Məhkəmə qərarları › İş №2(1-8)-1028/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1028/2026

19.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1028/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: informasiya sorğularına cavab verilməməsinin qanunsuz hesab edilməsi və həmin sorğulara cavab verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı "informasiya sorğularına cavab verilməməsinin qanunsuz hesab edilməsi və həmin sorğulara cavab verilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı İddiaçı Cavabdeh MMC-yə ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli informasiya sorğusu ünvanlayaraq, “xxxx” Rabitə Müəssisəsinin fəaliyyətini tənzimləyən hüquqi sənədlərin məzmunu ilə bağlı informasiyanın, habelə təsis sənədlərinin və digər sənədlərin surətlərinin əldə olunması barədə, 2020-2024-cü illərdə, həmçinin 2025-ci ilin ilk 4 ayında Cavabdeh MMC tərəfindən qəbul edilərək çatdırılan beynəlxalq poçt göndərişlərinin statistikası ilə bağlı məlumatın əldə olunmasını xahiş etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdeh ”xxxx” MMC-yə qarşı informasiya sorğularına cavab verilməməsinin qanunsuz hesab edilməsi və həmin sorğulara cavab verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, hüquqşünasdır, uzun illərdir ki, Avropa Insan Hüquqları Konvensiyasının (bundan sonra Avropa Konvensiyası və ya Konvensiya adlandırılacaq) pozuntusu ilə bağlı şikayətlərin Avropa Insan Hüquqları Məhkəməsinə (bundan sonra AIHM və yaxud da Məhkəmə adlandırılacaq) göndərilməsi və nümayəndə kimi ərizəçiləri həmin Məhkəmədə təmsil etməklə məşğuldur. ##.##.2025-ci ildə AIHM-in Fransa Respublikasının Strasburq şəhərində yerləşən ünvanına (Council of Europe 1 avenue de l'Europe, 67075 Strasbourg Cedex, FRANCE) EE*********AZ nömrəli beynəlxalq poçt göndərişini (BPG) cavabdeh Cavabdeh MMC-nin filial müəssisəsi olan "xxxx" Rabitə Müəssisəsinin (bundan sonra "xxxx" RM adlandırılcaq) EMS sürətli poçt xidməti vasitəsi ilə Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 72, Şəbəkə 1-dən yola salmışdır. BPG 3 ayrı-ayrı şəxsin Konvensiya ilə qorunan hüquqlarının pozuntusundan fərdi şikayətlərindən ibarət olub. Şəbəkə 1-in icraçı əməkdaşı X4 göndərişin uzağı 7 iş gününə ünvana çatacağını ona bildirmişdir. Ancaq sonradan göndəriş ünvana çatdırılmamışdır. Bu, ona ##.##.2025-ci ildə günorta saatlarında cavabdehin filialı olan "xxxx" RM ilə əlaqə saxladıqda məlum olmuşdur. Son illər Azərbaycandan AIHM-ə göndərilən şikayətlərin Cavabdeh MMC və onun filialları və bütün ölkəni əhatə edən şöbələri tərəfindən məqsədli şəkildə itirilməsi ilə bağlı müxtəlif iddialar səslənir. Həmin iddialarla bağlı daha ətraflı bu linklərdə baxın. Cavabdeh müəssisə bu iddialara ya ətraflı aydınlıq gətirmir, yaxud da ümumiyyətlə hər hansı cavab vermir. Bu səbəbdən də o, problemi ətraflı araşdırmaq və Məhkəməyə göndərilən şikayətlərin ünvanına çatmamasının səbəblərinə aydınlıq gətirmək və beləcə bu mövzuda ictimai müzakirələrə töhfə vermək məqsədi ilə ötən müddətdə Cavabdeh MMC-yə 5 (beş) informasiya sorğusu göndərmişdir. ##.##.2025-ci ildə göndərdiyi sorğu onun ##.##.2025-ci ildə EE*********AZ saylı BPG-ni ünvana çatdırmalı olan "xxxx" RM barədə olub. Sorğuda məqsəd cavabdeh müəssisənin filial müəssisəsi olan “xxxx" RM-ə dair məlumatları əldə etmək olub. Sorğunun məzmunu belə olub: "xxxx" RM-in saytında yerləşdirilmiş məlumatlardan məlum olur ki, həmin müəssisə Cavabdeh Istehsalat Birliyi (indiki Cavabdeh MMC) tərəfindən təsis edilib. Azərbaycan Respublikası Rabitə Nazirliyinin *** №-li ##.##.1997-ci il tarixli əmri ilə yaradılıb, 1997-ci ilin ## ######## tarixində isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından (identifikasiya kodu 3066394) keçirilib və 1998-ci ilin # ###### tarixində fəaliyyətə başlayıb. Hazırda Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin lisenziyası əsasında sürətli poçt rabitəsi xidmətləri (EMS - Express Mail Service) göstərir. Link: https://azems.az/ffbb about Ancaq müəssisənin fəaliyyəti haqqında saytın sözügedən bölümündə onun müstəqil şəkildə mülki hüquqlar əldə edib-etməməsi, öhdəliklərinə görə, özünün yaxud təsisçisinin məsuliyyət daşıyıb-daşımaması və eləcə də fəaliyyətini tənzimləyən hüquqi sənədlərin məzmunu barədə hər hansı məlumat verilmir. Sizdən xahiş edirəm ki, "xxxx" RM-in təsisçisi kimi müəssisənin fəaliyyətini tənzimləyən hüquqi sənədlərin (Cavabdeh Istehsalat Birliyi (indiki Cavabdeh MMC) tərəfindən "xxxx" RM-in təsis sənədləri, "xxxx" RM-in yaradılması haqqında Azərbaycan Respublikası Rabitə Nazirliyinin *** №-li ##.##.1997-ci il tarixli əmri; Nizamnamə və s.) surəti əlavə edilməklə bu suallara ətraflı cavab verəsiniz". ##.##.2025-ci ildə cavabdeh müəssisəyə daha bir informasiya sorğusu göndərmişdir. Bu sorğunun məzmunu isə aşağıdakı kimi olub: "2014- 2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında Cavabdeh MMC poçt filialları və bütün ölkəni əhatə edən poçt şöbələri ilə neçə beynəlxalq göndəriş qəbul edib və həmin göndərişlərin neçəsi təyinat ölkəsi üzrə ünvana çatdırılıb, neçəsi isə itirilib? (Məlumatların ölkələr və illər üzrə təsnifləşdirilərək təqdim edilməsi xahiş edilir, çatdırılma və itirilmə faizlə də təqdim edilə bilər); Göndərişlər hansı milli poçt operatorunun səhlənkarlığı üzündən itirilib? Itirilmiş göndərişlər üçün göndəricilərə ümumilikdə nə qədər təzminat ödənilib? 2014-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında Fransanın Strasburq şəhərində yerləşən AIHM-ə çatdırılmaq üçün Cavabdeh MMC poçt filialları və bütün ölkəni əhatə edən poçt şöbələri ilə neçə beynəlxalq göndəriş qəbul edib? Həmin göndərişlərin neçəsi adıçəkilən Məhkəmənin ünvanına çatdırılıb, neçəsi isə itirilib? Göndərişlər hansı milli poçt operatorunun səhlənkarlığı üzündən itirilib? Itirilmiş göndərişlər üçün göndəricilərə ümumilikdə nə qədər təzminat ödənilib?". Hər iki sorğuya qanunla nəzərdə tutulmuş 7 iş günü müddətində cavab verilmədiyindən, ##.##.2025-ci ildə Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) sorğuların cavablandırılmasını təmin etmək üçün şikayətlə müraciət etmişdir. Yalnız bundan sonra ##.##.2025-ci ildə Cavabdeh MMC-nin hər iki sorğuya cavabı nəzərdə tutan məktubunu almışdır. Məktubda cavabdeh müəssisə "Kommersiya sirri haqqında" Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə istinad edib, hüquqi şəxsin idarəedilməsi ilə əlaqədar məlumatların kommersiya sirri hesab edildiyini, buna görə də "xxxx" RM-in hüquqi sənədlərinin təqdim edilməsinin mümkün olmadığını qeyd edib. Ikinci sorğuda tələb edilən məlumatların isə bilavasitə cəmiyyətin fəaliyyəti ilə bağlı olduğunu, kommersiya sirri hesab edildiyini, ona görə də həmin məlumatların üçüncü şəxslərə təqdim olunmasının kommersiya sirri rejiminin tələblərinə zidd olduğundan mümkün hesab edilmədiyini vurğulayıb. Imtina məktubu cavabdeh müəssisənin Idarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Isi Mustafayev tərəfindən ##.##.2025-ci ildə imzalanıb. Bundan başqa, ##.##.2025-ci ildə cavabdehə daha 2 müstəqil informasiya sorğusu təqdim etmişdir. Həmin sorğuların məzmunu isə belə olub: Sayca üçüncü sorğunun məzmunu: "Mənim ##.##.2025-ci ildə Bakı şəhəri Üzeyir Hacıbəyli küçəsi 72, Şəbəkə 1-dən Fransanın Strasburq şəhərinin Council of Europe1 avenue de l'Europe, 67075 Strasbourg Cedex, FRANCE ünvanına göndərdiyim EE*********AZ saylı BPG-nin BPMM-dən BPMY-ə yola düşəcək daşıyıcının səlahiyyətli nümayəndəsinə verilməsini tənzimləyən daxili təhvil qaiməsi (f 16 qaiməsi) nə vaxt və neçə poçt işçisi (ad, soyad, ata adı və vəzifəsi göstərilməklə) tərəfindən tərtib edilib? fl6 qaiməsinin surətinin təqdim edilməsi xahiş edilir. EE005139545AZsaylı BPG BPMY-nə nə vaxt və saat neçədə çatdırılıb? BPMY-nə çatdırılmış EE*********AZ saylı BPG nə vaxt və saat neçədə poçt rabitəsinin milli operatorunun səlahiyyətli nümayəndəsi (ad, soyad, ata adı və vəzifəsi göstərilməklə) tərəfindən gömrük nəzarətinə təqdim edilib? EE*********AZ saylı BPG-nə gömrük nəzarəti nə vaxt və saat neçədə keçirilib və nəzarətin həyata keçirilməsində iştirak edən poçt işçiləri kimlər olub (ad, soyad, ata adı və vəzifəsi göstərilməklə)? EE*********AZ saylı BPG poçt operatorunun səlahiyyətli nümayəndəsinə nə vaxt və saat neçədə təhvil verilib və həmin səlahiyyətli nümayəndənin adı, soyadı, ata adı və vəzifəsi nə olub?" Dördüncü informasiya sorğusunun məzmunu: "2020-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında rəhbərlik etdiyiniz MMC-nin filal müəssisəsi olan "xxxx" RM çatdırılmaq üçün neçə beynəlxalq poçt göndərişi qəbul edib və həmin göndərişlərin neçəsi ünvana çatdırılıb, neçəsi isə itirilib? (Məlumatların ölkələr və illər (2020, 2021, 2022, 2023, 2024 və 2025-ci ilin ilk 4 ayı) üzrə təsnifləşdirilərək təqdim edilməsi xahiş edilir, çatdırılma və itirilmə faizlə də göstərilə bilər); Göndərişlərin itirilməsi hansı milli poçt operatorunun səhlənkarlığı üzündən baş verib? Itirilmiş göndərişlər üçün göndəricilərə ümumilikdə nə qədər təzminat ödənilib? 2020-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında Fransanın Strasburq şəhərində yerləşən AIHM-ə çatdırılmaq üçün rəhbərlik etdiyiniz MMC-nin filial müəssisəsi olan "xxxx" RM neçə beynəlxalq poçt göndərişi qəbul edib? Həmin göndərişlərin neçəsi ünvana çatdırılıb, neçəsi isə itirilib? Göndərişlər hansı milli poçt operatorunun səhlənkarlığı üzündən itirilib? Itirilmiş göndərişlər üçün göndəricilərə ümumilikdə nə qədər təzminat ödənilib?". Son iki sorğu ##.##.2025-ci il və ##.##.2025-ci il tarixdə "xxxx" RM-ə göndərilib, ancaq filial müəssisə həmin sorğulara ##.##.2025-ci il və ##.##.2025-cil tarixli cavablarında bildirib ki, "xxxx" RM Cavabdeh MMC-nin filialıdır. Bu səbəbdən, sorğunuzda qeyd olunan məlumatların əldə olunması üçün Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilməlidir". ##.##.2025-ci ildə cavabdehə növbəti informasiya sorğusu təqdim etmişdir. Sayca beşinci olan bu sorğunun məzmunu isə aşağıdakı kimidir: Cavabdeh MMC-nin saytında yer almış məlumatlardan məlum olur ki, daha əvvəl Cavabdeh Dövlət Müəssisəsi olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Poçt rabitəsi sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi haqqında" ##.##.1999-cu il tarixli *** saylı əmri ilə yaradılıb. Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin ## ###### 2009-cu il tarixli *** saylı əmri ilə isə Cavabdeh DM-in təşkilati-hüquqi forması dəyişdirilərək Cavabdeh MMC-yə çevrilib. Cavabdeh MMC-nin Nizamnaməsi Ədliyyə Nazirliyi tərəfindən ## ######## 2009- cu il tarixində təsdiq edilib və Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin X6 Dövlət Qeydiyyatı Idarəsində ********** nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Ancaq Cavabdeh MMCnin saytında nazirliyin ## ######## 1999-cu il tarixli 151 və ## ###### 2009-cu il tarixli *** saylı əmrlərinin mətni yerləşdirilməyib. Həmin əmrlər Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin saytında və ümumiyyətlə internet informasiya resurslarında mövcud deyil. O cümlədən MMC-nin Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi ilə münasibətlərinin hüquqi xarakteri və məzmunu barədə də hər hansı məlumata rast gəlmək mümkün deyil. Odur ki, Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Poçt rabitəsi sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi haqqında" ## ######## 1999-cu il tarixli *** saylı və Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin ## ###### 2009-cu il tarixli *** saylı əmrlərinin surəti əlavə edilməklə, Cavabdeh MMC-nin Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi ilə münasibətlərinin hüquqi xarakteri və məzmunu barədə ətraflı məlumatı mənə göndərməyiniz xahiş edilir". Cavabdeh müəssisə son üç sorğuya qanunla nəzərdə tutulmuş müddətdə ümumiyyətlə hər hansı bir cavab verməyib. ##.##.2025-ci ildə Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) informasiya sahibi olan Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli sorğuların cavablandırılmasını təmin etməklə bağlı şikayət göndərsə də, Ombudsman Allahın Cavabdehunu da sorğulara cavab verməyə, başqa sözlə, şikayəti təmin etməyə gücsüz olub. Aşağıdakılara əsasən Cavabdeh MMCnin informasiya sorğularına cavab verməməsi qanunsuz hesab edilməli və onun tərəfindən informasiya sorğularına cavab verilməsinə dair qətnamə qəbul edilməlidir. Əvvəla, cavabdehin sorğu edilən məlumatları verməkdən imtina etməsi üçün heç bir maddi qanuni əsasları yoxdur. Birinci iki sorğuda tələb edilən məlumatlar kommersiya sirrinə aid məlumatlar deyil. Cavabdeh müəssisə hər iki sorğuya “Kommersiya sirri haqqında” Qanunun 2-ci maddəsinə istinadən imtina cavabı verib. Onun birinci 2 sorğuda istədiyi məlumatlar “xxxx” RM-nin fəaliyyətini tənzimləyən hüquqi sənədlərin surəti əlavə edilməklə, müstəqil şəkildə mülki hüquqlar əldə edib-etməməsi, öhdəliklərinə görə özünün yaxud təsisçisinin məsuliyyət daşıyıbdaşımaması,fəaliyyətini tənzimləyən hüquqi sənədlərin məzmunu barədə məlumatın verilməsi və beynəlxalq poçt göndərişlərinin ünvana çatdırılma və itirilmə faizi və s barədə olub. Yəni, göründüyü kimi bu məlumatlar (“xxxx” RM-in təsis sənədləri, nazirliyi əmri və Nizamnamə) kommersiya sirrinə aid məlumatlar deyil. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin https://www.etaxes.gov.az/ portalının Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi bölümündə cavabdeh müəssisənin VÖEN və yaxud da adını daxil etdikdə ona dair kommersiya məlumatları hesab edilən bir sıra məlumatları istənilən şəxs əldə edə bilər. Məsələn, Cavabdeh MMC-nin Nizamnamə kapitalı 73357719 manatdır, qanuni təmsilçisi X1r, dövlət qeydiyyatına alındığı tarix ##.##.2004-cü ildir, aktiv vergi ödəyicisidir, borcu 0 manatdır, bir neçə dəfə barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri görülüb (2011-ci il üzrə vergi hesabatını və ya ona əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə 40.00 manat, 2017-ci il üzrə 2 hal üzrə 80.000 manat, 2018-ci il üzrə 1 hal üzrə 40.00 manat, 2019-cu il üzrə 3 hal üzrə 120.00 manat, 2020-ci il üzrə 3 hal üzrə 120.00 manat və 2023-cü il üzrə 40.000 manat maliyyə sanksiyası tətbiq edilib) və s. Cavabdeh müəssisə barədə belə, yəni kommersiya sirri hesab edilən bir sıra məlumatlar istənilən şəxs üçün əlçatan olduğu halda, standart təsis sənədləri, publik olmalı və X3 Reyestrinə daxil edilib çap edilməli olan nazirliyin əmrinin kommersiya sirri hesab edilməsi arqumenti ciddi təsir bağışlamır. Üstəlik, hətta nəzəri baxımdan həmin məlumatların kommersiya sirrinə aid məlumatlar olduğunu ehtimal etsək belə, açıqlanmasının, sahibinin qanuni maraqlarına hansı növ ziyan vura biləcəyi də məlum deyil. Digər tərəfdən isə sorğuda həmin sənədlərin surətinin göndərilməsi mütləq şərt kimi qeyd edilməyib, "xxxx" RM-in fəaliyyətini tənzimləyən hüquqi sənədlərin məzmunu barədə məlumatın verilməsi kontekstində əlavə məlumatlar qismində istənilib. Cavabdeh isə filial müəssisəsinin fəaliyyətini tənzimləyən sənədlərin surətini əlavə etməsə də, onların məzmunu barədə də hər hansı məlumat verməyib. ##.##.2025-ci il tarixli informasiya sorğusunda tələb edilən informasiya isə ümumiləşdirilmiş statistik məlumatlardır və bu məlumatların verilməsindən imtina qanunsuzdur. Ikincisi, hər 5 sorğuda tələb edilən məlumatlar informasiya sahibinin informasiyanı açıqlamaq vəzifəsinə aid olan məlumatlardır. "Informasiya əldə etmək haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır: 29.1.1. ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası; 29.1.3. dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr; 29.1.15. dövlət orqanlarının və bələdiyyələrin əmr, sərəncam və qərarları - əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən. Həm Cavabdeh MMC, həm də "xxxx" RM Azərbaycan Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinə aid qurumdurta. Bu, hər iki müəssisənin adından da görünür. Yəni, "Informasiya əldə etmək haqqında" Qanunun 29-cu maddəsinin istinad edilən bəndləri cavabdeh müəssisəyə aid hesab edilir. Başqa sözlə, sorğu ilə tələb edilən bu məlumatları informasiya sahibi sorğusuz da açıqlamaq öhdəliyi daşıyır. Həm RMin, həm də MMCnin təsisi ilə bağlı Nazirliyin əmrləri "Normativ hüquqi aktlar haqqında" Qanunun 80-ci maddəsinə əsasən dərc edilməli olsa da, qanunvericiliyin tələbi pozularaq, edilməyib. Yeri gəlmişkən, sonuncu - 5-ci informasiya sorğusunda tələb edilən məlumatları Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyindən əldə etmək də mümkün olmayıb. Nazirliyin elektron ünvan 1 elektron poçtuna ona məxsus olan yalchin.imanovffigmail.com ünvanından # #### 2025-ci ildə günorta saat 12:34 göndərdiyi informasiya sorğusuna bu vaxtadək hər hansı bir cavab verilməyib. Beləliklə, informasiya sorğularına imtina verilməsi qanunsuzdur, çünki verilməsi istənilən məlumatlar kommersiya sirrinə aid məlumatlar deyil, məlumatların kommersiya sirrinə aid edilməsinin meyarlarına cavab vermir. Bundan başqa, istənilən məlumatlar kommersiya dəyərinə malik deyil, həmin məlumatın məxfiliyinin qorunması məqsədilə sahibi tərəfindən hüquqi, təşkilati, texniki və digər tədbirlərin həyata keçirilməsini tələb etmir və bu məlumatların sərbəst əldə olunması qanuni əsaslarla məhdudlaşdırılmayıb. Buna görə də cavabdehin imtinası və ümumiyyətlə hər hansı cavab verməməsi "Informasiya ildə etmək haqqında" Qanunun 21-ci maddəsinin tələblərinə ziddir. Informasiyaları almaq və yaymaq ifadə azadlığının öndə gələn şərtləridir. Çünki mövzuya aid uyğun və dəqiq faktları bilmədən heç kim yaxşı əsaslandırılmış rəy formalaşdıra və onun üzərində qala bilməz. Cavabdeh qurum sorğularda verilməsi istənilən məlumatları təqdim etməməklə məlumat almaq hüququnu əngəlləyib. Sorğuda cavab verilməsini tələb etdiyi məlumatlar ictimai maraq doğuran məlumatlardır və cəmiyyətin bu məlumatı bilmək haqqının olduğu şübhəsizdir. Cavabdeh qurumun informasiya sorğularına cavab verməməsi onu bu məlumatları almaq və yaymaq, cəmiyyətin isə bu məlumatı bilmək haqqına müdaxilədir. Tələb etdiyi məlumatların əldə edilməsinə icazə verilməməsi Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş ictimai maraq kəsb edən məlumatları əldə etmək hüququmu pozur. Onun cavabını istədiyi informasiyalarla bağlı məlumat toplamaq azadlığına müdaxilə qanunla nəzərdə tutulmayıb, hər hansı legitim məqsəd güdmür və demokratik cəmiyyətdə zəruri deyil. Infromasiya sorğularının məqsədi və onun roluna dair bildirmək istəyir ki, məqsəd AIHM-ə göndərilən şikayətlərin itmə səbəblərini araşdırıb, bu məsələyə aydınlıq gətirmək olub. Cavabdehə sonuncu- ## #### 2025-ci il tarixli informasiya sorğumda da bu niyyətimi açıq şəkildə qeyd etmişdir. Hüquqşünas kimi ona sorğularda tələb edilən məlumatların verilməməsi öz funksiyasını yerinə yetirməsini və AIHM-ə göndərilən şikayətlərin Azərbaycanda yeganə milli poçt operatoru olan cavabdeh tərəfindən uzun illərdir ki itirilməsi ilə bağlı cəmiyyətdə gedən ictimai müzakirələrə töhfə verməsini mümkünsüz edib. Məlumatın xarakterinə gəldikdə, Məhkəmə bir daha qeyd edir ki, əldə etmək üçün müraciət edilən məlumat ictimai maraq sınağına cavab verməlidir. Ictimai maraq o dərəcədə cəmiyyətə təsir edən, qanuni olaraq onlarla maraqlana biləcək, onun diqqətini cəlb edən və ya əhəmiyyətli dərəcədə narahat edən, xüsusən də vətəndaşların rifahına və ya cəmiyyətin həyatına təsir edən məsələlərə aiddir. Bu, həm də əhəmiyyətli mübahisələrə səbəb ola bilən, mühüm sosial məsələyə aid olan və ya ictimaiyyətin məlumatlandırılmaqda maraqlı olacağı problemi ehtiva edən məsələlərə də aiddir. Bundan əlavə, ictimai maraq predmetini təşkil edə biləcək şeylər hər bir işin şəraitindən asılıdır (bax: Magyar Helsinki Bizottsäg, yuxarıda göstərilən qərar, § 162, əlavə istinadlarla).Cavabdeh müəssisəyə əldə edilməsi ilə bağlı sorğu verilən informasiyalar ictimai maraq testinə cavab verirdi. Təxminən 10 ilə yaxındır ki, Azərbaycandan AIHM-ə göndərilən şikayətlərin itirilməsi ilə bağlı mütəmadi iddialar səslənir, ancaq cavabdeh müəssisə bu iddialara ya cavab vermir, yaxud da hər hansı ağlabatan izahat gətirmir. Onun Strasburq Məhkəməsinə göndərdiyi bir sıra şikayələrin də bundan əvvəli ünvana çatdırılmayıb. Məsələn, ##.##.2016-cı ildə müvəkkilinin Konvensiyanın bir sıra maddələri ilə təminat verilən hüquqlarının pozuntusu ilə bağlı şikayətin yer aldığı RR*********AZ saylı sifarişli məktubu AIHMyə göndərsə də, 2 ay keçməsinə baxmayaraq şikayət ünvana çatmayıb. ##.##.2016-cı ildə bununla bağlı Cavabdeh MMC-yə müraciət etmişdir və MMCnin ## ###### 2016-cı il tarixli məktubu ilə RR*********AZ saylı sifarişli məktubun Bakı Poçt Daşıma Mərkəzində itirildiyi bildirilib və bu zaman hər hansı bir izahat verilməyib. ##.##.2017-ci il tarixdə ********* saylı mədaxil qəbzi ilə isə digər bir ərizəçinin Konvensiyanın bir sıra maddələri ilə bağlı şikayətinin yer aldığı RR*********AZ saylı poçt göndərişini AIHM-ə göndərmişdir. Ancaq göndəriş yenə ünvana çatmadığından ##.##.2017-ci ildə cavabdeh müəssisəyə sorğu ilə müraciət etmişdir. Cavabdeh MMC-nin həmin vaxt baş direktor vəzifəsini müvvəqqəti icra edən Sübhan Kazımov ##.##.2017ci il tarixli, KNŞ-**-**/*** saylı cavab məktubu ilə yenə hər hansı bir izahat verilmədən göndərişin Bakı Poçt Mərkəzində naməlum şəraitdə itdiyini bildirib. Digər vəkillərlə bağlı da kifayət qədər belə oxşar faktlar baş verib və hazırda da baş verməkdədir. Ona görə də bu mövzu vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Cavabdehin dövlət qurumunun - Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin kommersiya müəssisəsi olması, beynəlxalq poçt göndərişlərinin Azərbaycandan göndərilməsində yaranan ciddi problemlərin hansısa yüsək səviyyəli qeyri-rəsmi göstərişlərlə qəsdən həyata keçirildiyi barədə ciddi və indiyədək təkzibedilməyən mülahizələrin ortaya çıxmasına rəvac verib. Tələb edilən informasiyalar mühüm ictimai mövzuya aid olan və ya ictimaiyyətin məlumatlandırılmaqda maraqlı olacağı problemi ehtiva edən məsələlərə aiddir. Əldə etmək istədiyi məlumatlar açıq məlumatlar idi. Sorğu verilən informasiyalar onun hüquqşünas kimi peşəkar vəzifələrini yerinə yetirməsi üçün alət rolunu oynayırdı və tələb edilən məlumatlar əlçatan informasiyalar idi.

3. Cavabdehin nümayəndəsi X2 iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək göstərmişdir ki, iddiaçının təqdim etdiyi ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli informasiya sorğularına qanunla müəyyən olunmuş qaydada “xxxx" MMC tərəfindən ##.##.2025-ci il tarixli məktubla cavab verilmişdir. Həmin məktubda iddiaçının sorğu etdiyi məsələlərə aydınlıq gətirilmiş, “xxxx” Rabitə Müəssisəsinin fəaliyyəti və Cavabdeh MMC ilə hüquqi baxımdan əlaqəsi barədə ətraflı məlumat təqdim edilmişdir. Iddiaçı özünün ##.##.2025-ci il tarixli sorğusunda 2014- 2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında “xxxx" MMC-nin poçt filialları və poçt şöbələri tərəfindən qəbul edilərək çatdırılan beynəlxalq poçt göndərişlərinin statistikası ilə bağlı, habelə çatdırılması mümkün olmayan bağlamalara görə ödənilən kompensasiya məbləğinin statistikası ilə bağlı məlumatın əldə olunması ilə əlaqədar müraciət etmişdir, iddiaçı özünün iddia ərizəsində adıçəkilən sorğularda tələb edilən məlumatların ümumiləşdirilmiş statistik məlumatlar olduğunu və informasiya sahibi tərəfindən açıqlanmalı olduğunu qeyd etmişdir. Iddiaçı tərəfindən sorğu vasitəsilə tələb olunan məlumatlar “Rəsmi statistika haqqında" Azərbaycan Respublikası Qanununda anlayışı verilmiş “məxfi statistik məlumatların anlayışına uyğun gəlir. Həmin Qanunun 1-ci maddəsində qeyd olunmuşdur ki, məxfi statistik məlumatlar - rəsmi statistika materiallarının istehsalı üçün toplanan və birbaşa və ya dolayı yolla statistik vahidlərin tanınmasına və ilkin məlumatların aşkar olunmasına imkan verən məlumatlardır. Deməli, həmin məxfi statistik məlumatlar yalnız rəsmi statistik məlumatın istehsalı üçün müvafiq icra hakimiyyəti orqanına təqdim oluna bilər. Həmin müvafiq icra hakimiyyəti orqanı da Azərbaycan Respublikası Prezidentinin 2009-cu il ## #### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin 8.7 və 8.11-ci maddəsi ilə də aydın olduğu kimi Dövlət Statistika Komitəsi hesab olunur. Həmçinin “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən, dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən (onların nümayəndəlik və filiallarından), Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının hüquqi şəxslərindən və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərindən, filiallarından, həmçinin Azərbaycan Respublikasının vətəndaşlarından və fiziki şəxslərdən haqqı ödənilmədən, qanunvericilik aktlarına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada, həcmdə və müddətlərdə dolğun və etibarlı statistik məlumatları almaq hüququ verilir. Qanunda verilmiş anlayışlar bir daha da sübut edir ki, həmin məlumatların yalnız rəsmi statistika sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanına təqdim olunması və həmin orqan tərəfindən açıqlanması mümkündür. Bundan əlavə, adıçəkilən sorğular üzrə bəzi informasiyaların təqdim edilməməsinin digər səbəbi isə tələb olunan məlumatların dairəsinin və həcminin kifayət qədər geniş olmasıdır, “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən sorğu edilən informasiyanın həcmi iri olduğundan, sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa informasiya sahibi sorğunun icrasından imtina edə bilər. Aydın məsələdir ki, 10 ildən çox periodu əhatə edən məlumatların işlənərək hazırlanması çox uzun vaxt tələb edən prosesdir, bu səbəbdən sorğunun icrası praktiki baxımdan da ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneələr yaradır. Bu səbəbdən Cavabdeh MMC tərəfindən sorğu edilən məlumatların verilməsindən qanuni və əsaslı olaraq imtina edilmişdir. Yuxarıda qeyd olunan səbəblərdən, həmçinin sorğu edilən məlumatların Cavabdeh MMC-nin fəaliyyəti ilə sıx bağlı olması və işgüzar nüfuzuna zərər vura bilən məlumatlar olması səbəbindən, sorğu edilən məlumatların iddiaçıya təqdim edilməsinin qeyri-mümkünlüyü ##.##.2025-ci il tarixli cavab məktubunda iddiaçıya bildirilmişdir. Sadalanan hallardan əlavə, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli müraciətində də "xxxx” MMC-nin filialı hesab olunan “xxxx” Rabitə müəssisəsi tərəfindən 2014- 2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında qəbul edilərək çatdırılan beynəlxalq poçt göndərişlərinin statistikası ilə bağlı, habelə çatdırılması mümkün olmayan bağlamalara görə ödənilən kompensasiya məbləğinin statistikası ilə bağlı məlumatın əldə olunması ilə əlaqədar müraciət etmişdir. Vurğulamaq istəyirlər ki, bu sorğuda tələb edilən məlumatlar da mahiyyət etibarilə ##.##.2025-ci il tarixli sorğu ilə oxşardır, bu səbəbdən, həmin sorğunun da icrası yuxarıda qeyd olunan səbəblərdən mümkün olmamışdır. Iddiaçının “xxxx" MMC-yə ünvanlandığı ##.##.2025-ci il tarixli sorğuya və ##.##.2025-ci il tarixli, EE005139545AZ izləmə kodlu poçt göndərişi ilə əlaqədar tələb olunan məlumatlarla bağlı sorğuya aidiyyəti üzrə cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubla cavab verilmiş, cavabda iddiaçıya “xxxx” Rabitə Müəssisəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılaraq aidiyyəti üzrə əsaslandırılmış izahat, habelə müvafiq təsdiqedici sənədlərin təqdim edildiyi qeyd edilmişdir. Qeyd etmək lazımdır ki, “Informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən, sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa, informasiya sahibi sorğunun icrasından imtina edə bilər. Məhz qeyd edilən səbəblərdən dolayı iddiaçının sorğusunun icrasından qanunvericiliyə əsasən imtina edilmişdir. Qeyd edilənlərlə yanaşı bildirmək istəyirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il # ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”na əsasən, Cavabdeh MMC təbii inhisar subyekti hesab olunur. “Informasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, təbii inhisar subyektləri də informasiya sahiblərinə bərabər tutulurlar.Lakin adıçəkilən qanunun 9-cu maddəsi təbii inhisar subyektlərinin informasiya sahibi kimi fəaliyyətini məhdudlaşdırır, belə ki, qeyd olunan müəssisələr yalnız istehsalını (satışını) həyata keçirdikləri məhsulların siyahısı, məhsullar üzrə qiymətlərin siyahısı, müştərilər tərəfindən məhsulların əldə edilməsi üçün tələb olunan şərtlər, müqavilənin forması və bağlanılması qaydası, müştərilər tərəfindən şikayətlərin edilməsi qaydasına aid informasiyalar üzrə informasiya sahibi hesab olunur. Iddia ərizəsinin məzmunundan, həmçinin ona qoşma kimi əlavə edilən sənədlərin məzmunundan açıq-aşkar məlum olur ki, iddiaçının sorğu etdiyi məlumatlar “Informasiya əldə etmək haqqında” Qanuna əsasən təbii inhisar subyektlərinin açıqlamalı olduğu məlumatlar dairəsinə daxil deyil.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Şahin Abdullayev) *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Cavabdeh MMC-yə ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli informasiya sorğusu ünvanlayaraq, “xxxx” Rabitə Müəssisəsinin fəaliyyətini tənzimləyən hüquqi sənədlərin məzmunu ilə bağlı informasiyanın, habelə təsis sənədlərinin və digər sənədlərin surətlərinin əldə olunması barədə, 2020-2024-cü illərdə, həmçinin 2025-ci ilin ilk 4 ayında Cavabdeh MMC tərəfindən qəbul edilərək çatdırılan beynəlxalq poçt göndərişlərinin statistikası ilə bağlı məlumatın əldə olunmasını xahiş etmişdir.

6. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli məktublarla həmin informasiya sorğularına cavab verilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki,«Informasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanununun 22.4-cü maddəsinə əsasən informasiya sahibi tərəfindən informasiyanı rəsmi təsdiqlə verilməsi yalnız bir halda, yəni həmin informasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa verilməsi nəzərdə tutulmuşdur.

8. Informasiya sorğuları ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddiaçıya verilən cavablar tam olduğundan, məhkəmə Cavabdeh MMC-yə iddiaçı tərəfindən ünvanlanmış sorğulara cavabı icra edilmiş hesab edir.

9. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu üzrə qiymət verərək hesab etmişdir ki, iddiaçının informasiya sorğularına cavabdeh tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq cavab verildiyindən hazırki iddia əsassızdır və təmin edilməməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ bəndinə, «Informasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3, 3.0.1, 16.1, 22.4, 27.1, 29.1, 30-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 216-220-cu maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Azad Imanov (sədrlik edən və məruzəçi) Səadət Səlimova, Akif Isgəndərov) ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya verilən cavablar tam olduğundan, Cavabdeh MMC-yə iddiaçı tərəfindən ünvanlanmış sorğulara cavabı icra edilmiş hesab edilir.

15. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli informasiya sorğularına cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubla cavab vermişdir. Iddiaçı ##.##.2025-ci il tarixli sorğuda 2014-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında Cavabdeh MMC-nin poçt filiallları və poçt şöbələri tərəfindən qəbul edilərək çatdırılan beynəlxalq poçt göndərişlərinin statistikası ilə bağlı, habelə çatdırılması mümkün olmayan bağlamalara görə ödənilən kompensasiya məbləğinin statistikası ilə bağlı məlumatın əldə olunması ilə əlaqədar müraciət etmişdir. Həmçinin iddiaçının ##.##.2025-ci il tarixli müraciətində tələb edilən məlumatlar da mahiyyət etibarilə ##.##.2025-ci il tarixli sorğu ilə oxşardır. Iddiaçı adıçəkilən sorğularda tələb edilən məlumatların ümumiləşdirilmiş statistik məlumatlar olduğunu və informasiya sahibi tərəfindən açıqlanmalı olduğunu qeyd etsə də, iddiaçı tərəfindən sorğu vasitəsilə tələb olunan məlumatlar "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununda anlayışı verilmiş "məxfi statistik məlumatlar"ın anlayışına uyğun gəlir. Həmin Qanunun 1-ci maddəsinə əsasən məxfi-statistik məlumatlar rəsmi statistika materiallarının aşkar olunmasına imkan verən məlumatlardır. Belə ki, həmin məxfi-statistik məlumatlar yalnız rəsmi statistik məlumatın istehsalı üçün müvafiq icra hakimiyyəti orqanına (Dövlət Statistika Komitəsi) təqdim oluna bilər. Həmçinin "Rəsmi statistika haqqında" Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən, dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən (onların nümayəndəlik və filiallarından), Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının hüquqi şəxslərindən və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərindən, filiallarından, həmçinin Azərbaycan Respublikasının vətəndaşlarından fiziki şəxslərdən haqqı ödənilmədən, qanunvericilik aktlarına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada, həcmdə və müddətlərdə dolğun və etibarlı statistik məlumatları almaq hüququ verilir. Qanunda verilmiş anlayışlar bir daha da sübut edir ki, həmin məlumatların yalnız rəsmi statistika sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanına təqdim olunması və həmin orqan tərəfindən açıqlanması mümkündür.

16. Apellyasiya instansiyası məhkəməsi şikayətin məlumatların dairəsinin və həcminin kifayət qədər geniş olması səbəbilə təqdim edilməsinin inandırıcı olmaması dəlilinə münasibətdə hesab etmişdir ki, "Informasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən sorğu edilən informasiyanın həcmi iri olduğundan, sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa informasiya sahibi sorğunun icrasından imtina edə bilər. Işin hallarından göründüyü kimi iddiaçı tərəfindən təqdim edilməsi tələb edilən məlumatlar 10 (on) ildən çox müddəti əhatə etdiyindən sorğunun icrasının informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneələr yaratması gözlənilən haldır. Belə olan halda Cavabdeh MMC tərəfindən sorğu edilən məlumatların verilməsindən qanuni və əsaslı olaraq imtina edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Cavabdeh MMC-yə ünvanladığı ##.##.2025-ci il tarixli sorğuya və ##.##.2025-ci il tarixində ünvanlanan iki sorğuya münasibətdə qeyd etmişdir ki, həmin sorğulara aidiyyəti üzrə cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubla cavab verilmiş, cavabda iddiaçıya "xxxx" Rabitə müəssisəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılaraq aidiyyəti üzrə əsaslandırılmış izahat, habelə müvafiq təsdiqedici sənədlərin təqdim edildiyi qeyd edilmişdir. "Informasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən, sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa, informasiya sahibi sorğunun icrasından imtina edə bilər. Qeyd edilən səbəblərdən dolayı iddiaçının sorğusunun icrasından qanunvericiliyə əsasən cavabdeh tərəfindən haqlı olaraq imtina edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Avropa Insan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əsaslanaraq irəli sürdüyü hüquq pozuntusu barədə iddiasına münasibətdə hesab etmişdir ki, iddiaçının ifadə azadlığı hüququna qanunsuz müdaxilə müəyyən edilmir. Iddiaçı öz fikrini sərbəst şəkildə ifadə etmiş, həmin ifadəyə görə ona qarşı inzibati, hüquqi və ya faktiki heç bir məhdudlaşdırıcı tədbir görülməmişdir.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni «Informasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3, 3.0.1, 3.0.6, 16.1, 22.4, 27.1, 29.1, 30-cu maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. Iddiaçı İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini “Informasiya əldə etmək haqqında" Qanunun müvafiq müddəalarını nəzərə almadan və yaxud da açıq-aşkar əsassız şəkildə şərh etməklə rədd etmişdir. Iddiaçının iddia tələbi istinad edilən maddi hüquq normalarının tələblərindən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi həmin normaların tələblərinə, iddiaçının məlumat toplamaq və yaymaq azadlığına əhəmiyyət verməmiş, mübahisələndirilən qətnamə sözügedən normalara əməl edilməklə qəbul edilməmiş və bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir.

22. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkəmələr iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün çoxlu sayda dəlillər təqdim etmişdir (Daha ətraflı bax, apellyasiya şikayətinin Maddi və prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) bölməsinin 23-46 və 47-64-cü bəndlərinə). Lakin apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə hər hansı bir münasibət bildirməmişdir. Mübahisələndirilən qətnamədə iddiaçının apellyasiya şikayətinin dəlilləri sadalansa da, həmin dəlillərə hər hansı bir münasibət bildirilməmişdir və belə dəlillərin nəyə görə təmin edilməməli olduğu məlum olmur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

«Informasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanununu

24. Maddə 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır.

25. Maddə 2.3.Informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.

26. Maddə 3.0.1.Informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar.

27. Maddə 3.0.6.Informasiya sorğusu – informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət hesab edilir.

28. Maddə 16.1.Informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: 16.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; 16.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; 16.1.3. telefaksla; 16.1.4. şifahi formada; 16.1.5. informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; 16.1.6. informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla.

29. Maddə 22.4.Informasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir.

30. Maddə 27.1. 27.1.1. informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə; 27.1.2. informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə; 27.1.3. açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə; 27.1.4. informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır.

31. Maddə 29.1.Informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş digəriləri ilə yanaşı aşağıdakı informasiyaları açıqlamalıdır: 29.1.3. dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr; 29.1.4. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar; 29.1.10. normativ hüquqi aktların layihələri – razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan; 29.1.11. normativ hüquqi aktlar – qüvvəyə mindiyi gündən

32. Maddə 30.Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar Internet informasiya ehtiyatlarında açıqlanmalıdır. Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar həmçinin: 30.2.1. mediada; 30.2.2. rəsmi nəşrlərdə; 30.2.3. kitabxanalarda, ictimai informasiya mərkəzlərində, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə; 30.2.4. qanunvericilikdə nəzərdə tutulan başqa üsullarla açıqlana bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddiaçının apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və iddiaçının dəlillərinə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini

48. yoxlayır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar