Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-50/2024 02.05.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, cavabdeh Baxşəlı̇ yeva Xuraman Baxşəlı̇ qızının və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Baxşəlı̇ yeva Xuraman Baxşəlı̇ qızına qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Baxşəlı̇ yeva Xuraman Baxşəlı̇ qızından ona olan 46.580 (qırx altı min beş yüz səksən) manat borcun və 230 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin, ümumilikdə 46.860 (qırx altı min səkkiz yüz altmış) manatın alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi Nümayəndə 02 may 2024-cü il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində poçt vasitəsilə rəsmi qaydada məlumat verilsə də, onlar məhkəmə baxışı iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı və onun nümayəndəsi Nümayəndə 02 may 2024-cü il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində poçt vasitəsilə rəsmi qaydada məlumat verilsə də, onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. 23 aprel 2024-cü il tarixli məhkəmə bildirişi 24 aprel 2024-cü ildə tərəflərə rəsmi qaydada təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən hallar məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Baxşəlı̇ yeva Xuraman Baxşəlı̇ qızı və onun vəkili Vəkil məhkəmədən işə mahiyyəti üzrə baxılmadan iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişlər. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanan məhkəmə tərəflərə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.7-ci maddəsi tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsi tətbiq olunmalı və İddiaçı cavabdeh Baxşəlı̇ yeva Xuraman Baxşəlı̇ qızına qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən 18 yanvar 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 160 (bir yüz altmış) manat və 24 yanvar 2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat olmaqla, ümumilikdə 230 (iki yüz otuz) miqdarında dövlət rüsumları iddiaçıya qaytarılmalıdır. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı cavabdeh Baxşəlı̇ yeva Xuraman Baxşəlı̇ qızına qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən 18 yanvar 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 160 (bir yüz altmış) manat və 24 yanvar 2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat olmaqla, ümumilikdə 230 (iki yüz otuz) miqdarında miqdarında dövlət rüsumları iddiaçıya qaytarılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-50/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-50/2024
02.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver