Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-79/2022 31.05.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Həsənov Kəramət Sevindik oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “06” aprel 2022-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri (qaynının satdığı) inəklərin pulundan 2.900 manat borcun yarısını və 56 manat banka ödədiyi dövlət rüsumunu, ümumilikdə 1.506 (bir min beş yüz altı) manat pulun Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 31 may 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edərək 06 aprel 2022-ci il tarixdə Şahbuz Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi ilə bağlı iddia qaldırdığını, hazırda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini, bu barədə məhkəməyə ərizə də verdiyini, məhkəmədən ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh1 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Şahbuz filialı vasitəsilə 18 yanvar 2022-ci il tarixli, ********* nömrəli qəbz ilə ödənilmiş 50 (əlli) və "xxxx" ASC-nin Şahbuz filialı vasitəsilə 14 mart 2022-ci il tarixli, ********* nömrəli qəbz ilə ödənilmiş 6 (altı) manat, cəmi 56 (əlli altı) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şahbuz filialı vasitəsilə 18 yanvar 2022-ci il tarixli, ********* nömrəli qəbz ilə ödənilmiş 50 (əlli) manat və "xxxx" ASC-nin Şahbuz filialı vasitəsilə 14 mart 2022-ci il tarixli, ********* nömrəli qəbz ilə ödənilmiş 6 (altı) manat dövlət rüsumları, cəmi 56 (əlli altı) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-79/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-79/2022
31.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver