Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(094)-72/2023 24.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Anatolevnanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Anatolevna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Anatolevna ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 31 saylı notariat kontorunda bağlanaraq reyestrə 4Ə-201 nömrə ilə qeyd edilmiş Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Bağırov küçəsi döngə 11 ev 2 mənzil 1-ə alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Bağırov küçəsi döngə 11 ev 2 mənzil 1-in xüsusi mülkiyət hüququ üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyata alınmasına dair RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1, 2.2.2. və 2.2.3-cü maddələrinin tələblərinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı eyni iddia ərizəsi ilə daha əvvəldə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi eyni əsasla iddia ərizəsini qəbul etməkdən imtina olunsa da, həmin qərardadda göstərilən nöqsanlar aradan qaldırılmadan yenidən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1. maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi inzibati orqanın üzərinə inzibati aktın ləğv edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasından ibarətdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaya məhkəmədə baxılmalı deyil və ona görə də, iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Belə ki, İddiaçı Anatolevna iddia ərizəsində alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsini xahiş etsədə, cavabdehlərin hər birinə qarşı yönələn tələbi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, iddiaçıya izah edilir ki, qeyd olunan tələbə baxılması üçün ümumi qaydada inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəməyə müraciət edə bilərlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Anatolevnanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi” tələbi barədə iddia ərizəsini qəbul etməkdən imtina edilsin. İddiaçıya qeyd olunan tələbə baxılması üçün ümumi qaydada inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəməyə müraciət edə bilmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(094)-72/2023
Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №2(094)-72/2023
24.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver