Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(094)-22/2025 24.06.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı protokolun qeyri qanuni sayılması və ləğv edilməsi həmçinin sərəncamında olunmuş torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı protokolun qeyri qanuni sayılması və ləğv edilməsi həmçinin sərəncamında olunmuş torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etdiyi faktlara və sübütlara əsasən qanunvericiliyə zidd olan, özlərinin fəaliyyətini tənzimləyən əsasnaməni kobudcasına pozaraq, Bağçılıq Yoldaşlığının ümumi iclasda qəbul etdiyi xx.xx.2005-ci il tarixli 4 saylı Protokolun qeyri qanuni sayılması və ləğv edilməsi, həmçinin sərəncamında olmuş qeyd olunan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qanuna müvafiq qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi məhkəməyə ərizə verərək mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 qarşı protokolun qeyri qanuni sayılması və ləğv edilməsi həmçinin sərəncamında olunmuş torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-22/2025
Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №2(094)-22/2025
24.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver