Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-32/2025 18.02.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub qızınun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 850 (səkkiz yüz əlli) manat borcun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, mən 2022-ci ilin may ayında Cavabdeh ev əşyalarımı satması üçün müraciət etmişdim. X2 həmin mebelləri mənim evimdən götürərərk 1200 manata satdığını bildirmişdir. Lakin həmin pulu indi ödüyə bilmədiyini 1 və ya 2 aya verəcəyini demişdir. Lakin bir neçə ay keçdikdən sonra 100 manat daha sonra 100 manat uzun müddət keçdikdən sonra isə 50 manat bir 50 manat bir ödəniş etmişdir. Mən pulumu həmin şəxslərdən ala bilmirəm. İzahatında da cavabdeh mənə 850 manat borcu olduğunu bildirmişdir. Onun 50 manatını mebelləri daşayan usdaya verdiyini demişdir. Mən məcburam ki, həmin pulu mülki qaydada müraciət etməklə tələb edim. İddiaçı məhkəməyə ünvanladığı teleqramda məhkəməyə sübutları təqdim etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq baxmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin iddiaçının izahatını tədqiq edən məhkəmə MPM-in 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – MM) 567-ci maddəsi təşkil edir. Həmin normaya əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatda cavabdehin İddiaçı onun barəsində yazdığı şikayət ərizəsi ilə tanış olduğu, özünün iddiaçı ilə uzun müddət yaxın rəfiqə olduqları, Fidanın 2022-ci ilin iyun ayında ona “evden köçməliyəm, mebellərimi satmaq istəyirəm, mənə kömək elə mebelləri satım” dediyini, özünün ona “«Vatsapp» statusunda paylaşaram, müştəri çıxsa satarıq” dediyini, təxminən 2 aydan sonra Fidanın ona zəng edib “evdən çıxıram, mənə kömək elə bu mebelləri sataq” dediyini, özünün ona “mənim maşın pulum yoxdu ki, sizə göndərim, mebelləri çıxarsınlar” dediyini, Fidanın ona “maşın pulunu verəcəm, sonra onları göndər gəlsin mebelləri evden çıxarsınlar” dediyini, özünün də həyat yoldaşını və 2 fəhləni onlara göndərdiyini, onların da Fidanın mebellərini oradan yığıb onlara gətirdiklərini, təxminən 2 ay mebelin onlarda qaldığını, sonra özünün adam tapdığını, həmin adama stolları, divanı, birdə yorğan-döşəyi aylıq ödəməklə satdığını, sonra həmin şəxslərdən pulları aİdıqca öz tələbatlarını ödədiyini, 2022-ci ilin axırlarında səhhətində ciddi problemlerin yarandığını, ona görə pullarını qaytara bilmədiyini, sonra ona 2 dəfə 100 manat, 2 dəfə isə 50 manat ödəniş etdiyini, özünün işləyə bilmədiyinə görə Fidana “gəl hər ay üçün sənə 50 manat pul verim” dediyini, ancaq Fidanın bu şert ilə razı olmadığını, sonra onun telefon zənglərinə cavab vermədiyini, bir müddət sonra özünün bir tanışının zəng edib “Fidan sənin şəkillərini «Feysbuk» sosial şəbəkəsində paylaşıb ki, bu dələduzdu” dediyini, özünün Fidana zəng edib “mənim 4 uşağım var niyə məni biabır edirsən” dediyini, Fidanın ise ona “əcəb etmişəm, pullarımı qaytarmasan, mən bunu davam etdirəcəm” dediyini, İddiaçı mebellərini verəndə qiymətini dediyini, amma məbləği unutduğunu, özünün tapdığı adama mebelləri 1.150 manata satdığını, pulları hissə-hissə aldığı üçün Fidanın götürmədiyini, pulları topla bir yerde verərsən dediyini, özünün Fidana bu günə 850 manat pul borclu olduğunu, həmin pulu qaytarmaq imkanın olmadığını, əgər istəsə hər ay üçün ona 50 manat verə biləcəyini bildirmiş, izahatı imzalayaraq təsdiq etmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş izahatdan cavabdeh tərəfindən sözügedən əşyaların alınması və özü tərəfindən satılması qeyd edilir. Cavabdeh iddiaçı ilə bağlamış olduğu mövcudluğunu etiraf etdiyi razılaşmadan irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 850 (səkkiz yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 850 (səkkiz yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-32/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-32/2025
18.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver