Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-101/2023 06.06.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Ərizəçi İddiaçı “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikası ərazisində yaşama faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ərazisində keçmiş SSRİ pasportu əsasında 1991-cı il tarixindən etibarən Azərbaycan Respublikasında yaşamağını, heç bir dövlətin vətəndaşlığına mənsub olmadığını və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmamağını, habelə Azərbaycan Respublikasında daimi yaşamağı faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1991-ci ildən hazırki vaxtadək Azərbaycan Respublikasının ərazisində yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci ildə Gürcüstan SSR-in Darvaz kəndində anadan olub, etnik azərbaycanlıdır. 1990-cı ilin dekabrında ailəsi ilə birlikdə daimi yaşamaq məqsədilə Azərbaycan respublikasına gəlib. Rəhmətə getmiş həyat yoldaşı və övladları Azərbaycan Respublikası vətəndaşlarıdır. Azərbaycan Respublikasında 1990-cı ildən bu günə qədər Sovet İttifaqı dövründə ona verilmiş sənədlərlə yaşamışdır. O, Gürcüstan SSR-də doğulub, böyüyüb və təhsil almasına baxmayaraq, Sovet İttifaqınn dağılmasından əvvəl, yəni müstəqil Gürcüstan Respublikasınn vətəndaşlığını qəbul etməzdən əvvəl Azərbaycana köçmüşdür. Bunun təsdiqi kimi Gürcüstan Respublikasının Azərbaycandakı səfirliyinin verdiyi “vətəndaşlıq mənsubiyyəti ilə əlaqədar” sənədini sübut kimi təqdim edir. 1990-cı ildən Bakıya gələrək o vaxtdan Azərbaycan Respublikası ərazisini heç vaxt tərk etməmiş, keçmiş SSRİ pasportu əsasında yaşamışdır. xx.xx.1997-ci il tarixində Bakı şəhəri Nəsimi rayon xalq məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.1999-cu il tarixli qərarı ilə hökmü dəyişdirilərək cəzası 4 ilə endirilmiş, xx.xx.2000-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2005-ci il tarixində AR Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2012-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azad edilmişdir. xx.xx.2015-ci il tarixində isə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir və 2022-ci ildə azadlığa çıxmışdır. Sonuncu dəfə Xəzər rayon polis əməkdaşları tərəfindən həbs olunarkən onun üzərində olan sovet qırmızı pasportu götürülmüşdür. O, 1996-cı ildə AR vətəndaşlığını qəbul etmiş və onun sovet qırmızı pasportuna AR vətəndaşlığına mənsub olmasını sübut edən rəsmi möhür vurulmuşdur. Ərizəçi İddiaçı məhkəmədə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Miqrasiya xidmətinin nümayəndəsi X2 ərizəni qəbul edərək izahatında bildirmişdir ki, hazırki iş üzrə tələbin təmin edilməsinə etiraz etmir və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonu, Darvaz kəndində anadan olmuşdur. İşə əlavə edilən Gürcüstan səfirliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Gürcüstan Dövlət Xidmətinin X1 və Miqrasiya Xidmətinin məlumatına əsasən, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı Gürcüstan vətəndaşı hesab edilmir. İşdə olan Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə olan Cavabdeh "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar İcraatın nəticəsinə dair" xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı 362471/m nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İşdə olan Ədliyyə Nazirliyi Penitensiar xidməti 7 saylı CM tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci ildən xx.xx.2012-ci ilədək cəza çəkmişdir. Göründüyü kimi, ərizəçinin izahatı və işin digər materialları ilə İddiaçı 1991-ci ildən hazırki vaxtadək Azərbaycan Respublikası ərazisində yaşaması faktı tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.10-1. maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 12-ci bəndində qeyd edilir ki, Məhkəmələr Azərbaycan Respublikası MPMnin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Azərbaycan Respublikası vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqdlərindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənəbləri olmayan şəxsin heç bir dövlət vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəifndən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı 1991-ci ildən hazırkı vaxtadək Azərbaycan Respublikası ərazisində yaşaması faktının müəyyən edilməsinin onun Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsinə dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi 1991-ci ildən hazırkı vaxtadək Azərbaycan Respublikası ərazisində yaşaması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, göstərilən faktın müəyyən edilməsinin ərizəçi üçün hüquqi əhəmiyyəti olduğundan və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə İddiaçı 1991ci ildən hazırki vaxtadək Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İddiaçı 1991-ci ildən hal-hazıradək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-101/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-101/2023
06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver