Məhkəmə qərarları › İş №2(090)-270/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-270/2023

27.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-270/2023 27.10.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 900 (doqquz yüz) manat borcun, Cavabdeh2 250 (iki yüz əlli) manat borcun və dövlət rüsumu olaraq ödədiyi 32 (otuz iki) manat, cəmi 1.182 (bir min bir yüz səksən iki) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin ünvanına 19 oktyabr 2023-cü il tarixdə daxil olmuş ərizəsində Şahbuz Rayon Məhkəməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə məhkəmədən kənar barışıq əldə etdiklərini, bu səbəbdən də iddia tələbindən imtina etdiyini, 2(090)-270/2023 nömrəli mülki iş üzrə barışıq sazişinin təsdiq edilərək mülki işin məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq gəlməmişlər, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şahbuz Rayon Məhkəməsinin ünvanına 19 oktyabr 2023-cü il tarixdə daxil olmuş ərizələrində Şahbuz Rayon Məhkəməsində İddiaçı onlara qarşı pul tələbinə dair iddia qaldırdığını, İddiaçı ilə məhkəmədən kənar barışıq əldə etdiklərini, bu səbəbdən də 2(090)-270/2023 nömrəli mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsini, mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etdiklərini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsinə etirazlarının olmadığını qeyd etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və cavabdehlərin ərizələrini, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilən və tədqiq edilərək iş materiallarına əlavə edilən üç bənddən ibarət barışıq sazişindən görünür ki, tərəflər öz aralarında aşağıdakı şərtlərlə 19 oktyabr 2023-cü il tarixli barışıq sazişi bağlamışdır:

1. İddiaçı ümumilikdə tələb etdiyi 1.150 (bir min bir yüz əlli) manat məbləğində pulun Cavabdeh2 tərəfindən 200 (iki yüz) manatını 01 noyabr 2023-cü il tarixdən başlayaraq 4 (dörd) ay müddətində hər ay 50 (əlli) manat ödəməyi öhdəsinə götürdüyündən, digər Cavabdeh1 isə 900 (doqquz yüz) manat məbləğində pulu 01 noyabr 2023-cü il tarixdən başlayaraq 8 (səkkiz) ay müddətində hər ay 50 (əlli) manat, qalan borcu isə hər ay 100 (bir yüz ) manat olmaqla 5 ay ərzində ödəməyi öhdəsinə götürdüyündən, cavabdehlərin hazırki barışıq mövqeyini qəbul edir və bu barədə iş üzrə ərizə verməklə iddia tələb üzrə icraata xitam verilməsinə öz razılığını bildirir.

2. Cavabdeh2 sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı tələb etdiyi 200 (iki yüz) manat məbləğində pulu 01 noyabr 2023-cü il tarixdən başlayaraq 4 (dörd) ay müddətində hər ay 50 (əlli) manat şəkildə qaytaracağını öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir.

3. Cavabdeh1 sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı tələb etdiyi 900 (doqquz yüz) manat məbləğində pulu 8 (səkkiz) ay müddətində hər ay 50 (əlli) manat, qalan borcu isə hər ay 100 (bir yüz) manat olmaqla 5 ay ərzində ödəməyi öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. İddiaçının və cavabdehlərin ərizələrindən aydın oldu ki, tərəflər artıq barışmışlar, barışıq sazişinin nəticəsi onlara aydındır. Buna görə də barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Belə ki, tərəflərin barışmaları ilə əlaqədar olaraq, iddia məhkəmədə baxılması üçün müdafiə olunmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Həmin məcəllənin 191.2-1-ci maddəsinə görə tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Şahbuz filialı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz ilə ödənilmiş 32 (otuz iki) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair 2(090)- 270/2023 nömrəli mülki iş üzrə aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı ümumilikdə tələb etdiyi 1.150 (bir min bir yüz əlli) manat məbləğində pulun Cavabdeh2 tərəfindən 200 (iki yüz) manatını 01 noyabr 2023-cü il tarixdən başlayaraq 4 (dörd) ay müddətində hər ay 50 (əlli) manat ödəməyi öhdəsinə götürdüyündən, digər Cavabdeh1 isə 900 (doqquz yüz) manat məbləğində pulu 01 noyabr 2023-cü il tarixdən başlayaraq 8 (səkkiz) ay müddətində hər ay 50 (əlli) manat, qalan borcu isə hər ay 100 (bir yüz) manat olmaqla 5 ay ərzində ödəməyi öhdəsinə götürdüyündən, cavabdehlərin hazırki barışıq mövqeyini qəbul edir və bu barədə iş üzrə ərizə verməklə iddia tələb üzrə icraata xitam verilməsinə öz razılığını bildirir.

2. Cavabdeh2 sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı tələb etdiyi 200 (iki yüz) manat məbləğində pulu 01 noyabr 2023-cü il tarixdən başlayaraq 4 (dörd) ay müddətində hər ay 50 (əlli) manat şəkildə qaytaracağını öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir.

3. Cavabdeh1 sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı tələb etdiyi 900 (doqquz yüz) manat məbləğində pulu 8 (səkkiz) ay müddətində hər ay 50 (əlli) manat, qalan borcu isə hər ay 100 (bir yüz) manat olmaqla 5 ay ərzində ödəməyi öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. Mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şahbuz filialı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz ilə ödənilmiş 32 (otuz iki) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə verilə bilər.

Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar