Məhkəmə qərarları › İş №2(090)-97/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-97/2023

31.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-97/2023 31.08.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 4500 (dörd min beş yüz) manat borcun və dövlət rüsumu olaraq ödədiyi 60 (altmış) manat, cəmi 4560 (dörd min beş yüz altmış) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 28 mart 2023-cü il tarixdə keçirilən hazırlıq iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək mülki işə Cavabdeh 4.150 (dörd min bir yüz əlli) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 61,50 (altmış bir manat, əlli qəpik) manat pulun alınıb ona verilməsi tələbi həcmində baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2(090)-97/2023 nömrəli qərardadı ilə ərizə təmin olunaraq, hazırki mülki iş üzrə iddia tələbi azaldılmış, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə “Cavabdeh 4.150 (dörd min bir yüz əlli) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 61,50 (altmış bir manat, əlli qəpik) manat pulun alınıb ona verilməsi” tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı izahatında bildirdi ki, o, Cavabdeh 08 may 2022-ci ildə razılaşmalarına əsasən 98 baş quzu, 120 baş qoyun, 10 baş keçi və 7 baş çəpiş olan xırdabuynuzlu heyvanları 29000 manata razılaşaraq nisyə satıbdır, Cavabdeh ilə həmin heyvanların pulu olan 29000 manatı Qurban bayramında ödəməsi razılaşıblar, lakin Cavabdeh borcundan heç bir ödəniş etməyibdir, o da Qurban bayramından bir gün sonra gedib Cavabdeh heyvanlarını geri istəyibdir, Cavabdeh heyvanları qaytaran zaman 20 quzu və 10 qoyunu kəsir qaytarıbdır, hazırda həmin heyvanların dəyəri olan 4150 manat pulu Cavabdeh alınıb ona qaytarılmasını istəyir, İddiaçı məhkəmədən göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, Cavabdeh 236 baş xırdabuynuzlu heyvanların verilməsini təsdiq edən cavabdehin öz imzası ilə təsdiq edilmiş ərizəsini o, sübut kimi məhkəməyə təqdim edibdir, həmin ərizədə Cavabdeh ondan 236 baş xırdabuynuzlu heyvanların almasını, onlardan 98 baş quzu, 120 qoyun, 10 keçi və 7 çəpiş olmasını göstəribdir, həmin heyvanları o, Cavabdeh ilə 08 may 2022-ci ildə 29000 manata satması barədə razıaşıblar, həmin xırdabuynuzlu heyvanlardan 68 quzu, 110 qoyun, 10 keçi və 7 çəpiş olan heyvanları Cavabdeh hardasa 2022-ci ilin iyun ayının 11-12 qaytarıbdır, lakin 20 quzu və 10 qoyunu isə qaytarmayıbdır, 10 baş qoyun yanıbalalı heyvanların hər birinin qiyməti 250 manat olmaqla, 2500 manat edir, 10 quzu isə hər biri 165 manatdan olmaqla 1650 manat edir, ümumilikdə Cavabdeh ona 4150 manat borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 02 may 2023-cü il tarixdə keçirilən baxış iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında bildirdi ki, iddiaçının dedikləri yalandır, o, İddiaçı 236 baş heyvanları 2022-ci ilin may ayında alıbdır, heyvanları alan zaman onların dəyərini 29000 manata razılaşıblar, həmin vaxt o, İddiaçı 1000 manat pul veribdir və pulun qalanını da həmin ilin oktyabr ayında verəcəyini bildiribdir, İddiaçı da onunla razılaşıbdır, sonra o, İddiaçı əgər oktyabr ayında ona 5-6 min manat borcu qalmış olsa, həmin borcu da növbəti ildə verəcəyini deyibdir, o aldığı heyvanları 2 ay 9 gün otarıbdır, heyvanları aldıqdan sonra 18 quzu və 13 qoyun xəstəlikdən ölübdür, heyvanları saxladıqları müddət onlara 700 manat dəyərində dərman alıb veribdir, sonra İddiaçı heyvanlarını qaytarmaq istəyib və bu məqsədlə üç dəfə gedib gəlibdir, o da iddiaçıya heyvanları qaytarmayacağını, pulunu oktyabr ayında verəcəyini deyibdir, lakin ailəsinin təzyiqi ilə o, heyvanları 2022-ci ilin iyul ayının 16-da qaytarıbdır, heyvanları qaytaran zaman 24 baş heyvanı kəsir qaytarıbdır, onun iddiaçıya borcu yoxdur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı Babək rayonu, Qahab kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh Ağayev X3 rayonu, Gömür kəndində qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh imzası ilə təsdiq edilmiş ərizəsi və məhkəməyə verdiyi izahatı ilə cavabdehin xx.xx.2022-ci il tarixdə İddiaçı xırda buynuzlu heyvanları nisyə alması işin mübahisəsiz halı olması müəyyən olunur. İddiaçı iddiasının əsasını təşkil edən və qeyd edilən hallarla bağlı sübut kimi Cavabdeh imzası ilə təsdiq edilmiş ərizəsini təqdim etmişdir. Həmçinin həmin hal Cavabdeh məhkəməyə verdiyi izahatı və xx.xx.2023-cü il tarixli ərizələri ilə təsdiq olunur. İddiaçı tərəfindən irəli sürülən tələblə bağlı işin mübahisəli halı cavabdehin 4150 manat borcunun olması və cavabdeh tərəfindən hazırda bu borcun ödənilməmiş olmasıdır. Bu tələblərin mübahisəli olmasına səbəb isə cavabdehin iddiaçıdan nisyə aldığı 235 baş xırdabuynuzlu heyvanlardan 211 baş xırdabuynuzlu heyvanların İddiaçı qaytarması, qalan 24 baş heyvanların isə onda olan zaman onun təqsiri olmadan xəstəlik səbəbindən ölməsi, yəni tələf olması və iddiaçıya borcunun olmamasını qeyd etməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd olunan razılaşma əsasında İddiaçı Cavabdeh satdığı 10 baş qoyun və 20 baş quzu olan xırdabuynuzlu heyvanlara görə 4150 manatın ödənilməmiş olduğunu qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi Cavabdeh verdiyi qəbzi göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İddiaçı istər idda ərizəsində, istərsə də məhkəməyə verdiyi izahatında Cavabdeh satdığı heyvanlardan 30 baş xırdabuynuzlu heyvanın pulu olan 4150 manat pulun ona qaytarılmasını tələb etsə də, tələblərinin və etirazlarının əsası kimi bu faktları təsdiq edəcək hər hansı sübut növü məhkəməyə təqdim edə bilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Lakin məhkəmə araşdırması zamanı iş üzrə Cavabdeh iddia tələbinə münasibət bildirərkən verdiyi izahatı və işdə olan Cavabdeh imzası ilə təsdiq edilmiş ərizəsi ilə Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 235 baş xırdabuynuzlu heyvanların dəyəri olan 27000 (iyirmi yeddi min) manatın 2022-ci ilin oktyabr ayında yarısını ödəmək şərtilə razılaşaraq nisyə alması, həmin heyvanlardan 211 baş heyvanı İddiaçı qaytarması, 24 baş heyvanın isə öldüyündən, yəni tələf olduğundan qaytarmaması müəyyən olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Həmin Məcəllənin 609.2 və 609.2.3-cü maddəsinin tələbinə görə faydalı və damazlıq heyvanların satıldığı halda davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə başlıca qüsurlar sayılır. Cavabdeh 24 baş xırdabuynuzlu heyvanların xəstəlik səbəbindən ölməsini göstərsə də, həmin halın təsdiqi kimi məhkəməyə heç-bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı Cavabdeh İddiaçı 24 baş xırdabuynuzlu heyvanları qaytarmaması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 24 baş xırdabuynuzlu heyvanlar hal-hazırda mövcud olmadığından həmin heyvanların dəyəri cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İş üzrə İddiaçı iddia ərizəsində tələb etdiyi heyvanların dəyərlərinin ümumi qiyməti 4150 (dörd min yüz əlli) manat göstərsə də, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi ekspert rəyində göstərilən məbləğ nəzərə alınmalı, 18 baş xırdabuynuzlu heyvan (quzu) bir başın qiyməti 40 manat olmaqla, ümumi dəyəri 720 manat və 6 baş xırdabuynuzlu heyvan (qoyun) bir başın qiyməti 160 manat olmaqla, ümumi dəyəri 960 manat olmaqla, cəmi 1680 (bir min altı yüz səksən) manat kimi hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.1-ci maddəsinin tələbinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, Cavabdeh 1680 (bir min altı yüz səksən) manat alınaraq İddiaçı verilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən ödənilmiş 61.50 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 24,90 (iyirmi dörd manat, doxsan qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1680 (bir min altı yüz səksən) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 24,90 (iyirmi dörd manat, doxsan qəpik) manat dövlət rüsumu alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar