Məhkəmə qərarları › İş №2(090)-3/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-3/2022

06.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-3/2022 06.01.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus buraxılış ili 2007-ci il, DAF-YÜK markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin və buraxılış ili 2003-cü il olan SCHMİTZ markalı ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşqu ilə inzibati xəta törətməsi zamanı törətdiyi qəza nəticəsində avtomobilinə dəymiş maddi ziyana görə DAF-YÜK markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə görə 5910 manat, SCHMİTZ markalı ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşquya görə 6500 manat, əldən çıxmış faydaya görə 6300 ABŞ dolları, mənəvi ziyana görə 10000 manat və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o ona məxsus buraxılış ili 2007-ci il, DAF-YÜK markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili və buraxılış ili 2003 olan SCHMİTZ markalı ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşqu ilə "xxxx" MMC-yə məxsus beynəlxalq yükdaşımalarmı həyata keçirmək üçün 16.03.2020-ci il tarixli 14/92 nömrəli müqavilə bağlanmışdır. Eyni zamanda da ona məxsus buraxılış ili 2007-ci il, DAF-YÜK markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili və buraxılış ili 2003 olan SCHMİTZ markalı ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşqu ilə "xxxx" MMC-yə məxsus yüklərin daşınmasında qeyd edilən avtomobili idarə etməsini və bütün məsuliyyətləri daşıyan “Sürücü” vəzifəsini həyata keçirmək üçün Cavabdeh ilə 16.03.2020-ci il tarixli 14/03-16 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh ilə 16.03.2020-ci il tarixli 14/03-16 nömrəli müqavilənin 2.2.2-ci bəndinə əsasən alınan hər sənəd və qəbul edilmiş hər nəqliyyat sifarişinə görə Sahibkar qarşısında cavabdehdir və məsuliyyət daşıyır. Həmin müqavilənin 2.2.6-cı bəndinə əsasən Sürücü yükləmə və boşaltma prosesində, həmçinin nəqliyyat zamanı, daşman yükün və nəqliyyat vasitəsinin bütövlüyü və təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 4-cü bəndinə əsasən isə cavabdeh olan sürücü TİR Carnets (Karnst-PK) istifadə zamanı pozuntulara yol verilərsə, cərimələr və digər xərclər sürücünün hesabına ödənilir. Cavabdeh ona məxsus qeyd edilən yük avtomobili və qoşqusu ilə birlikdə 20 may 2020-ci il tarixdə saat 09:00 radələrində Oryol-Bryansk-Smolensk avtomobil yolunun 24-cü km+000-də hərəkət edərkən inzibati xəta törədərək idarə etdiyi avtomobili, yarımqoşqunu və daşıdığı yükü zədələmişdir və törətdiyi xəta nəticədə ona məxsus olan buraxılış ili 2007-ci il, DAF-YÜK markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə və buraxılış ili 2003 olan SCHMİTZ markalı ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşquya ciddi ziyan dəymişdir. DAF markalı avtomobilə dəymiş ziyan-1) 1 ədəd Kabinə-2000 manat, 2) 3 ədəd sağ güzgülər- 300 manat, 3) 1+2 ədəd Sağ pilləkanlar-200+100=300 manat, 4) 4 ədəd kabinənin amartizatorları-200 manat, 5) 1 ədəd günlük-200 manat, 6) 1 ədəd külək yaran-600 manat, 7) 1 ədəd sağ tərəfin tərəzisi-110 manat, 8) 1 ədəd qabaq güzgü-100 manat, 9) 1 ədəd kabinənin başqa kabinə ilə əvəz olunması-500 manat, 10) dəmirçi-500 manat, 11) Rəngsaz-500 manat, 12) Elektrik-300 manat və çilingər-300 manat olmaqla cəmi 5910 manat təşkil edir. SCHMİTZ markalı yarımqoşquya dəymiş ziyan-1) Arxa qapıların təmiri-300 manat, 2) sağ divar hissəsinin yenisi ilə əvəz olunması-4000 manat, 3) arxa dirəyin bərpa olunması- 200 manat, 4) ön dirəyin bərpa olunması-300 manat, 5) aşağı və yuxarı dirəyin bərpaolunması-500 manat, 6) içəri sağ yuxarı dirəylərin bərpa olunması-400 manat, 7) Rəngsaz- 600 manat və 8) qaynaqçı-200 manat olmaqla cəmi 6500 manat təşkil edir. Eyni zamanda yük avtomobili və yarımqoşqudan hər ay 700 ABŞ dolları gəlir əldə edirdi ki, O, 20.05.2020-ci il tarixdən 01.03.2021-ci il tarixədək orta hesabla 6300 ABŞ dolları (9 ayX700 ABŞ dolları=6300 ABŞ dolları) məbləğində gəlirdən məhrum olmuşdur. O, ona dəymiş maddi ziyanın ödənilməsi üçün dəfələrlə cavabdehə xəbərdarlıq etmək istəsə də alınmamışdır. Bu isə onun hüquqlarımın kobud şəkildə pozulması deməkdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olub. Hesab edir ki, iddia tələbi mövcud qanunvericiliyin müvafiq tələblərinə əsasən öz müsbət həllini tapacaqdır. Sonda iddiaçı iddia tələbinin hüquqi əsası kim Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarının və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarın bir sıra müddəalarına istinad edərək Cavabdeh ona məxsus buraxılış ili 2007-ci il, DAF- YUK markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili və buraxılış ili 2003 olan SCHMİTZ markalı ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşqu ilə inzibati xəta törətməsi zamanı törətdiyi qəza nəticəsində avtomobilinə dəymiş maddi ziyana görə DAF-YÜK markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə görə 5910 manat, SCHMİTZ markalı ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşquya görə 6500 manat, əldən çıxmış faydaya görə 6300 ABŞ dolları, mənəvi ziyana görə 10000 manat və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, 06.01.2022-ci il saat 12:00 tarixinə təyin olunmuş məhkəmə baxışı iclasında yüksək qan təzyiqi səbəbindən iştirak edə bilməyəcəyindən, mülki işə onun iştirakı olmadan baxıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də, işə İddiaçı iştirakı olmadan baxılmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, о məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 16 dekabr 2021-ci tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh qismində iştirak edən Cavabdeh izahatında bildirdi ki, həqiqətən də 20 may 2020-ci il tarixdə onun idarə etdiyi DAF-YÜK markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili və buraxılış ili 2003 olan SCHMİTZ markalı ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşqu Oryol-Bryansk-Smolensk avtomobil yolunda aşıbdır, buna səbəb isə onun qarşısına anidən maşının çıxması olubdur, o maşını kənara çəkib, əgər çəkməsə idi o biri maşının üstünə çıxmalı olacaqdı, lakin onu etməyibdir, nəticədə onun idarə etdiyi maşın aşıbdır, həmin polis işçiləri hadisə yerinə gəliblər, hadisəni araşdırıblar, lakin o biri maşını tapa bilməyiblər, maşında olan yük Zakir adlı şəxsin olubdur, o maşını ayağa qaldırmaq üçün yükü boşaltdırıb, saatı 300 rubla fəhlə tutubdur, sonra başqa maşın gətizdirib yükü yığıb zavoda aparıbdır, o malı və maşını orda qoymayıbdır, o həmin vaxt 6000 manat xərc çəkib, apardığı malı zavoda təhvil veribdir, 600 ABŞ dollarıda malların bağlanmasına veribdir, əlavə maşını düzəltdirib, 700 litr yanacaq vurubdur, üç gün qaldıqdan sonra maşını Bakı şəhərinə gətiribdir. Sonda cavabdeh göstərilənləri nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh bildirdi ki, maşın yan üstə aşıbdır, maşının arxa qapısına heç nə olmayıbdır, maşının aynası qırılıb, şüşəsi sınıbdır, o maşını düzəltdirib, gətirib Azərbaycana, o Rusiyadan gəlməyə 15000 manat xərc çəkibdir, maşının matorunun yağına, hər hissəsinə baxıbdır, o Bakıya gələndən sonra İddiaçı ilə danışıb, maşını cəmi 5000 manata düzəltdirirdi, sonra iddiaçı ona zəng edib “5000 manata düzəldəcəyini deyənlər normal adamlar deyil maşını başqa yerdə düzəltdirəcəm” deyibdir, iddiaçı son söz olaraq ona “12000 manat pul ver bu söhbəti bağlayaq” deyibdir, o da ona “15000 manat xərc çəkmişəm, onda sən harada idin bəs” deyibdir, o daşıdığı malı təhvil veribdir və ona xərc çəkibdir. İş materiallarında olan İQP haqqında işin qaldırılmasından imtina edilməsinə dair 20.05.2020-ci il tarixli qərardadın rəsmi qaydada tərcümə edilmiş surətindən görünür ki, 20.05.2020-ci ildə saat 09:00-da sürücü CavabdehF dövlət qeyd.işarəsi: 99AZ022AZ olan SCHMTTZ qoşqulu dövlət qeyd.işarəsi: 99BE732Az olan a/m DAF ilə Oryol-Bryansk-Smolensk avtomobil yolunun 24-cü km +000-də hərəkət edərkən və sola doğru təhlükəli döngədən keçəndə avtomobili idarəetməni itirərək maşının hərəkətin sağındakı yol kənarına fırlanmasına yol vermiş və avtomobili, qoşqunu və daşıdığı yükü (şəffaf şüşədən olan butulkalar, 52 altlıqlı, çəkisi 20020 kq) zədələmişdir. İş materiallarında olan Yol-nəqliyyat hadisəsi iştirakçıları haqqında məlumatın rəsmi qaydada tərcümə edilmiş surətindən görünür ki, Oryol-Bryansk-Smolensk avtomobil yolunun 24-cü km +000 sürücü Cavabdeh idarə etdiyi dövlət qeyd.işarəsi 99BE732Az olan DAF markalı nəqliyyat vasitəsinin YNH zamanı qabaq şüşə, sağ qapı, sağ qolu, ön bamperi, yuxarı spoyler zədələnmiş, həmçinin görünməyən zədələmələrin olması da mümkündür. Eyni zamanda dövlət qeyd.işarəsi: 99AZ022AZ olan SCHMTTZ qoşqunun YNH zamanı sağ hissəsi zədələnmiş, həmçinin görünməyən zədələnmələrin olması da mümkündür. İş materiallarında olan 10.10.2020-ci il tarixli, dəymiş zərərin hesabatından müəyyən edilir ki, 99BE732 dövlət qeydiyyat nişanlı, “DAF” markalı avtomobilinin zədələnməsi ilə əlaqədar ona dəymiş zərərin məbləği 5910 manat təşkil edir. İş materiallarında olan fiziki şəxs “Alıyev SH.M” müəssisəsi tərəfindən tərtib olunmuş dəymiş zərərin hesabatından müəyyən edilir ki, 99ZA022 dövlət qeydiyyat nişanlı, SCHMİTZ markalı yarımqoşqunun təmiri üçün çəkilmiş xərclər 6500 manat təşkil edir. İş materiallarında olan AB seriyalı, 681732 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən olunur ki, 99BE732 dövlət qeydiyyat nişanlı, DAF markalı yük avtomobili İddiaçı məxsusdur. İş materiallarında olan AB seriyalı, 699071 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən olunur ki, 99ZA022 dövlət qeydiyyat nişanlı, SCHMİTZ markalı yarımqoşqu İddiaçı məxsusdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 22 noyabr 2021-ci il tarixli, 304 saylı ekspert rəyindən “DAF” yük markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 4088,00 (dörd min səksən səkkiz) manat, (dəyişilməli hissələrinin qiyməti 2188 manat, təmir bərpa işinin qiyməti-1900 manat), “SCHMİTZ” markalı, ** ZA *** dövlət nömrə nişanlı yarımqoşqunun təmir bərpa xərcinin məbləği isə 5650,00 (beş min altı yüz əlli) manat olması müəyyən edilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarında olan 16 mart 2020-ci il tarixli, 14/03/16 saylı müqavilədən aydın olur ki, həqiqətən İddiaçı bundan sonra “Sahibkar” olaraq adlandırılacaq, digər tərəfdən Cavabdeh bundan sonra “sürücü” adlandırılacaq, tərəflər arasında qeyd olunan müqavilə bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. İş materiallarında olan 16 mart 2020-ci il tarixli, 14/03/16 saylı müqavilənin rəsmi qaydada tərcümə edilmiş surətindən: 1-ci bəndinə görə “Sahibkar” beynəlxalq malların daşınmasını təşkil edir və “Sürücü” onları “Sahibkar” ilə birlikdə yerinə yetirir. 2.2.2-ci bəndinə görə “Sürücü” alınan hər sənəd və qəbul edilmiş hər nəqliyyat sifarişinə görə “Sahibkar” qarşısında cavabdehdir və məsuliyyət. 2.2.6-cı bəndinə görə yükləmə və boşaltma prosesində, həmçinin nəqliyyat zamanı, daşınan yükün və nəqliyyat vasitəsinin bütövlüyü və təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, 99BE732 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük avtomobili və 99ZA022 dövlət qeydiyyat nişanlı, “SCHMİTZ” markalı yarımqoşqu İddiaçı mülkiyyətindədir. İddiaçı 99BE732 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük avtomobili və 99ZA022 dövlət qeydiyyat nişanlı, “SCHMİTZ” markalı yarımqoşqunu və onun idarə edilməsi ilə bağlı bütün hüquq və vəzifələri 16 mart 2021-ci il tarixli, 14/03-16 saylı müqaviləsinə əsasən Cavabdeh vermişdir. Cavabdeh müqavilə əsasında həmin 99BE732 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük avtomobili və 99ZA022 dövlət qeydiyyat nişanlı, “SCHMİTZ” markalı yarımqoşqunu 20.05.2020-ci il tarixdə saat 09:00 radələrində idarə edərkən idarəetməni itirmiş və avtomobil yarımqoşqu ilə birlikdə Oryol-Bryansk-Smolensk avtomobil yolun 24-cü km+00 yolda hərəkət edərkən, sola doğru təhlükəli döngədən keçərkən idarəetməni itirərək maşının hərəkəti sağındakı yol kənarına fırlanmasına yol vermiş və avtomobili, qoşqunu və daşıdığı yükü (şəffaf şüşədən olan butulkalar, 52 altlıqlı, çəkisi 20020 kq) zədələmiş və hadisə nəticəsində İddiaçı mülkiyyətində olan 99BE732 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük avtomobilə 4088 (dörd min səksən səkkiz) manat və 99ZA022 dövlət qeydiyyat nişanlı, “SCHMİTZ” markalı yarımqoşquya isə 5650 (beş min altı yüz əlli) manat olmaqla, ümumilikdə İddiaçı 9738 (doqquz min yeddi yüz otuz səkkiz) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə tərəfindən dəymiş ziyanın müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 304 saylı ekspert rəyinə əsasən “DAF” yük markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 4088,00 (dörd min səksən səkkiz) manat, (dəyişilməli hissələrinin qiyməti 2188 manat, təmir bərpa işinin qiyməti- 1900 manat), “SCHMİTZ” markalı, ** ZA *** dövlət nömrə nişanlı yarımqoşqunun təmir bərpa xərcinin məbləği isə 5650,00 (beş min altı yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 784-cü maddəsinə görə vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Məhkəmə aşağıdakılara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İddiaçı iddia ərizəsində cavabdehdən qəza nəticəsində “DAF” yük markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş maddi ziyana görə 5910 manat və “SCHMİTZ” markalı ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşquya 6500 manat tələb etsə də, məhkəmə tərəfindən dəymiş ziyanın müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 304 saylı ekspert rəyinə əsasən “DAF” yük markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 4088,00 (dörd min səksən səkkiz) manat, (dəyişilməli hissələrinin qiyməti 2188 manat, təmir bərpa işinin qiyməti- 1900 manat), “SCHMİTZ” markalı, ** ZA *** dövlət nömrə nişanlı yarımqoşqunun təmir bərpa xərcinin məbləği isə 5650,00 (beş min altı yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Ona görə də İddiaçı mülkiyyətində olan 99BE732 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük avtomobil 99ZA022 dövlət qeydiyyat nişanlı, “SCHMİTZ” markalı yarımqoşquya avtoqəza nəticəsində dəymiş zərərin həcminin məhkəmənin təyin etdiyi məhkəmə-əmtəəşünaslıq ekspertizasına əsasən dəymiş zərəri müəyyən edilməsi həyata keçirmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 304 saylı ekspert rəyi əsas götürülməklə müəyyən edilməsi qanunamüvafiqdir. Cavabdeh tərəfindən iddianı təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia tələbində Cavabdeh İddiaçı xeyrinə əldən çıxmış faydaya görə 6300 ABŞ dolları məbləğində pulun ödənilməsini göstərsə də, sübutlar vasitəsilə tələbini əsaslandırmamışdır. Belə ki, iddiaçı bu zərərin əmələ gəlmə səbəbini əsaslandıra bilməmiş və belə bir zərərin vurulmasını təsdiqləyən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı iddia ərizəsində yük avtomobili və yarımqoşqudan hər ay 700 ABŞ dolları gəlir əldə etdiyini, o 20.05.2020-ci il tarixdən 01.03.2021-ci il tarixədək orta hesabla 6300 ABŞ dolları (9 ayX700 ABŞ dolları=6300 ABŞ dolları) məbləğində gəlirdən məhrum olunduğunu göstərsə də, məhkəmə hesab edir ki, belə zərərin həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı əldən çıxmış faydanın ödənilməsini tələb etsə də, onun həcmini və zəruriliyini sübutlar vasitəsi ilə əsaslandırmamışdır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əldən çıxmış fayda görə zərin əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. İddianın mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2002-ci il tarixli “mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 saylı qərarının qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquq və əsas Azadlıqlarının Müdafiəsinə dair Avropa konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iddiaçı tərəfin iddiasının mənəvi ziyanla bağlı hissəsinə tənqidi yanaşaraq həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə tələbkarın iddiası birbaşa sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdrımalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərəkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. İş üzrə tədqiq olunan materiallarla müəyyən edilir ki, iddiaçı tələbinin əsası kimi istinad olunan halları - digər baş vermiş hadisədə özünün mənəvi ziyana düşməsini sübut edə biləcək hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, mübahisədəki mövqeyindən asılı olmayaraq insan hüququ və mənafeyi birbaşa dövlət tərəfindən tanınan və qorunan hüquq olduğuna görə bu hüququn müdafiə edilməməsi hüquq normaları baxımından qanunazidd yanaşma olardı. Məhkəmə tərəfindən müəyyən edilən bu hallar sözügedən mübahisə üzrə iddia tələbinin bu hissədə də rədd edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “DAF” yük markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 4.088 (dörd min səksən səkkiz) manat və “SCHMİTZ” markalı, ** ZA *** dövlət nömrə nişanlı yarımqoşquya görə isə 5.650 (beş min altı yüz əlli) manat, ümumilikdə 9.738 (doqquz min yeddi yüz otuz səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 8,80 (səkkiz manat, səksən qəpik) manatı cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9.738 (doqquz min yeddi yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 8,80 (səkkiz manat, səksən qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar