Məhkəmə qərarları › İş №2(090)-61/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-61/2023

29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-61/2023 29.03.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 600 (altı yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində iddia ərizəsinə uyğun izahat verən İddiaçı izahatında 2022-ci ilin may ayında üç baş iribuynuzlu qaramalın hər birini 15 manatdan otarmaq şərtilə Şahbuz rayonu, Nursu kənd sakini X2 otarmaq üçün təhvil verdiyini, həmin ilin oktyabr ayına kimi üç baş iribuynuzlu qaramalın otarılmasına görə çoban Sənan İsrafılova 45 manat pul ödədiyini, lakin 2022-ci ilin oktyabr ayında qaramalları Sənandan təhvil almaq üçün getdiyi zaman iki baş qaramalın orda olduğunu, həmin iki baş qaramalı Sənandan təhvil alıb götürdüyünü, lakin bir baş üç illik qaramalın orada olmadığını, bu səbəbdən də həmin qaramalı Sənandan təhvil ala bilmədiyini, Sənanın ona həmin qaramalı axtarıb tapıb ona göndərəcəyinə dair söz verdiyini, ancaq üstündən xeyli müddət keçməsinə baxmayaraq Sənanın sözünün üstündə durmadığını, sonda Sənanın ona “Whatsapp” mobil tətbiqi vasitəsilə həmin qaramalın qarşılığında 600 (altı yüz) manat pulu ödəyəcəyinə dair səs yazısı göndərdiyini, o da məcbur qalıb onunla razılaşdığını, cavabdehin pulu verəcəyini zənn etdiyi üçün bir müddətdə gözlədiyini, Sənanın birmənalı olaraq onu aldadıb pulu verməkdən yayındığını bildiyini, özünün həmin pula çox böyük ehtiyacının olduğunu, artıq Sənanın onun telefon zənglərinə belə cavab vermədiyini, ondan qaçıb gizləndiyini, birmənalı olaraq borcunu qaytarmadığını, bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini, artıq onun pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli olduğunu bildirdi. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, 2022-ci ilin may ayında 2 baş inək və 1 baş 3 illik dişi dananı otarması üçün Cavabdeh veribdir, hər bir qaramalın otarılması üçün hər ay cavabdehə hər bir qaramal üçün 15 manat pul ödəyibdir, 2022-ci ilin oktyabr ayında qaramallardan bir baş üç illik dişi dananı cavabdeh ona qaytarmayıbdır, cavabdehdən həmin qaramalları istədiyində isə ona həmin bir baş üç illik dişi dananın itdiyini, həmin dananı tapıb qaytaracağını, tapa bilmədikdə isə onun dəyərini ödəyəcəyini ona vəd edibdir, ilk əvvəl həmin qaramala görə 800 manat ödəyəcəyini, sonra isə imkanının olmadığı üçün 600 manat ödəyəcəyinə razılaşıblar, bu barədə cavabdehin səs yazısı olan “CD” kompakt diski də məhkəməyə sübut kimi təqdim edibdir, razılığa əsasən Cavabdeh 2022-ci ilin noyabr ayında 600 manat pulu ona verməli idi, lakin bu müddətə qədər Cavabdeh ona heç bir ödəniş etməyibdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində ifadə verən Şahid ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh ilə qohumçuluğu və ədavəti yoxdur. İddiaçı onun həmkəndlisidir, təxminən 2022-ci ilin may ayında İddiaçı özünə məxsus iki inək və bir baş dana olan üç baş iribuynuzlu qaramalı Babək rayonu, Qahab kəndində onun qapısının yanında olan təpədə “Qazel” markalı avtomobilə yükləyərək otarması üçün Cavabdeh veribdir, həmin qaramalların otarılması üçün Cavabdeh İddiaçı ilə hər baş qaramal üçün aylıq 15-18 manata razılaşıblar, daha sonra həmin qaramalları Cavabdeh İddiaçı qaytarıb-qaytarmamasını bilmir. İş materiallarında olan Babək rayon İcra Hakimiyyəti Qahab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 23 yanvar 2023-cü il tarixli, 163 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayonu, Qahab kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh Şahbuz rayonu, Nursu kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 01 ədəd “CD-R” diskdə olan səs yazısından İddiaçı otarılması üçün Cavabdeh bir baş üç illik düyə olan qaramala görə 600 (altı yüz) manat ödəyəcəyinə dair öhdəlik götürdüyü müəyyən olunur. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçı məxsus bir baş üç illik dişi danaya görə 600 manat pulun iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh öz öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur; 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir; 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının irəli sürdüyü tələb ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında razılaşma əsasında İddiaçı özünə məxsus 2 baş inək və 1 baş 3 illik dişi dana olan qaramalları otarmasını Cavabdeh tapşırmış və cavabdeh həmin qaramalların salamatlığı üçün məsuliyyət daşıyıcısı olmuşdur. Lakin Cavabdeh öhdəliklərini icra etməyərək, iddiaçıya məxsus mal-qaranı nəzarətsiz qoyaraq, təqsirli hərəkətləri nəticəsində bir baş 3 illik dişi dana olan qaramal tələf olmuş, bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Tərəflər arasında yuxarıda qeyd olunan razılaşma əsasında Cavabdeh İddiaçı maddi ziyana görə 600 (altı yüz) manat borcu olduğunu iddiaçı iddia tələbində qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi Cavabdeh 600 manat pulu ödəyəcəyi barədə səs yazısını göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş “CD-R” diskdə olan Cavabdeh ilə onun arasında olan bir baş üç illik dişi danaya görə cavabdeh tərəfindən ödəniş edəcəyi barədə telefon danışıq səs yazısını sübut kimi qəbul edilən hesab edir. Yuxarıda qeyd olunan iddiaçı tərəfindən təqdim edilmiş “CD-R” diskdə olan məlumatlar və şahid ifadələri təhlil edildikdə dindirilən şahidin məhkəməyə verdiyi ifadəsində və “CD-R” diskdə olan səs yazısından iddiaçının tələbi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 600 (altı yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrində 30 manat miqdarında dövlət rüsumu tutulur. Belə olan halda iddia tələbi 600 (altı yüz) manat təşkil etdiyindən 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar