Məhkəmə qərarları › İş №2(094)-160/2023

Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №2(094)-160/2023

01.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(094)-160/2023 01.05.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı 3-cü şəxs Pirallahı Rayon İcra Şöbəsi cəlb olunmaqla cavabdeh ELEX Qiymətləndirmə və Konsaltinq Xidmətinə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və fərdi yaşayış evinə ekspert qiymətləndirilməsinin təyin edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı 3-cü şəxs Pirallahı Rayon İcra Şöbəsi cəlb olunmaqla cavabdeh ELEX Qiymətləndirmə və Konsaltinq Xidmətinə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və fərdi yaşayış evinə ekspert qiymətləndirilməsinin təyin edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək “ELEX” Qiymətləndirmə və Konsaltiq Xidməti tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kv.m ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinə dair verilən əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və həmin fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsində cavabdeh ELEX Qiymətləndirmə və Konsaltinq Xidmətinin ünvanı kimi ünvan 2n hüquqi ünvanın Pirallahı olması barədə hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməməklə məhkəməyə verilmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı 3-cü şəxs Pirallahı Rayon İcra Şöbəsi cəlb olunmaqla cavabdeh ELEX Qiymətləndirmə və Konsaltinq Xidmətinə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və fərdi yaşayış evinə ekspert qiymətləndirilməsinin təyin edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar