Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-289/2023 11.12.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı Məhərrəmova Ramı̇ lə Vaqı̇ f qızının, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 və cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçı Məhərrəmova Ramı̇ lə Vaqı̇ f qızının cavabdeh Cəlı̇ lova Cəmı̇ lə Camal qızına qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Məhərrəmova Ramı̇ lə Vaqı̇ f qızı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cəlı̇ lova Cəmı̇ lə Camal qızından 10.000 ABŞ (on min) dollar borcun və 141 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Məhərrəmova Ramı̇ lə Vaqı̇ f qızı və iddiaçının vəkili Vəkil1 11 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizə təqdim edərək pul tələbi ilə bağlı iddia qaldırdıqlarını, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Cəlı̇ lova Cəmı̇ lə Camal qızına qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə cavabdeh Cəlı̇ lova Cəmı̇ lə Camal qızının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi Vəkil2 təmsil etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh Cəlı̇ lova Cəmı̇ lə Camal qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 11 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçı Məhərrəmova Ramı̇ lə Vaqı̇ f qızının cavabdeh Cəlı̇ lova Cəmı̇ lə Camal qızına qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması və iddianın baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı və onun nümayəndəsinin ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Məhərrəmova Ramı̇ lə Vaqı̇ f qızının cavabdeh Cəlı̇ lova Cəmı̇ lə Camal qızına qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və iddiaçı Məhərrəmova Ramı̇ lə Vaqı̇ f qızı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsi ilə 17 oktyabr 2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 141 (bir yüz qırx bir) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Məhərrəmova Ramı̇ lə Vaqı̇ f qızının cavabdeh Cəlı̇ lova Cəmı̇ lə Camal qızına qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçı Məhərrəmova Ramı̇ lə Vaqı̇ f qızına geri qaytarılsın. İddiaçı Məhərrəmova Ramı̇ lə Vaqı̇ f qızı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsi ilə 17 oktyabr 2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 141 (bir yüz qırx bir) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-289/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-289/2023
11.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver