Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1018/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh (Azərbaycan Respublikasının Prezident Yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: fiziki şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı tələblər, maddi və mənəvi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. “Cavabdeh” ilə təhsilalanın qanuni nümayəndəsi arasında təhsil xidmətləri barədə bağlanmış ## #### 2022-ci il tarixli müqavilədən görünür ki, “Cavabdeh”nin təhsil xidmətlərindən istifadə edəcək olan şagird X4 ilə bağlı onun valideyni X3 ilə şagirdin liseydə təhsil alması ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən təhsil xidmətlərindən istifadəyə görə tədris ili üçün illik təhsil haqqının məbləği hər növbəti tədris ili üçün 1188 manat təşkil edəcəkdir.
2. Şagird qeydiyyatının yenilənməsi haqqında müqavilədən görünür ki, şagird qeydiyyatının yenilənməsi haqqında müqavilə ilə tərəflər arasındakı təhsil xidmətləri barədə müqavilə eyni müddətə uzadılmışdır. 2022-2023-cü tədris ili üçün illik təhsil haqqı 3500 AZN təşkil edir.
3. “Cavabdeh” ilə təhsilalanın qanuni nümayəndəsi arasında təhsil xidmətləri barədə bağlanmış ## ### 2023-cü il tarixli müqavilədən görünür ki, “Cavabdeh”nin təhsil xidmətlərindən istifadə edəcək olan şagird Əbdülsalamova Müjganla bağlı onun valideyni İddiaçı ilə şagirdin liseydə təhsil alması ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən təhsil xidmətlərindən istifadəyə görə tədris ili üçün illik təhsil haqqının məbləği ilk tədris ili üçün 2500 manat, hər növbəti tədris ili üçün 3500 manat təşkil edəcəkdir.
4. ##.##.2024-cü il tarixli ********-**** saylı qəbzdən görünür ki, X3 tərəfindən “xxxx” ASCnin Əhməd Rəcəli filialı vasitəsilə X4 2024-2025-ci il ümün təhsil haqqı ödənişi kimi Cavabdeh 2000 manat ödənilmişdir.
5. ##.##.2024-cü il tarixli ********-**** saylı qəbzdən görünür ki, X3 tərəfindən xxxx ASCnin Əhməd Rəcəli filialı vasitəsilə X6 2024-2025-ci il ümün təhsil haqqı ödənişi kimi Cavabdeh 2000 manat ödənilmişdir.
6. İddiaçı tərəfindən “Cavabdeh”nə ünvanlanmış ## #### 2024-cü il tarixli müraciətdən görünür ki, cari təhsil ili üzrə təhsil xidmətlərinin göstərilməsi barədə yeni müqavilələr və ya mövcud müqavilənin qüvvədə olma müddətinin uzadılması barədə əlavə razılaşmaların təqdim edilməsi xahiş edilmişdir.
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış ## ###### 2024cü il tarixli məktubdan görünür ki, vətəndaş müraciətinə cavabdeh olaraq “Cavabdeh” Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin tabeliyində olmadığı üçün liseyə şagird qəbulunun səlahiyyətləri xaricində olduğu bildirilmişdir.
8. İddiaçı tərəfindən “Cavabdeh”nə ünvanlanmış ## ###### 2024-cü il tarixli müraciətdən görünür ki, uşaqların təhsildən kənarlaşdırılmaları ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmiş, ödənilmiş 4000 manat pul vəsaitinin geri qaytarılması üçün bank hesabı məlumatları qoşmada təqdim edilmişdir.
9. ## ###### 2024-cü il tarixli müqavilədən görünür ki, “xxxx” MMC və İddiaçı arasında tam orta təhsilin verilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən təhsil müəssisəsinin tam orta təhsil pilləsi Azərbaycan bölməsi üzrə bir tədris ili üçün təhsil haqqı 8000 AZN təşkil edir.
10. “xxxx” MMC və X3 arasında bağlanmış təhsil xidmətləri müqaviləsindən görünür ki, şagird X6 2024-2025-ci il tədris ili üzrə təhsil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin qiyməti təhsil haqqı və qidalanma daxil olmaqla 7335 manat təşkil edir.
11. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Məmmədova Günaya ünvanlanmış ## #### 2024-cü il tarixli məktuba əsasən, vətəndaşın “Cavabdeh" MMC ilə bağlı Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətinə (daxilolma qeydiyyatı: 3-21 -1/1 -M-319-32/2024, ##.##.2024-cü il) aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədilə ##.##.2024-cü il tarixində “Cavabdeh" MMC-nin nümayəndəsi ilə görüş keçirilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmış, istehlakçıların hüquqlarına dair qanunvericiliyin tələbləri və Dövlət Xidmətinin gözləntiləri MMC-nin nümayəndəsinin diqqətinə çatdırılmışdır. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Əlavə olaraq bildirilmişdir ki, yaranmış mübahisə ilə bağlı cavabdehə qarşı “Istehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən məhkəməyə müraciət edə bilər.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
12. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ATV Xəbər” verilişinin ## ######## 2024-cü il tarixli buraxılışının 17:29-17:41 dəqiqələrində səsləndirilmiş yalan məlumatın “ATV Xəbər” verilişində və ya cavabdehin rəsmi internet səhifəsi olan https://www.tdavbakuataturk.com/ səhifəsində və cavabdehin bütün sosial şəbəkə hesablarında yazılı qaydada təkzib edilməsi öhdəliyinin cavabdeh “Cavabdeh”nin üzərinə qoyulması, vurulmuş maddi zərərə görə 4435 manat məbləğində pulun, vurulmuş mənəvi zərərə görə 10000 manat, 320 manat vəkil xərcinin və 135 manat dövlət rüsumunun, cəmi 14890 manat məbləğində pulun cavabdeh “Cavabdeh”ndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs İddiaçı ilə cavabdeh “Cavabdeh” arasında iddiaçının X4 (müqavilə tarixi: ##.##.2022) və X6 (müqavilə tarixi: ##.##.2023) adlı iki övladına ödənişli təhsil xidmətlərinin göstərilməsi barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən təhsilalanların qanuni nümayəndələri (valideyni) olaraq iddiaçı cavabdehə təhsil haqqını ödəməyi, cavabdeh lisey isə iddiaçının övladları olan təhsilalanlara təhsil xidmətlərini göstərməyi öhdələrinə götürmüşlər. 29 aprel və ## ### 2024cü il tarixlərində cavabdeh tərəfindən Iddiaçının mobil telefon nömrəsinə yeni təhsil haqqının məbləği bildirilmədən sadəcə 2024-2025-ci təhsil ili üzrə təhsil haqqının artırılacağı barədə mesaj (SMS) göndərilmiş və şagird qeydiyyatının yenilənməsi üçün müraciət edilməsi bildirilmişdir. Cavabdeh tərəfindən yenilənmiş təhsil haqqının məbləği barədə rəsmi məlumat (bildiriş) verilmədiyi və ya müqavilələrə bununla bağlı hər hansı əlavə razılaşma təqdim edilmədiyi üçün iddiaçı cavabdehin məlumat mərkəzinə yaxınlaşaraq yenilənmiş təhsil haqqının məbləği barədə şifahi məlumat əldə etmiş və yeni təhsil haqqının hər bir övladı üçün illik 4000 AZN müəyyən edildiyini öyrənmişdir. Şagird qeydiyyatının yenilənməsi müddətinin bitməsinə az qaldığı və övladlarının eyni təhsil ocağında təhsilini davam etdirmələri üçün iddiaçı məhz bu şifahi məlumat əsasında hər bir müqavilə üzrə illik yeni təhsil haqqının 50%-i, yəni 2000 AZN olmaqla, ümumilikdə 4000.00 AZN vəsait Müqavilənin 5.3-cü yarımbəndinə uyğun qaydada ## ### 2024-cü il tarixində avans olaraq cavabdehə “xxxx” ASC-də ödəmişdir. Lakin cavabdeh ödənişin edildiyi tarixdən bir gün sonra - ## ### 2024-cü il tarixində hər hansı əsas olmadan və təhsil haqqı müqaviləyə uyğun qaydada ödənilmiş olduğu halda iddiaçıya SMS göndərərək 2024-2025-ci tədris ili üzrə cavabdeh və iddiaçı arasında təhsil xidmətinə dair yeni müqavilələrin bağlanmayacağını bildirmişdir. Iddiaçı ## #### 2024-cü il tarixində cavabdehə yazılı müraciət edərək illik təhsil haqqının müqaviləyə uyğun olaraq yarısını ödədiyini və bu səbəbdən 2024-2025-ci təhsil ili üzrə yeni müqavilənin təqdim edilməsini bildirmişdir. Cavabdeh tərəfindən hər hansı rəsmi və şifahi cavab verilmədiyi və artıq yeni təhsil ilinin başlamasına az müddət qaldığı üçün iddiaçı məcbur qalaraq övladlarının başqa məktəbə yerləşdirmək üçün liseyə ## ###### 2024-cü il tarixində müraciət edərək ödənilmiş 4000 AZN vəsaitin və övladlarının sənədlərinin qaytarılmasını tələb etmiş, övladlarının qanunsuz və əsassız liseydən xaric edilməsi barədə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Ödənilmiş 4000 AZN vəsait lisey tərəfindən Iddiaçıya geri qaytarılmış və iddiaçının övladları qanunsuz və əsassız çıxarıldıqları həmin liseyə bugünədək bərpa olunmamışdır. Iddiaçı istehlakçı olaraq Azərbaycan Respublikasının “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən məhkəmədən əvvəl hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, həmçinin Elm və Təhsil Nazirliyinə müraciət etmiş, özünün istehlakçı olaraq dəyərini ödəmiş olduğu xidmət əsassız səbəbdən satın ala bilməməsinin, övladlarının isə hər hansı əsas olmadan təhsil hüquqlarının fasiləsizliyinin pozulmasının qanunazidd olduğunu və bu səbəbdən övladlarının liseyə bərpa olunması barədə köməlik göstərilməsini xahiş etmişdir. Lakin, müvafiq dövlət qurumları tərəfindən liseyin özəl təhsil müəssisəsi olduğu üçün həmin liseyə və onun hərəkətlərinə nəzarət etmə səlahiyyətlərinin olmadığını və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. Həmçinin, liseyin təhsil haqlarını son 5 il ərzində 3 dəfədən çox artırmasından narazı olan digər valideynlərlə birgə iddiaçı da öz vəkili vasitəsilə yerli televiziyada yayımlanan “ATV Xəbər” verilişinin ## ######## 2024-cü il tarixindəki buraxılışında öz tələb və etirazını bildirmiş, təhsil haqqının artırılmasının və övladlarının liseydən çıxarılmasının əsassız olduğunu qeyd etmişdir. Lisey “Sizinlə Atatürk liseyi arasında 2024-2025-ci tədris ili üzrə yeni müqavilə bağlanmayacaq” SMS-ni özü iddiaçıya göndərməsinə və iddiaçı tərəfindən də təhsil haqqının yarısının ödənilmiş olmasına baxmayaraq həmin televiziya kanalına çıxış edərək yalan məlumat vermiş və iddiaçının özünün istəyi ilə övladlarını liseydən çıxardığını bildirmişdir. Yuxarıda qeyd edilən işin faktiki hallarına və aşağıdakı hüquqi və qanuni əsaslara görə hesab edir ki, Cavabdeh həm Müqavilələr üzrə öhdəliklərini, həm də istehlakçı hüquqlarının müdafiəsi və təhsil hüququ ilə bağlı aidiyyəti qanunvericilik normalarını iddiaçıya və iddiaçının qanuni nümayəndəsi olduğu azyaşlı təhsil alan övladlarına qarşı pozmuş, bu səbəbdən iddiaçıya və onun övladlarına maddi və mənəvi zərər dəymişdir və həmin zərər cavabdeh lisey tərəfindən iddiaçıya ödənilməlidir. Müqavilələrin 2.1.6-cı yarımbəndində müvafiq hallar olduqda liseyin təhsil haqqını müəyyən etmək hüququ təsbit olunub. Lakin, lisey son 5 il ərzində təhsil haqqını 3 dəfədən çox (1200 AZN-dən 4000 AZN-ə) artırarkən bu artımın müqaviləyə uyğun hansı zərurət və səbəblərdən qaynaqlandığını (inflyasiya, maddi-texniki bazanın gücləndirilməsi, yeni texnologiya tətbiqi və s.) əsaslandırmamış və müqavilədəki təhsil haqqını müəyyən etmək hüququndan müqavilədə müəyyən olunan qaydada istifadə etməmişdir. Çünki, müqavilənin 6-cı bəndində müəyyən edilir ki, müqaviləyə dəyişikliklər tərəflərin qarşılıqlı razılığı əsasında edilə bilər və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsi qeyd edir ki, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqaviləyə əlavə və dəyişikliklər müqavilə ilə eyni formada bağlanır. Hazırkı halda, liseyin yeni təhsil haqqını müəyyən etməsi müqavilənin təhsil haqqının əks olunduğu 5.1-ci yarımbəndinin dəyişdirilməsi deməkdir və müqavilənin 6-cı və Mülki Məcəlləsinin 423.1-ci bəndinə əsaəsən bu dəyişdirilmə müqavilə kimi iddiaçı və cavabdehin qarşılıqlı yazılı razılığı ilə həyata keçirilməli idi. Lakin cavabdeh həm təhsil haqqının artırılmasını əsaslandırmamış, həm də yeni təhsil haqqını müqaviləyə və qanunazidd uyğun olaraq rəsmiləşdirməmişdir, sadəcə iddiaçıya məbləğ və əsaslandırılma bildirilmədən təhsil haqqının artırılacağını barədə mobil mesaj göndərməklə kifayətlənmişdir. Müqavilənin 7.1 və 7.2-ci bəndlərində qeyd olunur ki, Müqavilənin hüquqi qüvvəsi təhsil ilinin sonunda rəsmiləşdirilən şagird qeydiyyatının yenilənməsi ilə şagirdin liseyi bitırməsi və ya liseydən xaric olunmasına qədər davam edir. Müqavilənin özü müqavilənin öz hüquqi qüvvəsini cari təhsil ilinin sonunda avtomatik olaraq itirəcəyini qeyd etmir və müqavilənin xitamını, yəni hüquqi qüvvəsini itirməsini iki haldan birinin (ya Liseyi bitirmə ya Liseydən xaric olunma) baş verməsi tarixinə qədər müəyyən edir. Hazırkı halda Iddiaçının hər iki övladı Liseyi bitimədiyinə və tədris ilinin yekunlaşmasının müqavilənin xitamına səbəb olan hal kimi müqavilə qeyd edilmədiyinə görə hər iki şagirdin Lisey tərəfindən Liseydən xaric olunması nəticəsində Müqaviləyə xitam verilmişdir. Həmçinin, şərti olaraq müqavilənin qüvvədə olma müddətinin cari təhsil ilinin yekunlaşması ilə bitdiyi irəli sürülmüş olsa belə, Mülki Məcəllənin 399.3-cü bəndi bunu iddiaçının xeyrinə tənzimləyir. Belə ki, Mülki Məcəllənin 399.3cü maddəsinə əsasən, əgər müqavilədə müddətin bitməsinin Müqavilə üzrə öhdəliklərin xitamına səbəb olması birbaşa müəyyən edilməyibsə, (Müqavilənin 7.2-ci bəndində cari təhsil ilinin bitməsi müqavilənin xitamı əsası kimi müəyyən edilməyib) müqavilə öhdəliklərin icrasının qurtarması tarixinə qədər öz qüvvəsini saxlayır. Hazırkı halda iddiaçı hər iki müqavilə üzrə Müqavilənin müddəti bitməmiş, yəni ## ### 2024-cü ildə (7.1-ci bənddəki qrammatik təfsirə əsasən şərti olaraq müqavilələrin qüvvədə olduğu son gün) təhsil haqlarını müqaviləyə uyğun qaydada ödəmişdir və öhdəliklərin qarşılıqlı icrası prinsipinə, yəni Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən (əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir) lisey müqabilində haqq ödənilmiş təhsil xidmətlərini iddiaçının təhsilalan övladları üçün 2024-2025-ci il üzrə göstərmə öhdəliyi var idi və onun bu öhdəliyinin icra müddətinə, yəni 2024-2025-ci tədris ilinin sonunda qədər müqavilələr hüquqi qüvvəsini saxlayır. Həmçinin, müqavilənin qüvvədə olma müddəti ilə bağlı maddələrdəki natamamlıq və qeyri-müəyyənliklər cavabdehin əleyhinə təfsir edilməlidir, çünki müqavilə cavabdehə məxsus və onun təqdim etdiyi standart müqavilə layihəsi əsasında imzalanıb və müqavilənin nəinki standart şərtləri, bütün şərtləri cavabdeh tərəfindən müəyyən olunub. Mülki Məcəllənin 419.2-ci maddəsi qeyd edir ki, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Müqavilənin 7.3-cü bəndi isə lisey tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi hallarını, dolayısı ilə şagirdi liseydən xaric etmə hallarını müəyyən edir və cavabdeh iddiaçı ilə hər iki müqaviləyə 7.3-cü bənddə müəyyən edilən hər hansı əsasdan biri olmadan xitam vermişdir (şagird qeydiyyatını yeniləməmişdir). 7.3-cü bənddə qeyd edilən əsaslar qapalı dairədir, yəni lisey yalnız bu hallarda şagirdi liseydən xaric edə və müqaviləni birtərəfli ləğv edə bilərdi. Hər hansı valideyn müraciəti olmadığı, şagirdlər tərəfindən nizamintizam pozuntusu olmadığı və təhsil haqqının 50%-i hər iki müqavilə üzrə müqavilədə müəyyən edilən tarixdə ödənilməsinə baxmayaraq lisey iddiaçının hər iki övladını liseydən xaric edərək müqaviləni birtərəfli qaydada müqaviləyə zidd formada və əsassız ləğv etmişdir. Iddiaçı təhsil xidmətlərini övladlarının təhsil ehtiyacı üçün əldə edən istehlakçı, cavabdeh isə təhsil xidmətlərini öz sahibkarlıq fəaliyyəti əsasında satan hüquqi şəxsdir. Bu halda Mülki Məcəllənin 400.2-ci maddəsinə əsasən, sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz. Hazırkı halda isə cavabdeh iddiaçıya ## ### 2024cü ildə mesaj göndərərək onunla Lisey arasında 2024- 2025-ci təhsil üzrə yeni müqavilənin bağlanmayacağını və ya şagird qeydiyyatının yenilənməyəcəyini bildirmiş, valideyn olaraq iddiaçının liseyə dəfələrlə şifahi müraciət etməsinə və ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə yazılı müraciət etməsinə, hətta təhsil haqqının 50%-ni ödəməsinə baxmayaraq hər hansı səbəb təqdim etmədən istehlakçı ilə müqavilə bağlamaqdan əsassız imtina etmişdir. Cavabdehin bu hərəkəti həm Mülki Məcəllənin qeyd olunan maddəsinə ziddir, həm də istehlakçıların bərabərlik hüququnu pozmuşdur və müqavilə bağlamaq ilə bağlı qanunda müəyyən edilmiş vəzifəsini icra etməmişdir. Iddiaçının övladlarından Yunus Əbdülsalamov 2019-cu ildən, Müjgan Əbdülsalamova isə 2023-cü ildən liseydə təhsil alır və oğlu liseydən orta məktəbi bitirməsinə son 1 il qalmış – 10-cu sinfin sonunda, qızı isə ibtidai sinfi bitirməsinə 1 il qalmış – 3-cü sinfin sonunda xaric edilmişdir. Hər iki təhsilalan liseydəki təhsil müddətləri boyunca hər hansı nizam-intizam qaydalarını pozmamış, daima öz tərbiyələri və dərslərdə yüksək nəticələrinə görə nümunəvi şagird olmuşlar. Lisey tərəfindən hər hansı əsas olmadan onların liseydən xaric olunması öyrəşdikləri dost və yaşıd çevrəsindən, dərslərini və izahını anlayıb öyrəşdikləri müəllimlərdən ayrılmasına səbəb olmuşdur. Tərəfindən təhsilalanların təhsil hüquqlarını bərpa və müdafiə etməkdə yardım üçün dəfələrlə Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Elm və Təhsil Nazirliyi və onun tabeli qurumu olan Təhsildə Keyfiyyət üzrə Təminat Agentliyinə yazılı müraciətlər edilmiş, Türk səfirliyinin Təhsil müşavirliyində onlarla canlı görüşlər keçirilmişdir. Lakin, hər üç görüş və danışığın, həmçinin yazılı müraciətlərin nəticəsində həmin qurumların əməkdaşları tərəfindən “Cavabdeh”nin özəl təhsil müəssisəsi olduğu və bu səbəbdən fəaliyyət qaydalarını, təhsil xidmətinin təqdim edilməsini və dayandırılması şərtlərini öz mülahizəsinə əsasən müəyyən etdiyi və dövlət qurumları tərəfindən müdaxilə/nəzarət edilməsinin mümkünsülüyü bildirilmişdir. Lakin “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təhsil fəaliyyəti liseziyalaşdırılan fəaliyyətdir və “xxxx” Azərbaycan Respublikası Qanununa əsasən digər ümumi təhsil müəssisələri kimi özəl liseylər də AR Iqtisadiyyat Nazirliyindən lisenziya əldə etməli və 5 ildən bir akkreditasiyadan keçməlidir. Hüquqi baxımdan hər hansı bir fəaliyyətin lisenziyalı olması həmin fəaliyyətin keyfiyyətinin cəmiyyət üçün xüsusi önəmindən, mütəmadi olaraq akkreditasiyaya tabe olması isə həmin keyfiyyətin mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssəsilərində fəaliyyəti boyunca qorunub saxlanmasına dövlət nəzarətinin mövcud olmasından irəli gəlir. Həmçinin, “Istehlakçı hüquqlarının müdafiəsi haqqında” AR Qanunun 18.0.2-ci maddəsinə əsasən, dövlətin siyasətinin istehlakçıların hüquqlarını müdafiə etmə formalarından biri də malların (xidmətlərin, işlərin) bəzi növlərinin istehsalına, idxalına və satışına xüsusi razılıq (lisenziya) verilməsidir. Mülki Məcəllənin 15-ci və 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Xüsusilə 560.3.4-cü maddədə qeyd olunur ki, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir ki, məhz hazırkı mübahisə üzrə cavabdehin hərəkətləri tam da bu cür təfsir edilməlidir. Iddiaçının cavabdehin tədris xidmətinin təmin edilməsi rəftarına güvənini formalaşdıran digər amil 2022-ci ildə təhsil xidməti müqaviləsi bağladığı oğlunun müqaviləsinin 2023-cü ildə artıq bir dəfə uzadılmış olması idi. Daha əvvəl 2023-cü ildə Lisey tərəfindən müqavilənin müddətinin uzadılması, övladlarının təlim-tərbiyə və təhsil göstəricilərində hər hansı qüsurun olmaması, müqavilə üzrə öhdəliyini icra edərək təhsil haqqını ödəmiş olması ağlabatan mühakimə əsasında iddiaçının cavabdeh tərəfindən övladları barədə müqavilələrin uzadılacağına güvənməsinə səbəb olmuşdur. Müqavilədə özünə 9 hüquq nəzərdə tutduğu halda, valideynə cəmi 3 hüquq müəyyən etməsi, özünə 3 öhdəlik müəyyən etdiyi halda valideynə 11 öhdəlik müəyyən etməsi, maddənin adını “Tərəflərin məsuliyyəti” kimi qeyd edib maddəyə yalnız valideynin məsuliyyətlərini nəzərdə tutması, Mülki Məcəllənin 398.1-ci maddəsində mühüm şərt olan qiymətin tərəflər arasında qarşılıqlı razılaşdırılmalı olmasına baxmayaraq müqavilə üzrə özünə təhsil haqqını, yəni müqavilənin qiymətini sərbəst təyin etmək imkanını nəzərdə tutması, hətta şagirdin qeydiyyatının yenilənməsi və müqavilənin müddətinin uzadılmasını belə özü üçün öhdəlik yox hüquq kimi nəzərdə tutulması və bütün bu qeyd edilənlərdən sui istifadə edərək sırf qərəz əsasında iddiaçının hər iki övladını liseydən çıxarması tamamilə hüquqdan başqalarının mənafelərinə zidd sui-istifadədir. Cavabdehin bu qərəzinin əsas səbəbi isə 2024-2025-ci il üzrə təhsil haqqının artırılması barədə iddiaçı və digər 20 valideynin liseyin tabe olduğu X5 Vəqfinə müraciət etməsi olub. “Informasiya əldə etmək haqqında” AR Qanununa əsasən vətəndaşların məxfi hesab edilməyən hər hansı bir informasiyanı əldə etmək hüququ vardır. Lisey tərəfindən təhsil haqqının artırılmasının əsası barədə hər hansı məlumat təqdim edilmədiyi üçün müqavilə tərəfi olan valideynlər təbii olaraq yeni qiymətin hansı səbəbdən və əsasdan formalaşması barədə məlumat üçün liseyin bağlı olduğu vəqfə müraciət ediblər. Bu isə liseyin qəzəblənməsi və öz hüquqlarından qəsdən suiistifadə edərək ikisi iddiaçının olmaqla 5 nəfər şagirdin liseydən çıxarılması, digərlərinə isə xəbərdarlıq edilməsi ilə nəticələnib. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən qanunvericilik normalarının və müqavilə öhdəliklərinin pozulması nəticəsində iddiaçıya istehlakçı olaraq maddi zərər, onun qanuni nümayəndəsi olduğu övladları təhsilalanlara isə mənəvi zərər vurulmuşdur. Belə ki, övladlarının əsassız liseydən çıxarılması nəticəsində iddiaçı oğlu Yunus Əbdülsalamov üçün 11-ci sinif üzrə 1 illik, illik təhsil haqqı 5000 AZN olmaqla “Hədəf” liseyi ilə, qızı Müjgan Əbdülsalamova üçün ibtidai 4-cü sinif üzrə 1 illik, illik təhsil haqqı 7735 AZN olmaqla müqavilə bağlamışdır. Bu halda iddiaçı övladlarının təhsilinin davam etdirilməsi üçün oğluna münasibətdə 1000 AZN, qızına münasibətdə 3335 AZN əlavə xərc çəkmişdir. Bu səbəbdən iddiaçının məruz qaldığı maddi zərərin ümumi həcmi 4335 AZN təşkil edir. Bundan əlavə, iddiaçının övladları cavabdehin hüquqa və qanunazidd hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalıblar və onların qanuni nümayəndələri olaraq mənəvi zərərin əvəzi iddiaçı tərəfindən tələb edilir. Belə ki, AR Ali Məhkəmənin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum qərarına əsasən mənəvi zərərin müəyyən edilməsi və ödənilməsi üçün üç əsas şərtin mövcudluğu zəruridir və qənaətilə bu şərtlərin hamısı hazırkı mübahisə üzrə mövcuddur. Belə ki, iddiaçının hər iki övladlarından biri son sinif üzrə digəri isə 4-cü sinif üzrə liseydə təhsillərini davam etdirmək hüququndan məhrum edilmiş və biri yeniyetməlik yaşının dağınıq, tam formalaşmamış və depresiyaya meyilli psixoloji dövründə, digəri isə azyaşlı olduğu üçün qorunmasız və ürkək psixi durumu ilə öyrəşmiş olduqları komfort zonalarından, dost və sinif yoldaşı çevrələrindən, həmçinin dərsin izah və danışıq formasına alışdıqları müəllimlərindən ayrılmaq məcburiyyətində qalmışlar. Bu hal Iddiaçının ali məktəbə hazırlıq dövründə olan abituriyent övladı Yunus üçün və hələ azyaşlı olan və ibtidai sinif müəllimələrinə və sinif yoldaşlarına dərin bağlı olan qızı Müjgan üçün ağır psixoloji durum yaratmışdir. Həmçinin, liseyin bu iki uşağı çıxarması və digər uşaqlara xəbərdarlıq etməsi yaşıdları tərəfindən iddiaçının övladlarının qovulması kimi anlaşılmış və məktəbə yayılmışdır. Onlar öz yaşıdları arasında “qovulmuş” və “cəzalandırılmış” şagirdlər olaraq tanınmış və “bullinqə” məruz qalmışlar. Eyni zamanda, praktikada məktəb dəyişmənin necə çətin olduğu hamıya məlumdur və Iddiaçının övladlarının digər liseylərdə təhsil üçün yer tapması xeyli çətin olmuşdur. Bütün bu halllardan aşkar görünür ki, mənəvi zərərin müəyyən edilməsi üçün ilkin şərt olan mənəvi iztirab və sarsıntı Iddiaçının övladlarında yaranmışdır. Həmçinin yuxarıda qeyd olunan hüquqi arqumentlərdən aydın olurki, Cavabdeh qanuna və müqaviləyə zidd formada iddiaçı ilə müqaviləyə xitam vermiş və yeni müqavilə (və ya şagird qeydiyyatının yenilənməsini) bağlamamışdır. Bu isə mənəvi zərərin müəyyən edilməsi üçün ikinci və üçüncü zəruri şərtin olduğunu, yəni qarşı tərəfin təqsirli, qanuna və hüquqazidd hərəkətinin mövcudluğunu və məhz iddiaçının övladlarındakı mənəvi iztirab və sarsıntının bu səbəbdən yarandığını (səbəb-nəticə əlaqəsi) sübut edir. Hazırkı halda Iddiaçı övladlarının məruz qaldığı mənəvi zərərin əvəzi olaraq hər bir övladı üçün 5000 AZN olmaqla, ümumilikdə 10000 AZN (on min manat) pul vəsaitinin Cavabdeh tərəfindən ödənilməsini tələb edir. Həmçinin, Cavabdeh “ATV Xəbər” verilişinin ## ######## 2024-cü il tarixindəki buraxılışında iddiaçı və digər valideynlərin tələblərinə cavab olaraq çıxış edərək iddiaçı haqqında yalan məlumat vermiş, “Sizinlə Atatürk liseyi arasında 2024-2025-ci tədris ili üzrə yeni müqavilə bağlanmayacaq” SMS-ni özü iddiaçıya göndərməsinə və iddiaçı tərəfindən də təhsil haqqının yarısının ödənilmiş olmasına baxmayaraq iddiaçının özünün istəyi ilə övladlarını liseydən çıxardığını bildirmişdir. Bununla da, cavabdeh publik televiziya kanalında iddiaçının yalan danışdığını iddia edərərək onun ləyaqətini ləkələmişdir. Bu səbəbdən cavabdeh ifadə etdiyi bu yalan məlumatı həmin televiziya kanalındakı eyni verilişdə və ya digər kütləvi informasiya vasitəsində təkzib etməsi tələb olunur.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, müqavilə uzadılmayıb və 7.1-ci maddədə də göstərilir ki, müqavilə cari ilin sonunadək qüvvədədir. Ödənilmiş 2.000 manat məbləğə münasibətdə qeyd etmişdir ki, bank hesabına ödənilmiş məbləğdir və lisey olaraq bu barədə məlumatları olmayıb. Müqavilə uzadılmadığına görə lisey ödənilmiş pul barədə məlumat alan kimi həmin pulu geri ödəyib. “ATV” kanalında baş tutan çəkiliş ilə bağlı qeyd etmişdir ki, Atatürk Liseyinin heç bir nümayəndəsi orada iştirak etməyib. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş emişdir. Onun müqaviləni uzatmaq niyəti olmayıb. Yenidən orada təhsil almaq bir niyyətləri olsaydı belə lisey qəbul etməyəcəkdi. Atatürk Liseyində 1500-2000 tələbə təhsil alır və ancaq 1% tələbədə belə bir hal baş verir. Bununla bağlı məhkəmə qərarları var. Ödənişlər aprel ayının sonuna qədər həyata keçirilir və müqavilədə bu hal göstərilmişdir. Müqavilə uzadılmadığı təqdirdə şagirdlərin valideyinləri yaxınlaşıb müqaviləni uzatmaq istəyiblər və onlara illiyin ödənilməsi barədə bir neçə dəfə bildiriş göndərilmişdir. Həmin bildirişlər avtomatik olaraq göndərilib. Lakin müqavilə uzadılmamasına baxmayaraq onlar xəbər vermədən birbaşa bank hesabına məbləği ödəmişlər. Müqavilə qeyd olunduğu kimi müqavilə cari ilin sonunadək olur. Müqavilənin uzadılmaması Atatürk Liseyinin nizamnaməsində qeyd olunan hallarla bağlıdır və liseyin rəhbəri tərəfindən icra olunur. Bir neçə müqavilədə şagirdin davranış qaydaları, təhsil səviyyəsi və ödənişlə bağlı məsələlər qeyd olunub. Bildirişlər bir neçə dəfə göndərildikdən sonra vaxtında ödənilmədiyi halları var, lakin müqavilənin uzadılmaması məsələsi deyil, şagirdin məktəbdən xaric edilməsi söhbəti gedirsə, bu lisey tərəfindən yox, valideyni tərəfindən olub.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, zərərçəkmişlərdən biridir. Övladı 11-ci sinifdən xaric olunub. Buna görə hazırkı günədək psixoloji cəhətdən sarsıntı keçirir. Övladını 6-cı sinifdə olanda Cavabdeh qoymuşdur. Məktəbin yalnız bir filialı var idi. Iki dəfə işdən icazə alıb məktəblə tanış olmağa getmişdir. Ilkin olaraq məktəbə daxil olarkən təhsil haqqlarını ödəmişlər. 9-cu sinifdə olarkən təhsil haqqlarında dəyişikliyin olmasını gözləyirdilər. 11-ci sinifin müqaviləsini imzalamalı olduqları zaman onlara bildirdilər ki, təhsil haqqı üç dəfə qalxmışdır. Köhnə şagirdlərin bir çoxu məktəbdən çıxmış, lakin yeni gələn şagirdlərin təhsil haqqları yeni qiymətlə hesablanmışdır. Direktorun yanına getmək istəyərkən, onlara vakıfa mail yazmağı bildirirdilər. Mail yazmışlar və sonradan Türkiyə Respublikasının Təhsil Şöbəsinin nümayəndəliyinə müraciət etmişdirlər. Təhsil haqqını ödəmişdir. Lakin sonradan onu məktəbə çağıraraq məktub vermiş, övladının təhsilini dayandırdıqlarını bildirmişlər. Səbəbini soruşanda demişlər ki, güya onların şərəf və ləyaqətini təhqir etmişdir. Nəzərdə tutmuşdur ki, həmin təhsil haqqını ödəyəcəkdir, çünki övladı 11-ci sinifdir. Övladının son zəngi olmamışdır və həmin liseydən onu çıxarıb başqa dövlət məktəbinə qoymuşdur. Bildiyinə görə maliyyə düzgün hesablanmayıb və hüquqları pozulub. Məktəb siyasi mövzuları olub və dəfələrlə müəllimləri ilə məhkəmə çəkişmələri olub. Məktəbin X5 Vakfına tabe olan bir yerdir və Azərbaycan Dövlət Iqtisad Universitetində onların fakültələri var. Təhsil haqqını ödəməyinə baxmayaraq ona həmin pulu geri qaytardılar. Lisey bildirir ki, guya onun tərəfindən yalnış məlumat verilib. Müraciət edərkən Günay xanım da (uşağın anası) həmin siyahıda var idi.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Atatürk Liseyində təhsil almış şagirdlərin anasıdır. Atatürk Liseyinin qanunsuz olaraq məktəbdən kənarlaşdırılmasına qarşı 17 valideynin imzası ilə ilk öncə liseyin rəhbərliyinə, sonradan vəqfə müraciət etmişlər. Ilk öncə məktəb rəhbərliyindən xahiş etmişlər ki, onları vəqflə görüşdürsün ki, hansı səbəbdən illik 1.200 manat olan təhsil haqqı 11-ci sinifdə 4.000 manatadək qaldırılır. Məktub keçən məhkəmə iclasında şahidlik edən Şahid e-mail ünvanından getdi və məktuba bir müddətdən sonra təhdid tonu ilə cavab vermişlər və qeyd etmişlər ki, guya övladları bügünədək endirimli qiymətlə oxumuşlar. 6 il ərzində heç bir endirim olmayıb, yalnız pandemiya dövründən sonra müəyyən qiymət artırımları olub. Müqavilələrdə qeyd olunub ki, qiymət 5-ci və 9-cu sinifə keçəndə artırılır. 9-cu sinifi keçdikdən sonra 150 manat məbləğində qiymət dəyişikliyi oldu. Müqavilədə endirim barədə heç bir qeyd aparılmayıb, ancaq bacıqardaş oxuyanda və ilkin ödənişi tam ödəyəndə 200 manat məbləğində endirim tətbiq olunur. Müqavilələri əlavə edib yenidən müraciət etmişlər, lakin məktuba cavab gəlməməsinə baxmayaraq davamlı olaraq ödənişlərin həyata keçirilməsi barədə mesajlar göndərilirdi. Iki övladına görə 4.000 manat məbləğində ödəniş etmişdir. Türkiyə Səfirliyinin Təhsil Şöbəsinin qəbuluna getmişlər və protokolda kimlərin getməsi öz əksini tapmışdır. Səfirliyin əməkdaşı dinləmiş və sonradan Yurdagül xanımın qəbuluna girmişlər. Yurdagül xanım bildirdi ki, Türkiyə Səfirliyi ilə heç bir əlaqəsi yoxdur, Azərbaycan Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir və bununla bağlı məhkəməyə müraciət edin. Yurdagül xanımın məktəb rəhbərliyinə zəngindən sonra onları görüşə çağırdılar. Onları aqressiv şəkildə qəbul etdi və bildirdi ki, “sizin şikayətlərinizə görə mənim başım ağrıyır” və qapını vurub çıxdı bayıra. Sonradan ona tarixi, kimə ünvanladığı və hətta şagirdin adı qeyd olunmayan vərəq uzadılır və orada qeyd olunub ki, “hörmətli şagird, sizinlə olan müqavilə yenilənməyəcək”. Vərəqi götürməmiş və oradan çıxmışlar. Dəfələrlə ora məktubla müraciət etmişlər, lakin heç bir cavab verilməmişdir. Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir və orada göstərilir ki, pressada çıxış edə bilməzsən. Heç bir pressada çıxış etməmişlər və sivil qaydada həll olunmasını xahiş etmişlər.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli 2(005)- ****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim S.Nuriyeva).
18. Məhkəmə qeyd etmişdir ki, cavabdeh “Cavabdeh özəl təhsil müəssisəsidir, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində deyildir. Qanunvericiliyə əsasən, özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir. Həmçinin tərəflər arasında bağlanmış müqavilələrə əsasən maddi-texniki bazasının gücləndirilməsi, tədris-təlim prosesində yeni texnologiyaların tətbiqi və s. amillər nəzərə alınmaqla təhsil haqqını müəyyən etmək liseyin hüququdur. Yəni, özəl təhsil müəssisəsi olaraq “Cavabdeh təhsil haqqını sərbəst müəyyən etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında bağlanmış təhsil xidmətləri barədə müqavilələr cari tədris ilinin sonuna qədər – yəni müqavilənin 5.1-ci bəndinə əsasən, 2024-cü ilin iyun ayının 15-dək öz hüquqi qüvvəsini saxlamış, bundan sonra qeydiyyat yenilənməsi olmadığından (müəyyən edilmiş müddət ərzində təhsil haqqı ödənilməklə bununla bağlı qəbz liseyə təqdim edilmədiyindən) həmin müqavilələr qüvvədən düşmüş, tərəflər arasında şagird qeydiyyatının yenilənməsinə dair müqavilə bağlanmamış, cavabdeh müqavilə bağlamağı könüllü olaraq öhdəlik kimi öz üzərinə götürməmişdir.
19. Məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri ilə iddiaçıya cavabdeh liseyin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində maddi zərər vurulduğu öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının övladlarının təhsilini davam etdirməsi məqsədilə digər özəl-ödənişli məktəblərə ödədiyi təhsil haqqının cavabdeh tərəfindən vurulmuş maddi zərər kimi ödənilməsi əsaslı hesab edilə bilməz.
20. Məhkəmə iddia tələbini mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində də əsassız hesab edərək qeyd edir ki, iddiaçı mənəvi zərər vurulmasını cavabdehin hərəkətləri ilə övladına təhsil xitmətlərinin göstərilməsi ilə əlaqədar cavabdeh müəssisə ilə bağlanmış müqavilələrin uzadılmaması – şagird qeydiyyatının yenilənməsi müqaviləsinin bağlanmaması ilə əsaslandırsa da, cavabdehin hər hansı hüquq pozuntusu törətdiyi təsdiq olunmadığından iddia həmin hissədə də əsassız hesab edilməlidir.
21. Məhkəmə hesab etmişdir ki, cavabdehin səlahiyyətli nümayəndəsi olması təsdiq olunmayan şəxsin “iddiaçının özünün istəyi ilə övladlarını Liseydən çıxarmasını” bildirməsi, cavabdeh Cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətinə zərər vurulmasını təsdiq etmir. Belə ki, qeyd olunan televiziya verilişində cavabdehin səlahiyyətli hər hansı bir nümayəndəsinin hazırkı iş üzrə iddiaçıdan bəhs etməsi, onun ünvanına şərəf və ləyaqətinə toxunan ifadələr işlətməsi halı müəyyən olunmur.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.3, 1096.1, 1097.1, 228.5-ci maddələrinə; “xxxx” Azərbaycan Respublikası Qanununun 40.3 və 40.4-cü maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının (valideynlərin) təhsil haqqlarını ödəyərək müqaviləni uzatmaq istəməsi və cavabdehin müqaviləni uzatmaqdan imtina etməsi cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi ifadə ilə belə təsdiq edilmişdir. Qətnamədə cavabdehin ifadəsi tam əksini tapmasa da videomüşahidə ilə keçirilmiş ##.##.2025-ci il tarixli məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi nizamnamə ilə qadağan olunan hansısa hərəkətlərə valideynlər tərəfindən yol verildiyinə görə müqavilənin uzadılmadığını qeyd etmişdir. Hətta məhkəmə növbəti baxış iclasına məhz həmin halın sübut edilməsi üçün nizamnamənin Məhkəməyə təqdim edilməsi və pozuntunun əsaslandırılması məqsədilə təxirə salınmışdır. Məhkəmə qeyd edir ki, 15 may tarixinədək iddiaçı təhsil haqqını ödəməmişdir. Halbuki, iş materiallarından və məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən göründüyü kimi, ## ### 2024-cü il tarixdə müqavilənin 5.3-cü bəndinə uyğun olaraq hər iki uşaq üçün ayrılıqda 2000 manat olmaqla cavabdehə ümumilikdə 4000 manat ödəniş olunmuşdur. Müqavilənin 5.3-cü bəndi ən gec ödəniş tarixi olaraq 15 may tarixini nəzərdə tutmuşdur ki, həmin tarixdə də iddiaçı tərəfindən ödəniş həyata keçirilmiş və cavabdehə təqdim edilmişdir. Məhkəmənin ödəniş qəbzlərinin liseyə təqdim edilməməsi ilə bağlı mülahizəsini də əsassız hesab edirik. Mübahisəsiz haldır ki, ödənişlər nağdsız qaydada həyata keçirilmiş və qəbzlərdə ödənişlərin təyinatı dəqiq qeyd edilmişdir. Cavabdehə ən azı mühasibatlığı vasitəsilə ödənişlərin edildiyi məlum olmuşdur. Iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən ödənişlər müqavilənin yenilənməsi üçün nəzərdə tutulmuş müddətdə və yeni müqavilə bağlanması barədə ofertanın qüvvədə olduğu (##.##.2024-cü il və ##.##.2024- cü il tarixlərdə ofertalar göndərilmişdir) müddətdə - ##.##.2024-cü il tarixdə ödənilmiş, cavabdeh tərəfindən isə ##.##.2024-cü il tarixdə iddiaçıya sms bildiriş göndərilməklə müqavilənin uzadılmayacağı bildirilmişdir. Halbuki, qanunvericilik ofertanın aksept olunduğu andan müqavilənin bağlandığını nəzərdə tutur. Iddiaçı ödənişi etməklə cavabdehin ofertasını aksept etmiş və müqavilə bağlanmışdır. Bundan sonra, cavabdeh tərəfindən müqavilənin rəsmiləşdirilməsindən hər hansı əsas olmadan imtina edilmişdir. Iş materiallarında mövcud olan iddiaçının cavabdehlərə və digər dövlət orqanlarına müraciətlərindən də aşkar şəkildə görünür ki, müqavilə münasibətləri cavabdeh tərəfindən uzadılmamışdır. Belə ki, iddiaçının heç bir müraciətinə müqavilənin iddiaçı tərəfindən uzadılmaması barədə cavab verilməmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavab məktubundan da müqavilənin uzadılmamasının cavabdehin mülahizəsindən asılı olduğu və bu səbəbdən uzadılmadığı aydın şəkildə görünür.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – G.Abbasova (sədrlik edən və məruzəçi), F.Talışınski və M.Məmmədov) ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, 2(005)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
26. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında ## #### 2022-ci il (şagird X6 dair) və ##.##.2023-cü il (şagird X4 dair) tarixlərində Təhsil xidmətləri barədə müqavilələr bağlanmış, həmin müqavilələr ilə tərəflər icraçı qismində “Lisey”, təhsil xidmətlərindən istifadə edən qismində “Şagird”, sifarişçi qismində isə “Valideyn” tanınmışdır. Müqavilələr Sifarişçinin ödənişli sifarişi əsasında Şagirdlərin Liseydə təhsil alması ilə bağlı tərəflərin hüquq və vəzifələri və tərəflər arasında münasibətləri tənzimləyir.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin müddəaları baxımından iddiaçı və cavabdeh müəssisə arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaransa da, hazırda iddiaçı cavabdehlərin hərəkət (hərəkətsizliyi) səbəbindən ona maddi və övladlarına mənəvi zərərin dəydiyini bildirdiyindən tərəflər arasında yaranan mübahisə məhz mülki hüquq pozuntusunu (delikt) tənzimləyən normalar çərçivəsində qiymətləndirilməlidir.
28. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə bank vasitəsilə Cavabdeh cəmi 4000 (2000+2000) manat ödəniş olunmuşdur. Iddiaçı bildirir ki, yeni müqavilə bağlanmadığından və yeni təhsil ilinin başlamasına az müddət qaldığı üçün övladlarının başqa məktəbə yerləşdirmək üçün Liseyə ## ###### 2024-cü il tarixində müraciət edərək ödənilmiş 4000 AZN vəsaitin və övladlarının sənədlərinin qaytarılmasını tələb etmiş, qeyd olunan məbləğ iddiaçıya geri qaytarılmışdır (bu hal iddiaçı tərəfindən mübahisələndirilmir).
29. Bundan sonra iddiaçı öz seçimi ilə övladlarının təhsil alması məqsədilə ödənişli təhsil xidməti göstərən “xxxx” MMC və “xxxx” MMC-yə müraciət etmiş, şagirdlərə dair müqavilələr bağlanmışdır. Hazırda iddiaçı övladlarının təhsilinin davam etdirilməsi üçün oğluna münasibətdə 1000 AZN, qızına münasibətdə 3335 AZN əlavə xərc çəkdiyini (təhsil haqqı) bildirərək, maddi zərərə görə cəmi 4335 AZN vəsaitin cavabdehdən öz xeyrinə ödənilməsini xahiş edir. Göründüyü kimi iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona zərər vurulduğunu bildirərək, maddi və mənəvi zərərin ona ödənilməsini xahiş edir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi.
31. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
32. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.
33. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması (ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir); - əməlin təqsirli olaraq törədilməsi (təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir); - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması (qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır); - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması (zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır).
34. Qeyd olunan şərtlərin birlikdə mövcud olması müəyyən olunmadan hər hansı bir şəxsin, hazırda cavabdeh Cavabdeh üzərinə zərərin, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyinin qoyulması yolverilməzdir.
35. Iddiaçının tələbi birbaşa sübutetmə yükü ilə bağlı olduğundan hazırkı mübahisədə iddiaçı ona məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində maddi və mənəvi ziyan vurulmasını sübut etmək vəzifəsi daşıyır.
36. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən, təhsil haqqlarının məbləği hər növbəti tədris ili üçün müəyyən edilmişdir. Tədris ili dedikdə cari ilin sentyabr ayının 15- dən növbəti ilin iyun ayının 15-dək olan müddət başa düşülür (5.1). Müqavilədə göstərilən təhsil haqqı bu müqavilənin bağlandığı tarixdən şagirdin təhsil aldığı cari dərs ilinin sonunadək etibarlıdır (5.2). Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və müqavilənin bağlandığı tarixdən şagirdin təhsil alacağı cari tədris ilinin sonunadək hüquqi qüvvəsini saxlayır, qeydiyyat yenilənməsi olduğu halda müqavilə eyni müddətə uzanır (7.1).
37. Müqavilələrə əsasən valideyn hər növbəti tədris ili üçün Liseydə tədrisini davam etdirəcəyini və müqaviləni eyni müddətə uzadacağını təsdiq etmək məqsədilə hər cari tədris ilinin 01-30 aprel tarixləri arasında şagird qeydiyyatının yenilənməsi haqqında müqavilə bağlamaq (3.2.4), təhsil haqqını, ödənişləri ödəmək və ödəniş sənədlərinin surətini Liseyə təqdim etmək öhdəliyi götürmüşdür. Cavabdeh lisey tərəfindən təhsil haqqının ödənilməsi məqsədilə sms-bildirişlər göndərilmiş, bununla belə, qeyd olunan müddət ərzində (15 may tarixinədək) şagird qeydiyyatının yenilənməsi məqsədilə təhsil haqqı ödənilməmiş, bununla bağlı sənəd liseyə təqdim edilməmişdir. Bundan sonra lisey tərəfindən ##.##.2024-cü il tarixdə sms-bildiriş ünvanlanaraq yeni müqavilə bağlanmayacağı bildirilmişdir. Tərəflər arasında 2024- 2025 tədris ili üçün şagird qeydiyyatının yenilənməsinə dair müqavilə bağlanmamışdır.
38. Məhkəmə kollegiyası, təhsil haqqı məbləğinin artırılması barədə dəlillərə münasibətdə qeyd edir ki, cavabdeh “Cavabdeh özəl təhsil müəssisəsidir, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində deyildir. Qanunvericiliyə əsasən, özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir. Həmçinin tərəflər arasında bağlanmış müqavilələrə əsasən maddi-texniki bazasının gücləndirilməsi, tədris-təlim prosesində yeni texnologiyaların tətbiqi və s. amillər nəzərə alınmaqla təhsil haqqını müəyyən etmək liseyin hüququdur. Yəni, özəl təhsil müəssisəsi olaraq “Cavabdeh təhsil haqqını sərbəst müəyyən etmək hüququ vardır.
39. Göründüyü kimi, tərəflər arasında bağlanmış təhsil xidmətləri barədə müqavilələr cari tədris ilinin sonuna qədər – yəni müqavilənin 5.1-ci bəndinə əsasən, 2024-cü ilin iyun ayının 15-dək öz hüquqi qüvvəsini saxlamış, bundan sonra qeydiyyat yenilənməsi olmadığından (müəyyən edilmiş müddət ərzində təhsil haqqı ödənilməklə bununla bağlı qəbz liseyə təqdim edilmədiyindən) həmin müqavilələr qüvvədən düşmüş, tərəflər arasında şagird qeydiyyatının yenilənməsinə dair müqavilə bağlanmamış, cavabdeh müqavilə bağlamağı könüllü olaraq öhdəlik kimi öz üzərinə götürməmişdir.
40. Həmçinin şagird qeydiyyatının yenilənməyəcəyi - müqavilələrin bağlanmayacağı ## ### 2024-cü il tarixdə sms-bildiriş vasitəsilə iddiaçıya bildirilmiş, iddiaçının övladlarının təhsilini davam etdirmək məqsədilə başqa təhsil müəssisəsinə müraciət etməsi üçün kifayət qədər (3 aydan çox) vaxtı olmuşdur. Işin mübahisəsiz halıdır ki, iddiaçının övladları təhsildən kənarda qalmamışdırlar, hazırda təhsillərini başqa özəl – ödənişli məktəblərdə davam etdirirlər.
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin dəlilləri ilə iddiaçıya cavabdeh liseyin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində maddi zərər vurulduğu öz təsdiqini tapmamışdır. Belə olan halda iddiaçının övladlarının təhsilini davam etdirməsi məqsədilə digər özəl-ödənişli məktəblərə ödədiyi təhsil haqqının cavabdeh tərəfindən vurulmuş maddi zərər kimi ödənilməsi əsaslı hesab edilə bilməz.
42. Məhkəmə kollegiyası iddia tələbini mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində də əsassız hesab edərək qeyd edir ki, iddiaçı mənəvi zərər vurulmasını cavabdehin hərəkətləri ilə - övladına təhsil xitmətlərinin göstərilməsi ilə əlaqədar cavabdeh müəssisə ilə bağlanmış müqavilələrin uzadılmaması – şagird qeydiyyatının yenilənməsi müqaviləsinin bağlanmaması ilə əsaslandırsa da, cavabdehin hər hansı hüquq pozuntusu törətdiyi təsdiq olunmadığından iddia həmin hissədə də əsassız hesab edilməlidir.
43. Iddiaçı “Liseyin həmin televiziya kanalında - “ATV Xəbər” verilişində çıxış edərək yalan məlumat verdiyini, iddiaçının özünün istəyi ilə övladlarını Liseydən çıxardığını bildirdiyini və bununla da, cavabdehin publik televiziya kanalında iddiaçının yalan danışdığını iddia edərərək onun ləyaqətini ləkələdiyini” əsas gətirərək ““ATV Xəbər” verilişinin ## ######## 2024-cü il tarixli buraxılışının 17:29 - 17:41 dəqiqələrində səsləndirilmiş yalan məlumatın “ATV Xəbər” verilişində və ya cavabdehin rəsmi internet səhifəsi olan https://www.tdavbakuataturk.com/ səhifəsində və cavabdehin bütün sosial şəbəkə hesablarında yazılı qaydada təkzib edilməsi öhdəliyinin cavabdeh “Cavabdeh”nin üzərinə qoyulmasını xahiş edir. Bununla belə, cavabdeh iddia tələbinə etiraz edərək bildirir ki, “Atatürk” Liseyinin heç bir nümayəndəsi “ATV” kanalında baş tutan çəkilişdə iştirak etməmişdir. Iddiaçı bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir.
44. Beləliklə, tərəflər arasında təhsil xidmətlərinin göstərilməsinə dair müqavilələr bağlanmış, bundan sonra 2024-2025 tədris ili üzrə şagird qeydiyyatının yenilənməsi haqqında müqavilə imzalanmamış, iddiaçı onunla yeni müqavilə bağlanmadığından və yeni təhsil ilinin başlanmasına az müddət qaldığı üçün övladlarının başqa məktəbə yerləşdirmək üçün özü ərizə ilə Liseyə müraciət edərək ödənilmiş vəsaitin və övladlarının sənədlərinin qaytarılmasını tələb etmişdir. Onun xahişi Lisey tərəfindən təmin olunmuş, bundan sonra iddiaçı övladlarının təhsilinin davam etdirilməsi məqsədilə başqa təhsil müəssisəsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin səlahiyyətli nümayəndəsi olması təsdiq olunmayan şəxsin “iddiaçının özünün istəyi ilə övladlarını Liseydən çıxarmasını” bildirməsi, cavabdeh Cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətinə zərər vurulmasını təsdiq etmir. Belə ki, qeyd olunan televiziya verilişində cavabdehin səlahiyyətli hər hansı bir nümayəndəsinin hazırki iş üzrə iddiaçıdan bəhs etməsi, onun ünvanına şərəf və ləyaqətinə toxunan ifadələr işlətməsi halı müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı tələbi bu hissədə də əsassızdır və bu səbəbdən təmin edilə bilməz.
45. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
46. Məhkəmə Kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
47. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 385, 386, 390, 1096, 1099-cü maddələrinə, “xxxx” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarına, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 1999-cu il tarixli * saylı qərarına, Mülki Prosessul Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinin dəlilləri
49. Iddiaçı (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/****-*** nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayəti, iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mənəvi zərərlə bağlı tələb də cavabdehin müqavilə və qanunvericiliyin tələblərinə zidd hərəkətlərinin törəmə nəticəsi olmuşdur. Məhkəmə ilkin tələblərə düzgün hüquqi qiymət vermədiyindən törəmə tələbə də obyektiv hüquqi qiymət verə bilməmişdir. Məhkəmə müqaviləni natamam təfsir etmiş, tərəflərin həqiqi iradə ifadələrinə və öhdəliklərin icrası olunmasına düzgün hüquqi qiymət verməmişdir. Iddiaçıya dəymiş maddi zərər də məhz cavabdehin müqavilə üzrə öhdəliklərini pozması, uşaqları liseydən xaric etməsi və müqaviləni uzatmaqdan qanunazidd formada imtina etməsi ilə bağlı olmuşdur. Cavabdehin öhdəliklərini təqsirli olaraq və qəsdən pozması və ya icra etməkdən imtinasının nəticəsi olaraq iddiaçı digər liseylərlə daha yuxarı qiymətə müqavilə bağlamaq məcburiyyətində qalmışdır ki, bu halda dəyən zərər də cavabdehin hərəkətlərinin törəmə nəticəsi olduğundan mülki məsuliyyət də cavabdehin üzərinə düşür.
51. Digər ciddi pozuntu ondan ibarətdir ki, cavabdehin nümayəndəsi ##.##.2026-cı il tarixli məhkəmə baxış iclasında iştirak etdiyi və birinci instansiya məhkəməsində verdiyi izahatı təkrarlayaraq iddiaçının iddia tələbinin əsaslılığını dolayısı ilə təsdiq etdiyi halda qətnamədə nə nümayəndənin iştirakı qeyd edilməmiş, nə də onun izahatı əksini tapmamışdır. Belə ki, qətnamədə guya cavabdehin məhkəmədə iştirak etmədiyi göstərilmişdir. Halbuki, proses video və audioyazı ilə keçirilmiş və həmin çəkilişlərə baxılmaqla iddiaçının şikayətdə qeyd etdiklərinin doğruluğunu müəyyən etmək mümkündür. Cavabdehin nümayəndəsinin bildirdiyi bəzi ifadələr qətnamədə əksini tapmamışdır. Məhkəmə tərəfindən mülki iş üzrə qətnamə qəbul edilən zaman isə bu faktlar hər hansı əsaslandırma olmadan nəzərə alınmamışdır. Bu səbəbdən hesab edir ki, qətnamə prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildir, qeyd edilən hallar nəzərə alınmaqla qətnamə ləğv edilməli və mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmalıdır.
a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
53. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
55. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
56. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
57. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
58. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
59. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
60. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
61. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
62. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
63. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
64. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
“xxxx” Azərbaycan Respublikasının Qanunu
65. Maddə 40.3. Özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir.
66. Maddə 40.4. Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
73. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçıya maddi zərər vurulduğunun öz təsdiqini tapmadığı barədə mövqeyi ilə razıalşsa da hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış təhsil xidmətləri barədə müqavilələrin yenilənməməsi ilə əlaqədar cavabdehin hərəkətlərinin əsaslılığını kifayət qədər araşdırıb hüquqi verməmişdir.
78. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh lisey tərəfindən təhsil haqqının ödənilməsi məqsədilə sms-bildirişlər göndərilmiş, bununla belə, qeyd olunan müddət ərzində (15 may tarixinədək) şagird qeydiyyatının yenilənməsi məqsədilə təhsil haqqı ödənilməmiş, bununla bağlı sənəd liseyə təqdim edilməmişdir.
79. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən əsaslandırması ilə razılaşmır. Belə ki, iş materialları ilə təsdiqlənir ki, cavabdeh iddiaçıya ## ##### 2024 və ## ### 2024-cü il tarixlərində SMS bildirişlə oferta göndərmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə bank vasitəsilə Cavabdeh cəmi 4000 (2000+2000) manat ödəniş olunmuşdur.
80. Tərəflər arasında bağlanmış təhsil xidmətləri barədə müqavilələrin 5.3-cü bəndində nəzərdə tutulmuşdur ki, valideyn tərəfindən növbəti tədris ili üçün təhsil haqqının 50 faizi ən geci 15 may tarixi olmaqla ödənilməlidir.
81. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iş üzrə iddiaçının ## ### 2024-cü il tarixində təhsil haqqının bir hissəsini ödəməklə iş üzrə cavabdehin ofertasını aksept edib-etmədiyinə hüquqi qiymət verməli idi. Lakin bu istiqamətdə əsaslı hüquqi dəyərləndirmə aparılmamışdır.
82. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən valideynin hər növbəti tədris ili üçün uşağının-şagirdin liseydə tədrisini davam etdirəcəyini və müqaviləni eyni müddətə uzadacağını təsdiq etmək məqsədilə hər cari tədris ilinin 01-30 aprel tarixləri arasında şagird qeydiyyatının yenilənməsi haqqında müqavilə bağlamaq öhdəliyi (3.2.4) olsa da, iş materiallarında (İ cild, iş v 50 və 59) iddiaçının uşaqları X6 və X4 şagird qeydiyyatının yenilənməsi haqqında iş üzrə tərəflər arasında bağlanmış müqavilələr var. Belə olan təqdirdə apellyasiya instansiyası məhkəməsi iş üzrə iddiaçının 15 mayda da şagird qeydiyyatının yenilənməsinə dair cavabdehin davranışına güvənməyə haqlı olub olmadığına,
83. iddiaçının güvənmiş olduğu cavabdehin əvvəlki rəftarına zidd hüququn həyata keçirilib-keçirilmədiyinə hüquqi qiymət verməli olduğu halda bu istiqamətdə də hüquqi dəyərləndirmə aparılmamışdır.
84. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.3 və 560.3.4-cü maddələrinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Məhz apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qaydada araşdırma və hüquqi dəyərləndirmə aparsa idi iş üzrə cavabdehin iddiaçı ilə uşaqlarının - şagirdlərin qeydiyyatının yenilənməsi haqqında müqavilə bağlamamasının qanuni və əsaslı olubolmaması
85. barədə qənaətə gəlmək mümkün olardı.
86. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdehin səlahiyyətli nümayəndəsi olması təsdiq olunmayan şəxsin “iddiaçının özünün istəyi ilə övladlarını Liseydən çıxarmasını” bildirməsi, cavabdeh Cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətinə zərər vurulmasını təsdiq etmədiyi barədə mövqeyi ilə razılaşsa da, məhkəmələrin iddiaçının mənəvi zərər vurulmasını cavabdehin hərəkətləri ilə - övladına təhsil xitmətlərinin göstərilməsi ilə əlaqədar cavabdeh müəssisə ilə bağlanmış müqavilələrin uzadılmaması – şagird qeydiyyatının yenilənməsi müqaviləsinin bağlanmaması ilə əsaslandırsa da, cavabdehin hər hansı hüquq pozuntusu törətdiyi təsdiq olunmadığından iddia tələbini mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinin də əsassız hesab edilməli olması hissəsi ilə də razılaşmır. Belə ki, hazırkı qərarın yuxarıdakı bəndlərində şərh olunduğu kimi, cavabdeh tərəfindən şagird qeydiyyatının yenilənməsi haqqında müqavilələr bağlanmasından imtina etməsinin əsaslı olub-olmaması kifayət qədər araşdırılıb hüquqi qiymət verilməmişdir. Məhz göstərilən istiqamətdə kifayət qədər araşdırma və hüquqi qiymətləndirmə aparıldıqdan sonra, cavabdehin şagird qeydiyyatının yenilənməsi haqqında müqavilələr bağlanmasından imtina etməsinin əsassız olması qənaətinə gəlinərsə, iddiaçının bununla əlaqədar mənəvi zərər tələbinin əsaslı olubolmaması barədə iddiaçının dəlilləri araşdırılmaqla qanuni və əsaslı nəticəyə gəlinə bilər.
87. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
88. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
89. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).
90. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).
91. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlar aradan qaldırılmaqla, maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.