Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-54/2022 28.04.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1.300 (bir min üç yüz) manat borc məbləğinin və 33 (otuz üç) manat dövlət rüsumunun, ümumilikdə 1.333 (bir min üç yüz otuz üç) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək Cavabdeh ilə 2021-ci ilin noyabr ayının 2-də yaşadığı Cəhri qəsəbəsinə gələrək satmaq istədiyi bir baş erkək dananı onunla 1.300 (bir min üç yüz) manata satılmasına razılaşdıqlarını, həmin vaxt Samiqin 10 gündən sonra toy olacağını, toydan sonra ətin pulunu alıb 1.300 (bir min üç yüz) manat pulu ona verəcəyini bildirdiyini, cavabdehin pulu ödəmədiyini, hər dəfə bir bahənə ilə pulu ödəməkdən yayındığı, cavabdehin ona 1.300 manat borcunun olması barədə ərizə də verdiyini, həmin ərizəni o, məhkəməyə təqdim etdiyini, Cavabdeh borcunu ödəmədiyindən məcbur qalıb məhkəməyə müraciət etdiyini diqqətə çatdıran İddiaçı sonda məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, o, Cavabdeh iri buynuzlu heyvanı şifahi razılaşma əsasında satıbdır, Cavabdeh borcunun olması barədə ərizə yazıb imzalayıbdır, Cavabdeh borclu olduğu 1.300 manat pulu ödəməyibdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında bildirdi ki, həqiqətən də iddiaçının qeyd etdiyi kimi İddiaçı bir baş iri buynuzlu dananı 1.300 manata razılaşaraq alıbdır, onun iddiaçıya 1.300 (bir min üç yüz) manat borcu yaranıbdır, iddiaçıya borcunu qaytara bilməyibdir, ona görə ki o, aldığı həmin malı digər başqa şəxsə satıbdır, həmin şəxs də ona pulu ödəmədiyi üçün o, İddiaçı borclu olduğu 1.300 manat pulu qaytara bilməyibdir, onun İddiaçı 1.300 manat borcunun olmasını o, etiraf edir, sonda Cavabdeh iddianın etirafı barədə ərizəsini məhkəməyə təqdim edərək, həmin ərizədə 09 fevral 2022-ci il tarixdə İddiaçı Şahbuz Rayon Məhkəməsində ona qarşı pul tələbi ilə bağlı iddia qaldırdığını, həmin iddianı qəbul etdiyini, İddiaçı 1.300 (bir min üç yüz) manat borcunun olduğunu etiraf edərək, bu barədə qətnamə çıxarılmasına heç bir etirazının olmadığını qeyd etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, Cavabdeh iddianın etirafı barədə ərizəsini və işin digər hallarını nəzərdən keçirib, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki mülki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh 1.300 (bir min üç yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İş üzrə Cavabdeh 1.300 (bir min üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-54/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-54/2022
28.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver