Məhkəmə qərarları › İş №2(090)-99/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-99/2024

18.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-99/2024 18.07.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 6.100 (altı min bir yüz) manat borcun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona məxsus Naxçıvan şəhərində ərzaq mağazası vardır. Həmin mağazadan Cavabdeh uzun illərdir ki, alış-veriş edir. Vahid aldığı məhsulları çox vaxt nisyə götürürdü və hər ay müəyyən məbləğdə hissə-hissə pulu ödəyirdi. Lakin cavabdeh bəzən pulu vaxtında ödəmədiyi üçün borcu yığılıb qalırdı. Təxminən 4 il əvvəl Vahidin borcu yığılaraq 7.000 manata yaxın olubdur. Ondan borcu ödəməsini tələb edən zaman Vahid bankdan 4.000 manat kreditə pul götürüb borcun 4.000 manatını ödəyibdir. Vahid kreditə pul götürən zaman ona zamin durubdur. Vahid 4.000 manatı ödədikdən sonra onun 3.000 manata yaxın borcu qalıbdır. Borcu ödəyə bilmədiyi üçün bir müddət ona mal verməyi dayandırıbdır. Sonra Vahid onun yanına gələrək Şahbuz rayonu, Kükü kəndində bağ evinin olduğunu, həmin evi satıb borcunu ödəyəcəyini bildiribdir. Onlar birlikdə gedib bağ evinə baxıblar. O Vahidə həmin bağ evini satmasını, həmin bağ evini özünün alacağını, borc məbləğinin də ordan çıxılacağını deyibdir. Vahid onunla razılaşıbdır. Sonra onlar Vahidə mal verməyə davam eləyiblər. Amma Vahidin yenidən borcu çoxaldı və borcunu ödəyə bilmədiyi üçün evinin sənədlərin gətirib ona verdi. Bir neçə ay sonra Vahid onun yanına gələrək evə telefon çəkdirəcəyini, buna görə də evin sənədlərinin tələb olunduğunu ona bildiribdir. O sənədləri Vahidə qaytarıbdır. Sənədləri qaytarandan sonra Vahid sənədləri yenidən gətirib ona verməyibdir. Vahidin ona ümumi olaraq 6.100 (altı min bir yüz) manat borcu qalıbdır. Vahid pulu ödəməkdən boyun qaçırıbdır. Buna görə də 2023cü ildə X6 İşlər Nazirliyinə müraciət edibdir. Həmin zaman Vahidi də çağırıblar. X7 Nazirliyindən gələndən sonra gəlib mağazada qol kağızı yazaraq hər ay pulun 500 manatını ödəmək şərtilə onunla razılaşıbdır. Vahid 2023-cü ilin mart ayından etibarən hər ay ona 500 manat ödəməli olduğu halda bu günə qədər ona ödəniş etməyibdir və pulu ödəməkdən boyun qaçırır. O da məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır və pulun bütövlükdə ödənilməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh yeddi ildir onların mağazasından nisyə alış-veriş etməyə başlayıbdır, 4 il bundan əvvəl cavabdehin ona ümumilikdə 7000 (yeddi) min manat borcu yaranıb, cavadeh dəfələrlə ondan alver edib, o da cavabdehə borcunun çoxalması barədə xəbərdarlıq da edib, lakin cavabdeh ona narahat olmamağını, işlədiyini borcunu ödəyəcəyini deyibdir, qış fəsli olanda Cavabdeh işi olmayıbdır, lakin cavabdeh mütəmadi olaraq mağazadan ərzaq, siqaret, araq, pivə və s. malları nisyə alıbdır, bəzən nəvəsini də mağazaya gətirib ona istədiyi hər şeyi nisyə alıbdır, cavabdehə borcunun çoxaldığını dedikdə isə narahat olmamağı, iş açılan kimi borcunu qaytaracağını deyibdir, Cavabdeh tikintidə işləyibdir, cavabdehin borcu çoxaldığı üçün kredit götürübdür, maaşı gecikdiyi üçün bəzi vaxtlar cavabdehin kreditini də onlar ödəyibdir, cavabdehin borcu çox olduğu üçün mağazada satıcı olan İsmayılla mübahisələri yaranıbdır, həmin vaxt şirkətə pul ödəməli olublar, Cavabdeh 6000 (altı min) manat borcu olubdur, həmin borcu onlar Cavabdeh istəyiblər ki, mağazanın şirkətlərə olan borcunu ödəsinlər, Cavabdeh borcu ödəmək üçün başqa yerlərdən borc, sələmə pul və s. axtarıbdır, o da cavabdeh faizə girməsin deyə cavabdehin mağazaya borcu olan 6000 (altı min) manat pulu veribdir ki, şirkətlərə ödənsin, bu şərtlə ki, sonra cavabdeh həmin pulu ona qaytarsın, Cavabdeh də onunla razlaşıbdır, cavabdeh mağazaya olan 6000 (altı min) manat pulu ödəməli idi ki, onlar da şirkətə olan borcunu ödəsinlər, o, şirkətlərə pulu ödəyibdir, sonra isə cavabdeh borcunun müqabilində evinin sənədini onlara veribdir ki, nə vaxt borcunu qaytarsa evin sənədlərini də ona qaytaracaqlar, sonra isə Cavabdeh evlərinə telefon çəkdirdikləri üçün evin sənədinə ehtiyacı olduğunu deyibdir, o, evin sənədini vermək istəməyibdir, lakin İsmayıl evin sənədini verməyini istədiyi üçün o, evin sənədlərini Cavabdeh veribdir, sonra isə borclu olduğu pulu cavabdehdən tələb edən zaman cavabdeh borcunu qaytarmaqdan imtina edibdir, o da buna görə Daxili İşlər Nazirliyinə müraciət edibdir, cavabdeh Daxili İşlər Nazirliyində onun Şahbuz rayonu, Kükü kəndində bağ evinin olduğunu, həmin evi satıb borcunu ödəyəcəyini deyibdir, cavabdeh həmin evin qiymətini 10- 11 min manat arası deyibdir, o həmin evə baxmağa da gedibdir, sonra Cavabdeh ailəsi ilə razlaşmadığı üçün həmin evi satmaqdan imtina edibdir, o da məcbur qalıb məhkəməyə müraciət edibdir. Əlavə olaraq İddiaçı bildirdi ki, Cavabdehlə torpaq söhbəti ona olan 6100 manat borcundan əvvəl olubdur, torpaq söhbəti olan zaman cavabdehin mağazaya 3000 manat borcu olubdur, daha sonra borcu artaraq 6100 manat olubdur, cavabdeh borcunu qaytarmaq üçün sələmə pul götürmək istəyirdi, bu barədə ona deyibdir, daha sonra cavabdeh sələmə pul tapmadığı üçün o, cavabdehə deyibdir ki, “faizə pul götürmə həmin pulu mən verim sən daha sonra mənə verərsən” Cavabdeh də onunla razılaşıbdır, O həmin 6100 manatı mağazanın borcu olan şirkətlərə ödəyibdir, lakin cavabdeh ona olan borcunu qaytarmayıbdır, məhkəmədən qabaq cavabdehin oğlu onlara gəlib ona “bu söhbəti necə həll edək” deyibdir, o da ona cavabında “mən Vahidin 6100 manat bocunu şirkətə ödəmişəm” deyibdir, həmin vaxt Cavabdeh də orada olubdur, lakin içkili olduğu üçün o, oğlu ilə söhbət edibdir, oğlu ona evlərində problemlərinin olduğunu, bacısının ayrılıb gəldiyini, torpağın satılmasına razı olmayacağını, onlara razlaşmaqları üçün biraz vaxt verməyini istəyibdir, daha sonra isə cavabdehin oğlu onlara vaxt veriləcəyi təqdirdə Şahbuz rayonu, Kükü kəndinə yerləşən evi satıb cavabdehin borcunu nağd qaydada tam ödəyəcəyini deyibdir, o da ona 6100 manatı tam şəkildə nağd qaydada verdiyini, o həmin müddəti gözləyə bilməyəcəyini, cavabdehin oğlu da ona başqa yollarının olmadığını deyibdir, məcburən Şahbuz rayonu, Kükü kəndində yerləşən evi satıb onun pulunu ödəyəcəklərini deyibdir, bundan əvvəl də iki dəfə cavabdehin evinə gedib yoldaşı ilə mağazaya olan borcu haqqında danışıbdır. Məhkəmə iclasında (xx.xx.2024-cü il tarixli) cavabdeh qismində izahat verən Cavabdeh izahatında bildirdi ki, onun həqiqətən də 6000 (altı min) manat borcu olubdur, lakin İddiaçı alver etməyibdir, İddiaçı satıcısı İsmayıl adlı şəxsdən alver edibdir, sonradan həmin mağazaya borcu yarandığı üçün Naxçıvan Bankdan 4000 (dörd min) min manat məbləğində kredit götürdüm. İddiaçı də ona zamin durubdur, o həmin 4000 (dörd min) manat pulu İsmayıla veribdir, İsmayıl isə həmin pulun 2000 (iki min) manatını borcun müqabilndə alıbdır, qalan 2000 (iki min) manatı isə özü üçün götürüb ödəyəcəyini deyibdir, sonra isə 7 (yeddi) ay ərzində hər ay 300 manat olmaqla borcundan ödəniş edibdir, pulu verdiyi vaxt yanında heç kim olmayıb, bu pulların ödənilməsi ilə bağlı heç bir sübutu yoxdur, hal-hazırda iddiaçı tərəfə 2000 (iki min) manat borcu var, həmin məbləği tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Növbəti məhkəmə iclasında (xx.xx.2024-cü il tarixli) Cavabdeh bilidirdi ki, o, Daxili İşlər Nazirliyində izahatında ümumilikdə 6000 (altı min) manat borcu olduğunu deyibdir, lakin həmin borcun 3000 manatını ödəyibdir, həmin vaxt 3000 manat borcu olubdur, lakin o, iddiaçı ilə yox İsmayıl adlı şəxslə alış-veriş edibdir, o, mağazaya olan borcunu ödəmək üçün Naxçıvan Bankdan 4000 (dörd min) manat kredit götürüb İddiaçı da ona zamin durubdur, o həmin pulun 2000 (iki min) manatını mağazaya borcunu ödənilməsi məqsədi ilə İsmayıla verib, qalan 2000 (iki min) manatını isə İsmayılın şəxsi ehtiyacı üçün veribdir, İsmayıl həmin pulu özünün ödəyəcəyini deyibdir, bu puldan əlavə o, 7 (yeddi) ay müddətində hər ay 300 manat pulu da ödəyibdir, lakin həmin ödənişlərlə bağlı sübutu yoxdur, hal-hazırda iddiaçı tərəfə nə qədər borcunun olduğunu dəqiq bilmir, o, Daxili İşlər Nazirliyində bağ evinin olduğunu bildiribdir, həmin evi satıb borcunu ödəmək istəyibdir, evin qiymətini 15000 (on beş min) manat deyibdir, lakin İsmayıl 10000 (on min) manatdan artıq verə bilməyəcəyini deyibdir, onlar həmin evə baxmağa da gəliblər, lakin evin satılması ilə bağlı ailəsi ilə razılığa gələ bilməyiblər, Daha sonra məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında Şahbuz rayonu, Kükü kəndində yerləşən torpağı İsmayılın almaq istədiyini, həmin torpağın qiymətini 15.000 manata dediyini, lakin İsmayılın 10.000 manatdan artıq pul verə bilməyəcəyini dediyini, həmin 15.000 manatdan onun borcu üçün çıxılacağı, qalan məbləği isə ona ödəyəcəyi barədə öz aralarında razılığa gəldiklərini, lakin həmin razılığın baş tutmadığını, həmin söhbətin nə zaman olduğunu dəqiq xatırlamadığını, lakin həmin vaxt onun iddiaçıya 3.000 manat borcunun olduğunu, İsmayılın gəlib onun Şahbuz rayonu, Kükü kəndindəki evinə də baxdığını, iddiaçı tərəfin ona nağd qaydada pul vermədiyini, İsmayılın kredit götürməsi üçün ondan yaşadığı evin sənədlərini aldığını, lakin kredit götürə bilmədiyini, həmin vaxt təxmini 3.000 manat borcunun olduğunu, o, İsmayıla oğlu vasitəsi ilə 7 ay hər ay 300 manat olmaqla pul ödədiyini, lakin İsmayılın həmin borcu silmədiyini, onun mağazaya 2.000 manat borcunun olduğunu, daha sonra "xxxx" ASC-dən 4.000 manat kredit götürdüyünü, həmin pulun 2.000 manatını borcun əvəzi kimi İsmayıla verdiyini, qalan 2.000 manatı isə İsmayıla şəxsi ehtiyacı olduğu üçün verdiyini, həmin krediti İsmayılın ödəməli olduğunu, lakin onun həmin krediti ödəmədiyini, borcun ödənilməsi üçün verdiyi məbləğin isə silinmədiyini, həmin pulun verilməsi ilə bağlı sübutunun olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında sualları cavablandıran Cavabdeh bildirdi ki, həmin krediti öz adına götürüb 4.000 manatın hamısını Şahid veribdir, polisə nə zaman çağırıldığı dəqiq yadında deyil, təqribi qış ayı olubdur, onu polisə çağırdıqları üçün İsmayıla evi sata biləcəyini deyibdir, borcunun olması barədə sənədi İsmayıl onu məcbur etdiyi üçün yazıbdır, evin sənədini də ailə üzvlərinə demədən iddiaçıya veribdir, polisdən çıxdıqdan sonra o iddiaçıya oğlu vasitəsi ilə pul ödəyibdir, özü şəxsən pul ödəməyibdir, həmin borcdan ayda 300 manat olmaqla 7 ay ödənilibdir. Məhkəmədə şahid kimi izahat verən Şahid ifadəsində bildirdi ki, Cavabdeh 7 ildir ki, onunla alış-veriş edir, hətta onun 1 günlük çıxarı, yəni alveri 17-18 manat edibdir, cavabdeh bir ara mütəmadi olaraq 3 siqaret, 1 enerji içkisi və 2 çörəyi gündəlik olaraq alıbdır, əlavə olaraq cavabdehin gəlini və oğlu Xəyyam da gəlib dükandan ərzaq götürüblər, bəzən cavabdeh özü zəng edib “gəlinim gələcək ona lazm olan malları verərsən” deyibdir, bir gün Cavabdeh ona “mən qışda işləmirəm məni 4-5 ay gözlə mən kredit götürüb sənin pulunu qaytarım” deyibdir, qış fəslində cavabdeh hər ay üçün təxmini 600 manatlıq pulunu ödəmədən ərzaq alıbdır, belə olduqda isə 4-5 ay ərzində cavabdehin 3-4 min manat borcu olurdu, əlavə olaraq cavabdehin krediti olduğu üçün həmin krediti ödəyə bilmədiyindən onu da ödəyirdi, Cavabdeh 4.000 manat kredit götürüb mağazaya borcunu veribdir, 4.000 manatı ödədikdən sonra cavabdehin 3.100 manat borcu qalıbdır, cavabdeh 2.000 manatı isə əlavə kredit götürüb 1.000 manatını ona veribdir, onlar aralarında razılaşıblar ki, həmin 2.000 manat kreditin 100 manatını o, 100 manatını isə cavabdeh ödəsin, həmin 2.000 manat kreditin aylıq ödənişi ümumi 180 manat olubdur, lakin hər ikisi ayda ümumilikdə 200 manat ödəyiblər, Cavabdeh bəzi vaxtlar işləmədiyi üçün həmin krediti də o ödəyibdir, həmin kreditləri ödəməsi barədə şahidləri də var, cavabdehin maaşı 410 manat olubdur, cavabdeh gətirib hər ay ona 300 manat pul veribdir, həmin məbləğin 100 manatını kreditə, qalan 200 manatını isə borcu üçün çıxıbdır, həmin kredit 48 aylıq verilibdir, təxmini 2 il bundan qabaq cavabdeh ona bağ evinin olduğunu, həmin evi 12.000 manata iş yoldaşına satmaq istədiyini deyibdir, hətta ondan kəndə getməyə yol pulu üçün 20 manat pul da istəyibdir, cavabdehə Şahbuz rayonu, Kükü kəndinə getməsi üçün dəfələrlə 20 manat pul da veribdir. O həmin torpağı görmək üçün Şahbuz rayonu, Kükü kəndinə gedibdir. Həmin evi cavabdeh ona satmaq istəyirdi. Həmin vaxt Cavabdeh mağazaya 5.800 manat borcu olubdur, evi isə 10.000 manata ona satacağını deyibdir, evə baxdıqdan sonra sabahısı gün cavabdehin oğlu onun yanına gələrək ona niyə onların həyətinə girdiyini deyibdir, o da özbaşına getmədiyini, atasından icazə aldığını ona deyibdir. Daha sonra o cavabdehə əgər ailə üzvlərinin razılığı olmazsa həmin evi sata bilməyəcəyini deyibdir. Daha sonra mağazanın sahibi İddiaçı ona “o adam ev satan deyil” deyibdir, hətta İddiaçı pul üçün bir neçə dəfə onların evinə də gedibdir. Daha sonra İddiaçı Cavabdeh polisə şikayət edibdir, polisdən qayıdan zaman cavabdeh ona “Nuriyyə xanımı çağıraq danışaq borcu ayda 500 manat olmaqla ödəyim” deyibdir, o da bu sözü Nuriyyə xanıma deyə bilməyəcəyini deyibdir. Daha sonra Cavabdeh öz evinin sənədini sonradan bilibdir ki, evdəkilərdən xəbərsiz götürüb gələrək “bu sənədi də verirəm əlavə olaraq yazılı kağız da verirəm ki, həmin borcu ayda 500 manat olmaqla ödəyəcəm”. O da həmin sənədi və yazdığı kağızı paketə qoyub İddiaçı veribdir. Bir həftə sonra Cavabdeh gələrək “həmin sənədi gizlin götürmüşəm evə telefon xətti çəkdirmək istəyirlər lakin sənədi tapa bilmirlər sənədi mənə ver aparım telefon xətti çəkildikdən sonra qaytaracam” deyibdir. O bu barədə iddiaçı Nuriyyə xanıma deyibdir, lakin Nuriyyə xanım sənədi qaytarmağa razı olmayıbdır. Daha sonra cavabdeh ona “sənə kişi sözü verirəm həmin sənədi qaytaracam” deyibdir. O da iddiaçı Nuriyyə xanımdan həmin sənədi alıb Cavabdeh veribdir. Həmin vaxt cavabdehin maaşı 500 manat olubdur, cavabdeh hətta ona uşaqları ona qarşı belə edirsə onlara bir qəpik belə pul veməyib borcunu ödəyəcəyini deyibdir, həmin vaxt cavabdehin 6.100 manat borcu olubdur, bu söhbətdən əvvəl cavabdeh Babək rayonunda oğlunun olduğunu ondan faizə pul alacağını da deyibdir, sonradan iddiaçı Nuriyyə xanımla razlaşdıqları üçün cavabdeh faizə pul götürməyibdir, həmin borcu Nuriyyə xanım Cavabdeh əvəzinə mağazaya ödəyibdir, həmin mağazanı onlar iddiaçı ilə şərikli işlədirlər, həmin borc cavabdehin şəxsi borcu deyil sadəcə mağazadan nisyə götürdüyü ərzaqlar üçün yaranan borcdur, 6.100 (altı min yüz) manat borcu olduqdan sonra cavabdeh onlara pul ödəməyibdir, onlar cavabdehə əgər mağazaya olan borcunu qaytarmasa onu məhkəməyə verəcəklərini deyiblər, cavabdeh həmin vaxt ona hədə-qorxu da gəlibdir, cavabdeh alış-veriş edən zaman əksər vaxtlarda içkili olubdur, cavabdehlə aralarında mübahisə yarandıqdan sonra bu günədək cavabdeh mağazaya daxil olmayıb və əlavə ödəniş etməyibdir. Cavabdehin oğlu Xəyyam da mağazadan nisyə mal götürüb, borcunu qaytarıbdır, lakin Cavabdeh borcundan heç bir məbləğ ödəməyibdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatları ilə məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Kükü kəndində qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin olunmalıdır. Belə ki, iş üzrə İddiaçı istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında Cavabdeh 6100 (altı min yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin tərəflərin izahatları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı məxsus mağazadan nisyə alış veriş etməsi və buna görə borcunun yaranması işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən irəli sürülən tələblərlə bağlı işin mübahisəli hallarından biri Cavabdeh izahatında İddiaçı 2.000 (iki min) manat borclu olmasını göstərməsidir. Bu tələbin mübahisəli olmasına səbəb isə Cavabdeh iddiaya etiraz ərizəsində 2.000 (iki min) manat borcunun olduğunu qeyd etməsidir. Məhkəmə ilk olaraq iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, İddiaçı Cavabdeh ilə razılaşmaya əsasən Cavabdeh iddiaçıya məxsus Naxçıvan şəhərində yerləşən mağazadan müxtəlif vaxtlarda pulunu nisyə ödəmək şərtilə 6100 manatlıq ərzaq məhsulları götürmüş, cavabdeh həmin ərzaq məhsullarının pulunu qaytarmaq öhdəliyi daşımış, Cavabdeh aldığı ərzaq məhsullarının pulunu qaytarmamışdır və bu halların təsdiqi ilə bağlı sübut kimi İddiaçı Cavabdeh yazılı şəkildə tərtib və öz imzası ilə təsdiq etdiyi borcun etirafı barədə ərizəsini göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İşdə olan Cavabdeh imzası ilə təsdiq edilmiş izahatından görünür ki, Cavabdeh İddiaçı məxsus mağazadan bir neçə il ərzində müxətlif vaxtlarda nisyə şəkildə ərzaq məhsulları almış, İddiaçı olan borcunu hissə-hissə ödəməyə çalışmış, son olaraq qalıq borcu olan 6.100 manatlıq götürdüyü malın pulunu martın 31-dək ayda 500 manat olmaqla İddiaçı qaytaracağı barədə iltizam verərək öhdəlik götürmüş, lakin Cavabdeh tərəfindən həmin borcun qaytarılması ilə bağlı heç bir mötəbər sübut təqdim olunmamışdır. Belə ki, İddiaçı məxsus mağazadan Cavabdeh nisyə şəkildə mal alması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı ona məxsus mağazadan cavabdehə dəyəri 6.100 manat olan nisyə şəkildə ərzaq məhsullarının satıldığını və həmin borcun qaytarılmadığını, sübut kimi cavabdehin verdiyi iltizamı və şahid ifadəsini göstərdiyini, cavabdehin isə öz növbəsində İddiaçı məxsus mağazadan nisyə şəkildə götürdüyü ərzaq məhsullarının mağazada satıcı işləyən Şahid aldığını və həmin mallara görə olan borcundan 4000 manatını kredit götürüb bir ödədiyini, qalan borcundan isə 7 (yeddi) ay ərzində hər 300 manat ödədiyini, onun mağazaya 2000 manat borcu olduğunu bildirməsidir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən şahid kimi dindirilən Şahid ifadəsində bildirdi ki, Cavabdeh 7 ildir ki, onunla alış-veriş edir, hətta onun 1 günlük çıxarı, yəni alveri 17-18 manat edibdir, cavabdeh bir ara mütəmadi olaraq 3 siqaret, 1 enerji içkisi və 2 çörəyi gündəlik olaraq alıbdır, əlavə olaraq cavabdehin gəlini və oğlu Xəyyam da gəlib dükandan ərzaq götürüblər, bəzən cavabdeh özü zəng edib “gəlinim gələcək ona lazm olan malları verərsən” deyibdir, bir gün Cavabdeh ona “mən qışda işləmirəm məni 4-5 ay gözlə mən kredit götürüb sənin pulunu qaytarım” deyibdir, qış fəslində cavabdeh hər ay üçün təxmini 600 manatlıq pulunu ödəmədən ərzaq alıbdır, belə olduqda isə 4-5 ay ərzində cavabdehin 3-4 min manat borcu olurdu, əlavə olaraq cavabdehin krediti olduğu üçün həmin krediti ödəyə bilmədiyindən onu da ödəyirdi, Cavabdeh 4.000 manat kredit götürüb mağazaya borcunu veribdir, 4.000 manatı ödədikdən sonra cavabdehin 3.100 manat borcu qalıbdır, cavabdeh 2.000 manatı isə əlavə kredit götürüb 1.000 manatını ona veribdir, onlar aralarında razılaşıblar ki, həmin 2.000 manat kreditin 100 manatını o, 100 manatını isə cavabdeh ödəsin, həmin 2.000 manat kreditin aylıq ödənişi ümumi 180 manat olubdur, lakin hər ikisi ayda ümumilikdə 200 manat ödəyiblər, Cavabdeh bəzi vaxtlar işləmədiyi üçün həmin krediti də o ödəyibdir, həmin kreditləri ödəməsi barədə şahidləri də var, cavabdehin maaşı 410 manat olubdur, cavabdeh gətirib hər ay ona 300 manat pul veribdir, həmin məbləğin 100 manatını kreditə, qalan 200 manatını isə borcu üçün çıxıbdır, həmin kredit 48 aylıq verilibdir, təxmini 2 il bundan qabaq cavabdeh ona bağ evinin olduğunu, həmin evi 12.000 manata iş yoldaşına satmaq istədiyini deyibdir, hətta ondan kəndə getməyə yol pulu üçün 20 manat pul da istəyibdir, cavabdehə Şahbuz rayonu, Kükü kəndinə getməsi üçün dəfələrlə 20 manat pul da veribdir. O həmin torpağı görmək üçün Şahbuz rayonu, Kükü kəndinə gedibdir. Həmin evi cavabdeh ona satmaq istəyirdi. Həmin vaxt Cavabdeh mağazaya 5.800 manat borcu olubdur, evi isə 10.000 manata ona satacağını deyibdir, evə baxdıqdan sonra sabahısı gün cavabdehin oğlu onun yanına gələrək ona niyə onların həyətinə girdiyini deyibdir, o da özbaşına getmədiyini, atasından icazə aldığını ona deyibdir. Daha sonra o cavabdehə əgər ailə üzvlərinin razılığı olmazsa həmin evi sata bilməyəcəyini deyibdir. Daha sonra mağazanın sahibi İddiaçı ona “o adam ev satan deyil” deyibdir, hətta İddiaçı pul üçün bir neçə dəfə onların evinə də gedibdir. Daha sonra İddiaçı Cavabdeh polisə şikayət edibdir, polisdən qayıdan zaman cavabdeh ona “Nuriyyə xanımı çağıraq danışaq borcu ayda 500 manat olmaqla ödəyim” deyibdir, O da bu sözü Nuriyyə xanıma deyə bilməyəcəyini deyibdir. Daha sonra Cavabdeh öz evinin sənədini sonradan bilibdir ki, evdəkilərdən xəbərsiz götürüb gələrək “bu sənədi də verirəm əlavə olaraq yazılı kağız da verirəm ki, həmin borcu ayda 500 manat olmaqla ödəyəcəm”. O da həmin sənədi və yazdığı kağızı paketə qoyub İddiaçı veribdir. Bir həftə sonra Cavabdeh gələrək “həmin sənədi gizlin götürmüşəm evə telefon xətti çəkdirmək istəyirlər lakin sənədi tapa bilmirlər sənədi mənə ver aparım telefon xətti çəkildikdən sonra qaytaracam” deyibdir. O bu barədə iddiaçı Nuriyyə xanıma deyibdir, lakin Nuriyyə xanım sənədi qaytarmağa razı olmayıbdır. Daha sonra cavabdeh ona “sənə kişi sözü verirəm həmin sənədi qaytaracam” deyibdir. O da iddiaçı Nuriyyə xanımdan həmin sənədi alıb Cavabdeh veribdir. Həmin vaxt cavabdehin maaşı 500 manat olubdur, cavabdeh hətta ona uşaqları ona qarşı belə edirsə onlara bir qəpik belə pul veməyib borcunu ödəyəcəyini deyibdir, həmin vaxt cavabdehin 6.100 manat borcu olubdur, bu söhbətdən əvvəl cavabdeh Babək rayonunda oğlunun olduğunu ondan faizə pul alacağını da deyibdir, sonradan İddiaçı Nuriyyə xanımla razlaşdıqları üçün cavabdeh faizə pul götürməyibdir, həmin borcu Nuriyyə xanım Cavabdeh əvəzinə mağazaya ödəyibdir, həmin mağazanı onlar iddiaçı ilə şərikli işlədirlər, həmin borc cavabdehin şəxsi borcu deyil sadəcə mağazadan nisyə götürdüyü ərzaqlar üçün yaranan borcdur, 6.100 (altı min yüz) manat borcu olduqdan sonra cavabdeh onlara pul ödəməyibdir, onlar cavabdehə əgər mağazaya olan borcunu qaytarmasa onu məhkəməyə verəcəklərini deyiblər, cavabdeh həmin vaxt ona hədə-qorxu da gəlibdir, cavabdeh alış-veriş edən zaman əksər vaxtlarda içkili olubdur, cavabdehlə aralarında mübahisə yarandıqdan sonra bu günədək cavabdeh mağazaya daxil olmayıb və əlavə ödəniş etməyibdir. Cavabdehin oğlu Xəyyam da mağazadan nisyə mal götürüb, borcunu qaytarıbdır, lakin Cavabdeh borcundan heç bir məbləğ ödəməyibdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Yuxarıda qeyd olunan şahid ifadəsini təhlil edildikdə dindirilən şahidin məhkəməyə verdiyi ifadəsində Cavabdeh İddiaçı məxsus mağazadan nisyə şəkildə götürdüyü ərzaq məhsullarına görə 2000 manat borcunun olması öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh İddiaçı məxsus mağazadan nisyə şəkildə götürdüyü ərzaq məhsullarına görə 2000 manat borcu olduğunu bildirsə də həmin hal şahid ifadələri öz təsdiqini tapmamış, cavabdeh isə həmin halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda Cavabdeh məhkəməyə verdiyi izahatında özünə məxsus yaşayış evinin sənədlərinin İddiaçı olduğunu, bu səbəbdən də məcbur qalıb İddiaçı 6.100 manat borcunun olmasını iltizamda göstərməsi barədə ifadəsini də inandırıcılıq dərəcəsinə görə qəbul edilən hesab etmir. Belə ki, Cavabdeh ona məxsus olan yaşayış evinin sənədlərinin özünə qaytarılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmiş və ya bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh məhkəməyə verdiyi ifadələrini şübhə altına digər hal isə, cavabdehin məhkəmə araşdırması zamanı iddia tələbinə münasibət bildirərək ilk ifadəsində onun həqiqətən də 6000 (altı min) manat borcu olduğunu, lakin İddiaçı alver etmədiyini, İddiaçı satıcısı İsmayıl adlı şəxsdən alver etdiyini, sonradan həmin mağazaya borcu yarandığı üçün Naxçıvan Bankdan 4000 (dörd min) manat məbləğində kredit götürdüyünü, İddiaçı də ona zamin durduğunu, Onun həmin 4000 (dörd min) manat pulu İsmayıla verdiyini, İsmayılın isə həmin pulun 2000 (iki min) manatını borcun müqabilində aldığını, qalan 2000 (iki min) manatı isə özü üçün götürüb ödəyəcəyini dediyini, sonra isə 7 (yeddi) ay ərzində hər ay 300 manat olmaqla borcundan ödəniş etdiyini, pulu verdiyi vaxt yanında heç kim olmadığını, bu pulların ödənilməsi ilə bağlı heç bir sübutunun olmadığını, hal-hazırda iddiaçı tərəfə 2000 (iki min) manat borcu olduğunu, həmin məbləği tam şəkildə ödəməyə maddi imkanının olmadığını, daha sonra isə Cavabdeh izahatında onun Daxili İşlər Nazirliyində izahatında ümumilikdə 6000 (altı min) manat borcu olduğunu, lakin həmin borcun 3000 manatını ödədiyini, həmin vaxt iddiaçı X2 3000 manat borcu olduğunu, lakin o, iddiaçı ilə yox İsmayıl adlı şəxlə alış-veriş etdiyini, onun mağazaya olan borcunu ödəmək üçün Naxçıvan Bankdan 4000 (dörd min) manat kredit götürüb İddiaçı da ona zamin durduğunu, onun həmin pulun 2000 (iki min) manatını mağazaya borcunu ödənilməsi məqsədi ilə İsmayıla verdiyini, qalan 2000 (iki min) manatını isə İsmayılın şəxsi ehtiyacı üçün verdiyini, İsmayıl həmin pulu özünün ödəyəcəyini dediyini, bu puldan əlavə onun 7 (yeddi) ay müddətində hər ay 300 manat pulu da ödədiyini, lakin həmin ödənişlərlə bağlı sübutu olmadığını, hal-hazırda iddiaçı tərəfə nəqədər borcunun olduğunu dəqiq bilmədiyini göstərməsidir. Cavabdeh ifadəsini təhlil edildikdə dindirilən cavabdehin məhkəməyə verdiyi ifadəsində ilk olaraq onun mağazadan alış veriş etdiyinə görə 3000 manat borcunun, daha sonra isə 2000 manat borcunun olmasını göstərməsidir, digər tərəfdən əgər hesab etsək ki, Cavabdeh dediyi kimi onun 4000 manat kredit götürərək və əlavə olaraq hər ay 300 manat, yəni 7*300=2100 manat borcundan ödədiyini və onun 2000 manat borcu qaldığı halda, cavabdehin ümumilikdə 8100 (4000+2100+2000) manat olması lazımdır, və yaxud onun 3000 manat borcunun qaldığı halda isə onun ümumilikdə 9100 (4000+2100+3000) manat olması lazımdır. Həmçinin Cavabdeh ifadələrini şübhə altına alan hal isə ondan ibarətdir ki, Cavabdeh ilk olaraq bankdan 4000 manat kredit götürərək hamısını, yəni 4000 manatı borcundan çıxılması üçün Şahid verdiyini, daha sonra isə həmin kreditdən 2000 manatını Şahid mağazaya olan borcundan çıxılması üçün, 2000 manatını isə Şahid özü üçün verdiyini göstərməsidir. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid isə ifadəsində Cavabdeh bankdan götürdüyü 4000 manat kreditdən, 2000 manatının cavabdehin borcuna çıxıldığını, 1000 manatının cavabdeh tərəfindən ona verildiyini, 1000 manatının isə cavabdehin özü götürdüyünü göstərməsidir. İşin faktiki halları məhkəmə araşdırması zamanı yuxarıda tədqiq edilənlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 6.100 (altı min bir yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrində 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Həmin Məcəllənin 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 001776 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə uyğun olaraq belə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (6100-1000=5100*1%=51+30)=81 (səksən bir) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6.100 (altı min bir yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 81 (səksən bir) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar