Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-45/2021 17.02.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu sədrliyi, İddiaçı cavabdeh Şahbuz rayon Torpaq şöbəsinə qarşı daşınmaz əmlaka sahiblik və istifadə etməmək və s. faktının tanınması tələbinə dair iddia ərizəsini Şahbuz şəhəri Şahbuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xəbəri və razılığı olmadan istifadə etmədiyi, ailə üzvü kimi və ya torpaq sahəsi verilməsi nəzərdə belə tutulmuşsa da, etirazını nəzərə alıb xx xxxx 2002-ci il tarixli JN- 74A, KOD 1050007B nömrəli torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədən, ona aid olmamasının, sahiblik və istifadə etməmək və s. faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxxxx 2021-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərini geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən X1 rayon filialına xx xxxxxx 2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Şahbuz rayon Torpaq şöbəsinə qarşı daşınmaz əmlaka sahiblik və istifadə etməmək və s. faktının tanınması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən X1 rayon filialına xx xxxxxx 2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumu ona qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov. Düzdür: Şahbuz Rayon Məhkəməsinin hakimi əvəzi: xx.xx.2020ci il
Məhkəmə qərarları › İş №2(090)-45/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-45/2021
17.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver