Məhkəmə qərarları › İş №2(090)-92/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-92/2023

29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-92/2023 29.03.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı Ocaxverdı̇ yev Cavı̇ d Yunı̇ s oğlunun və cavabdeh Mədədov Xalı̇ q Mədəd oğlunun iştirakı ilə, iddiaçı Ocaxverdı̇ yev Cavı̇ d Yunı̇ s oğlunun cavabdeh Mədədov Xalı̇ q Mədəd oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ocaxverdı̇ yev Cavı̇ d Yunı̇ s oğlu iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Mədədov Xalı̇ q Mədəd oğlundan 3.630 (üç min altı yüz otuz) manat borc məbləğinin və iş üzrə ödəmiş olduğu 56,30 (əlli altı manat, otuz qəpik) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ocaxverdı̇ yev Cavı̇ d Yunı̇ s oğlu 29 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında ərizə təqdim edərək 23 fevral 2023-cü il tarixdə Şahbuz Rayon Məhkəməsində cavabdeh Mədədov Xalı̇ q Mədəd oğluna qarşı pul tələbinə dair iddia qaldırdığını, hazırda həmin iddia tələbindən öz ərizəsi əsasında imtina etdiyini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı Ocaxverdı̇ yev Cavı̇ d Yunı̇ s oğlunun iddiadan imtina etməsi haqqında ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərən hallar yoxdur. Bu səbəbdən də iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmçinin həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı Ocaxverdı̇ yev Cavı̇ d Yunı̇ s oğlu tərəfindən ödənilmiş 56 (əlli altı) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i: Ərizə təmin olunsun. İddiaçı Ocaxverdı̇ yev Cavı̇ d Yunı̇ s oğlunun cavabdeh Mədədov Xalı̇ q Mədəd oğluna qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı Ocaxverdı̇ yev Cavı̇ d Yunı̇ s oğlu tərəfindən ödənilmiş 56 (əlli altı) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar