Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1062/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Sifarişçi İddiaçı ilə podratçı “xxxx” MMC-nin direktoru qismində Cavabdeh arasında ##.##.2024-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, podratçı sifarişçiyə məxsus Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin əvvəlcədən təqdim edilən layihə-dizayn əsasında təmir işlərini həyata keçirməli olmuşdur. Həmin işlərin yerinə yetirilməsinə görə, sifarişçi İddiaçı podratçı Cavabdeh ümumilikdə 160.000 manat ödəniş etmişdir.
2. Daha sonra aralarında yaranmış narazılıqlar sifarişçi İddiaçı podratçı Cavabdeh tikinti prosesindən uzaqlaşdırması ilə nəticələnmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36.051 manat məbləğində pulun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında bağlanılmış ##.##.2024-cü il tarixli podrat müqaviləsinə əsasən Cavabdeh əvvəlcədən 161.000 manat məbləğində ödənişi qəbul etməsinə baxmayaraq, təmir-tikinti işlərinin icrası həmin məbləğə uyğun olaraq başa çatdırılmamışdır. Eyni zamanda, tərəfindən müqavilə üzrə Cavabdeh ödənilmiş 161.000 manat məbləğində pul vəsaitindən 36.051 manat pulun ümumiyyətlə tikintiyə sərf edilmədiyi aşkar olunmuşdur. Qeyd edilən pul vəsaitinin qaytarılması yazılı bildirişlə Cavabdeh tələb edilsə də, məsələnin razılıqla həll edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, hesab edir ki, İddiaçı alınmış və müqavilə öhdəliyi üzrə, yəni təyinatı üzrə sərf edilməyən 36.051 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
5. Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) nümayəndəsi və vəkili vəkil1 İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı 22.500 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 158 manatın tutularaq, qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixində tərəflər arasında fərdi yaşayış evinin tikintisi ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, tərəflər arasında razılaşdırılmış məbləğ müqabilində onun tərəfindən işlərin layihədizayn və verilmiş göstərişlərə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əlavə işlərin icrası tələb edildiyi halda, bu işlər üçün əlavə ödənişlər edilməli idi. Işlərin başlanğıcında sifarişçi tərəfindən ilkin olaraq 20.000 manat, daha sonra 140.000 manat ödənilmişdir (cəmi 160.000 manat). Lakin işlərin başlanması üçün müvafiq infrastruktur təmin olunmadığından, işıq və su təminatı gecikmiş, bu da tikinti prosesində yubanmalara səbəb olmuşdur. Bütün çətinliklərə baxmayaraq, rəhbərliyi altında tikinti iyul ayında birinci mərtəbənin tamamlanması ilə irəliləmişdir. Lakin iyulun 21-22-si tarixlərində sifarişçi tərəfindən əsassız şəkildə tikinti işləri dayandırılmışdır. Bu vəziyyət həm tikinti prosesinə, həm də tərəflər arasındakı əməkdaşlığa mənfi təsir göstərmişdir. Tikinti prosesinə sifarişçinin sürücüsü Şamil adlı şəxs nəzarət etmiş və tapşırıqlar əsasən onun vasitəsilə çatdırılmışdır. Bu müddət ərzində sifarişçi əlavə olaraq ikinci bir mənzilin tikintisini təklif etmiş və bu iş üçün əvvəlcə 120.000 manat tələb olunmasına baxmayaraq, sonradan sifarişçi ona başqa bir tikinti işi də verəcəyini və bu işi ucuz etməsini bildirmiş və buna görə də 90.000 manata razılaşma əldə edilmişdir. Tikinti işlərinə başlamış və ikinci mənzilin bünövrəsi, habelə divarların bir hissəsi qaldırılmışdır. Lakin yenə də heç bir xəbərdarlıq edilmədən tikinti dayandırılmışdır. Avqust ayında sürücü Şamil vasitəsilə işlərin yenidən başlaması tapşırılmış və o, öz məsuliyyətini dərk edərək işləri davam etdirmişdir. Bu müddətdə cavabdeh sifarişçinin layihədən kənar əlavə işlər, o cümlədən pəncərə ölçülərinin dəyişdirilməsi, zirzəmi tikintisi kimi tapşırıqlarını da icra etmişdir. Razılaşmaya görə, sonda əlavə işlər də nəzərə alınaraq hesablaşma aparılmalı idi. Əlavə işlərin ödənişi müqavilədə nəzərdə tutulmamışdır və həmin işlər üçün podratçıya heç bir əlavə ödəniş edilməmişdir. Görülmüş bütün işlərə baxmayaraq, sifarişçi ikinci mərhələ üzrə ödənişləri gecikdirmişdir. Birinci mərtəbə bitdikdən sonra ikinci hissə ödənişlər edilməli olsa da, eyni zamanda görülmüş əlavə işlərin dəyəri də ödənilməli olsa da, qarşı tərəf onun təqdim etdiyi smetalara əsasız narazılıq bildirmişdir. Nəticədə, onları tikinti prosesindən uzaqlaşdırmışdır. Lakin həmin müddət ərzində çəkilmiş xərclər və ödənilməmiş borclar hələ də qalır. Tikinti işləri zamanı onun tərəfindən aşağıdakı xərclər qarşılanmışdır: 5 “Kamaz” daş və armatur materialına görə, cəmi 7.000 manat, zirzəminin tikintisi üçün 3.500 manat və ikinci evə görə 12.000 manat. Bundan əlavə, sifarişçi tərəfindən podratçının çəkdiyi xərclərin, o cümlədən 5 “Kamaz” daş materialın və zirzəminin tikintisi üçün sərf edilən vəsaitin ödənilməməsi Mülki Məcəllənin 313-cü maddəsinə ziddir. Həmin maddəyə əsasən, borcun yerinə yetirilməməsi hüquqi məsuliyyət yaradır və sifarişçi ödəməli olduğu borcu yerinə yetirməkdən imtina edə bilməz. Sifarişçi tərəfindən ödənilməmiş borclar və xərclər, podratçının hüquqlarının pozulmasına səbəb olmuş və o, öz hüquqlarını qorumaq məqsədilə qarşılıqlı iddia ərizəsi təqdim etmişdir.
7. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizaları təyin edilərək müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/*** saylı rəyindən görünür ki, SMETA-miqdarı 340 m3 torpağın qazılması, 340 kv.m. bünövrənin katokla bərkidilməsi, 340 kv.m. çınqıl qatının verilməsi, 17 m3 çınqıl, 260 kv.m. hazırlıq qatında setka işlərinin aparılması, 260 kv.m. qoruyucu qatının verilməsi, 258 m3 beton, 31,2 ton armatur, 270 kv.m. beton işləri, 494 kv.m. 40 sm. qalınlığında hörgü işləri, 172 kv.m., 20 sm. qalınlığında hörgü işləri, 15.750 ədəd mişar daşı, 34 m3 qara qum, 212 kisə sement, 200 p/m riger kalon, razılaşma ilə monolitin qurulması, 260 kv.m. monolit örtük, razılaşma ilə pilləkən qurulması (material ilə birlikdə), 10 kv.m. zirzəminin kənarlarına suvağın vurulması kimi tərtib olunmuşdur. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən tikili üzrə görülmüş işlərə sərf edilmiş materialların və işçiliyin həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər-hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.
8. “xxxx” MMC-nin ƏEM/M **-***/** saylı ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualın həlli ilə bağlı olaraq, aparılmış hesablamalara və təhlillərə əsasən, Abşeron rayonu, Mehdiabad kəndində 0,4003 ha torpaq sahəsində yarımçıq tikilinin inşasına sərf edilmiş məbləğ (işçilik və material xərci daxil olmaqla) 124.949 manat təşkil edir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh Cavabdeh 35.051 manat məbləğində pul və 195 manat dövlət rüsumunun əvəzi tutularaq, ilkin iddia üzrə iddiaçı İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsinin ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, podrat müqaviləsinə əsasən, podratçı sifarişçiyə məxsus Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin əvvəlcədən təqdim edilən layihə dizayn əsasında təmir işlərini həyata keçirməli olmuşdur. Həmin işlərin yerinə yetirilməsinə görə, sifarişçinin podratçıya ümumilikdə 160.000 manat ödəniş etməsi işin mübahisəsiz halıdır. Bu hal həm iş materiallarında olan ödəniş qəbzi ilə təsdiqini tapır, həm də Cavabdeh qarşılıqlı iddia ərizəsində işlərin başlanğıcında sifarişçi tərəfindən ilkin olaraq 20.000 manat, daha sonra 140.000 manat (cəmi 160.000 manat) ödənildiyini etiraf edir. Daha sonra aralarında yaranmış narazılıqlar sifarişçinin podratçını tikinti prosesindən uzaqlaşdırması ilə nəticələnmişdir. Sifarişçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqaviləyə əsasən podratçı Cavabdeh 161.000 manat ödənişi qəbul etməsinə baxmayaraq, təmir-tikinti işlərinin icrasının həmin məbləğə uyğun olaraq başa çatdırmadığını bildirib, ondan 30.000 manat pul tələb etmişdir. Məhkəmənin iş üzrə təyin etdiyi müstəqil qiymətləndiricinin rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad kəndində 0,4003 ha torpaq sahəsində yarımçıq tikilinin inşasına sərf edilmiş məbləğ (işçilik və material xərci daxil olmaqla) 124.949 manat təşkil edir. Bundan sonra İddiaçı nümayəndəsi-vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, ilkin iddia üzrə cavabdehdən 36.051 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, müqavilədən kənar işlər gördüyünü (5 “Kamaz” daş və armatur materialına görə, cəmi 7.000 manat, zirzəminin tikintisi üçün 3.500 manat və ikinci evə görə 12.000 manat), həmin işlərin dəyərini ödənilmədiyini bildirərək, ondan 22.500 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, tələbinin əsaslılığını təsdiq edən sübutlar nə qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş, nə də məhkəmə araşdırması zamanı təqdim edilmişdir. Məhkəmənin qərardadına əsasən, təyin edilmiş müstəqil qiymətləndirici də həmin ərazidə mövcud olan tikililərə baxış keçirdikdən sonra apardığı hesablamalara əsasən, orada yarımçıq tikilinin inşasına sərf edilmiş məbləğin 124.949 manat təşkil etdiyi (hələ ödənilmiş məbləğdən 35.051 manat az) barədə nəticəyə gəlmişdir.
12. Belə olan halda, məhkəmə, bu qənaətə gəlmişdir ki, sifarişçinin müqaviləyə əsasən ödədiyi 160.000 manat puldan tikinti işlərinə 124.949 manat sərf edildiyi nəzərə alınarsa, ilkin iddia qismən 35.051 manat pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Ilkin iddia üzrə iddiaçı 161.000 manat pulu ilkin iddia üzrə cavabdehə verdiyini bildirsə də, 1.000 manat məbləğində pulun verildiyi etiraf olunmur, həmçinin iş materialları ilə təsdiqini tapmır. Ona görə də, sübuta yetirilməməsi əsası ilə ilkin iddia həmin hissədə rədd edilməlidir. Sübuta yetirilməməsi əsası ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası da rədd edilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 752.1, 753.1, 753.4, 759.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın qismən təmin olunan hissəsinin rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddiaçı cavabdehin podrat müqaviləsi üzrə öhdəliklərini tam icra etməməsinə istinad etməklə, etdiyi ödənişlərin müəyyən qisminin qaytarılmasını xahiş edir. Lakin cavabdehin təmir işlərini tam icra etməməsi ağlabatan ola bilməz. Belə ki, ilkin iddiaçı görüləcək işlər üçün cavabdehə böyük məbləğlərdə ödənişlər vəd etmişdir. Cavabdehin ümumiyyətlə bu müddətdə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda, iddiaçının ona ödənişləri etməsi məntiqsizdir. Belə olan halda, ilkin iddiaçı Mülki Məcəllənin 762.3-cü maddəsinə əsasən yerinə yetirilməyən işlərin əvəzini tələb etmək hüququna malikdir. Lakin onun belə tələbi üçün Mülki Məcəllənin 763.1 və 764.1-ci maddələrinə görə qüsurun aradan qaldırılması üçün əlavə icra tələb edilməli, sonuncu müəyyənləşdirilmiş müddətdə qüsuru aradan qaldırmadıqda isə qüsuru özü aradan qaldırıb, çəkdiyi xərclərin əvəzini ödəməyi tələb etməli idi. Hazırkı işin hallarından isə müəyyən olunur ki, ilkin iddiaçı qanunun bu tələblərinə, eyni zamanda tərəflər arasında qüsurun müəyyənləşdirilməsi üçün müəyyən olunan qaydalara (##.##.2024-cü il tarixli Müqavilənin 9.1, 10.3-cü maddələri) riayət etməmiş və bununla da cavabdehin faktiki gördüyü işləri və qüsurları müəyyən etmək üçün müqavilənin qüvvədə olduğu 3 ay müddətində heç bir təşəbbüs göstərməmişdir. Hazırkı halda mübahisə görülən işlərin qüsuru ilə bağlı olduğundan, qüsurların mövcudluğunun və onun aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləğinin (o cümlədən podrat natamam yerinə yetirildiyi halda, artıq ödənilmiş vəsaitin məbləğinin) sübutetmə vəzifəsi məhz ilkin iddiaçının üzərinə düşür. Ilkin iddiaçı isə bununla bağlı sübut təqdim etməmişdir. Ilkin iddiaçının iddia ərizəsi məhkəməyə veriləndən bir-neçə gün əvvəl cavabdehə bildiriş-pretenziya göndərməsi onun haqlı olmasını ehtiva etmir. Məhkəmənin ilkin iddiaçının əsassız iddiasına don geyindirməsi üçün cavabdeh tərəfindən görülmüş tikinti işlərinin müstəqil qiymətləndirici tərəfindən bilərəkdən real qiymətdən aşağı yazılmasına göz yumması isə artıq onun fiaskosudur. Yəni işin faktiki hallarına görə hazırkı iddianın predmetini təşkil edən və əslində mövcud olmayan, həmçinin mülki hüquq subyekti olaraq cavabdehə aidiyyəti olmayan pul kütləsi mübahisə obyekti olmamaqla, ilkin iddiaçı tərəfindən mübahisələndirilə bilməz. Lakin bunun tam əksi qarşılıqlı iddia ilə özünün təsdiqini tapmışdır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh, yəni sifarişçi həm müqavilənin şərtlərini pozmuş, həm də layihədən kənar əlavə işlər tələb edərək bunun ödənişini etməmişdir. ##.##.2024-cü il tarixdə verilmiş qarşılıqlı iddia ərizəsinə məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə münasibət bildirilmiş və icraata qəbul edilmişdir. Məhkəmə eyni zamanda özünün ##.##.2025-ci il tarixli digər qərardadı ilə mülki iş üzrə rəy alınması üçün müstəqil qiymətləndirici təyin etmişdir. Lakin məhkəmə həmin qərardadında qarşılıqlı iddianın əsasını təşkil edən fakt və sübutlar öz əksini tapmadığından ##.##.2025-ci il tarixli mütəxəssis rəyi natamam olmaqla mübahisənin mahiyyətini tam əhatə etməmiş (tikinti materiallarının qiyməti düzgün hesablanmamışdır və s.) və sonda düzgün qənaətə gəlməməklə inşaat işlərinə sərf edilmiş məbləği real bazar qiymətlərindən az olmaqla 124.949 manat məbləğində qiymətləndirmişdir. Bu qiymətlərlə razılaşmayıb mübahisənin obyektiv, ədalətli və hərtərəfli araşdırılması məqsədi ilə iş üzrə rəy alınması üçün əlavə (digər) müstəqil qiymətləndirici təyin edilməsini xahiş edilsə də bu vəsatət təmin edilməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhrəmzadə) ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə podratçı “xxxx” MMC-nin direktoru Cavabdeh göstərilmişdir və apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, adı çəkilən “xxxx” MMC adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində məlumat mövcud deyildir. Bununla belə qeyd edilən müqavilə fiziki şəxs kimi Cavabdeh tərəfindən imzalanmışdır.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, belə olan halda bu müqavilə fiziki şəxs tərəfindən imzalandığından iddia da müqavilədəki imza müəllifinə yəni, fiziki şəxs Cavabdeh qarşı düzgün olaraq qaldırılmışdır.
19. Birinci instansiya məhkəməsi baxışı zamanı həmçinin işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, qeyd olunan işlərin yerinə yetirilməsinə görə, sifarişçinin podratçıya ümumilikdə 160.000 manat ödəniş etmişdir. Bu hal həm iş materiallarında olan ödəniş qəbzi ilə təsdiqini tapır, həm də Cavabdeh qarşılıqlı iddia ərizəsində işlərin başlanğıcında sifarişçi tərəfindən ilkin olaraq 20.000 manat, daha sonra 140.000 manat (cəmi 160.000 manat) ödənildiyini etiraf etmişdir.
20. Həmçinin iş üzrə təyin etdiyi müstəqil qiymətləndiricinin rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad kəndində 0,4003 ha torpaq sahəsində yarımçıq tikilinin inşasına sərf edilmiş məbləğ (işçilik və material xərci daxil olmaqla) 124.949 manat təşkil edir.
21. Cavabdeh apellyasiya şikayətində qeyd edilən rəyi mübahisələndirsə də, həmin rəyi şübhə altına alan hər-hansı hal müəyyən edilməmiş, həmçinin qeyd edilən vəsait düzgün müəyyən edilməməsi ilə bağlı cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir.
22. Eyni zamanda cavabdeh qarşılıqlı iddia tələbində müqavilədən kənar işlər gördüyünü (5 “Kamaz” daş və armatur materialına görə, cəmi 7.000 manat, zirzəminin tikintisi üçün 3.500 manat və ikinci evə görə 12.000 manat), həmin işlərin dəyərini ödənilmədiyini bildirərək, ondan 22.500 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, tələbinin əsaslılığını təsdiq edən sübutlar nə qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş, nə də məhkəmə araşdırması zamanı təqdim edilmişdir.
23. Belə ki, müstəqil qiymətləndirici də həmin ərazidə mövcud olan tikililərə baxış keçirdikdən sonra apardığı hesablamalara əsasən, orada yarımçıq tikilinin inşasına sərf edilmiş məbləğin 124.949 manat təşkil etdiyi (hələ ödənilmiş məbləğdən 35.051 manat az) barədə nəticəyə gəlmişdir.
24. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Hazırkı vəziyyətdə isə işin mübahisə edilməyən halları ilə müəyyən edilmişdir ki, yarımçıq tikilinin inşasına 124.949 manat sərf edilmişdir ki, sifarişçi tərəfindən də ümumilikdə 160.000 manat ödəniş etməsi işin mübahisəsiz halı olduğundan aradakı fərqin tutulması barədə birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.
25. Həmçinin cavabdeh müqavilədən kənar işlər gördüyünü (5 “Kamaz” daş və armatur materialına görə, cəmi 7.000 manat, zirzəminin tikintisi üçün 3.500 manat və ikinci evə görə 12.000 manat), həmin işlərin dəyərini ödənilmədiyini bildirərək, ondan 22.500 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutlar təqdim edilməmiş, işin faktiki materialları ilə isə həmin hallar müəyyən edilməmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ona tələbi üçün Mülki Məcəllənin 763.1 və 764.1-ci maddələrinə görə qüsurun aradan qaldırılması üçün əlavə icranı tələb edilməli, sonuncu müəyyənləşdirilmiş müddətdə qüsuru aradan qaldırmadıqda isə qüsuru özü aradan qaldırıb, çəkdiyi xərclərin əvəzini ödəməyi tələb etməli olmasına dair dəlili ilə əlaqədar bildirmişdir ki, iş materiallarına əsasən Cavabdeh pul tələbi məhz onun gördüyü işin aldığı pulun müqabilinə uyğun olmaması ilə bağlı olmuşdur ki, burada da hər-hansı qüsurdan söhbət getməmişdir. Başqa sözlə, iddiaçı ondan işin qüsurlu olmağına görə pul tələb etməmişdir. Yəni tələbin əsasını verilmiş 161.000 manat məbləğində pul vəsaitindən 36.051 manat pulun ümumiyyətlə tikintiyə sərf edilmədiyi aşkar olunması təşkil etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2, 14.2.1, 385.1, 386.1, 425.1, 752.1-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
28. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilmiş, qarşılıqlı iddianın rədd edilmiş hissəsində ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, ilkin iddiaçı cavabdehin podrat müqaviləsi üzrə öhdəliklərini tam icra etməməsinə istinad etməklə, etdiyi ödənişlərin müəyyən qisminin qaytarılmasını xahiş edir. Lakin cavabdehin təmir işlərini tam icra etməməsi ağlabatan ola bilməz. Belə ki, ilkin iddiaçı görüləcək işlər üçün cavabdehə böyük məbləğlərdə ödənişlər vəd etmişdir. Cavabdehin ümumiyyətlə bu müddətdə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda, iddiaçının ona ödənişləri etməsi məntiqsizdir. Belə olan halda, ilkin iddiaçı Mülki Məcəllənin 762.3-cü maddəsinə əsasən yerinə yetirilməyən işlərin əvəzini tələb etmək hüququna malikdir. Lakin onun belə tələbi üçün Mülki Məcəllənin 763.1 və 764.1-ci maddələrinə görə qüsurun aradan qaldırılması üçün əlavə icra tələb edilməli, sonuncu müəyyənləşdirilmiş müddətdə qüsuru aradan qaldırmadıqda isə qüsuru özü aradan qaldırıb, çəkdiyi xərclərin əvəzini ödəməyi tələb etməli idi. Hazırkı işin hallarından isə müəyyən olunur ki, ilkin iddiaçı qanunun bu tələblərinə, eyni zamanda tərəflər arasında qüsurun müəyyənləşdirilməsi üçün müəyyən olunan qaydalara (##.##.2024-cü il tarixli Müqavilənin 9.1, 10.3-cü maddələri) riayət etməmiş və bununla da cavabdehin faktiki gördüyü işləri və qüsurları müəyyən etmək üçün müqavilənin qüvvədə olduğu 3 ay müddətində heç bir təşəbbüs göstərməmişdir. Hazırkı halda mübahisə görülən işlərin qüsuru ilə bağlı olduğundan, qüsurların mövcudluğunun və onun aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləğinin (o cümlədən podrat natamam yerinə yetirildiyi halda, artıq ödənilmiş vəsaitin məbləğinin) sübutetmə vəzifəsi məhz ilkin iddiaçının üzərinə düşür. Ilkin iddiaçı isə bununla bağlı sübut təqdim etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
34. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
35. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
38. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
39. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
40. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
41. Maddə 753. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
42. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
43. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
44. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
45. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
46. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
55. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütünlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
62. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
63. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
66. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
67. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.