Məhkəmə qərarları › İş №2(090)-271/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-271/2023

25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-271/2023 25.09.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən hakim əvəzi X2 iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı X3 Cavabdeh qarşı pul tələbi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinə ərazi aidiyyəti üzrə Şahbuz Rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır İş materiallarını, Elektron Məhkəmə informasiya sistemindən götürülmüş şəxsiyyət vəsiqəsi məlumatlarını nəzərdən keçirib, belə hesab edirəm ki, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə Şahbuz Rayon Məhkəməsində baxıla bilməz. Ona görə ki, Elektron Məhkəmə informasiya sistemindən götürülmüş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilmişdir ki, cavabdeh Babək rayonunun Cəhri kəndində yaşayır (qeydiyyatdadır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verir. Elektron Məhkəmə informasiya sistemindən götürülmüş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilmişdir ki, cavabdeh Babək rayonunun Cəhri kəndində yaşayır (qeydiyyatdadır). Odur ki, iddia ərizəsinə Şahbuz Rayon Məhkəmsində baxılmamalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.. İddia ərizəsi geri qaytarıldığından, hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. X3 tərəfindən 22 sentyabr 2023-cü il tarixdə 31880 nömrəli qəbzlə ödənilmiş 60 manat məbləğində dövlət rusunu ona qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Babək Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar