Məhkəmə qərarları › İş №2(094)-28/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-28/2023

27.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-28/2023 27.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X17 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin cavabdehin qeyriqanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdeh tərərfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair idiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y yə n e t d i: İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin cavabdehin qeyriqanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdeh tərərfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 yanvar 2017-ci il tarixdə vəfat etmiş oğlum X3 adına bələdiyyə sənədi ilə baş plana uyğun olaraq tikinti altı 137 kvadratmetr, boş sahə 223 kvadratmetr olmaqla cəmi 360 kvadratmetr sahədə tikintinin təsviri qeyd olunmuş və 25 aprel 2013-cü il tarixdə sənədləşdirilmiş torpaq sahəsini Cavabdeh qeyri-qanuni sahibliyindən alınaraq mənim sahibliyimə qaytarılması, onun tərəfindən torpaq sahəsinə istifadəmə edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, oğlu X7 2017-ci il yanvar ayının 10-da vəfat edəndən bir müddət sonra evdə sənədlərin arasından onun adına bələdiyyə sənədi ilə rəsmiləşdirilmiş baş plana uyğun olaraq tikinti altı 137 kvadratmetr, boş sahə 223 kvadratmetr olmaqla cəmi 360 kvadratmetr sahədə tikintinin təsviri qeyd olunmuş və 25 aprel 2013-cü il tarixdə 22 manat 71 qəpik dövlət rüsumu ödənilmiş hesabat cədvəlini tapmışdır. Sahəni xeyli axtarsa da tapa bilməmişdir. Məcbur qalıb sənədi Pirallahı bələdiyyəsinin sədri Möhübbət Məhərrəmova vermiş və xahiş etmişdir ki, sahənin tapılmasında ona köməklik göstərsin. Bir neçə ildən sonra nəhayət torpaq sahəsinin yerini müəyyənləşdirə bilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin Pirallahı qəsəbə icra nümayəndəsi Həsən Niftəliyev və onun müavini Mübariz Mahmudov, Pirallahı bələdiyyəsinin sədri Möhübbət Məhərrəmov, oğlunun sənədlərini hazırlayan Abuzər Novruzov, onun və digər şəxslərin iştirakı ilə sahəyə baxış keçirilmiş və torpaq sahəsinin kimin tərəfindən zəbt edilməsini və kimliyini müəyyənləşdirmək üçün onu çox axtardı. Uzaq məsafədə yerləşən ev sahibinin mənzilindən heç kəs məlumat verə bilməmişdir. O, məcbur qalıb darvazaya qıfıl vurmuşdur. Məlumat üçün bildirir ki, oğlunun adına sənədləşdirilmiş torpaq sahəsində vaxtilə “Abşeronneft” Neft Qazçıxarma İdarəsinin rəisi Mircəfər Seyidovun bacısı əri Şəmsəddin Səfərov, onun qardaşı Cəmaləddin, Şəmsəddinin oğlu Anar, Cəmaləddinin oğlu Vüsal narşərab istehsalı ilə məşğul olmuşlar. Onlar bu işi Qəbələ rayonuna köçürəndə əziyyətlə tikdikləri bir neçə binanı heç kəsə deyil, ailənin yaxını, oğlanlarının dostu, ata və əmilərinin hörmət bəslədikləri ona və oğluna qalmasını istədiklərindən torpaq sahəsini oğlunun adına rəsmiləşdirmişlər. Bu işi də icra edən hesabat cədvəlində adı və imzası olan Abuzər Novruzov olmuşdur. Beləliklə üstündən müəyyən illər keçdikdən sonra Şəmsəddin müəllim və onun oğlu dünyalarını dəyişəndən sonra torpaq qonşusu Cavabdeh fürsətdən istifadə edib oğlunun adına rəsmiləşdirilmiş torpaq sahəsinin də onun olduğunu, "bura mənim yolumdur" iddiasını qaldırmağa başladı. Halbuki onun evinin səmti də, həyətinə gediş-gəliş də başqa istiqamətdədir, Belə ki, necə ola bilər ki, adam həyətinə bir-iki addım atmaqla çatmağı, qısa yolu qoyub, ətraf əraziləri dolanaraq, daha doğrusu 1 km yolu qət edib həyətinə getsin?! Məlumat üçün bildirir ki, cavabdehin qeyri-qanuni hərəkətləri barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə şikayət edəndən sonra aldığı cavab məktubunda Cavabdeh istifadəsində olan 0,17 ha torpaq sahəsi uzunmüddətli icarəyə verilsə də bu barədə bələdiyyənin müvafiq iclas protokolu aşkar edilməməsi, icarə müqaviləsinin qanunvericiliyin tələblərinə əməl olunmadan bağlandığı müəyyən edilməsi və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə uyğun olaraq həmin icarə müqaviləsinin ləğv edilməsi və 0.17 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə geri qaytarılması ilə bağlı xx.xx.2022-ci il tarixdə Pirallahı bələdiyyəsinə təklif məktubu göndərilməsi qeyd olunur. Cavabdeh qanunsuz hərəkətlərinə düzəliş verənin olmadığını gördükcə harada necə gəldi özünü nalayiq aparmaqda davam edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və etiraz təqdim edərək göstərdi ki, o, xx.xx.2003-cü il tarixində 04 saylı protakol əsasında torpaq sahəsinin icarəyə verilməsi haqqında Bakı şəhəri Pirallahı rayon Pirallahı bələdiyyəsi ilə uzun müddətli icarə müqaviləsi bağlamışdır. Müqavilədə olan müqavilə şərtlərinə əsasən, icarəyə götürülmüş 0.17 ha torpaq sahəsində kənd təsərüffatı ilə məşğul olmaq, torpaqların mühafizəsi, keyfiyyətin qorunması, yaxşılaşdırılması məqsədi ilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən torpaq sahəsini hasara alaraq abadlıq işləri aparmışdır. Torpaq sahəsini hasara aldığı zaman orada köməkçi sahələr mövcud idi. İcarə müqaviləsinə əsasən 0.17 ha torpaq sahəsi icarəyə götürdüyü zaman ora boş sahə və heç bir abadlıq işləri görülməmişdir. Sözü gedən ünvanda 1972-ci il tarixindən hal-hazırki vaxtadək orda qeydiyyatdadır və ailəsi ilə birgə orda yaşayır. Əlavə onu da qeyd etmək istəyir ki, 50 il keçməsinə baxmayaraq vətəndaş İddiaçı hüquqi əsası olmadan yalnız formal mülahizələr əsasında şikayət etmişdir. İddiaçı hüquqi əsasa yox öz «istək və arzu mühakiməsini» həyata keçirməkdə davam edir. Bu da kobud hüquq pozuntusu deməkdir. Bundan başqa, Gürgan - Pirallahı Bələdiyyəsi tərəfindən verilmiş, xx.xx.2003-cü il tarixli 75 saylı icarə müqaviləsində Bələdiyyənin müvafiq iclas protakolu mövcud deyildir. İddiaçı tərəfindən Bələdiyyə is Mərkəzinə edilmiş şikayət əsassızdır. Cünki, Gürgan - Pirallahı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixində keçirilən yığıncağında protakoldan çıxarış ona təqdim edilmişdir. Həmin protakol əsasında Bələdiyyə ilə müqavilə bağlamışdır. Gürgan - Pirallahı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixində keçirilmiş yığıncağının 04 saylı protakolunda çıxarışında Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi 39-da yaşayan Cavabdeh Ələnur oğluna Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, qərb tərəfində 1700 kvm torpaq sahəsi müqavilə ilə icarəyə verilməsi, Cavabdeh Ələnur oğlu həmin torpaqdan təyinatı üzrə, yeni fərdi təsərrüfatla məşğul olmasına nəzarət Bələdiyyə sədrinin müavininə həvalə edilməsi, Bakı şəhəri Memarlıq və Şəhərsalma baş İdarəsinin rəyi alınması Cavabdeh Ələnur oğluna həvalə edilməsi qərara alınmışdır. Müqavilə şərtlərini yerinə yetirdiyi üçün Pirallahı Bələdiyyəsi nümunəvi sakin kimi ona X2 vermişdir. İddia tələbi birbaşa Cavabdeh Ələnur oğlunun hüquq və maraqlarına toxunulmasına gətirib çıxarır. Digər tərəfdən isin həqiqi halları ilə müəyyən olunur ki, o, 1972-ci il tarixindən hal-hazırki vaxtadək orada qeydiyyatdadır və ailəsi ilə birgə orda yaşayır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbi əsasız olmaqla rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Gürgan - Pirallahı Bələdiyyəsi ilə Cavabdeh Ələnur oğlu arasında bağlanmış xx.xx.2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında 45 nömrəli müqaviləyə əsasən, xx.xx.2003-cü il tarixli, 04 saylı protokol əsasında 0. 17 ha fərdi torpaq sahəsi Cavabdeh Ələnur oğluna icarəyə verilmişdir İş materiallarında olan xx.xx.2013-cü il tarixli hesabat cədvəlinin surətindən görünür ki, Bakı şəhəri Pirallahı qəsəbəsi S.Vurğun ö/t X3 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/M-929 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, torpaq mübahisəsi barədə Ədliyyə Nazirliyinə daxil olmuş müraciətə bxılmş və müəyyən edilmişdir ki, müraciətdə qeyd edilən 0.17 ha torpaq sahəsi Gürgən-Pirallahı bələdiyyəsi tərəfindən 30.112003-cü il tarixli 75 saylı icarə müqaviləsi əsasında fərdi təsərrüfat məqsədi ilə iştifadə olunması üçün Cavabdeh uzunmüddətli icarəsinə verilsə də, bu barədə bələdiyyənin müvafiq iclas protokolu aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, Gürgən - Pirallahı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 75 saylı icarə müqaviləsinin qanunvericiliyin tələblərinə əməl olunmadan bağlanıldığı müəyyən olunmuş və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4-cü maddəsinə uyğun olaraq həmin icarə müqaviləsinin ləğv edilməsi və 0.17 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə geri qaytarılması ilə bağlı xx.xx.2022-ci il tarixdə Pirallahı bələdiyyəsinə təklif məktubu göndərilmişdir. İş materiallarında olan AZ-İ seriyalı ******* nömrəli “ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli akta əsasən ünvan 1 ünvanında aşayan X1, ünvan 2nında yaşayan X10, ünvan 3a yaşayan X4, ünvan 4nında yaşayan X5 və ünvan 5anında yaşayan X6 akt tərtib edərək Cavabdeh Ələnur oğlu 1972-ci il tarixindən hal-hazırkı vaxtadək ünvan 6 ünvanda yaşayır. Cavabdeh həmin ünvanda 0.17 ha olan torpaq sahəsində ev tikmiş və orada öz ailəsi ilə birlikdə yaşayır və həmin ünvanda qeydiyyatdadır. Cavabdeh Ələnur oğlu 2003-cü il tarixindən hal-hazırki vaxtadək Pirallahı Bələdiyyəsi ilə icarə müqaviləsi bağlanmışdır. 1972-ci il tarixindən vergi haqqını qəsəbə sovetinə, 2003-cü ildən Bələdiyyə İdarələri təşkil olunduqdan sonra Bələdiyəyə hal-hazırki vaxtadək 0.17 ha torpaq sahəsi üçün vergi ödəmişdir. Əvvəllər həmin ərazi çox bərbat halda idi və ailəsinin zəhməti ilə sözü gedən torpaq sahəsində uzun müddətdir ki, abadlıqquruculuq və yaşıllaşdırma işləri apararaq sahəni gözəlləşdirmişdir. Həmin torpaq sahəsi alındığı müddətdən hal-hazırki vaxtadək torpaq sahəsinə gedilən əsas yol ancaq dəniz tərəfdən olmuşdur. Cavabdeh uzun müddət yaşadığı torpaq sahəsi İddiaçı mənimsəmək niyyətindədir. Aktı imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Gürgən - Pirallahı bələdiyyəsi xx.xx.2003-cü il tarixdə keçirilmiş yığıncağının 04 saylı protokolundan çıxarışından görünür ki, Pirallahı qəsəbəsi S.Vurğun küçəsi 30-da yaşayan Cavabdeh Ələnur oğluna Pirallahı qəsəbəsi S.Vurğun küçəsinin qərb tərəfində 1700 kv.m torpaq sahəsi müqavilə ilə icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli hesabat cədvəlinin surətindən görünür ki, Bakı şəhəri Pirallahı qəsəbəsi S.Vurğun küçəsi 39 Cavabdeh Ələnur oğlunun mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı cavabdehin torpaq sahəsi üzərindəki sahibliyinin qanuniliyini mübahisələndirdiyindən ilk növbədə bu hüququn mübahisələndirilməsi üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsində göstərilib ki, «Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyən hüquqi cəhətdən təmin edilmiş imkandır». Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarında əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının iddia tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin cavabdehin qeyriqanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdeh tərərfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar