Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1005/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidməti mənzildən çıxarılma) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsinin cavabdeh Cavabdeh qarşı “kirayə müqaviləsinin ləğvi, istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Z.Tağıyev rayon MİH rəisinin ##.##.2011-ci il tarixli, ** nömrəli əmri ilə Z.Tağıyev rayon Mənzil İstismar Hissəsinin Texniki təhlükəsizlik üzrə mühəndisi Cavabdeh ##.##.2011-ci il tarixdən mənzil qrupunun rəisi vəzifəsinə keçirilmişdir.
2. Sumqayıt qarnizonu üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısının surətindən görünür ki, ##.##.2013-cü il tarixli hərbi hissənin mənzil komissiyasının protokoluna əsasən ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən 3 otaqlı, 37 kv.metr sahəsi olan ** saylı mənzil 6 nəfər ailə tərkibi ilə bərabər Cavabdeh verilmişdir.
3. Cavabdeh (kirayəçi) ilə bağlanmış ##.##.2014-cü il tarixli, ** saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsi Sumqayıt Qarnizonu rəisinin ##.##.2014-cü il tarixli qərarına əsasən Sumqayıt şəhəri, F.Qayıbov küçəsi, ** nömrəli binada, ** nömrəli mənzildə yerləşən Müdafiə Nazirliyinin mənzil fonduna aid, ümumi sahəsi 37 kv.m olan 3 otaqlı yaşayış sahəsini kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə Müdafiə Nazirliyində xidmət müddətinə kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri: həyat yoldaşı X1, qızları X3, X5, oğlu X2, nəvəsi X4r; - 2.4.11-ci bəndinə əsasən kirayəçinin bu müqavilə ləğv edildikdən və ya ona xitam verildikdən sonra razılaşdıqları müddətdə (lakin 30 təqvim günündən artıq olmamaq şərtilə) yaşayış sahəsini təhvil-təslim aktına əsasən kirayə verənə təhvil vermək vəzifəsi vardır. - 5.4.6-cı bəndinə əsasən müqavilə kirayə verənin tələbi ilə məhkəmə qaydasında Azərbaycan Respublikasının qanunvericiliyində və Mənzil Məcəlləsində müəyyən edilmiş digər hallarda ləğv edilə bilər. - 5.8-ci bəndinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edildikdə və ya ona xitam verildikdə kirayəçi və onun ailə üzvləri bu Müqavilə əsasında kirayəyə götürdükləri yaşayış sahəsini boşaltmalıdır. Kirayəçi və onun ailə üzvləri həmin yaşayış sahəsini boşaltmaqdan imtina etdikdə, Mənzil Məcəlləsinin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
4. Cavabdeh tərəfindən verilmiş iltizamda qeyd edilmişdir ki, o, ** nömrəli, ##.##.2014-cü il tarixli kirayə müqaviləsi əsasında Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19 ünvanında yerləşən 3 otaqlı, sahəsi 37 kv.m olan xüsusi təyinatlı yaşayış sahəsi müqaviləsinin 2.4.11 və 5-ci bəndlərinə uyğun olaraq (xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən (vəzifədən) azad edildikdə və s. hallarda) şərtsiz Z.Tağıyev rayon MİH-ə təhvil verəcəkdir.
5. Z.Tağıyev rayon Mənzil-İstismar hissəsinin rəisinin ** nömrəli, ##.##.2015-ci il tarixli əmri ilə mənzil qrupunun rəisi Cavabdeh əmək müqaviləsinə ## ### 2015-ci il tarixdən ştat vahidlərinin ixtisarı ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
6. İstismar-Texniki bölmə rəisi tərəfindən Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin rəisinə ünvanlanan ##.##.2024-cü il tarixli raportda qeyd edilib ki, Cavabdeh ##.##.2014-cü il tarixdə kirayə müqaviləsi ilə mənzil verilərkən Sumqayıt Qarnizonu mənzil komissiyasının sədri ilə razılaşma aparılmamışdır. Həmin tarixdə Hacı Zeynalabdin rayon Mənzil-istismar hissəsinin mülki işçisi kimi Cavabdeh iltizam verərək bildirmişdir ki, xüsusi təyinatlı yaşayış sahəsini müqavilənin 2.4.11 və 5-ci bəndlərinə uyğun olaraq (xidmət yeri dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən (vəzifədən) azad edildikdə və hallarda) şərtsiz olaraq Hacı Zeynalabdin rayon Mənzil- İstismar hissəsinə təhvil verəcəkdir. Lakin sözügedən mənzil bu günədək Cavabdeh tərəfindən Hacı Zeynalabdin rayon Mənzil-istismar hissəsinə təhvil verilməmişdir. Odur ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla Cavabdeh hansı səbəblərdən qanunsuz olaraq kirayə müqaviləsi verilməsi barədə araşdırma aparılması üçün göstəriş verilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsi (bundan sonra “iddiaçı” və ya “MİH”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19, mənzil ** nömrəli mənzillə bağlı MİH-lə cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış ##.##.2014-cü il, ** saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi, həmin mənzildə yaşayan cavabvdehin ailə üzvləri birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2014-cü il tarixli, ** nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19, mənzil 29 ünvanında 3 otaqlı olmaqla 37 kv.metrdən ibarət mənzil (bundan sopnra “mübahisəli mənzil”) Azərbaycan Ordusunun qulluqçusu olan cavabdehə ayrılmışdır. Mənzil ayrılan zaman, yəni ##.##.2014-cü il tarixdə cavabdeh iltizam yazaraq bildirmişdir ki, kirayə müqaviləsinin 2.4.11 və 5-ci bəndlərinə uyğun olaraq (xidməti yerini dəyişdikdən hərbi xidmətdən buraxıldıqda, iş yerindən (vəzifədən) azad edildikdə və s. hallarda) mənzili şərtsiz cavabdehə təhvil verəcəkdir. Bundan əlavə, cavabdehə mənzil ayrılarkən Sumqayıt Qarnizonu, N saylı hərbi hissənin komandiri ilə razılaşma aparılmamışdır. Cavabdeh hazırda təqaüddədir, verdiyi iltizama əməl etmir. Buna görə də cavabdehin mənzilə istifadə hüququna xitam verilməklə həmin mənzili təcili iddiaçıya təhvil verməlidir. Hazırda mənzilə ehtiyacı olan və mənzil növbəsində duran çoxlu sayda hərbi qulluqçular və mülki işçilər vardır.
9. Cavabdehin nümayəndəsi (vəkili) iddiaya etirazında göstərmişdir ki, Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə başqa yaşayış sahəsi verilmədən cavabdeh mənzildən çıxarıla bilməz. İddiaçı üstün mövqedədir və cavabdehdən istənilən yolla iltizama imza etməsinə nail olmaq olar.
10. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, mübahisəli mənzillə bağlı iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2014-cü il, ** saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi, mənzildə yaşayan cavabdehin ailə üzvləri birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir. (hakim Şəbnəm Həxiyeva)
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xidməti yaşayış sahəsinin kirayə müqaviləsi Mənzil Məcəlləsinin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Qüvvədə olan mənzil qanunvericliyinə görə cavabdeh iddiaçı qurumda işləmədiyindən, mübahisəli yaşayış sahəsini tərk etməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin 17.1, 17.2, 17.3, 91,92, 98.1, 100.3, 102.1, 103.3-cü maddələri, Azərbaycan Respublikasınin Nazirlər Kabinetinin ## ### 2010-cu il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın 1.5, 2.2, 3.5.1-ci bəndləri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2001-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları, xüsusilə iş materiallarına əlavə edilmiş, işin təkzib edilməz halları təhrif edilmişdir. İddianın predmeti 2 hissədən ibarət olmaqla aşağıdakılardır: Cavabdehə verilən xüsusi təyinatlı kirayə müqaviləsinə xitam verilməsi; 2. Cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə istifadə hüquqlarına xitam verilərək, mənzildən çıxarılmaları. Birinci instansiya məhkəməsi iddia predmetinin 1-ci hissəsi ilə bağlı Konstitutsiyanın və Mənzil Məcəlləsinin normalarını təhrif edərək, işin hallarına uyğun əsaslandırmamışdır. Belə ki, mübahisəli mənzil dövlət mülkiyyəti olmaqla balans saxlayıcı Müdafiə Nazirliyidir və xüsusi təyinatlı mənzil sahəsidir. Mənzil Məcəlləsinin 100cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 3 halda ləğv edilə bilər: tərəflərin qarşılıqlı razılığı ilə; və ya kirayəçinin (cavabdehin) istəyi əsasında; kirayə verənin iddiası əsasında məhkəmə qaydasında. Bu 3-cü hal isə Mənzil Məcəlləsinin 100.3-cü maddəsində qeyd edilən şərtlər mövcud olduğu halda, yəni kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə; habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Hazırki mübahisədə kirayə müqaviləsinin ləğv edilməsi qaydası olaraq tərəflərin münasibətlərində 100.1 və 100.2-ci maddəsində qeyd edilən hallar mövcud deyildir və məhkəmə mübahisəyə bu aspektdən, eləcə də Mənzil Məcəlləsinin 100.3-cü maddəsi aspektindən baxmamışdır. Məhkəmə Məznil Məcəlləsinin 100.3-cü maddəsində qeyd edilən halların mövcud olmadığına qiymət verməmişdir. Belə ki, iddia ərizəsindən və iddiaçı tərəfin nümayəndəsinin məhkəmə qətnaməsində qeyd edilən izahatı ilə də təsdiq edilir ki, iddiaçı tərəfin iddiasının əsasını yalnız və yalnız cavabdehin iş yeri üzrə əmək münasibətlərinə xitam verilməsi əsası nəzərdə tutulmuşdur və birinci instansiya məhkəməsi də məhz qətnaməsində gəldiyi nəticəni bununla əsaslandırmışdır. Mənzil Məcəlləsinin 100.3-cü bəndində qeyd edilən kirayəçi və onun ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələrin yerinə yetirilməməsi hazırkı mülki mübahisədə mövcud deyil, belə bir əsas, ümumiyyətlə, iddianın əsaslarını təşkil etmir. Həmçinin 100.3-cü maddənin digər hissəsinin tələbi isə Mənzil Məcəlləsinin 82-ci maddəsinə göndərir. Mənzil Məcəlləsinin 82-ci maddəsində isə kirayə müqaviləsinə xitamın əsasları kimi aşağıdakıları müəyyən edilir: tərəflərin razılığı; kirayəçinin ailə üzvləri ilə birlikdə yazılı razılığı əsasında birtərəfli xitamı; kirayəçinin ailə üzvləri ilə başqa yaşayış yerinə köçməsi. Məhkəmə qaydasında: Mənzil Məcəlləsinin 82.4.1-82.4.4 (yaşayış sahəsinin və kommunal xidmətlərin 6 aydan artıq ödənilməməsi; yaşayış sahəsini dağıtdıqda və korladıqda; birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə). İş materiallarından və iddia ərizəsindən də göründüyü kimi, hazırki mübahisədə 82.4.1-82.4.4-cü maddədə qeyd edilən hallar mövcud deyildir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xitamın əsasları isə 101-ci maddədə 2 hal qeyd edilmişdir. Bu hallar da, hazırki mübahisədə mövcud deyildir və belə bir halların olması ilə bağlı nə iddianın əsaslarında, nə də ki, məhkəmə qətnaməsində qeyd edilməmiş, araşdırma predmeti olmamışdır. Lakin məhkəmə, Mənzil Məcəlləsinin 92-ci maddəsinə istinad etməklə həmin normanı səhv, yəni hüquq normasının tələblərinə, mahiyyətinə və hüquq fəlsəfəsinə zidd olaraq təfsir etmişdir. Mənzil Məcəlləsinin 92-ci maddəsində kirayəçinin (cavabdehin) iddiaçı dövlət qurumunda işləməməsi cavabdehin kirayə mənzil sahəsini tərk etməli halı özündə ehtiva etmir. Əksinə, cavabdeh ehtiyata buraxılmış R rütbəsində olan hərbi qulluqçusudur və həmçinin pensiyadadır. Belə ki, iş materiallarına cavabdehin Azərbaycan Ordusunda R rütbəsində hərbi qulluqçu kimi pensiyaçı olmağına dair sənədlər məhkəməyə təqdim edilməsinə, iş materiallarına əlavə edilməsinə baxmayaraq, məhkəmə qətnaməsində bu sübutları qeyd etməmiş və qiymət verməmişdir. Əksinə, məhkəmə qətnaməsində əsassız olaraq qeyd etmişdir ki, guya işin faktiki hallarına görə cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid deyildir. Halbuki, cavabdeh Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsində qeyd edilən kateqoriyaya aiddir (yaşa görə pensiyaçı). Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsinə əsasən, yaşa görə pensiyaçılar xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsində imperativ xarakterli olan hüquq normasının tələbləri pozulmuşdur. Həmçinin qeyd edilən tələblər tərəflər arasında bağlanmış kirayə müqaviləsinin 5.8-ci bəndində də qeyd edilmişdir. Cavabdehin mübahisəli mənzildə qanuni əsaslarla yaşayan ailə üzvlərinin adları tərəflər arasında bağlanmış ** saylı kirayə müqaviləsində də qeyd etmişdir. Həmin şəxslər: cavabdehin arvadı X1, qızları X3, X5, oğlu X2, nəvəsi X4r. Məhkəmə qətnaməsinin qət etdi hissəsində isə onların adı qeyd edilməmiş, məhkəmə qətnaməsində qətnamə qanuni qüvvəsini aldığı təqdirdə icra etməli şəxslər dairəsi müəyyən edilməmişdir. Xüsusilə məhkəmə tərəfindən MPM-nin 9-cu maddəsinin tələbləri kobudcasına pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi mülki işə tərəf kimi cəlb etmədiyi şəxslər dairəsinə aid qərar qəbul etmiş, çəkişmə prinsipini pozmuşdur.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən – Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19, ** nömrəli mənzildə yaşayan Cavabdeh ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Səyyad Qafari, Almaz Süleymanova)
16. Apellyasiya instansiya məhkəməsi Mənzil Məcəlləsinin 92-ci maddəsinə istinadən qeyd etmişdir ki, mübahisəli mənzil xüsusi təyinatlı yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid olmaqla balans saxlayıcısı Azərbaycan Respublikası Müdafiə Nazirliyidir və bu mənzil qurumun işçilərinə daimi yox, müvəqqəti yaşamaq məqsədilə verilir. Həmçinin cavabdehin əmək müqaviləsinə xitam verildiyindən və onun artıq MİH-in işçisi olmadığından, cavabdehlə kirayə müqaviləsinin bağlanması üçün əsas olmuş hal aradan qalxmışdır.
17. “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2010-cu il tarixli, ** saylı qərarının 1.5-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
18. Göründüyü kimi cavabdeh ##.##.2011-ci il tarixdən MİH-in mənzil qrupunun rəisi vəzifəsinə keçirilmiş, onunla ##.##.2014-cü il tarixdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış, MİH-in balansında olan mübahisəli mənzil müvəqqəti istifadə üçün cavabdehə verilmiş, daha sonra onun əmək müqaviləsinə yaşa görə pensiyaya çıxması ilə əlaqədar deyil, ##.##.2015-ci il tarixdən ştat vahidlərinin ixtisarı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etdiklərinə əsasən belə qənaətə gəlmişdir ki, cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid deyildir.
20. Digər tərəfdən, cavabdeh yuxarıda adı çəkilən ##.##.2014-cü il tarixli kirayə müqaviləsi üzrə xidmət müddətində mənzildə müvəqqəti yaşamaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş vəzifələrin də daşıyıcısı olmuşdur.
21. Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, o, ** nömrəli, ##.##.2014-cü il tarixli kirayə müqaviləsi əsasında kirayə müqaviləsinin 2.4.11 və 5-ci bəndlərinə uyğun olaraq (xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən (vəzifədən) azad edildikdə və s. hallarda) mübahisəli mənzili MİH-ə təhvil verəcəyi barədə öhdəlik götürmüşdür.
22. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi iddia tələbinin mübahisəli mənzillə bağlı iddiaçı ilə cavabdeh arasında bağlanmış kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması hissəsinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir.
23. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin cavabdehin ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması hissəsində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmadığını göstərərk, qeyd etmişdir ki, iddia ərizəsində cavabdehin ailə üzvlərinin adlarını, soyadlarını, ata adlarını və s. göstərmədən iddiaçı cavabdehlə birgə onların da mənzildən çıxarılmasını xahiş etmişdir. Belə olan halda, bu hissədə iddia tələbi qeyri-müəyyən olduğundan təmin edilməməlidir.
24. Halbuki, Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəllənin 17, 91, 92, 98, 99, 100,101, 102-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14 və 77-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təmin edilən hissəsində ləğv, iddianın tam həcmdə rədd edilməsinə dair yeni Qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlliləri ilə eynidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri aiddir. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12.1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
30. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni həmin hissədə yoxlayır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
34. Məhkəmə kollegiyası işə sübutları qiymətləndirməklə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 17-22-ci bəndlərində əks edilən qiymətləndirməsı ilə razılaşır.
35. Belə ki, iddia tələbi xidmətin mənzilin boşaldılması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi cavabdehin xidməti mənzildən istifadəsinə əsasların aradan qalxmasına istinad etmişdir.
36. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə də cavabdehlə əmək müqaviləsinə xitam verilsə də, cavabdeh ona verilmiş xidməti mənzili tərk etməkdən imtina edir.
37. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olduğundan mübahisələndirilən hissədə iddianın təmin edilməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.
38. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər işin faktiki halları ilə bağlı olmaqla iddia tələbinə etirazın və apellyasiya şikayətinin də dəlilləri olub və işə mahiyyəti üzrə baxan məhkəmələr hər biri müvafiq olaraq həmin dəlillərə qiymət vermişlər. (bax:18-19-cu bəndlər)
39. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşdığı üçün kassasiya şikayətinin eyni məzmunlu dəlillərinə qiymət verməyə zərurət görmür.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.