Məhkəmə qərarları › İş №2(1-8)-1016/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1016/2026

19.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1016/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsinin təhvil alınması, kompensasiyanın adekvatlığı) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. X2 ilə ## ###### 2025-ci il tarixli alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.8 kv/m, yaşayış sahəsi 27.7 kv/m, yardımçı sahəsi 18.1 kv/m olan 2 otaqlı mənzili AN-İ seriyalı, ******* nömrəli, Cavabdeh 135000 manata satmışdır.

2. Mənzil ************-*****-****** saylı reyestr və ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışına əsasən hazırda Cavabdeh mülkiyyətindədir.

3. Sumqayıt şəhər Icra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** saylı “Sumqayıt şəhərinin 16-cı məhəllə ərazisində torpaq sahəsinin icarə qaydasında ayrılması haqqında” Sərəncamına əsasən İddiaçı Mənzil Tikinti Kooperativinin müraciəti, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Idarəsinin təklifi nəzərə alınaraq və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4cü bəndinin 4.16.3 və 4.16.4-cü yarımbəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının “Torpaq Icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhərinin 16-cı məhəlləsində 11/26, 24/13, 3/42 və **/** saylı binalar yerləşən və ətraf hissəsindən Sumqayıt şəhərinin baş planına əsasən ictimai işgüzar zonanın təyinatına uyğun olaraq İddiaçı Mənzil Tikinti kooperativinə icarə qaydasında 1,0910 ha torpaq sahəsinin ayrılması, müvafiq qaydada icarə müqaviləsinin bağlanması, İddiaçı Mənzil Tikinti Kooperativinə tapşırılması, ərazinin sanitar vəziyyətinə nəzarət etməsi, tikintisi nəzərdə tutulmuş torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınmasının aidiyyatı qurumlarla həll edilməsi, sərəncamın icrasına nəzarətin Sumqayıt şəhər Icra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Idarəsinə həvalə edilməsi qərara alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi (bundan sonra həmçinin “iddiaçı”xxxx“MTK”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdeh Cavabdeh (bundan sonra həmçinin “cavabdeh”) məxsus olan Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən ** saylı mənzilin (bundan sonra “mübahisəli mənzil”) 1 kv.m üçün 2000 (iki min) manat kompensasiya ödənilməklə həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Icra Hakimiyyətinin başçısının ## ###### 2022-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Sumqayıt şəhəri, 16-cı məhəlləsində 11/26, 24/13, 3/42 və **/** saylı binalar yerləşən və ətraf hissədən Sumqayıt şəhərinin baş planına əsasən ictimai işgüzar zonanın təyinatına uyğun olaraq 1,0910 ha torpaq sahəsi icarə qaydasında MTK-ya ayrılmışdır. Sumqayıt şəhər Icra Hakimiyyətinin ## ##### 2025-ci il tarixli, * №-li obyektin tikintisinə icazə sənədi əsasında MTK-ya Sumqayıt şəhəri, 16-cı məhəllədə yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X6 Ekspertiza Baş Idarəsinin ##.##.2025-ci il tarixli, ***** nömrəli ekspertiza rəyinin nəticə hissəsində Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yaşayış və qeyri-yaşayış binaları üzrə tikinti layihəsi razılaşdırıldığı qeyd olunur. MTK tərəfindən layihə üzrə müvafiq binada yerləşən mənzillərin mülkiyyətçiləri ilə razılaşdırılmaqla onların bir qisminə kompensasiya verilmiş, bir qisminə isə yeni tikilən binadan mənzil verilməsi razılaşdırılmışdır. Müvafiq binada yerləşən iyirmi bir mənzildən iyirmisi mülkiyyətçilərlə bağlanan alqı-satqı müqaviləsi ilə alınmışdır. Lakin iyirmi bir mənzildən yalnız bir mənzilin, yəni mübahisəli mənzilin mülkiyyətçisi əsassız və qərəzli olaraq layihənin həyata keçirilməsinə maneə yaratmış və digər mənzil mülkiyyətçilərinin hüquqlarını pozmuşdur. Belə ki, ##.##.2025-ci il tarixli, 1327706 №li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzil cavabdehin mülkiyyətinə verilmişdir. ##.##.2025-ci il tarixli, 1327706 №li daşınmaz əmlakın alqı-satqı müqaviləsini alıcının (cavabdehin) etibarnamə üzrə nümayəndəsi olaraq imzalayan nümayəndə2 MTK-nın Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yaşayış və qeyri-yaşayış binaları üzrə tikinti layihəsindən əvvəlcədən xəbərdar olduğu üçün qərəzli olaraq mübahisəli mənzili almaqla anasının (cavabdehin) adına rəsmiləşdirmiş və məqsədi bu layihənin reallaşmasına maneəçilik törətməkdən ibarət olmuşdur. Onun həmin mənzili almaqda tək niyyəti MTK-nın mövcud layihəsini korlamaq və mövcud vəziyyətdən sui-istifadə halları yaratmaqdan ibarət olmuşdur. Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən **/** nömrəli binadan yerləşən bütün mənzillər alınmışdır. Lakin mübahisəli mənzilin mülkiyyətçisi ilə müvafiq danışıqların edilməsinə, mənzilin bazar dəyərindən belə, yüksək məbləğin ödənilməsi təklif edilməsinə baxmayaraq, mənzilin mülkiyyətçisi (cavabdeh) bütün təklifləri rədd edərək ağlasığmaz tələblər irəli sürmüşdür. Cavabdeh icrası mümkün olmayan tələblər irəli sürməklə binada yaşayan digər sakinlərin də mülkiyyət hüququnu pozur və bu əməli qərəzli olaraq icra edir. Məlum olduğu kimi Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən **/** nömrəli binadakı mənzillərin bir çox mülkiyyətçiləri ilə bağlanan müqavilənin məzmunu onlara yeni tikiləcək olan binadan mənzil verilməsidir, lakin ** saylı mənzilin mülkiyyətçisinin əsassız tələbləri icra edilə bilmədiyi üçün tikinti layihəsini həyata keçirmək mümkün olmur və digər mənzil sahiblərinin mülkiyyət hüquqları pozulur, həmçinin tikinti layihəsinin həyata keçirilə bilməməsi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxardır. Iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi iddiaçının mövcud layihəsi qanunun tələblərinə riayət etməklə, müvafiq icazələr alınmaqla tərtib edilmişdir. Həmçinin, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən **/** nömrəli bina köhnə və qəzalı vəziyyətdədir, həmin bina insanların sağlamlığı üçün birbaşa təhlükə yaradır, hər an kütləvi insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisənin baş vermə təhlükəsi mövcuddur. “xxxx” MMC-nin “Yaşayış mənzilinin 1 kv.m-nin real bazar dəyərinin müəyyən edilməsi barədə ## ###### 2025-ci il tarixli, REC-**-**/AR-** nömrəli arayışına əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən 2 otaqlı mənzilin (ümumi sahəsi 45.8 m2 , yaşayış sahəsi 27.7 m2, yardımçı sahəsi 18.1 kv.metr olan) 1 kv.m-nin real bazar dəyəri 1400 (min dörd yüz) manat – 1600 (min altı yüz) manat arası təşkil edir. Buna baxmayaraq, iddiaçı cavabdehə məxsus mənzilin bazar dəyərindən yuxarı, yəni mənzilin 1 kv.m üçün 2000 (iki min manat) ödəməklə kompensasiya təklifi edir.

6. Cavabdehin nümayəndəsi (oğlu) X1 iddiaya etiraz edərək mənzili 135000 manata almışdır. O, həmin mənzillə bağlı təklifini rəhbərliyə bildirmişdir, əvvəlcə razılığa gəlsələr də, sonradan razılıq baş tutmamışdır. Nə hazırki kompensaiya məbləği ilə razıdır, nə də ki, sözügedən binada inşa ediləcək yeni mənzilin verilməsinə razıdır. Belə ki, onun iddiaçı MTK-ya etibarı yoxdur. Əvvəllər həmin MTK-da işləyib. MTK-nın nüfuzunun yüksəlməsinə köməklik edib. Iddiaçı hələ heç bir evi vaxtında tikib təhvil verməyib. Həmin MTK-da çalışdığı üçün söz verilən mənzilin ona təhvil verilməsinə şübhə edir. Həm də digər sakinlərə daha yüksək məbləğdə kompensasiya təklif edilib. Həmin evlərdən biri satılıb, biri də 650000 manata təklif edilib.

7. Cavabdehin vəkili (nümayəndəsi) nümayəndə1 bildirmişdir ki, mənzil 135000 manat alınıb, təxminən 10000 manat da vasitəçiyə verilib. Iddiaçının təklif etdiyi kompensasiya isə 91600 manatdır.

8. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən ** saylı mənzilin 1 kv.m üçün 2000 (iki min) manat kompensasiya ödənilməklə həmin mənzil iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verilməsi qət edilmişdir. (hakim Şəbnəm Həxiyeva)

9. Birinci instansiya məhkəməsi mübahisəli mənzilin texniki cəhətdən yolverilməz vəziyyətdə olmasını, yaşayış evinin istismarının təhlükəli olmasını, həmçinin digər şəxslərin iddiaçı ilə razılığa gələrək öz yaşayış yerlərini tərk etməsini, yeni mənzillə təmin edilmələrini gözləmələrini, istismar müddətini keçməsini, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsinin ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etməsini nəzərə alaraq iddianı əsaslı hesab etmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzildə və evdə yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MTK-nın belə bir niyyəti də yoxdur, əksinə cavabdehə istifadəsində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təklif edilir, yəni, mübahisəli mənzilin 1 kv.m üçün 2000 (iki min) manat kompensasiya ödənilməsini təklif edir. Hansı ki, sözügedən ünvanda mənzilin 1 kv.m-nin real bazar dəyəri 1400-1600 manat arası təşkil edir.

12. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, cavabdeh izahatında nə kompensasiya ödənilməsi, nə də ona yeni yaşayış sahəsi verilməsi ilə bağlı hər hansı razılaşma əldə etmək niyyətində olmadığını bildirmişdir. Cavabdehin bu hərəkətləri digər sakinlərin hüquq və qanuni mənafelərinin pozulmasına səbəb olmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri , Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli mənzili qanuni əsaslarla dövlət notariat kontorunda 135.000 (yüz otuz beş min) manata alaraq alqı-satqı edib dövlət qeydiyyatına almışdır. Həmin mənzil xüsusi mülkdür və cavabdeh hazırda həmin mənzildə yaşayır. Mülkiyyət hüquqlarının müdafiəsini iddiaçı əsassız yerə qərəzli adlandıraraq mənzilin dəyərindən aşağı məbləğ təklif edərək cavabdehi öz mülkündən zorla çıxarılmağını istəyir. Mənzilin ümumi sahəsi 45.8 kv.m təşkil edir, riyazi hesablama ilə həmin kvadrat metri 2000 (iki min) manata vurduqda; 45.8*2000= 91.600 manat təşkil edir. Beləliklə 135.000 ( yüz otuz beş min) manata aldığı mənzilə məhkəmə öz qətnaməsində 91.600 (doxsan bir min altı yüz min) manat kompensasiya ödənilməsini qeyd etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə almadan, cavabdehin qanunla qorunan mülkiyyət hüquqlarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

16. Apellyasiya baxışında cavabdehin nümayəndəsi-vəkili nümayəndə1 bildirmişdir ki, işin mübahisəsiz halıdır ki, binanın yarısı sökülüb, mənzillər boşaldılıb, kommunal xidmətlərin hamısı dayandırılıb. Məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği cavabdehi 41000 manat zərərə salıb.

17. Apellyasiya baxışında cavabdehin nümayəndəsi (oğlu) X1 göstərmişdir ki, onları qane edəcək məbləğdə kompensasiya verilərsə, o halda mənzili boşalda bilərlər. Hazırki vaxtadək iki ədəd 2 otaqlı mənzil təklif edilib, lakin mənzil istəmirlər. Özü əvvəllər uzun müddət, təxminən 10 il bu MTK-da işləyib, mənzillərin satışın həyata keçirib. əıvvəl bu məsələ iolə MTK ilə razılaşsalar da, sonradan fikirlərini dəyişiblər. Onda olan məlumata əsasən sakinlərə 600 min-1 milyon manat məbləğlər təklif edilib və razılaşmalar olub. Kompensasiya məbləği olaraq 2 milyon manat təklif edir.

18. Iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək göstərib ki, rəyə görə mübahisəli mənzilin 1 kv.metrinin dəyəri 1400-1600 manatdır, lakin MTK bazar qiymətinə uyğun olaraq hər kv.metrə 2000 manat təklif edir. Həmçinin tikintinin icrasına 2022-ci ildən başlanılıb, cavabdeh isə mənzili ## ###### 2025-ci ildə alıb. Cavabdehin nümayəndəsi də dedi ki, iddiaçı şikətdə işləyib, deməli, onun bu layihədən məlumatı olub. MTK ağlabatan məbləğlə razılaşmağa və mübahisəni həll etməyə hazırdır. Mənzilin dəyəri olan 135000 manatı da ödəməyə razıdırlar.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməməsini qət edilmişdir. (hakimlər Ramin Xəlilov (sədrlik edən və məruzəçi), Ilqar Dəmirov, Afiq Hüseynzadə)

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ümumi sahəsi 45.8 kv.m təşkil edən mübahisəli mənzilin hər kvadrat metri üçün iddiaçı tərəfindən 2000 (iki min) manat təklif edilmişdir ki, bu məbləğ bir il bundan əvvəl əldə olunmuş mənzilin alış dəyərindən aşağı məbləğ olan 91.600 manatın ödənilməsini təşkil edir.

21. Beləliklə 135.000 (yüz otuz beş min) manata cavabdehin aldığı mənzilə görə ümumilikdə ödənilən 91.600 (doxsan bir min altı yüz min) manat kompensasiya məbləği ədalətli hesab oluna bilməz.

22. Həmçinin cavabdehin almış olduğu mənzilin öz dəyərinin iddiaçı tərəfindən ona təklif olunması (məhkəmə tərəfindən iddia tələbinin artırılması barədə təklifdən sonra) halında belə cavabdeh buna razılıq verməmiş və daha çox məbləğ tələb etmişdir. Buradan onu demək olar ki, iddiaçı tərəf cavabdehə satış qiymətinin daha yuxarı məbləğini təklif etməmiş və bu fikrə gələcəyini inkar edərək yekun olaraq məbləğin 91.6000 olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə almadan, qanunla qorunan mülkiyyət hüquqlarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

23. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia tələbi kompensasiyanın verilməsi hissəsində təmin edilmədiyindən iddia tələbinin digər hissəsi olan mənzilin təhvil verilməsi hissəsi isə prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmamaqla təmin edilməməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.5-ci, Mülki Prosessual Məcəlləsinin 14 və 77-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbini təmin edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti belə əsaslandırlmışdır ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən bina köhnə və qəzalı vəziyyətdədir, həmin bina insanların sağlamlığı üçün birbaşa təhlükə yaradır, hər an kütləvi insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisənin baş vermə təhlükəsi mövcuddur. Binanın 20 mənzilinin mülkiyyətçilərinin MTK ilə müvafiq razılığa gəlməsi məhz bu hallarla birbaşa əlaqəlidir. Lakin nümayəndə2 məqsədi birlikdə çalışdığı insanlardan gələcək layihələrlə bağlı məlumat alaraq haqsız qazanc əldə etməkdən ibarət olduğu üçün o, hər hansı ağlabatan razılığa gəlmək istəmir. Apellyasiya məhkəməsində müvafiq iş üzrə aparılan məhkəmə iclasları zamanı da cavabdehin nümayəndəsinin əsl niyyətinin iddiaçıya ziyan vurmaqdan ibarət olduğunu məhkəmə tərkibi də anlamış və məhkəmə iclası zamanı bu mövqelərini səsli olaraq da bildirmişlər. Məhkəmə iclasının audio-video yazısında hər bir danışıq qeyd olunmuşdur. Cavabdehin qanuni nümayəndəsinin əsl niyyətinin nə olduğunun aydın olmasına baxmayaraq məhkəmənin cavabdehin apellyasiya şikayətini təmin etməsi tamamilə əsassız və qanunsuzdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə müvafiq binada yerləşən iyirmi bir mənzildən iyirmi mənzilin mülkiyyətçilərinin hüquqları qərəzli olaraq pozulmuşdur. Belə ki, müvafiq qətnamədə MTK tərəfindən müvafiq mənzil üçün 150.000 (yüz əlli min) manat kompensasiya məbləğinin cavabdehə təklif edilməsi, lakin nümayəndə2 ümumi sahəsi 45.8 kv/m olan mənzil üçün 2.500.000 (iki milyon beş yüz min) manat pul tələb etməsinə hüquqi qiymət verilməmişdir. Qətnamədə cavabdehin nümayəndəsinin hansı məbləğdə pul tələb etməsi qərəzli olaraq qeyd olunmamışdır, halbuki o, məhkəmə iclasında tələb etdiyi ağlasığmaz məbləği dəfələrlə bildirmişdir. Mülki Məcəllənin 1.1-ci maddəsindən də aydın olduğu kimi mülki dövriyyənin azadlığı üçüncü şəxslərin hüquqlarına xələl gətirməməlidir. Lakin nümayəndə2 əsassız tələbi birbaşa olaraq hüquqdan sui-istifadə hesab edilməklə yanaşı, binanın digər mənzil mülkiyyətçilərinin mülkiyyət hüquqlarının birbaşa pozulması ilə nəticələnmişdir və hazırda da digər mənzil mülkiyyətçilərinin hüquqları pozulmaqda davam edir. Qətnamə ilə binanın 20 mənzilinin mülkiyyətçisinin hüquqları birbaşa olaraq pozulmuşdur. Belə ki, həmin mənzillər sökülmüş olduğundan mülkiyyətçilər hazırda kirayədə yaşayırlar. Cavabdehin öz mənzili ilə əlaqədar razılığa gəlməməsi həmin şəxslərin mülkiyyət hüquqlarının bərpa edilməsinə imkan vermir. nümayəndə2 ümumi sahəsi 45.8 kv/m olan mənzil üçün 2.500.000 (iki milyon beş yüz min) manat tələb etməsi haqsız qazanc əldə etmək niyyəti ilə bağlı olmuş və o, hüquqlarından sui-istifadə etməklə bir çox insanın hüquqlarını tapdalamışdır. Apellyasiya instansiyası məhkəməsi isə müvafiq qətnaməsi ilə cavabdehin nümayəndəsinin qanunsuz hərəkətlərini davam etdirməsinə birmənalı olaraq şərait yaratmışdır.

27. Tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Apellyasiya instansiyası məhkəməsinin müvafiq qətnaməsində tərəflərin bərabərliyi prinsipinə əməl olunmamışdır. Qətnamədə qərəzli olaraq xüsusi əhəmiyyətli izahatların qeyd olunmaması tərəflərin bərabərliyinin pozulmasının birbaşa sübutudur.

28. Qətnamə qəbul edilərkən iddiaçının təqdim etdiyi sübutlar düzgün qiymətləndirilməmiş, tərəflərin izahatları düzgün qaydada protokollaşdırılmamışdır. Hazırki vəziyyətdə mövcud məhkəmə qətnaməsi iddiaçının maddi və prosessual hüquqlarının pozulması ilə nəticələnmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 12. Dövlətin ali məqsədi I.Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşınaxxxxbaşqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıxxxxictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə 43. Mənzil hüququ I.Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolu: 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərinxxxxdigər rüsumxxxxcərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanundaxxxxmüqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşularınxxxxüçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadını qismən ləğv edəxxxxtamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulmasıxxxxdüzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulmasıxxxxdüzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsinxxxxnəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını

30. yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafınınxxxxməhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməyib.

34. Iddia tələbi cavabdehin mülkiyyətində olan mənzilin kompensasiya müqabilində iddiaçıya təhvil verilməsi barədədir. Iddiaçı tələbinin əsası kimi ona istinad etmişdir ki, mübahisəli mənzilin də yerləşdiyi qəza vəziyyətində olan binaların yerində müasir şəhərsalma qaydalarına uyğun bina tikintisi müvafiq sərəncamla onlara həvalə edilmişdir, söküləcək binanın bütün sakinləri ilə razılıq əldə olunsa da, cavabdehlə razılıq əldə edilməyib, bu da digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, tikinti işlərinin vaxtında icra edilməməsinə, nəticədə iddiaçının digər sakinlər qarşında öhdəliyinin pozulmasına və maddi zərərə gətirib çıxarır.

35. Məhkəmə kollegiyası mübahisə ilə bağlı ilkin olaraq diqqəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2020-ci il tarixli qərarına cəlb edir.

36. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda göstərmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsixxxxistismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni binaxxxxqurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyaclarıxxxxşəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17ci maddəsi).

37. Konstitusiya Məhkəməsinun Plenumu həmçinin vurğulamışdır ki, Mənzil Məcəlləsinin 28-ci maddəsi məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasınınxxxxzərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz.

38. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab saymışdır ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

39. Işdən görünür ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin hər 1 m2-i üçün iddiaçının təklif etdiyi 2000 manat məbləğində kompensasiya müqabilində iddianı təmin etmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin 45.8 kv.m olmasını, mənzilin 135000 manata alınmasını, mənzilin hər kvadratmetrinə təklif edilən kompensasiyanın 91600 manat təşkil etməsini, bununla da təklif edilən məbləğin mübahisəli mənzilin dəyərindən belə, aşağı olmasını əsas gətirərək, təklif edilən kompensasiya məbləğini adekvat saymayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı təmin etməmişdir.

41. Məhkəmə kollegiyası iddiaçının təklif etdiyi 2000 manat məbləğində pulun mübahisəli mənzilin əvəzində adekvat kompensasiya olmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Çünki həqiqətən də 135000 manata alınmış mənzilə onun dəyərindən aşağı miqdarda pul verilməsi mülkiyyət hüququnun əvəzinin ədalətli kompensasiyası ola bilməz.

42. Bununla belə, məhkəmə kollegiyası ədalətli kompensasiyanın nədən ibarət olması, həmin kompensasiyanın iddiaçı tərəfindən mülkiyyətçiyə təqdim edilməsinin mümkünlüyünü müəyyən etmədən, yalnız cavabdehin təklif etdiyi məbləğdə iddiaçının kompensasiya verməməsi əsası ilə iddianın rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır.

43. Belə ki, işin hallarına görə cavabdeh də kompensasiya müqabilində mülkiyyətində olan mənzilin boşaldılmaqla tikinti üçün iddiaçıya verilməsinə etiraz etmir. Üstəlik, cavabdehin nümayəndəsi mübahisəli mənzilin yerləşdiyi binanın yarısının sökülməsini, mənzillərin boşaldılmasını, kommunal xidmətlərin hamısının dayandırılmasını bildirmişdir.

44. Başqa sözlə, hazırki işdə mübahisəli hal kompensasiyanın məbləğidir.

45. Cavabdeh mənzilini yalnız 2 milyon manat müqabilində təhvil verəcəyini bildirmiş, iddiaçı isə mənzilin hər kvadratmetrinə 2000 manat təklif etmiş, sonradan isə (yazılı ərizə verməsə də) mənzilin alış dəyəri kimi 135000 manatın ödənilməsinə razılıq vermişdir.

46. Məhkəmə kollegiyası mülkiyyətçinin öz əmlakının müqəddəratını həll etməkdə, o cümlədən əmlakının dəyərini müəyyən etməkdə müstəsna hüququnun olduğunu qəbul edir. Lakin istənilən hüquq qaydası məntiqə əsaslanmaqla inandırıcılıq xüsusiyyəti daşımalı və bu baxımdan da hər hansı bir hüquq qaydası tətbiq olunduğu şəraitdə mövcud ehtiyacı qarşılaya bilmək keyfiyyətinə malik olmalıdır. Əgər hər hansı bir hüquq qaydası cəmiyyətdə mövcud olan ehtiyacları lazımi şəkildə qarşılamırsa, bu, qaçılmaz olaraq həmin hüquq qaydasının məntiqə uyğunluğunun və hüquqi funksionallığının qüsurlu olmasına və nəticədə aid olduğu məsələ ilə bağlı ədalətli nəticənin əmələ gəlməsinə maneə təşkil etməsinə səbəb olur.

47. Ədalət anlayışının özü də cəmiyyət daxilindəki münasibətlərdən əmələ gələn ehtiyaclarla birbaşa bağlıdır. Belə ki, cəmiyyət həyatında bir məsələnin nizamlanmasına olan ehtiyacı ən səmərəli şəkildə aradan qaldıran, yəni cəmiyyəti təşkil edən fərdlərin şəxsi ehtiyaclarına mümkün qədər ən yaxşı şəkildə cavab verən qaydaların qoyulması və o məqsəd istiqamətində qaydaların tətbiq olunması həmin cəmiyyətdə ədaləti təmin edir. Hüquq qaydalarının ədaləti təmin etmə funksiyası, həm də birbaşa həmin qaydaların məqsədəuyğun şəkildə düzgün istifadə edilə bilmə əmsalından asılıdır.

48. Mülki Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

49. Işin müəyyən edilən hallarına görə mübahisəli mənzili cavabdeh ## ###### 2025-ci il tarixdə almış, mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdədir, yaşayış üçün təhlükəlidir, binanın sakinləri mənzillərini boşaltmış, sakinlər iddiaçı ilə buxxxxdigər formada kompensasiya ilə razılaşmış, onların bəzilərinə pul, bəzilərinə mənzil verilməsi razılaşdırılmışdır.

50. Mənzil alacaq sakinlərin vaxtında mənzillə təmin edilməsi cavabdehlə razılığın əldə edilməsindən asılıdır.

51. Bu zaman mülkiyyətçi olan cavabdehin istədiyi kompensasiyanın da ağlabatan və adi məntiqə sığıb-sığmaması, onun təklifinin mənzilin bazar dəyərinə (bütün şərtlər nəzərə alınmaqla) münasibətdə real olub-olmaması mühüm haldır. Konstitusiya məhkəməsinin yuxarıda adı çəkilən qərarında qeyd edilib ki, mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

52. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təklif etdiyi məbləğin mütənasib olmamasını vurğulasa da, cavabdehin 45,8 m2 mənzilə görə 2 milyon manat kompensasiya tələb etməsinin də adekvat olub-olmamasına, bu məbləğin reallığı nə dərəcədə əks etdirib-etdirməməsinə, hazırki işin halları baxımından cavabdehin hərəkətinin hüquqdan sui-istifadə olub-olmamasına qiymət vermədən, hər iki tərəfin təklifləri əsasında ağlabatan və mütənasib (ədalətli) hesab edilən kompensasiyanı (istər pul, istərsə də yaşayış sahəsi ilə ifadədə) müəyyən etmədən, mütənasibliyi müəyyən edilmiş kompensasiyanın verilməsini iddiaçıya təklif etmədən və bu istiqamətdə araşdırma aparmadan yekun nəticəyə gəlmişdir. Yalnız mütənasibliyi müəyyən edilən ədalətli kompensasiyanın ödənilməsi təklifindən iddiaçının imtina etdiyi halda iddianın təmin edilməməsi müzakirə predmeti ola bilərdi.

53. Halbuki prosessual qanunvericiliyin verdiyi imkanlar çərçivəsində həqiqətin müəyyən edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi işin həllinə mane olan boşluqları aradan qaldırmalı, ziddiyyətli sübutlar şəraitində faktiki vəziyyəti özü müəyyən etməli, mübahisəni hüquqi müəyyənliklə yekunlaşdırmalıdır.

54. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına görə kompensasiya iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılmasıxxxxazaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir.

55. Məhkəmə kollegiyası vurğulayır ki, analoji işlərdə kompensasiya məbləğinin ədalətli qaydada müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin etməklə yanaşı, hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təklifi ilə bağlı eyni iddiaların təkrar-təkrar qaldırılmasının da qarşını alır.

56. Beləliklə, ədalətli kompensasiya məsələsinə aydınlıq gətirilmədiyi üçün məhkəmə kollegiyası gəlinən nəticənin də əsaslılığına qiymət verə bilmir.

57. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

58. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: iddiaçı İddiaçı MTK-nın kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar