Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-43/2024 22.01.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu İddiaçı cavabdeh Baxşəliyeva (Məmmədova) Xuraman Baxşəli qızına qarşı pul tələbinə dair iddia ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona olan 46.580 (qırx altı min beş yüz səksən) manat borcun, 160 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin, ümumilikdə 46.790 (qırx altı min yeddi yüz doxsan) manatın alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, aşağıda göstərilənlərə görə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. İş materiallarını nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.3-cü maddəsinin tələbinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı 22 yanvar 2024-cü il tarixdə məhkəmənin ünvanına daxil olmuş iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzlə iddia ərizəsinin verilməsinə görə 160 manat məbləğində dövlət rüsumu ödənilməsi müəyyən olunur. Yəni, İddiaçı iddia ərizəsi verən zaman 229,74 (iki yüz iyirmi doqquz manat, yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 160 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Baxşəliyeva (Məmmədova) Xuraman Baxşəli qızına qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəninin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Baxşəliyeva (Məmmədova) Xuraman Baxşəli qızına qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-43/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-43/2024
22.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver