Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-78/2022 22.09.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Həsənov Kəramət Sevindik oğlunun katibliyi ilə, iddiaçı Quliyeva (Hüseynli) Aytən Nəriman qızının Cavabdeh İmanverdi oğluna qarşı əmlak tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Quliyeva (Hüseynli) Aytən Nəriman qızı Cavabdeh qarşı Şahbuz Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh birgə nikah dövründə inşa etdikləri körpünün inşa edilməsinə çəkilmiş 4.000 (dörd min) manat xərcin yarısı olan 2.000 (iki min) manatın və artırmanın inşa olunmasına çəkilmiş xərcin -12.000 (on iki min) manatın yarısı olan 6.000 (altı min) manatın, cavabdeh tərəfindən qırılmış əşyaların dəyəri olan 1.760 (bir min yeddi yüz altmış) manatın, birgə nikah dövründə qazandıqları beş qaramalın dəyəri olan 5.000 (beş min) manatın yarısı olan 2.500 (iki min beş yüz) manatın, beş ədəd arı ailəsinin dəyəri olan 900 (doqquz yüz) manatın yarısı olan 450 (dörd yüz əlli) manatın, cəmi 12.710 (on iki min yeddi yüz on) manatın və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 129 (bir yüz iyirmi doqquz) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(090)-78/2022 saylı qərardadı ilə iddia tələbinin cavabdehdən birgə nikah dövründə inşa etdikləri körpünün inşa edilməsinə çəkilmiş 4.000 (dörd min) manat xərcin yarısı olan 2.000 (iki min) manatın və artırmanın inşa olunmasına çəkilmiş xərcin 12.000 (on iki min) manatın yarısı olan 6.000 (altı min) manatın alınıb ona verilməsi hissədə baxılmamış saxlanılmış, iddia tələbinə Quliyeva (Hüseynli) Aytən Nəriman qızının Cavabdeh qarşı cavabdeh tərəfindən qırılmış əşyaların dəyəri olan 1.760 (bir min yeddi yüz altmış) manatın, birgə nikah dövründə qazandıqları beş qaramalın dəyəri olan 5.000 (beş min) manatın yarısı olan 2.500 (iki min beş yüz) manatın, beş ədəd arı ailəsinin dəyəri olan 900 (doqquz yüz) manatın yarısı olan 450 manatın, cəmi 4.710 manatın və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 67,10 (altmış yeddi manat, on qəpik) manatın alınıb ona verilməsi tələbi həcmində baxılmışdır. İddiaçı Quliyeva (Hüseynli) Aytən Nəriman qızı “22” sentyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 06 aprel 2022-ci il tarixdə Şahbuz Rayon Məhkəməsində Cavabdeh qarşı pul tələbi ilə bağlı iddia qaldırdığını, hazırda həmin iddia tələbindən öz ərizəsi əsasında imtina etdiyini və mülki işə onun iştirakı olmadan baxılaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı Quliyeva (Hüseynli) Aytən Nəriman qızının iddiadan imtina etməsi haqqında ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərən hallar yoxdur. Bu səbəbdən də iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmçinin həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı Quliyeva (Hüseynli) Aytən Nəriman qızının iddia qaldırılan zaman ödədiyi 129 manat məbləğində pulun, 59.90 manat hissəsi iddia ərizəsi baxılmamış saxlanması barədə qərardad ilə geri qaytarıldığından, eyni zamanda 50 manat xərcin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı olan xərc olduğundan (67.10-50) 17.10 manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i: Ərizə təmin olunsun. İddiaçı Quliyeva (Hüseynli) Aytən Nəriman qızının Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə imtinası qəbul edilsin. İddiaçı Quliyeva (Hüseynli) Aytən Nəriman qızının Cavabdeh qarşı cavabdeh tərəfindən qırılmış əşyaların dəyəri olan 1.760 (bir min yeddi yüz altmış) manatın, birgə nikah dövründə qazandıqları beş qaramalın dəyəri olan 5.000 (beş min) manatın yarısı olan 2.500 (iki min beş yüz) manatın, beş ədəd arı ailəsinin dəyəri olan 900 (doqquz yüz) manatın yarısı olan 450 manatın, cəmi 4.710 manatın və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 67,10 (altmış yeddi manat, on qəpik) manat pulun alınıb ona verilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı Quliyeva (Hüseynli) Aytən Nəriman qızına 17.10 (on yeddi manat on qəpik) manat miqdarında dövlət rüsumu qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-78/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-78/2022
22.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver