Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-69/2023 14.03.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Maraqlı şəxs Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1, Maraqlı şəxs Bakı şəhəri Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı maraqlı şəxslər Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzi cəlb olunmaqla Cavabdeh qarşı “heyvandarlıq təsərüfatının yaşayış masivindən uzaqlaşdırılması və ərazidəki antisanitariya vəziyətinin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı maraqlı şəxslər Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzi cəlb olunmaqla Cavabdeh qarşı “heyvandarlıq təsərüfatının yaşayış masivindən uzaqlaşdırılması və ərazidəki antisanitariya vəziyətinin aradan qaldırılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində yerləşən Cavabdeh məxsus fermanın sökülərək heyvandarlıq təsərüfatının yaşayış masivindən uzaqlaşdırılması və ərazidəki antisanitariya vəziyətin cavabdeh tərəfindən aradan qaldırılması və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, cavabdeh Kərimov X3 rayonu 40-cı məhəllə ev 1 mənzil 24 ünvanında yaşasa da, Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində yəni yaşayış yerinə yaxın ərazidə özünə ferma düzəldərək 70-80 baş xırda buynuzlu heyvanları saxlayır. Həmin heyvanlardan yaranan ifunətli iy, qoxu və antisanitariya vəziyətində evdə yaşamaq mümkünsüzdür. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Pirallahı Rayon Gigiyena və Epidemiologiya mərkəzinə ərizə ilə müraciət etmiş və həmin idarə tərəfindən cavabdehə heyvanların ərazidən köçürülməsi üçün on gün müddət qoyulsada buna əməl olunmamışdır. Bundan başqa, bununla bağlı Pirallahı Rayon İcra Hakimiyyətinə və Pirallahı rayon Polis İdarəsinə ərizə ilə müraciət etsə də məhkəməyə müraciət etməyini bildirmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1 bildirdi ki, cavabdeh digər ünvanda yaşasa da, Pirallahı qəsəbəsi S.Bağırov küçəsində yaşayış məntəqələrinin ərazisində qeyr-qanuni ferma sahəsi yaratmış və normalara cavab verməyən şəkildə 70-80 ədəd xırda buynuzlu heyvanlar saxlayır. Həmin heyvanlardan yaranan üfunət iyi, qoxusu və antisanitariya vəziyyəti yaşayışı mümkünsüz etmişdir. Pirallahı rayonu Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli 519-İVQ nömrəli Qanununa və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 2666 nömrəli Sərəncamına əsasən Xəzər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək yaradılmışdır. Sözügedən ünvanda müvafiq yaşayış sahələri, tikintilər, həmçinin aradan qaldırılması iddia olunan amillər Pirallahı rayonu yaradılmamışdan əvvəl mövcud olmuşdur. İddiaçı sözügedən məsələ ilə bağlı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli K-7-103 nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən ünvana baxış keçirilmiş və cavabdehin qanunsuz olaraq heyvandarlıqla məşğul olduğu məlum olmuşdur. Cavabdehə xəbərdarlıq edilmiş və ərazinin boşaldılması ona tövsiyə olunmuşdur. Eyni zamanda cavabdehin oğlu X4 bir neçə məsələlər, o cümlədən iddiaçının hazırkı tələbi ilə bağlı müxtəlif instansiyalara müraciət etmişdir. Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli K-7-103 nömrəli məktubu ilə müraciət müəllifindən torpaq sahəsi və daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlərin təqdim edilməsi tövsiyə olunmuşdur. Həmçinin əlaqələr zamanı o və cavabdeh qaldırılan məsələlərlə bağlı bir neçə dəfə dəvət edilmişdir. Lakin onlar, üzrlü səbəb olmadan gəlməmişlər və daşınmaz əmlaklar ilə bağlı hər-hansı sənəd təqdim edilməmişdir. Hazırkı iddia tələbi üzrə sözügedən ünvana bir daha baxış keçirilmişdir. Məlum olmuşdur ki, sözügedən ünvanda, yaşayış sahələrinin və 186 nömrəli tam orta məktəbin mövcud olduğu yaşayış məntəqəsində daş və taxta materiallardan hasara alınmış, iddia (mübahisə) olunan ərazidə xırda buynuzlu heyvanlar saxlanılır. Həmin ərazidən gələn xoşagəlməz qoxu yaxın sahələrdə daha çox hiss edilir. İddiadının təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, Pirallahi rayon Gigiyena və Epidemiologiya Mərkəzi bildirir ki, Pirallahi rayonu S.Bağırov küçəsinin sakini İddiaçı yaşadığı ünvanda yaranmış antisanitariya barədə şikayət ərizəsi üzrə idarənin mütəxəssisləri tərəfindən 153 saylı MKİS-in rəisi, iddiaçı və cavabdehin iştirakları ilə yerində araşdırılmış və müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan ünvanda həqiqətən cavabdeh tərəfindən xırdabuynuzlu heyvandarlıq ferması yaradılıb və 150 başa yaxın xırdabuynuzlu heyvanlar saxlanılır. İddiaçının yaşayış mənzili ilə heyvandarlıq təsərrüfatı arasındakı məsafə təqribən 10-15 metr təşkil edir. Ərazidə mövcud antisanitariya vəziyyəti, kəskin qoxu, iy, üfunət haqlı olaraq qonşunun şikayətinə səbəb olmuşdur. Məlumat üçün bildirdi ki, belə təsərrüfatlar qüvvədə olan Sanitariya Norma və Qaydalarına əsasən, yaşayış massivindən ən azı 300 (üç yüz) metr aralı məsafədə olmalıdır. Heyvandarlıq təsərrüfatı qeyd olunan ünvandan köçürülməsi, ərazidəki antisanitariya vəziyyəti aradan qaldırılması, ünvanda təmizlik və dezinfeksiya işləri aparılması cavabdehə bildirilsədə cavabdeh tərəfindən heç bir tədbirlər görülməmişdir. Bundan sonra mövcud vəziyyətlə bağlı Pirallahı Rayon Polis İdarəsinə məktubla müraciət edilmişdir. İddiadının təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsədə məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, iddianı qəbul etmədi və bildirdi ki, iddiaçı iddiasında şəxsi maraqlarını gizlemishdir. Məhkəməyə bidlirmek istəyir ki, qeyd olunan ərazilər təsərrufat yönumlu nəzərdə tutulmuş ərazilərdir. 1953-cu ildən ulu babasından miras qalmış və istifadəsindədir. Lakin İddiaçı bu yaxın illər ərzində hansı ki, evinin yanında neft quyusu yərləşir və ərazi Neft ərazisidir, yaşayış üçün nəzərdə tutulmamışdır. Oğlu ikinci Qarabağ veteranı, Qarabağ döyüşçüsü və bir cox medallara sahib ali tehsilli işsiz gəncdir. Bu səbəbdəndə onların kiçik təsərufatları vardır. Tək az gəlirli odur, təhsil alan qızı və işsız həyat yoldaşı var. Ona və ailəsinə məxsus ərazidən hansı marağlar hansı qanun əsasinda köçürülməlidir. Həmçinin onun əsassız çıxarılmasını tələb edən İddiaçıdurki, yolu zəbt edib, şambo qazaraq həyati təhlükələr yaratdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 12-510/04 nömrəli, 29 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Pirallahi rayon Gigiyena və X1 rayonu S.Bağırov küçəsinin sakini İddiaçı yaşadığı ünvanda yaranmış antisanitariya barədə şikayət ərizəsi üzrə mütəxəssisləri tərəfindən 153 saylı MKİS-in rəisi, şikayətçi və Cavabdeh iştirakı ilə yerində araşdırılmışdır. Müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan ünvanda həqiqətən Cavabdeh tərəfindən xırdabuynuzlu heyvandarlıq ferması yaradılıb və 150 başa yaxın xırdabuynuzlu heyvanlar saxlanılır. Şikayətçinin yaşayış mənzili ilə heyvandarlıq təsərrüfatı arasındakı məsafə təqribən 10-15 metr təşkil edir. Ərazidə mövcud antisanitariya vəziyyəti, kəskin qoxu, iy, üfunət haqlı olaraq qonşunun şikayətinə səbəb olmuşdur. Məlumat üçün bildirilir ki, belə təsərrüfatlar qüvvədə olan Sanitariya Norma və Qaydalarına əsasən, yaşayış massivindən ən azı 300 (üç yüz) metr aralı məsafədə olmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq, Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzi təklif edir. 10 gün müddətinə heyvandarlıq təsərrüfatı qeyd olunan ünvandan köçürülsün, ərazidəki antisanitariya vəziyyəti aradan qaldırılsın, ünvanda təmizlik və dezinfeksiya işləri aparılsın. Əks təqdirdə Cavabdeh barəsində inzibati qaydada tədbir görüləcək və müvafiq sənədlər hüquq mühafizə orqanlarına təqdim ediləcəkdir. Bu barədə həmin tarixdə akt tərtib edilmiş iştirakçılar tərəfindən imzlanamışdır. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının aparatının İddiaçı ünvanlanmış K-7-103 nömrəli, 27 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Rayon İcra Hakimiyyətinə ünvanlamış müraciətə baxılmış və müraciəti ilə əlaqədar ünvan 6i yaşayış sahəsinə əməkdaşlar tərəfindən baxış keçirilmiş və Cavabdeh Rəhim oğlunun qanunsuz olaraq heyvandarlıqla məşğul olduğu məlum olmuşdur. Vətəndaş Cavabdeh Rəhim oğluna xəbərdarlıq edilmiş və qısa müddət ərzində ərazini boşaltmaq tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin İddiaçı ünvanlanmış 058-9428K-322 nömrəli, 08 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Pirallahı Rayon Polis Şöbəsinə etdiyi müraciətə baxılmışdır. Qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığı üçün, aidiyyəti üzrə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinə və məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı rayon Gigiyena və X2 Kələntərova ünvanlanmış 12-542/04 nömrəli, 11 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzi bildirir ki, onun antisanitariya barədə şikayət ərizəsi əməkdaşları tərəfindən araşdırılarkən aşkar olunmuş sanitariya norma və qayda pozuntularının aradan qaldırılması üçün vətəndaş Cavabdeh xx.xx.2022-ci il tarixli 12-510/04 saylı məktubla təkliflər verilmişdir. xx.xx.2022-ci il tarixində verilmiş təkliflərin icra vəziyyəti yerində yoxlanılarkən müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh tərəfindən xırdabuynuzlu heyvan ferması başqa ünvana köçürülməmiş və ərazidəki antisanitariya vəziyyəti aradan qaldırılmamışdır. Mövcud vəziyyəti nəzərə alaraq, ərazidə müvafiq tədbirlərin həyata keçirilməsi üçün rayon Polis İdarəsinə xx.xx.2022-ci il tarixli, 12- 540/04 saylı məktubla müraciət olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 22 nömrəli, 24 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2013-cü il 09 sentyabr tarixli 359 nömrəli sərəncamı ilə Pirallahı qəsəbəsinin şimal-qərb hissəsində Pirallahı Rayon İcra Hakimiyyətinə ayrılmış ərazidən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması şərtləri haqqında qaydaların 2.1-ci bəndinə əsasən baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Həmin Qaydaların 4.4.5-ci bəndinə əsasən şəhərdə və şəhərtipli qəsəbələrdə ayrıayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması qadağandır. «Kənd təsərrüfatinda və heyvandarliqda əmək gigiyenasi» haqqında qaydaların 9.6cı bəndində əsasə əmək şəraitinin radikal şəkildə sağlamlaşdırılması heyvandarlıq fermalarının, tikililərinin səmərəli quraşdırılması, əsas və yardımçı istehsalat əməliyyatlarının bütün komplekslərinin mexanikləşdirilməsi zamanı mümkündür. Malqaranın növündən asılı olmayaraq, heyvandarlıq fermalarının tikililərin quruluşuna və saxlanmasına (bir baş heyvana düşən ərazinin sahəsi istisna edilməklə) prinsip etibarilə eyni gigiyenik tələblər qoyulur. Ferma üçün ayrılmış ərazi hündür yerdə, yağış suları yaxşı axan, yaşıllıq ərazisinə və su mənbəyinə yaxın, yaşayış binalarından 200 m-dən aralı məsafədə seçilməlidir. Tikililərin divarlarına mala çəkilməli və ağardılmalıdır, döşəmələr isti (asfalt, gilli-çınqıllı, ağac və s.) olmalıdır. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Bundan başqa, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Bundan başqa, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Lakin şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması qadağandır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində iddiaçının yaşadığı mənzilə yaxın, yəni yaşayış yerinə yaxın ərazidə özünə ferma düzəldərək 70-80 baş xırda buynuzlu heyvanları saxlayır. Həmin heyvanlardan yaranan ifunətli iy, qoxu və antisanitariya vəziyət iddiaçının ona məxsus evdə yaşamasını mümkünsüz etmişdir. Bununla bağlı iddiaçı tərəfindən Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinə şikayət ərizəsi ilə müraciət etmiş mərkəzin əməkdaşları tərəfindən araşdırma aparlaraq aşkar olunmuş sanitariya norma və qayda pozuntularının aradan qaldırılması Cavabdeh təkliflər verilmiş və xx.xx.2022-ci il tarixində verilmiş təkliflərin icra vəziyyəti yerində yoxlanılarkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən xırdabuynuzlu heyvan ferması başqa ünvana köçürülməmiş və ərazidəki antisanitariya vəziyyəti aradan qaldırılmamışdır. Daha sonra iddiaçı tərəfindən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə etdiyi müraciətə baxılmış və müraciəti ilə əlaqədar ünvan 6i yaşayış sahəsinə İcra hakimiyyətinin əməkdaşları tərəfindən baxış keçirilmiş və Cavabdeh Rəhim oğlunun qanunsuz olaraq heyvandarlıqla məşğul olduğu məlum olmuşdur. Bununla bağlı cavabdehə xəbərdarlıq edilmiş və qısa müddət ərzində ərazini boşaltmaq tövsiyə olunsa da, cavabdeh tərəfindən qeyd olunan nöqsanlara aradan qaldırılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir, məhkəmə tərəfindən isə iddiaçının ödəniləcək tələblərinin məbləği iddia tələbinin 100%-ini təşkil edir, buna münasib olaraq ödənilmiş dövlət rüsumu məbləğini təşkil edən 100 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli Cavabdeh məxsus Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində yerləşən ferma sökülərək heyvandarlıq təsərüfatı yaşayış masivindən uzaqlaşdırılması və ərazidəki antisanitariya vəziyət cavabdeh tərəfindən aradan qaldırılmalı və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində yerləşən ferma sökülərək heyvandarlıq təsərüfatı yaşayış masivindən uzaqlaşdırılması və ərazidəki antisanitariya vəziyət cavabdeh tərəfindən aradan qaldırılsın və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-69/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-69/2023
14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver