Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-252/2025 06.01.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6810 (altı min səkkiz yüz on) manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 88 (səksən səkkiz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh mənim tanışımdır. Cavabdeh maddi vəziyyətinin pis olduğunu bildirərək məndən borca pui istədi. Mən də ona güvenerək, köməklik məqsədilə ona borc verməyə razı oldum. Beləliklə, 25 iyun 2023-cü il tarixində Bakı şəhəri, 36 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən mən 9525 (doqquz min beş yüz iyirmi beş) manat məbləğində pulu depozit hesabı vasitəsilə Cavabdeh borca verdim. Həmin müqavilə üzrə cavabdeh 2000 (iki min) manat hissəsini xx.xx.2023-cü il tarixində, qalan 7525 (yeddi min beş yüz iyirmi beş) manatı isə 35 (otuz beş) ay, hər ay 215 (iki yüz on beş) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin bir müddət sonra mənə məlum olmuşdur ki, Cavabdeh məni aldatmış, mənim güvənimdən sui-istifadə etmişdir. O, müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bu vaxta qədər yalnız mənə müxtəlif tarixlərdə olmaqla 9525 manat məbləğində pulun müəyyən hissəsini, yəni cəmi 2715 (iki min yeddi yüz on beş) manat məbləğində pulu ödəmişdir. Sonuncu ödənişi isə 2024-cü ilin yanvar ayında 215 manat olmaqla, mənim dəfələrlə etdiyim müraciət və tələblər nəticəsində həyata keçirmişdir. Hazırki vaxtadək cavabdeh borcun qalan 6810 manat məbləğində hissəsini ödəməkdən yayınmaqda davam edir. Qeyd edim ki, mənim maddi vəziyyətim ağırdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənə həm psixoloji olaraq zərər dəymiş, həm də maddi vəziyyətim daha da pisləşmişdir. Bu qədər müddət keçməsinə baxmayaraq cavabdeh borcun qalan hissəsini ödəməyə təşəbbüs belə göstərmir. Əlavə olaraq qeyd edim ki, mən pretenziya məktubu ilə cavabdehə müraciət etsəm də heç bir nəticəsi olmamışdır. Əvvəllər də pretenziya məktubu ilə cavabdehə müraciət etmişəm. Odur ki, onun davam etdirdiyi qanunsuz hərəkətlərinə görə məhkəməyə müraciət etmək qərarına gəlibdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdeh İddiaçı qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədə hal-hazırda Bakı şəhərində yaşadığını və orada işlədiyini, yaşayış yeri və iş yeri ilə əlaqədar olaraq məhkəmə iclasına gəlməkdə çətinlik çəkdiyini, gəlməməsini üzrlü səbəb hesab edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsinin bağlanmış olması, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli müqavilədən İddiaçı ilə Cavabdeh arasında notariat qaydada təsdiq edilmiş borc müqaviləsinin bağlanmış olması, borcalana şəxs tərəfindən xx.xx.2026-cı il tarixədək faizsiz olaraq borcun verilməsi barədə razılıq əldə olunması; - "Borc alan" 2000 (iki min) manat xx.xx.2023-cü il tarixində, 7525 (yeddi min beş yüz iyirmi beş) manatı isə 35 (otuz beş) ay hər ay 215 (iki yüz on beş) manat olmaqla ödəməyi öhdəsinə götürür. Məhkəmə iddiaçının cavabdehdən İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixli notariat qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən 6810 (altı min səkkiz yüz on) manat əsas borcun tutulması ilə bağlı işin mübahisəli halını nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbinin qanuni əsasını təşkil edən kredit müqaviləsinin anlayışına aydınlıq gətirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. MM-in 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş notariat qaydada təsdiq edilmiş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1-ci bəndinə əsasən "Borc veren" "Borc alana" notariusun bankda açılan depozit hesabı vasitəsilə 9525 manat 00 qəpik (doqquz min beş yüz iyirmi beş manat sıfır qəpik) məbləğində pul borc verir. - müqavilənin 2-ci bəndinə əsasən "Borc alan" krediti xx.xx.2026 (iyirmi beş iyun iki min iyirmi altıncı il) tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. "Borc alan" 2000 (iki min) manat xx.xx.2023-cü il tarixində, 7525 (yeddi min beş yüz iyirmi beş) manatı isə 35 (otuz beş) ay hər ay 215 (iki yüz on beş) manat olmaqla ödəməyi öhdəsinə götürür. - müqavilənin 3-cü bəndinə əsasən Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. - müqavilənin 9-cu bəndinə əsasən Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. Məhkəmə iddiaçının ərizəsini, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin olunmalıdır. MPM-in 107-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 6810 (altı min səkkiz yüz on) manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 88 (səksən səkkiz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 6810 (altı min səkkiz yüz on) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 88 (səksən səkkiz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vaistəsilə) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-252/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-252/2025
06.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver