Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-345/2024 10.12.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası X2 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X5in Pirallahı rayon Sukanal İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X5in Pirallahı rayon Sukanal İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifənin cavabdehin üzərinə qoyulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizsti Xidməti” X5 Pirallahı Rayon Sukanal İdarəsi rəisinin 141/k saylı xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə Pirallahı Rayon Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsinə 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” X5 Pirallahı Rayon Sukanal İdarəsinin rəisi tərəfindən verilən 141/k saylı xx.xx.2024-cü il tarixli əmri ilə onun müddətsiz əmək müqaviləsi ilə 10 il 5 ay 23 gün işlədiyi Pirallahı Rayon Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsinin 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsindən azad olunmuşdur. Səbəb də o göstərilib ki, guya onun tutduğu vəzifə yeni ştat cədvəlinə əsasən ştat vahidi kimi ixtisar edilmişdir, həmin səbəbdən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən onunla 10 il əvvəl bağlanan əmək müqaviləsi ləğv edilmişdir. Bununla da İl qrup hərbi əlil kimi onun əmək hüququ kobud surətdə pozulmuşdur. Çünki “Əllilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə əsasən əlilliyi olan şəxslərə işlədiyi müəssisə və təşkilatlarda xüsusi qayğı göstərilməlidir. Əlillər üçün normal iş şəraiti yaradılmalı və onlarla bağlanan əmək müqaviləsinin tələblərinə, yaşa görə (65 yaşda) pensiya hüququ qazanana qədər əməl olunmalıdır. Lakin onun yaşa görə pensiya yaşına 8 il qalmış, məhz əlil olduğu üçün ixtisara düşmək adı ilə işdən çıxarılmışdır. Belə ki, onun maşinist işlədiyi təmizləyici qurğu nasosxanasında işləyən 8 nəfərdən ancaq onun timsalında bir nəfər əlil var idi. Həmin nasosxanada işləyən maşimistlərdən ancaq onun ali təhsili var idi. Peşə hazırlıq səviyyəsi də həmişə hamısından üstün olmuşdur. Dəfələrlə təhsilinə uyğun olaraq mühəndis vəzifəsinə keçmək üçün imtahan verib yüksək nəticə əldə etsə də, yenə də əlillik səbəbindən onu yüksək vəzifəyə təyin etmədilər. Əlillik səbəbindən onu irəli çəkməyən rəhbərlik ixtisarla əlaqədar fürsət düşən kimi, görünür onun adını birincilər sırasında qeyd etmişdir. Bütün yuxarıda göstərilənlərlə və işin faktiki halları ilə də tamamilə təsdiq olunur ki, onun əvvəllər təhsilinə görə irəli çəkilməməyinin və işdən çıxarılmağının əsas səbəbi əlilliyi olmuşdur. Halbuki yuxarıda göstərdiyi kimi, qanunla əlilik səbəbindən ona qarşı bu qanunsuzluqların edilməsi yolverilməzdir. Bütün bunları “Əllilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun normaları da qadağan edir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Pirallahı Rayon Sukanal İdarəsi rəisinin 141/k saylı xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə Pirallahı Rayon Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsinə 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Qısaldılmış iş vaxtı” adlanan 91-ci maddəsinin göstərilən tələblərinin İİ qrup əlil kimi 10 il ona tətbiq olunmaması ilə əlaqədar (həmin maddənin 2-ci bəndində göstərilmişdir ki, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatda, 16 yaşdan 18 yaşadak işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaş yarımadək uşağı olan qadınlar üşün 36 saatdan artıq olmamalıdır) 10 il müddətində ona ödənilməyən 4.977 manat pulun cavabdehdən tutulub ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası X2 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X5in Pirallahı rayon Sukanal İdarəsinın nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi və iddia ərizəsinə etiraz təqdim edərək göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin 2356 saylı 17 noyabr 2023-cü il tarixli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 yaradılmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in 09 saylı xx.xx.2024-cü il tarixli əmri və xx.xx.2024-cü il tarixli ştat cədvəlinə əsasən Pirallahı rayon Sukanal İdarəsinin ştat vahidlərinin sayı azaldılmışdır, (xx.xx.2024-cü il tarixədək 125 nəfər, xx.xx.2024-cü il tarixdən sonra 102 nəfər, köhnə və yeni ştat cədvəlləri və daxili əmr əlavə olunur 10 vərəq) bütün işçilərə, o cümlədən nasos qurğularının maşinisti İddiaçı, ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. (əlavə olunur, 1 vərəq) Qeyd edək ki, Azərbaycan Respublikası X2 tabeliyində olan beş X5in hamısında eyni qayda ilə bütün işçilərə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqlar verilmişdir. Daha sonra, xəbərdarlığa və əmək qanunvericiliyinə uyğun olaraq, İddiaçı əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə (X1 82 saylı xx.xx.2024-cü il tarixli razılıq məktubu nəzərə alınmaqla, əlavə olunur, 1 vərəq) ləğv edilmişdir. Onunla bərabər bütün 125 nəfər işçinin hər birinin əmək müqavilələri ləğv edilərək, yeni ştat cədvəlindəki say tərkibinə uyğun olaraq 102 nəfərlə (o cümlədən əvvəlki 52 nəfər nasos qurğularının maşinistlərinin əvəzinə 36 maşinistlə) yeni əmək müqaviləsi bağlanaraq yeni işçi heyəti yığılmışdır. (ADSEA-nın 002/f saylı xx.xx.20224-cü il tarixli əmri, bənd 4, əlavə olunur, 3 vərəq) Bununla da görünür ki, İddiaçı məhkəməyə əlavə olaraq təqdim etdiyi xx.xx.2024-cü il tarixli mülahizəsində qeyd etdiyi “mən ştat ixtisarı adı ilə qanunsuz olaraq işdən azad edilmişəm” iddidası tamamilə əsassızdır. İddiaçı iddia etdiyi kimi əlilliyinə görə ona qarşı heç bir ayrı-seçkiliyə yol verilməyib. Sadəcə olaraq işə qəbul zamanı bir çox insani kriteriyalar (öz vəzifə borclarını tam şəkildə yerinə yetirmək bacarığı, ixtisara düşmüş işçinin himayəsində olan ailə üzvləri, ailədə ondan başqa gazanc gətirən şəxslərin olması və s.) nəzərə alınıb. İddiaçı ailəsində isə, onun özünün ölkə üzrə orta pensiya məbləğindən xeyli yuxarı məbləğdə pensiya alması, həyat yoldaşının işləməsi, onlarla birgə yaşayan anasının pensiya alması nəzərə alınıb. İddiaçının guya ki, onun yerinə işə qəbul edilən (halbuki tam əsassız məlumatdır) Azər Rüstəmovun isə himayəsində işləməyən həyat yoldaşı və 2 azyaşlı uşağı var. Uşaqlarından biri xəstədir. (inkişafdan geri qalır). Bundan başqa A.Rüstəmov idarədə xx.xx.2016-cı ildən xx.xx.2022-ci ilədək nasos qurğularının maşinisti peşəsində işləmişdir. Yəni həm maşinist kimi, həm də təmirçiçilingər kimi təcrübəsi var. Bunu sadəcə seçim zamanı diqqət yetirilən kriteriyalar olaraq misal gətirir. Bundan əlavə qeyd etmək istəyir ki, idarənin 9 kanalizasiya nasosxanası var. Onlar xüsusi təhlükəli obyekt hesab edilirlər. Hamısı dəniz kənarında, adam olmayan ərazidə, it sürülərinin gəzdiyi yerlərdə yerləşir. Aralarındakı məsafə orta hesabla 500 metrdir. Hər bir nasosxananın dərinliyi 1,5 - 4 metr arasındadır. (nümunə üçün nasosxanaların şəkilləri əlavə olunur, 6 vərəq) Bəzi nasosxanalarda istirahət otağı olmadığı üçün gecə növbəsi ərzində 3-4 dəfə digər nasosxanaya gedib-qayıtmaq lazımdır. Qış vaxtı yağış, qar və yolsuzluq səbəbindən həmin ərazidə maşınla belə hərəkət etmək olmur. Bundan əlavə qeyd edim ki, ixtisardan əvvəl İddiaçı işlədiyi 1 saylı nasosxanada hər növbədə 2 nəfər nasos qurğularının maşinisti işləyirdi və növbə yoldaşları bütün əsas işləri görürdü. İxtisardan sonra isə maşinistlər tək işləməli olacaqlar və İddiaçı peşəsinə aid bütün işlərin görə bilməsi vizual olaraq da göründüyü kimi mümkün deyil. (Şahid qismində onun növbə yoldaşları Məmmədzadə Şakir, Həsənzadə Firdovsi çağırıla bilər). İddiaçı öz iddiadia ərizəsində bildirir ki, əlilliyi səbəbindən o ixtisar edilə bilməz və Əlilliyi olan şəxslərin hüquqları haqqında AZƏRBAYCAN RESPUBLİKASİNİN QANUNU-nun 21ci maddəsinə istinad edir. Halbuki məmin maddənin 21.3 maddəsində qeyd edilir ki, “Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir.” Göründüyü ki İddiaçı qanundakı bu istisnanı bilərəkdən görməməzlikdən gəlir. Onun fiziki hərəkət məhdudiyyəti onun peşə vəzifələrini (nasosxanaya düşüb çıxma, nasosların işlədilməsi, onlara texniki xidmətin göstərilməsi, nasosların kipkəclərinin dəyişdirilməsi, siyirtmələrin açılıb-bağlanması və s.) tam icra etməyə imkan vermir. Fövqəladə hadisə zamanı (yanğın, subasma və s.) işçi sürətli qərar verməli və icra etməlidir. (əks halda nasos yanıb məhv olacaq, yaxud nasosxananı su basacaq və yaxud da suya elektrik cərəyanı ötürülə bilər) Misal üçün 21-22 oktyabr tarixlərindəki yağışlar zamanı nasosxanaları ciddi su basma təhlükəsi yaranmışdı. İşçilərin sürətli və düzgün fəaliyyəti ilə bu təhlükə aradan qaldırılmışdı. Siyirtmə suyu saxlamasa və ya anbarda qəza olarsa, nasosxanada 1 dəqiqə ərzində 1.5 metr su səviyyəsi qalxa bilər. Bu zaman onun özünə bir şey olarsa yardım etməyə yanında heç kəs olmayacaq. Bu isə faktiki olaraq onun öz həyat və sağlamlığı üçün təhlükədir. İddiaçı əsassız iddialar irəli sürməkdən başqa öz iş yoldaşı Şakir Məmmədzadəyə də böhtan atmaqdan çəkinməyib məhkəməyə əlavə olaraq təqdim etdiyi xx.xx.2024-cü il tarixli mülahizəsində onun işdə tapılmadığını yazır. Onun əvəzinə bir çox işləri yerinə yetirən insana böhtan atmağı da özünə sığışdırır və işə gecikməyə görə 2023-cü ildə aldığı xəbərdarlığı utanmadan əsas göstərir. Halbuki xəbərdarlıq ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə əsasən intizam tənbehi sayılmır və işə heç bir aidiyyatı yoxdur. Beləliklə İddiaçı qaldırdığı iddanın tamamilə əsassız olduğu görünür. Yuxarıda göstərilənləri və tərəfimizdən məhkəməyə təqdim edilmiş sübutları nəzərə alaraq İddiaçı Pirallahı rayon Sukanal İdarəsinə qarşı qanunsuz işdən azad edilmə barədə qaldırdığı iddianın rədd edilməsi xahiş edilmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, təsdiq olunmuş ştat vahidlərinə əsasən Pirallahı Rayon Sukanal İdarəsində bəzi ştat vahidləri ixtisar olunmuşdur. 125 ştat vahidi ixtisar olunaraq 102 ştat vahidi qalmışdır. İşçilər işdən çıxarılıb yenidən işə götürülmüşlər. Bu zaman işçilərin peşə bacarıqları və sosial vəziyyətləri nəzərə alınmışdır. Nəticədə 23 nəfər işdən azad olunmuşdur. Onlardan biri də İddiaçı olmuşdur. Onun iddiasının heç bir əhəmiyyəti yoxdur. Çünki “Əlillərin hüquqlarının müdafiəsi” haqqında qanunvericiliyə əsasən, işçinin səhhəti onun peşə vəzifələrinə mane olması, eyni zamanda digər işçilərin işlərini yerinə yetirməsinə təhlükə yaratması istisna kimi müəyyən edilmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olmaqla, aşağıdakılara əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 141/K nömrəli Əmrdən görünür ki, İddiaçı - Təmizləyici qurğu və kanalizasiya nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5in Pirallahı rayon Sukanal idarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilməsi, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən Pirallahı rayon Sukanal İdarəsində 10 il 5 ay 23 gün əmək stalı olduğuna görə orta aylıq əməkhaqqının 2 misli miqdarı işdənçıxarma müavinəti verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 31 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı -Beyindaxili qansızma, Baş beyin sağ orta beyin arteriyası hövzəsində qan dövranının keçirilmiş hemorragik tipli pozulması. Sol tərəfli hemiparez.Beyin daxili hematomanın,arterio-venoz malfonmasiya kələfinin xaric edilməsindən sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. O, ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin Pirallahı rayon Sukanal İdarəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsinə nasos qurğularının maşınisti peşəsinə işə qəbul edilib və xx.xx.2024-cü İl tarixədək həmin peşədə işləyib. Fiziki məhdudiyyətli olduğu üçün (ikinci dərəcəli əlillik) sahədə fiziki ağır işlərə cəlb olunmayıb. Ali təhsilli, intizamlı əməkdaş idi. Son 2 il ərzində heç bir intizam pozuntusuna yol verməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmrin mətnində qeyd edilmişdir ki,
1. Agentliyin tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5in strukturu və ştat cədvəli təsdiq edilsin (əlavə olunur)
2. "İr Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5in işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilsin.
3. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edənə (K.Həsənov) tapşırılsın.
4. təsdiq edilmiş struktur və işçilərin say həddi daxilində strukturuna daxil olan qurumların ştat cədvəllərinin hazırlanması. - ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təkliflərini bir ay müddətində Aparatın rəhbərinə (F .Quliyev) təqdim edilməsini: - yerləşdirilməsi mümkün olmayan işçilər barədə Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsini, - bu əmrdən irəli gələn digər məsələlərin həllini təmin etsin.
5. Aparatın rəhbəri (F.Quliyev) əməkdaşların yerləşdirilməsi barədə təklifləri razılaşdırılması üçün Agentliyin sədrinə təqdim etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ştat cədvəlinin təsdiqi barədə əmrin mətnində qeyd edilmişdir ki, 1 "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5 tərəfindən 2024-cü il üçün təsdiq edilmiş, xx.xx.2024-cü il tarixdən qüvvədə olan Pirallahı rayon Sukanal İdarəsinin fəhlə və qulluqçularının ştat cədvəlləri rəhbər tutulsun.
2. Əməyin təşkili üzrə mühəndisə (Zaur Əliyev) tapşırılsın ki, "Ştat cədvəllərinin tərtib, təsdiq və ona dəyişiklik edilməsi QAYDALARİ”na uyğun olaraq Pirallahı rayon Sukanal İdarəsinin 2024-cü il üçün təsdiq edilmiş ştat cədvəllərinin 1C proqram təminatında işlənilməsini təmin etsin.
3. İqtisadiyyat və uçot şöbəsinə (Amalya Qocayeva) tapşırılsın ki, bu əmrdən irəli gələn məsələlərin həll olunmasını təmin etsin. 4 Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə (Xəqani Şırınov) tapşırılsın ki, əmrdən irəli gələn məsələlərin həll olunmasını və əmrin surətinin idarənin müvafıq struktur bölmələrinə çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. İş materiallarında olan 147 saylı xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işə götürən X3 ilə işçi İddiaçı arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış xəbərdarlıqdan görünür ki, ona Azərbaycan Respublikası ƏM 70-ci maddəsinin b bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in 09 saylı xx.xx.2024-cü il tarixli əmri və xx.xx.2024-cü il tarixli ştat cədvəlinə əsasən Pirallahı rayon Sukanal İdarəsinin ştat vahidlərinin sayı azaldılmış, bütün işçilərə, həmçinin nasos qurğularının maşinisti İddiaçı Azərbaycan Respublikası X2 tabeliyində olan beş X5in hamısında eyni qayda ilə bütün işçilərə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqlar verilmişdir. Bundan sonra, İddiaçı - Təmizləyici qurğu və kanalizasiya nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5in Pirallahı rayon Sukanal idarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 68-80-ci maddələrində əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları göstərilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə görə əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 68,76-cı maddəsinin tələbinə görə əmək müqaviləsini yalnız bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilə bilər və əmək müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmayan əsaslarla xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Göründüyü kimi, Azərbaycan Respublikası X2 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X5in Pirallahı rayon Sukanal İdarəsi tərəfindən İddiaçı ilə Əmək Müqaviləsi pozularkən qanunun yuxarıda qeyd olunan normaları və tələbləri gözlənilmiş, İddiaçı qanunsuz və əsassız olaraq işdən azad edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə əməl edildiyindən, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifənin cavabdehin üzərinə qoyulması hissəsində iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeydində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Şərh olunan maddi hüquq normasına əsasən, məhkəmə fərdi əmək mübahisəsinə baxarkən iddiaçının tələblərinin haqlı olduğu, onunla bağlanmış əmək müqaviləsinə qanunun tələbləri pozulmaqla xitam verildiyi qənaətinə gəldiyi təqdirdə, əvvəlki işinə bərpa olunması ilə yanaşı, vurulmuş maddi və mənəvi zərərin işəgötürəndən tutulmasını qərara ala bilər. Hazırkı işdə isə qeyd edilən pozuntular müəyyən edilmədiyindən və iddiaçının tələbi rədd edildiyindən, işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifənin cavabdehin üzərinə qoyulması tələbin də təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı “Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Qısaldılmış iş vaxtı” adlanan 91-ci maddəsinin göstərilən tələblərinin İİ qrup əlil kimi 10 il ona tətbiq olunmaması ilə əlaqədar (həmin maddənin 2-ci bəndində göstərilmişdir ki, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatda, 16 yaşdan 18 yaşadak işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaş yarımadək uşağı olan qadınlar üşün 36 saatdan artıq olmamalıdır) 10 il müddətində ona ödənilməyən 4.977 manat pulun cavabdehddən tutulub ona ödənilməsi”ni xahiş etsə də bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş bə səbəbdən iddia həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X5in Pirallahı rayon Sukanal İdarəsinə qarşı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Pirallahı Rayon Sukanal İdarəsi rəisinin 141/k saylı xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə Pirallahı Rayon Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsinə 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunmağı və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Qısaldılmış iş vaxtı” adlanan 91-ci maddəsinin göstərilən tələblərinin İİ qrup əlil kimi 10 il ona tətbiq olunmaması ilə əlaqədar (həmin maddənin 2-ci bəndində göstərilmişdir ki, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatda, 16 yaşdan 18 yaşadak işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaş yarımadək uşağı olan qadınlar üşün 36 saatdan artıq olmamalıdır) 10 il müddətində ona ödənilməyən 4.977 manat pulun cavabdehdən tutulub ona ödənilməsini təmin edilməsi barədə iddiası əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X5in Pirallahı rayon Sukanal İdarəsinə qarşı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Pirallahı Rayon Sukanal İdarəsi rəisinin 141/k saylı xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə Pirallahı Rayon Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsinə 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunmağı və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Qısaldılmış iş vaxtı” adlanan 91-ci maddəsinin göstərilən tələblərinin İİ qrup əlil kimi 10 il ona tətbiq olunmaması ilə əlaqədar (həmin maddənin 2-ci bəndində göstərilmişdir ki, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatda, 16 yaşdan 18 yaşadak işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaş yarımadək uşağı olan qadınlar üşün 36 saatdan artıq olmamalıdır) 10 il müddətində ona ödənilməyən 4.977 manat pulun cavabdehddən tutulub İddiaçı ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Faiq Qasımov