Məhkəmə qərarları › İş №2(094)-316/2025

Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №2(094)-316/2025

11.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(094)-316/2025 11.09.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdehlər “Azəriqaz” İB-yə və qeyrilərinə qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər “Azəriqaz” İB-yə və qeyrilərinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən aldadılaraq çəkdiyi 9000 manata pul məbləğinin 2024 və 2025-ci illər üçün indeksasiya faizi nəzərə alınmaqla 10,818 manat (on min səkkiz yüz on səkkiz manat pul məbləğində hesablanması, qeyd olunan məbləğin və ödədiyim məhkəmə rüsumu olan 123 (bir yüz iyirmi üç) manat pul məbləğinin cavabdehlər tərəfindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materialını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi İddiaçı geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, cavabdeh “Azəriqaz” İB ünvanı Bakı şəhəri, Nizami rayonu, Babək pr.22/24, "xxxx" MMC-nin ünvanı Bakı şəhəri Nəsimi rayonu A.Salamzadə küçəsi ev 1058B, 110, mənzil 316, Cavabdeh3 MMC-nin ünvanı ünvan 4i maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki işin materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə X2 tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 123 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının nümayəndəsi X2 tərəfindən ödənilmiş (əməliyyat İD **********, qəbzin nömrəsi 1020) 123 manat dövlət rüsumu İddiaçının nümayəndəsi X2 na dövlət büdcəsindən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdehlər “Azəriqaz” İB-yə və qeyrilərinə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçının nümayəndəsi X2 tərəfindən ödənilmiş (əməliyyat İD **********, qəbzin nömrəsi 1020) 123 manat dövlət rüsumu İddiaçının nümayəndəsi X2 na dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar