Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-8/2022 24.01.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Həsənov Kəramət Sevindik oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh6 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək paylı mülkiyyətdə olan Şahbuz rayon Kükü kəndində yerləşən 0.3871 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 kv.m olan fərdi yaşayış evindən onun 5/7 payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı izahatında bildirdi ki, Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.3871 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə onun, X5 və X1 adına Naxçıvan Muxtar Respublikası DƏTM DX-də 13 iyul 2021-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınıbdır, həmin əmlaklardan onun payı 5/7, X5 və X1 isə hər birinin 1/7 payı müəyyən edilibdir, onun qardaşı X5 15 iyul 2015-ci il tarixdə vəfat edibdir, onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4dır, X4 isə 19 aprel 2014-cü il tarixdə vəfat edibdir, onun vərəsəsi isə Cavabdeh6dur, Şahbuz rayonu, Kükü kəndində yerləşən əmlaklarda onun payı müəyyən olunsa da, o mülkiyyət hüquqlarını həyata keçirə bilmir, buna səbəb isə onunla X5 və X1 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4dır, X4 və Cavabdeh6 arasında daşınmaz əmlakın bölünməsinə dair razılığın olmamasıdır, İddiaçı əmlakından istədiyi kim istifadə edə bilmir, çünki mübahisəli torpaq sahəsi və üzərindəki yaşayış evi naturada bölünməyibdir, o öz mülkiyyətindən sərbəst istifadə edə bilmir, buna görə də o məcbur qalıb məhkəməyə daşınmaz əmlaklardan onun payına uyğun olaraq ayrılıb ona verilməsi barədə iddia qaldırıbdır. Sonda göstərilənləri nəzərə alaraq İddiaçı məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, o əvvəldə mübahisəli torpaq sahəsi ilə bağlı iddia qaldırıbdır, lakin tərəflər arasında razılıq olmadığı üçün mübahisə bir neçə ildir davam edir, hazırki ekspertiza da rəyində əmlakın natura bölgüsünün mümkün olmadığını bildiribdir, o ekspertin rəyinə etiraz etmir, ev iki otaq bir şüşəbənddən ibarətdir, Cavabdeh6 və Cavabdeh2 istədikləri evin sağ tərəfindən yerləşən otağın onlara verilməsi barədə dediklərini qəbul etmir, o öz payından heç bir güzəşt etmək fikrində deyil, onun mübahisəli əmlaklardan 5/7 payı nədirsə onun bölünüb (ayrılıb) verilməsini istəyir və payından heç bir güzəşt etmək istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında bildirdi ki, təmsil etdiyi İddiaçı işin halları barədə ətraflı məlumat veribdir, o da məhkəmədən qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmədə sualları cavablandıran nümayəndə Vəkil bildirdi ki, İddiaçı ilə cavabdehlər arasında heç cür razılıq əldə oluna bilmir, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2021-ci il tarixli, 318 saylı rəyinə etiraz etmirlər, iddiaçı ona məxsus əmlakdan cavabdehlərin xeyrinə hər-hansı bir güzəşt edilməsini istəmir, o özünün və cavabdehlərin payına uyğun daşınmaz əmlakların naturada ayrılmasını istəyir. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh2 bildirdi ki, artıq uzun illərdir ki, İddiaçı ilə onlar arasında mübahisəli əmlaklarla bağlı razılıq əldə oluna bilmir, o hazırki mübahisəli əmlakların ayrılıb verilməsini istəyir, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2021-ci il tarixli, 318 saylı rəyində əmlakların bölünməsinin (ayrılmasının) mümkünsüz olduğu göstərilsə də, ekspert rəyində onun payına düşən 7.12 kv.m yaşayış sahəsinin ayrılıb verilməsinə etiraz etmir, əgər ekspertin dediyi kimi 7.12 kv.m yaşayış sahəsinin yaşayış normalarına uyğun olaraq 8 kv.m-dən azdırsa, o onun payına düşən qeyri-yaşayış sahəsindən iddiaçıya verilməsinə etiraz etmir, lakin iddiaçı ilk əvvəldən ona heç bir güzəşt etməyəcəyini deyibdir, İddiaçı məqsədi hazırki əmlakları hərracdan satıb paylara uyğun olaraq pulunu götürməsidir, o 2008-ci ildən mübahisəli evə baxıbdır, həmin evin dam örtüyünü də o dəyişdiribdir. Həmin ev 2 otaq, bir şüşəbənddən ibarətdir, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2021-ci il tarixli, 318 saylı rəyində onun payına düşən 12.46 kv.m olan sahənin ayrılıb verilməsi mümkündür, iki otaqdan biri ona verilə bilər, o həmin otaqdan qapı açıb yaşaya bilər, sadəcə İddiaçı qəsdən belə edir, iddiaçı istəmir ki onlara həmin evdən hər hansı bir hissə verilsin. Sonda Cavabdeh2 göstərilənləri nəzərə alaraq məhkəmədən payların ayrılıb verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh2 bildirdi ki, X5 onun atasıdır, babasından miras qalmış Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.3871 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 kv.m olan fərdi yaşayış evindən onun atası E.ismayılovun payı 1/7 hissədə müəyyən olunubdur, onun atasından qalmış həmin mirasın qəbulu üçün notariusa müraciət etsə də, məhkəmədə həmin əmlakla bağlı mübahisə olduğu üçün, ona vərəsəlik şəhadətnaməsi verilməyibdir, o atasının varisidir və hazırki mübahisəli evə 2008-ci ildən o baxıbdır, həmin evin dam örtüyünü də o dəyişdiribdir. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh6 bildirdi ki, X4 onun anasıdır, babasından miras qalmış Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.3871 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 kv.m olan fərdi yaşayış evindən onun anasının payı 1/7 hissədə müəyyən olunubdur, o anasının yeganə varisidir və hazırki mübahisəli evin bölünməsini, ona çatan payın ayrılıb ona verilməsini istəyir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X2 və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçün şəxs Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X4 və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçün şəxs Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ekspert qismində iştirak edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Həsən Babayev izahatında bildirdi ki, 15 noyabr 2021-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə Şahbuz rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “daşınmaz əmlakdan payın naturada ayrılması” tələbinə dair 2(090)-185/2021 saylı qərardadı daxil olmuşdur. Qeyd olunan ekspertiza işi üzrə məhkəmə tərəfindən ekspert qarşısında - İddiaçı, X5 və X1 paylı mülkiyyətlərinə verilmiş Kükü kəndində yerləşən 0.3871 hektar torpaq sahəsi və üzərindəki ümumi sahəsi 87.26 kvadrat metr olan yaşayış evinin İddiaçı payının 5/7 hissədə, X5 və X1 payının isə 1/7 hissədə təcrid olunmuş qaydada ayrılaraq verilməsinin texniki cəhətdən mümkün olubolmaması ilə bağlı bir sual qoyulmuş və ekspertizanın nəticəsində fərdi yaşayış evinin və onun yerləşdiyi həyətyanı torpaq sahəsinin bölünməsi (ayrılması) mümkün olmamışdır. Belə ki, mübahisəli fərdi yaşayış evinin ümumi sahəsi 87.26 kv.m., ondan yaşayış sahəsi 49.84 kv.m. və yardımçı sahənin isə 37.42 kv.m olduğu halda 5/7 (yeddidə beş) payı olan İddiaçı ümumi sahə üzrə 5/7 - 62,32 m2 (87,26 : 7)x5, bundan yaşayış sahəsi üzrə - 35,6 m2 (49,84 : 7) x5, yardımçı sahə üzrə - 26,72 m2 (37,42 : 7) x5, həyətyanı torpaq sahə üzrə isə - 2765,14 m2 (3871,2 : 7) x5 payının, digərlərinin isə 1/7 (yeddidə bir) payının olması nəzərə alındıqda ümumi sahə üzrə 1/7-12,46 m2 (87,26 : 7), bundan yaşayış sahəsi üzrə -7,12 m2 (49,84 : 7), yardımçı sahə üzrə - 5,34 m2 (37,42 : 7), həyətyanı torpaq sahə üzrə - 553,02 m2 (3871,2: 7) müəyyən olunur. İnşaat Norma və Qaydaları 2.08.01.89*-un (СНиП 2.08.01.89* «Жилые здания») 1.1., 2.2., 2.4., 2.9. bəndlərində və metodik vəsaitdə (Məmmədov M.N. «Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları» Bakı-2008) 1.1.-ci bəndinə əsasən yaşayış otaqlarının hündürlüyü (döşəmədən tavana qədər olan məsafə) 2.5m-dən və yardımçı tikili daxili koridorun hündürlüyü isə 2.1m-dən az olmamalı, həmin qaydaların 2.2.-ci bəndinə görə isə mənzillərdə isə yaşayış (ümumi və yataq otaqları), eyni zamanda yardımçı (mətbəx, dəhliz, hamam, tualet, koridor, şüşəbənd, təsərrüfat anbarı və s.) nəzərdə tutulmalıdır. Həmin Qaydaların 2.4 və 2.9-cu bəndlərinin tələblərinə görə yaşayış otaqlarının sahəsi 8.0 kv.m-dən və yaşayış otaqlarının eni 2,2 kv.m-dən az olmamalıdır. Ekspertizanın keçirilməsi zamanı müəyyən olunmuşdur ki, 1/7 payda göstərilən mülkiyyətçiyə düşən yaşayış sahəsi 7.12 kv.m-dir, bu da qanunda 8.0 kv.m-dən azdır. Həmçinin fərdi yaşayış evinin planı texniki pasporta və mövcud vəziyyətdə iki otaqdan ibarət olması, yaşayış otaqlarının ayrı-ayrı istiqamətlərdə yerləşdirilməsi, mülkiyyətçilərin paylarına düşən sahələrin az, çox və müxtəlif olması səbəbindən yaşayış evinin konstruksiyasında dəyişiklik edilmədən payların naturada bölünməsi (ayrılması) texniki cəhətdən mümkün deyildir. Eləcə də tikilinin köhnə tikili olduğu nəzərə alınsa orada hər hansı söküntü, tikinti və yenidənqurma işlərinin aparılması zamanı müəyyən fəsadlar törəyə bilər. Fərdi yaşayış evinin yerləşmə planını nəzərə alaraq orada mülkiyyətçilərin paylarının ayrılması zamanı həyətyanı torpaq sahəsi bir tərəfdən yol ilə üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunduğu, eləcədə mübahisəli fərdi yaşayış evinin yuxarıda göstərilənlərə əsasən bölgüsünün mümkün olmadığı hallarda onun yerləşdiyi həyətyanı torpaq sahəsi və digər texniki göstəricilərin də nəzərə alınaraq bölünməsi (ayrılması) mümkün olmamışdır. Mübahisəli yaşayış sahəsinin mövcud vəziyyətdə, eləcə də mübahisəli sahənin konstruktiv bütövlüyünə xələl gətirmədən tikinti quraşdırma işlərinin aparılması yolu ilə təcrid sahələr şəklində İddiaçı 5/7 (yeddidə beş), digərlərinin isə 1/7 (yeddidə bir) hissəyə bölünməsi (ayrılması) texniki cəhətdən mümkün deyildir. Məhkəmədə sualları cavablandıran ekspert H.Babayev bildirdi ki, mübahisəli yaşayış evi iki yaşayış otağından ibarətdir, yaşayış otaqlardan birinin iddiaçıya veriləcəyi təqdirdə, onun payı rəyin tədqiqat hissəsində göstərilənlərdən az olacaqdır, digər tərəfdən digərlərinin yaşayış sahəsinə paylarını 1/7 hissədə olmasını nəzərə alsaq bu 7.12 kv.m təşkil edir, bu da yuxarıda qeyd etdiyim kimi normadan 0.88 kv.m az olacaqdır, həmin qaydada bölgü isə normalara uyğun deyildir. Bölgünün normalara uyğun aparılması üçün İddiaçı payına düşən əmlaklardan digər 1/7 payı olan mülkiyyətçilərin hər birinin paylarına 0.88 kv.m, nəzərə alınsa ki, digər 1/7 payı olan iki nəfərdir, o zaman 1.76 kv.m əlavə edilməlidir. Bu zaman İddiaçı payına düşən yaşayış sahəsi 1.76 kv.m az olacaqdır. Hazırki vəziyyətdə isə tərəflər arasında ziddiyyət və fikir ayrılığıolduğundan, eyni zamanda mübahisəli daşınmaz əmlakların tərəflərin payların uyğun olaraq bölünməsi üçün, fərdi yaşayış evinin konstruksiyasında dəyişiklik aparılmadan mümkün olmadığından və əgər nəzərə alsaq ki, tikili köhnə tikilidir və əmlaka tənasübsüz zərər vurmadan evin konstruksiyasında dəyişiklik edilməsi mümkün deyildir, mübahisəli əmlakların bölünməsi (ayrılması) texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********39 reyestr nömrəli çıxarışı ilə müəyyən olunur ki, Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.1011 ha torpaq sahəsi ½ hissə pay ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20/6 nömrəli reyestr kitabının 1066 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********04-10301 reyestr nömrəli çıxarışı ilə müəyyən olunur ki, Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.3871 ha torpaq sahəsi və ümumi sahəsi 87.26 kv.m olan fərdi yaşayış evi 5/7 hissə pay ilə İddiaçı, 1/7 hissə payı ilə X5 və 1/7 hissə payı ilə isə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 22/2 nömrəli reyestr kitabının 333 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2021-ci il tarixli, 318 nömrəli rəyi ilə müəyyən olunur ki, İddiaçı, X5 və X1 paylı mülkiyyətlərinə verilmiş Şahbuz Rayonu, Kükü kəndində yerləşən 0.3871 ha torpaq sahəsi və üzərində ki ümumi sahəsi 87.26 kv.m olan yaşayış evinin İddiaçı payının 5/7 hissədə, X5 və X1 payının isə 1/7 hissədə təcrid olunmuş qaydada ayrılaraq (bölünməsi) verilməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara, tərəflərin izahatına və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin- 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:
1. ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;
2. pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan və Şahbuz rayonu, Kükü kəndində 0.3871 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 87.26 kv.m olan yaşayış sahəsinin 5/7 hissəsi İddiaçı mülkiyyətində, qalan 1/7 hissəsi isə digər şəxslərin (X4 və X5) ümumi birgə mülkiyyətindədir. Mülkiyyətçilərin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tərtib edilmişdir. Həmin çıxarışın “hüquq sahibləri” qrafasında İddiaçı payı 5/7 hissə, X4 və X3 hər birinin payı 1/7 hissə göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2021-ci il tarixli, 318 nömrəli rəyində İddiaçı, X5 və X1 paylı mülkiyyətlərinə verilmiş Şahbuz Rayonu, Kükü kəndində yerləşən 0.3871 ha torpaq sahəsi və üzərində ki ümumi sahəsi 87.26 kv.m olan yaşayış evinin İddiaçı payının 5/7 hissədə, X5 və X1 payının isə 1/7 hissədə təcrid olunmuş qaydada ayrılaraq (bölünməsi) verilməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Eyni zamanda məhkəmə iclasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2021-ci il tarixli, 318 nömrəli rəyi və həmin mərkəzin eksperti H.Babayevin izahatından görünür ki, mübahisəli fərdi yaşayış evinin ümumi sahəsi 87.26 kv.m, ondan yaşayış sahəsi 49.84 kv.m və yardımçı sahənin isə 37.42 kv.m olduğu halda 5/7 (yeddidə beş) payı olan İddiaçı ümumi sahə üzrə 5/7 - 62,32 m2, bundan yaşayış sahəsi üzrə - 35,6 kv.m, yardımçı sahə üzrə 26,72 kv.m, həyətyanı torpaq sahə üzrə isə 2765,14 kv.m payının, digərlərinin 1/7 (yeddidə bir) payının olması nəzərə alındıqda isə ümumi sahə üzrə 12,46 kv.m, bundan yaşayış sahəsi üzrə 7,12 kv.m, yardımçı sahə üzrə 5,34 kv.m, həyətyanı torpaq sahə üzrə - 553,02 kv.m müəyyən olunur. İnşaat Norma və Qaydalarının 1.1.-ci bəndinə əsasən yaşayış otaqlarının hündürlüyü (döşəmədən tavana qədər olan məsafə) 2.5m-dən və yardımçı tikili daxili koridorun hündürlüyü isə 2.1m-dən az olmamalı, həmin qaydaların 2.2-ci bəndinə görə isə mənzillərdə isə yaşayış (ümumi və yataq otaqları), eyni zamanda yardımçı (mətbəx, dəhliz, hamam, tualet, koridor, şüşəbənd, təsərrüfat anbarı və s.) nəzərdə tutulmalıdır. Həmin Qaydaların 2.4. və 2.9-cu bəndlərinin tələblərinə görə yaşayış otaqlarının sahəsi 8.0 kv.m-dən və yaşayış otaqlarının eni 2.2 m-dən az olmamalıdır. Mübahisəli yaşayış evinə 1/7 bir payda göstərilən mülkiyyətçiyə düşən yaşayış sahəsi 7.12 kv.m-dir, bu da normalarda göstərilən 8.0 kv.m -dən azdır. Fərdi yaşayış evinin planı texniki pasporta və mövcud vəziyyətdə iki otaqdan ibarət olması, yaşayış otaqlarının ayrı-ayrı istiqamətlərdə yerləşdirilməsi, mülkiyyətçilərin paylarına düşən sahələrin az, çox və müxtəlif olması səbəbindən yaşayış evinin konstruksiyasında dəyişiklik edilmədən payların naturada bölünməsi (ayrılması) texniki cəhətdən mümkün deyildir. Fərdi yaşayış evinin yerləşmə planını nəzərə alaraq orada mülkiyyətçilərin paylarının ayrılması zamanı həyətyanı torpaq sahəsi bir tərəfdən yol ilə üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunduğu, eləcədə mübahisəli fərdi yaşayış evinin bölgüsünün mümkün olmadığı hallarda onun yerləşdiyi həyətyanı torpaq sahəsi və digər texniki göstəriciləri də nəzərə alınaraq bölünməsi (ayrılması) mümkün olmamışdır. Mübahisəli yaşayış sahəsinin mövcud vəziyyətdə, eləcə də mübahisəli sahənin konstruktiv bütövlüyünə xələl gətirmədən tikinti quraşdırma işlərinin aparılması yolu ilə təcrid sahələr şəklində İddiaçı 5/7 (yeddidə beş), digərlərini isə 1/7 (yeddidə bir) hissəyə bölünməsi (ayrılması) texniki cəhətdən mümkün deyildir. Eyni zamanda mübahisəli yaşayış evi iki yaşayış otağından ibarətdir, yaşayış otaqlardan birinin iddiaçıya veriləcəyi təqdirdə, onun payı rəyin tədqiqat hissəsində göstərilənlərdən az olacaqdır, digər tərəfdən digərlərinin yaşayış sahəsinə paylarını 1/7 bir hissədə olmasını nəzərə alınsa bu 7.12 kv.m təşkil edir, bu da yuxarıda qeyd edilən normadan 0.88 kv.m az olacaqdır, həmin qaydada bölgü isə normalara uyğun deyildir. Bölgünün normalara uyğun aparılması üçün isə İddiaçı payına düşən əmlaklardan digər 1/7 payı olan mülkiyyətçilərin hər birinin paylarına 0.88 kv.m və nəzərə alınsa ki, digər 1/7 payı olan iki nəfərdir, o zaman 1.76 kv.m əlavə edilməlidir. Bu zaman İddiaçı payına düşən yaşayış sahəsi 1.76 kv.m az olacaqdır. Hazırki vəziyyətdə isə tərəflər aralarında ziddiyyət və fikir ayrılığı olduğundan, eyni zamanda mübahisəli daşınmaz əmlakların tərəflərin payların uyğun olaraq bölünməsi üçün fərdi yaşayış evinin konstruksiyasında dəyişiklik aparılması mütləqdir və nəzərə alınsa ki, tikili köhnə tikilidir və əmlaka tənasübsüz zərər vurmadan evin konstruksiyasında dəyişiklik edilməsi mümkün deyildir, mübahisəli əmlakların bölünməsi (ayrılması) texniki cəhətdən mümkün deyildir. Göründüyü kimi paylı mülkiyyətdə olan əmlakda iddiaçının payı dəqiq müəyyən edilmiş və bölgü mübahisə predmeti olan daşınmaz əşyaya tənasübsüz zərər vurmadan iddiaçının payının naturada ayrılmasına yol verilmir. Payların miqdarı ilə bağlı tərəflər arasında hər hansı bir narazılıq yoxdur. Lakin iddiaçı ilə cavabdeh qeyd olunan əmlakda payların ayrılması ilə bağlı öz aralarında razılığa gələ bilməmişlər. Həmçinin mübahisəli yaşayış evi iki yaşayış otağından ibarətdir və yaşayış otaqlarından birinin iddiaçıya veriləcəyi təqdirdə, onun payı rəyin tədqiqat hissəsində göstərilənlərdən az olacaqdır, bölgünün normalara uyğun aparılacağı təqdirdə isə İddiaçı payına düşən yaşayış sahəsi azalacaqdır. Bu cür bölgü mülkiyyətçilərdən hər hansı birinin əmlakının azalmasına və ya çoxalmasına gətirib çıxarar və nəticə etibarilə mülkiyyətçilərdən birinin və ya bir neçəsinin qanunla qorunan hüquqlarının pozulmasına səbəb ola bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilən 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsində isə göstərilir ki, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia rədd edilsin. İddiaçı paylı mülkiyyətdə olan Şahbuz rayonu Kükü kəndində yerləşən 0.3871 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 kv.m olan fərdi yaşayış evindən onun 5/7 payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Daşqın Səfərov.