Məhkəmə qərarları › İş №2(090)-339/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-339/2023

15.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-339/2023 15.12.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini Şahbuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat borcun və dövlət rüsumu olaraq ödədiyi 174 (bir yüz yetmiş dörd) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 15 dekabr 2023-cü il tarixdə Şahbuz Rayon Məhkəməsinin ünvanına daxil olmuş ərizəsində Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırdığını, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən öz ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Şahbuz filialı vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şahbuz filialı vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar