Məhkəmə qərarları › İş №2(090)-73/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-73/2025

08.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-73/2025 08.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “07” fevral 2025-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1133 (bir min bir yüz otuz üç) manat borcun ve dövlət rüsumu olaraq ödədiyi 31.33 (otuz bir manat, otuz üç qəpik) manat pulun alınıb ona verilməsi barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyini, Cavabdeh ilə məhkəmədən kənar barışıq əldə etdiyini, 2(090)-73/2025 nömrəli mülki iş üzrə barışıq sazişini təsdiq edərək mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, Şahbuz Rayon Məhkəməsində İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırdığını, İddiaçı ilə məhkəmədən kənar barışıq əldə etdiklərindən, 2(090)-73/2025 nömrəli mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin ərizələrini, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilən və tədqiq edilərək iş materiallarına əlavə edilən iki bənddən ibarət barışıq sazişindən görünür ki, tərəflər öz aralarında aşağıdakı şərtlərlə “17” mart 2025-ci il tarixli barışıq sazişi bağlamışdır:

1. İddiaçı tələb etdiyi 1133 (bir min bir yüz otuz üç) manat məbləğində pulun Cavabdeh tərəfindən 01 aprel 2025-ci il tarixdən başlayaraq 11 (on bir) ay müddətində 01 aprel 2026-cı il tarixədək hər ay 100 (iki yüz) manat, sonuncu ay isə yəni 01 mart 2026-cı il tarixində 133 (bir yüz otuz üç) manat ödəməyi öhdəsinə götürdüyündən, cavabdehin hazırki barışıq mövqeyini qəbul edir və bu barədə iş üzrə ərizə verməklə iddia tələb üzrə icraata xitam verilməsinə öz razılığını bildirir.

2. Cavabdeh sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı tələb etdiyi 1133 (bir min bir yüz otuz üç) manat məbləğində pulu 01 aprel 2025-ci il tarixdən başlayaraq 11 (on bir) ay müddətində 01 aprel 2026-cı il tarixədək hər ay 100 (iki yüz) manat, sonuncu ay isə yəni 01 mart 2026-cı il tarixində 133 (bir yüz otuz üç) manat şəkildə Cavabdeh qaytaracağını öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. İddiaçının və cavabdehin ərizələrindən aydın oldu ki, tərəflər artıq barışmışlar, barışıq sazişinin nəticəsi onlara aydındır. Buna görə də barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Belə ki, tərəflərin barışmaları ilə əlaqədar olaraq, iddia məhkəmədə baxılması üçün müdafiə olunmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, 06 fevral 2025-ci il tarixdə ********** nömrəli qəbzlə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şahbuz filialına 31.33 (otuz bir manat, otuz üç qəpik) manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(090)-73/2025 nömrəli mülki iş üzrə aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı tələb etdiyi 1133 (bir min bir yüz otuz üç) manat məbləğində pulun Cavabdeh tərəfindən 01 aprel 2025-ci il tarixdən başlayaraq 11 (on bir) ay müddətində 01 aprel 2026-cı il tarixədək hər ay 100 (iki yüz) manat, sonuncu ay isə yəni 01 mart 2026-cı il tarixində 133 (bir yüz otuz üç) manat ödəməyi öhdəsinə götürdüyündən, cavabdehin hazırki barışıq mövqeyini qəbul edir və bu barədə iş üzrə ərizə verməklə iddia tələb üzrə icraata xitam verilməsinə öz razılığını bildirir.

2. Cavabdeh sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı tələb etdiyi 1133 (bir min bir yüz otuz üç) manat məbləğində pulu 01 aprel 2025-ci il tarixdən başlayaraq 11 (on bir) ay müddətində 01 aprel 2026-cı il tarixədək hər ay 100 (iki yüz) manat, sonuncu ay isə yəni 01 mart 2026-cı il tarixində 133 (bir yüz otuz üç) manat şəkildə Cavabdeh qaytaracağını öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. Mülki işin icraatına xitam verilsin. İddiaçı 06 fevral 2025-ci il tarixdə ********** nömrəli qəbzlə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şahbuz filialına 31.33 (otuz bir manat, otuz üç qəpik) manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar