Məhkəmə qərarları › İş №2(090)-43/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-43/2023

04.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-43/2023 04.05.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz rayon Keçili kəndində yerləşən 0.1011 ha həyətyanı torpaq sahəsindən ½ hissə payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı bildirdi ki, Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.1011 ha həyətyanı torpaq sahəsinin paylı mülkiyyət olaraq ½ hissə olmaqla Cavabdeh, ½ hissəsinin isə ona məxsus olduğunu, həmin əmlakda paylar naturada ayrılmadığından cavabdehlə aralarında mübahisələrin, narazılıqların olduğunu, bu səbəbdən də ona düşən payın naturada ayrılmasını məhkəmə qaydasında məcbur qalıb bölünməsi barədə iddia qaldırdığını bildirdi. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.1011 ha torpaq sahəsi cavabdehlə aralarında bölünməsi barədə razılıq əldə olunmayıbdır, bundan sonra da razılığın olunması mümkün deyildir, ekspertiza mərkəzinin verdiyi rəydə göstərilən bölgü ilə o razılaşır və bu barədə o, məhkəməyə ərizə də təqdim edibdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********39 reyestr nömrəli çıxarışı ilə müəyyən olunur ki, Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.1011 ha torpaq sahəsi ½ hissə pay ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20/6 nömrəli reyestr kitabının 1066 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 13 yanvar 2023-cü il tarixli, 249 nömrəli arayışa əsasən iddiaçı Kərimova X2 şəhəri, N.Naxçıvani küçəsi, ev 28 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023cü il tarixli, 331 nömrəli rəyi ilə müəyyən olunur ki, İddiaçı və Cavabdeh paylı mülkiyyətlərinə verilmiş Şahbuz Rayonu, Keçili kəndində yerləşən və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********39 reyestr nömrəli çıxarışı ilə 0.1011 hektar torpaq sahəsinin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh 1/2 (ikidə bir) hissədə təcrid olunmuş qaydada ayrılaraq verilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bölgü nəticəsində ayrılmış həyətyanı torpaq sahəsi üzrə hansı dəyişikliklərin aparılması, tərəflərin sərəncamına düşən hansı sahələrdən ibarət olması, eləcə də onların paylarına nə qədər sahələr düşdüyü rəyin təqdiqat hissəsində, eləcə də rəyə əlavə olunmuş plan-sxemdə ətraflı göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023cü il tarixli, 331 nömrəli rəydən və torpaq sahəsinin bölünməsinə dair plan-sxemdən göstərilən Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.1011 ha torpaq sahəsinin bölünməsinə dair plan-sxemdən müəyyən olunur ki, sahəsi 0.1011 ha olan həyətyanı torpaq sahəsinin döngə nöqtələri arasındakı məsafələri (1-2) 2.99 metr, (2-3) 2.42 metr, (3-4) 4.83 metr, (4-5) 4.44 metr, (5-6) 2.27 metr, (6-7) 4.37 metr, (7- 8) 4.09 metr, (8-9) 3.16 metr, (9-10) 1.92 metr, (10-11) 2.89 metr, (11-12) 3.96 metr, (12-13) 9.40 metr, (13-14) 15.83 metr, (14-15) 15.48 metr, (15-16) 15.48 metr, (16- 17) 5.02 metr, (17-18) 3.44 metr, (18-19) 8.12 metr, (19-20) 3.43 metr, (20-21) 6.40 metr, (21-22) 10.30 metr, (22-23) 8.32 metr, (23-24) 3.75 metr, (24-25) 1.28 metr, (25-26) 6.02 metr, (26-27) 21.25 metr, (27-28) 3.07 metr, (28-29) 13.58 metr, (29- 30) 0.32 metr, (30-31) 5.42 metr, (31-32) 2.62 metr, (32-33) 6.51 metr və (33-1) 9.86 metr olması müəyyən olunur. Eyni zamanda torpaq sahəsinin bölünməsinə dair plan-sxemdən 2-ci mənzil üzrə ½ hissəyə düşən həyətyanı torpaq sahəsinin döngə nöqtələri arasındakı məsafələrin (1-2) 3.36 metr, (2-3) 6.02 metr, (3-4) 1.28 metr, (4-5) 3.75 metr, (5-6) 8.32 metr, (6-7) 10.34 metr, (7-8) 6.37 metr, (8-9) 3.43 metr, (9-10) 8.12 metr, (10-11) 3.44 metr, (11-12) 5.02 metr, (12-13) 15.48 metr, (13-14) 16.12 metr, (14-15) 15.83 metr, (15-16) 9.4 metr, (16-17) 3.96 metr, (17-18) 2.89 metr, (18-19) 1.92 metr, (19-1) 13.81 metr olması müəyyən olunur Məhkəmə toplanmış sübutlara, iddiaçının izahatına və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin- 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Beləliklə, məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflərə ümumi mülkiyyət hüququ ilə mənsub olan daşınmaz əmlakda İddiaçı 1/2 hissə də payı müəyyən edilməklə adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, tərəflər arasında ümumi əmlakın bölünməsi və ya ayrılması barədə razılıq olmadığından, İddiaçı payının naturada ayrılması məhkəmə qaydasında aparılmalıdır. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********39 reyestr nömrəli çıxarışı ilə təsdiq olunur ki, Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.1011 hektar torpaq sahəsi olan daşınmaz əmlak ½ hissədə pay müəyyən olunmaqla İddiaçı və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və iş üzrə tərəflərin ümumi paylı mülkiyyəti sayılır. Tərəflər arasında ümumi əmlakın bölünməsi və ya ayrılması barədə razılıq olmadığından məhkəmə hesab edir ki, bölgü Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 331 nömrəli rəyinin tədqiqat hissəsində və torpaq sahəsinin bölünməsinə dair plan-sxemdə göstərilənlər nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********39 reyestr nömrəli çıxarış ilə qeydə alınmış Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.1011 ha torpaq sahəsindən 505,5 kv.m torpaq sahəsi naturada ayrılıb İddiaçı mülkiyyətində saxlanılmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin iddiaçı S.X3 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 331 nömrəli rəyində və torpaq sahəsinin bölünməsinə dair plan-sxemdə göstərilən 2-ci mənzil üzrə ½ hissəyə düşən həyətyanı torpaq sahəsinin bölgü zamanı ona verilməsinə etirazının olmaması barədə ərizəsini də nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddiası təmin edilsin. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********39 reyestr nömrəli çıxarış ilə qeydə alınmış Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.1011 ha torpaq sahəsindən torpaq sahəsinin bölünməsinə dair plan-sxemdə göstərilən 2-ci mənzil üzrə ½ hissəyə düşən həyətyanı torpaq sahəsinin döngə nöqtələri (1-2) 3.36 metr, (2-3) 6.02 metr, (3-4) 1.28 metr, (4-5) 3.75 metr, (5-6) 8.32 metr, (6-7) 10.34 metr, (7-8) 6.37 metr, (8-9) 3.43 metr, (9-10) 8.12 metr, (10-11) 3.44 metr, (11-12) 5.02 metr, (12-13) 15.48 metr, (13-14) 16.12 metr, (14-15) 15.83 metr, (15-16) 9.4 metr, (16-17) 3.96 metr, (17-18) 2.89 metr, (18-19) 1.92 metr, (19-1) 13.81 metr olan 505.5 kv.m həyətyanı torpaq sahəsi naturada ayrılaraq İddiaçı mülkiyyətində saxlanılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar