Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-51/2023 21.02.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayədəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 maddi ziyana görə 2200 manat, mənəvi ziyana görə isə 1000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, cavabdeh X3 Azərbaycan Respublikası CMnin 128-ci maddəsi təqsirli bilnərək Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh X2 təqsiri məhkəmənin hökmü ilə təsdiq edilir. Belə ki, cavabdeh X3 29 sentyabr 2022-ci il tarixdə saat 19:30 radələrində yaşadığı ünvan 1 ünvanında onun və ailəsi haqqında həqiqətə uyğun olmayan sözlər danışmasını iddia etməsi nəticəsində aralarında yaranmış mübahisə nəticəsində əlində tutmuş bıçaqla onun sol əlinin 1,2,3-cü barmaqlarının arteriya və bükmə əzələlərinin kəsilməsi ilə müşayət olunan xəsarət yetirərək ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa zərər vurmuşdur. Hadisə zamanı aldığı xəsarətin müalicəsi ilə əlaqədar 2022-ci ilin sentyabr ayının 29 və 30-da, 2022-ci ilin oktyabr ayının 1-i, 2-i, 3-cü və 24 noyabr 2022-ci il tarixlərində ambulator müalicələr almışdır. Sol əlinin üçüncü və dördüncü barmaqlarına tikişlər qoyulmuşdur. Çoxlu qan itirdiyinə görə ilk bir həftə ərzində onun bədəninə müxtəlif mayelər köçürülmüş, yaraları hər gün yuyulub təmizlənməklə intensiv müalicə almışdır. Müayənələrə, müalicələ və dərmanlara 1230 manat pul xərcləmişdir. Bundan başqa o, "xxxx" MMC-nin nəzdində olan tibb kursunda tibbi bacısı ixtisası üzrə təhsil alır. Hadisədən öncə o, həmin kursa iki aylıq təhsil haqqı ödəmişdir. Hadisə baş verdiyindən o, bir neçə ay kursa gedə bilməmişdir. Bundan başqa onun himayəsində az yaşlı 19 noyabr 2019-cu il təvəllüdlü Alisa adlı qızı var. Hadisədən sonra bir ay o, qızına özü qulluq edə bilməmiş və bir ay qızına qulluq etmək üçün dayəyə tutmuşdur. Bir ay uşağına baxmaq üçün həmin dayəyə 850 manat pul ödəmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, cavabdeh tərəfindən iddiaçıya heç bir maddi köməklik olunmadığını, hadisədən sonra iddiaçı bir ay qızına özü qulluq edə bilməmiş və dayə tutuaraq 850 manat pul ödəmişdir. İddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayədəsi Nümayəndə iddianı qəbul etmədiklərini, iddiaçının onların evlərinə gələrək onlara hücüm etmişdir. İddiaçının öz iddiasında qeyd olunan faklarla bağlı sübutların təqdim edilməsini xahiş etmişlər. Göstərilələri nəzərə alaraq, iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etdilər. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həmin hökmdən görünür ki, zərərçəkmiş şəxs İddiaçı dəymiş zərərin ödənilməsi ilə bağlı mülki iddia ərizəsi təqdim etməmişdir. Həmçinin görünür ki, xx.xx.2022-ci il tarixdə Birliyant onun ailəsi haqqında həqiqətə uyğun olmayan söhbətlər apardığı üçün onun həyat yoldaşı Bayram bu söhbətlərə aydınlıq gətirmək üçün Birliyantın həyat yoldaşı Yaşara zəng etmiş və telefonda aralarında sözlü mübahisə baş vermiş və onlar bir-birilərini nalayiq ifadələrlə təhqir etmişlər. Sonra o, həyat yoldaşı Bayramla birgə onların ünvanına getmiş və orada yenidən aralarında sözlü mübahisə baş vermişdir. Mübahisə vaxtı Birliyant əlindəki bıçaqla Nigarın əlinə xəsarət yetirmişdir. İş materiallarında olan “X6” tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli tibbi müayinənin nəticələri barədə arayışdan görünür ki, İddiaçı sol əlinin üçüncü və dördüncü barmaqlarına tikişlər qoyulmuşdur. İş materiallarında olan Səhiyyə Nazirliyi tərəfindən verilmiş tövsiyyə vərəqəsi və müalicə vərəqələrindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ambulator müalicələr almışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş, 572055 nömrəli, 15 noyabr 2022-ci il, 342569 nömrəli, 03 oktyabr 2022-ci il, 322794 nömrəli, 02 sentyabr 2022-ci il, 01 iyun 2022-ci il və 29 iyun 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı "xxxx" MMC-nin nəzdində olan tibb kursunda tibb bacısı ixtisası üzrə təhsil almış və hər ay 60 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh X3 Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökümə əsasən cavabdeh X3 29 sentyabr 2022-ci il tarixdə saat 19:30 radələrində İddiaçı yaşıdığı ünvanda aralarında yaranmış mübahisə nəticəsində əlində tutmuş olduğu bıçaqla iddiaçının sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının arteriya və bükmə əzələlərinin kəsilməsi ilə müşayət olunan xəsarət yetirərək ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa zərər vurmuşdur. İddiaçı hadisə zamanı aldığı xəsarətin müalicəsi ilə əlaqədar 2022-ci ilin sentyabr ayının 29 və 30-da, 2022-ci ilin oktyabr ayının 1-i, 2-i və 3-ü, 24 noyabr 2022-ci il tarixlərində ambulator müalicələr almışdır. Sol əlinin üçüncü və dördüncü barmaqlarına tikişlər qoyulmuş, ilk bir həftə ərzində onun bədəninə müxtəlif mayelər köçürülmüş, yaraları hər gün yuyulub təmizlənməklə intensiv müalicə almışdır. Bundan başqa iddiaçı "xxxx" MMC-nin nəzdində olan tibb kursunda tibbi bacısı ixtisası üzrə təhsil alır. Hadisədən öncə iddiaçı kursa iki ay hər ay 60 manat olmaqla cəmi 120 manat təhsil haqqı ödəmişdir. Hadisədən sonra iddiaçı bir neçə ay kursa gedə bilməmişdir. İddiaçı müayinə, müalicə və dərmanlara 1230 manat, bir ay uşağına baxmaq üçün dayə tutduğunu və ona 850 manat pul ödədiyini bildirsədə bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş müxtəlif tarixlərdə verilmiş mədaxil qəbzlərindən yalnız ikisi 342569 nömrəli, 03 oktyabr 2022-ci il tarixli və 572055 nömrəli, 15 noyabr 2022-ci il tarixli mədaxil qəbzlərdən görünür ki, iki ay hər ay 60 manat olmaqla ümumilikdə 120 manat ödənişi iddiaçının xəsarət aldığı tarixdən sonrakı tarixlərə təsadüf edir. Bu faktı iddiaçının vəkilidə təsdiq etmiş və iddiaya əlavə edilmiş sübutlardan başqa sübutların olmadığını bildirmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) İddia tələbi üzrə 2200 manat məbləğində maddi ziyanın cavabdeh tərəfindən ödənilməsi məsələsini müzakirə edərək, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalı və 120 manat məbləğində maddi ziyan cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin 1000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması barədə hissəsinə dair aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri -əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərlə bağlı tələb, səhətinə dəymiş zərərlə bağlı iddiaçının müalicə və müayinə olunması nəticəsində psixi sarsıntı keçirməsi səbəbindən ona mənəvi ziyanın dəyməsi ilə əsaslandırılsa da həmin hallar işin araşdırılması zamanı müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mənəvi zərər dəyməsi barədə dəlillər əsassız olduğundan həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 120 manat alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 120 manat maddi ziyan alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-51/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-51/2023
21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver