Məhkəmə qərarları › İş №2(094)-24/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-24/2024

30.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-24/2024 30.01.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müvəqqəti istifadələrinə verilmiş Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 300 mənzilli Yeni Yaşayış kompleksində 2 saylı binanın 122 nömrəli mənzilinə dair 14 avqust 2019-cu il tarixli “2/122” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və qeyrilərinin həmin mənzildən çıxarılmaqla, ”2/122" nömrəli mənzil boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 14 avqust 2019-cu il tarixli "2/122" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Pirallahı rayonu, Pirallahı qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş 300 ailəlik Yeni Yaşayış kompleksində 2 saylı binada 122 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Pirallahı rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 122 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (bu barədə 122 nömrəli mənzilə dair abonentin Azərsu, Azərişıq və Azəriqaza aid sayğac göstəriciləri və aktlar əlavə olunur). Sahə rəisi tərəfindən Cavabdeh1 və digər cavabdehlərə 122 nömrəli mənzildə yaşamadıqları üçün mənzilin açarlarının könüllü təhfil verilməsi barədə xəbərdar etsədə nəticəsi olmamışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 onlara verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.2-ci və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, Qaydanın 3.7-ci bəndinin tələbinə uyğun olaraq, müvafiq tədbirlər görülməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 verilmiş Pirallahı rayonu, Pirallahı qəsəbəsi 300 mənzilli Yeni Yaşayış kompleksində 2 saylı binanın 122 nömrəli mənzilində yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Pirallahı rayonu, Pirallahı qəsəbəsi 300 mənzilli Yeni Yaşayış kompleksində 2 saylı binanın 122 nömrəli mənzilini müvəqqəti yaşamaq üçün Cavabdeh1 sahibliyinə və istifadəsinə vermişdir. Kirayəçinin ailə üzvləri Cavabdeh2 həyat yoldaşı, Cavabdeh3 və Cavabdeh4 qızlarıdır. İşdə olan Pirallahı rayon Mənzil Kommunal İstismar sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, Cavabdeh1 verilmiş bina 2 mənzil 122 ünvanına baxış keçirilmiş, baxış zamanı mənzildə özünün və ailə üzvlərinin yaşamadıqları aşkar olunmuşdur. İşdə olan Pirallahı rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh1 verilmiş bina 2 mənzil 122 ünvanında son 6 ay ərzində smart kart vasitəsilə alınan içməli suyun həcmi 6 kub metr (6 manat) olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli GASREP saldosundan görünür ki, Cavabdeh1 tərəfindən 2023-cü il üçün sərfiyyat 6 manat təşkil edir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, **********20122 kodla qeydə alınmış ünvanda xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə cəmi 24,0 manat dəyərindən elektrik enerjisindən istifadə edilmişdir. İşdə olan "xxxx" ASC X4 və Satışı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, **********20122 kodla qeydə alınmış ünvanda Cavabdeh1 sentyabrfevral ayları ərzində cəmi 0,0 manat dəyərindən elektrik enerjisindən istifadə etmişdir. İşdə olan Pirallahı rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh1 verilmiş bina 2 mənzil 122 ünvanında son 6 ay ərzində (2022 sentyabr- 2023 fevral) smart kart vasitəsilə alınan içməli suyun həcmi 0 kub metr olmuşdur. Aparılmış məhkəmə araşdırması zamanı iş üzrə tədqiq olunan sübutlarla, eyni zamanda tərəflərin öz izahatları ilə müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, İddiaçı Pirallahı rayonu, Pirallahı qəsəbəsi 300 mənzilli Yeni Yaşayış kompleksində 2 saylı binanın 122 nömrəli mənzilini müvəqqəti yaşamaq üçün Cavabdeh1 sahibliyinə və istifadəsinə vermişdir. Cavabdeh və onun ailə üzvləri sözügedən mənzili əsas yaşayış yeri kimi istifadə etməməklə, orada 3 aydan artıq müddətdə yaşamamışdır. Halbuki, tərəflər arasında bağlanmış Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7-ci maddəsinə əsasən Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər:

1. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda;

2. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə Qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə.

3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldəetdikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Göründüyü kimi, cavabdehlərin onların istifadə və sahibliyinə verilmiş mənzildə faktiki yaşamamaqla, oradan əsas yaşayış yeri kimi istifadə etmədiyi barədə iddiaçının dəlilləri öz təsdiqini tapmış, iddiaçı, aralarında bağlanmış müqavilə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara əsasən müqavilənin ləğv edilməsi, cavabdehlər və qeyrilərinin həmin mənzildən çıxarılmaqla, mənzilin boşaldılaraq onlara təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 300 mənzilli Yeni Yaşayış kompleksində 2 saylı binanın 122 nömrəli mənzilinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müvəqqəti istifadələrinə verilməsinə dair Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə bağlanmış 14 avqust 2019-cu il tarixli “2/122” nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və digər şəxslər Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 300 mənzilli Yeni Yaşayış kompleksində 2 saylı binanın 122 nömrəli mənzilindən çıxarılmaqla, mənzil boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslı olduğundan və sübuta yetdiyindən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 300 mənzilli Yeni Yaşayış kompleksində 2 saylı binanın 122 nömrəli mənzilinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müvəqqəti istifadələrinə verilməsinə dair Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə bağlanmış 14 avqust 2019-cu il tarixli “2/122” nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və digər şəxslər Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 300 mənzilli Yeni Yaşayış kompleksində 2 saylı binanın 122 nömrəli mənzilindən çıxarılmaqla, mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar