiş və məhkəmdən nəzərə almasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı borclu olduğu 33350 manatdan 8000 manatını qaytardığını, iddiaçıya 25350 manat borcunun olduğunu bildirmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, iş üzrə Cavabdeh 25.350 (iyirmi beş min üç yüz əlli) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 190 (bir yüz doxsan) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, İddiaçı tərəfindən ödənilmiş 190 (bir yüz doxsan) manat dövlət rüsumunun iddianın təmin ediliş hissəsinə uyğun olaraq 144.40 (bir yüz qırx dörd manat, qırx qəpik) manatı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25.350 (iyirmi beş min üç yüz əlli) manat məbləğində pul və ödənilmiş 144.40 (bir yüz qırx dörd manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu, cəmi 25.494,4 (iyirmi beş min dörd yüz doxsan dörd manat, qırx qəpik) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar