Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1068/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Cavabdeh iddiaçının işçisi olmuş, sürücü vəzifəsində işləmişdir;
3. Iddiaçı İddiaçı MMC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında ##.##.2023-cü il tarixdə avtonəqliyyat vasitəsinin iştirakı ilə beynəlxalq yükdaşımaların təşkili haqqında müqavilə bağlanmışdır;
4. Cavabdehlə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilə ilə, sonuncu öz mülkiyyətində nəqliyyat vasitəsinin beynəlxalq yükdaşımalarında cavabdeh tərəfindən istifadə olunmasına icazə vermişdir;
5. Iş materiallarına əlavə olunmuş Türkiyə Respublikası hüquq-mühafizə orqanlarının cinayət işi materiallarından görünür ki, X2 cavabdehin idarə etdiyi nəqliyyat vasitəsində aparılmış axtarış zamanı gizlədilmiş ümumilikdə 71 ədəd avtomobil ehtiyat hissəsi aşkar edilmiş, bu əsasla həmin mallar, eləcə də nəqliyyat vasitəsi müsadirə edilmişdir. Həmin cinayət işi üzrə zərərçəkmiş qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tanınmışdır;
6. ##.##.2024-cü il tarixli əmrlə cavabdehin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin ç) bəndi ilə xitam verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı məhkəməyə müraciət edərək 88.000 manat pul məbləğinin, 440 manat tərcümə xərcinin, 362 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin və 2000 manat vəkil xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, beynəlxalq yük daşımaları fəaliyyəti ilə məşğul olur. Iddiaçının istifadəsində olan evakuator və ona qoşulmuş treyler cavabdehin idarəsində olmuşdur. Cavabdeh həmin nəqliyyat vasitələri ilə Gürcüstan üzərindən Türkiyəyə yük daşımaları həyata keçirmişdir. ##.##.2024-cü il tarixində X1 Məntəqəsində aparılmış yoxlama zamanı treylerdə və nəqliyyat vasitəsinin müxtəlif hissələrində gizlədilmiş xeyli sayda avtomobil ehtiyat hissəsi aşkar edilərək müsadirə olunmuşdur. Bununla əlaqədar, qeyd olunan nəqliyyat vasitələri də Türkiyədə müsadirə edilmişdir. Baş vermiş hadisə ilə bağlı iddiaçının məlumatı olmamışdır. Cavabdehlə bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Müsadirə olunmuş nəqliyyat vasitələrinin dəyəri 88.000 manat təşkil edir. Bundan əlavə, iddiaçı tərəfindən sənədlərin tərcüməsinə görə 440 manat, vəkil xidmətinə görə 2.000 manat xərc çəkilmiş, həmçinin 362 manat dövlət rüsumu ödənilmişdir ki, onların da əvəzi iddiaçıya qaytarılmalıdır.
9. Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı şirkətdə sürücü işləmiş və beynəlxalq yük daşımaları ilə məşğul olmuşdur. Iddiaçının istifadəsində olan nəqliyyat vasitəsi onun idarəsində olmuşdur. ##.##.2024-cü il tarixində X1 Məntəqəsində aparılmış yoxlama zamanı treylerdə müxtəlif avtomobil ehtiyat hissələri aşkar edilərək həm mallar, həm də nəqliyyat vasitələri müsadirə edilmişdir. Halbuki, o, malların maşına yığılması zamanı iştirak etməmiş, yükün məzmunundan xəbəri olmamış, yük əvvəlcədən möhürlənmiş və avtomobil bir neçə gün zavod ərazisində saxlanılmışdır. O, Türkiyə Respublikasında verdiyi izahatın məzmununu başa düşmədiyini və həmin izahatı təzyiq altında yazdığını bildirmişdir. Həmçinin, onun barəsində Türkiyə Respublikasında aparılan cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilməmiş, təqsiri sübuta yetirilməmişdir. Odur ki, iddiaçıya hər hansı zərər vurulmamışdır. Zərərin mövcudluğunu təsdiq edən sübutlar yoxdur. Eləcə də, iddiaçının nəqliyyat vasitələrinin mülkiyyətçisi olmadığını göstərərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh onu da qeyd etmişdir ki, iddiaçıya 25.000 ABŞ dolları pul ödəmişdir. 10.Cavabdehin vəkili məhkəməyə ünvanlandığı yazılı etirazı belə əsaslandırmışdır ki, iddiaçı nəqliyyat vasitəsinin mülkiyyətçisi olmadığı üçün hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Bu səbəbdən iddia rədd olunmalıdır.
11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. 12.Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 76.889 manat maddi ziyana görə, 300 manat hüquqi yardım göstərilməsi üçün xidmət haqqına, 382.80 qəpik tərcümə xərcinə və 320.67 manat ödənilmiş dövlət rüsumu xərcinə görə olmaqla, cəmi 77892.47 manatın alınıb iddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim: H.Səlimov). 13.Məhkəmə müəyyən etmişdir ki, cavabdeh iddiaçının işçisi olmuş və iddiaçının icarə əsasında istifadə etdiyi nəqliyyat vasitəsi onun istifadəsində olmuşdur. ##.##.2024-cü il tarixində X1 Məntəqəsində aparılmış yoxlama zamanı həmin nəqliyyat vasitəsində gizlədilmiş ümumilikdə 71 ədəd avtomobil ehtiyat hissəsi aşkar edilmişdir. Aşkarlanmış mallar, həmçinin cavabdehin idarə etdiyi yük avtomobili və yarımqoşqu Türkiyə Respublikasında müsadirə olunmuşdur. Odur ki, iddiaçıya zərər vurulması işin mübahisəsiz halıdır.. 14.Cavabdeh iddianı etiraf etməyərək avtomobildə aşkar olunan mallardan onun xəbərinin olmamasını, Türkiyə Respublikasında yazılan izahatın məzmununu və mənasını başa düşməməsini, həmin izahatı təzyiq altında yazmasını, iddiaçıya 25000 ABŞ dolları pul ödənməsini göstərsə də bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, cavabdeh Türkiyə Respublikasında verdiyi izahatında göstərmişdir ki, “ maşında tapılan əşyalar mənə aid deyildir. Tbilisidə yol kənarında dincəldiyim zaman heç vaxt tanımadığım,adını və əlaqə nömrəsini bilmədiyim bir gürcü şəxs mənə yaxınlaşaraq avtomobil ehtiyat hissələrinin olduğunu dedi və onları Türkiyəyə apara biləcəyimi soruşdu.Mən götürə biləcəyimi dedim.və 5000TL-yə razılaşdıq.telefon nömrəmi götürdü, lakin mənə pul vermədi. Əşyalar gətirildikdən sonra mənə zəng edəcəyini və onları harada qoyacağımı söylədi. Sözügedən əşyaları avtomobilə yerləşdirdim və heç kimdən kömək almadım.Evakuatoru qaldırıb şəxsdən aldığım əşyaların bir qismini mühərrikin yanındakı boşluqlara yerləşdirdim və qoşqunun arxa tərəfindəki kəndirin boşluğundan istifadə edərək brezentin bağlandığı dəmiri açıb yaranan boşluqdan içəri girdim və yükün qoyulduğu kisələrin üstünə qoydum və eyni yolla brezenti bağladım. Mən bilmirdim ki, bu əşyaları gətirmək qadağandır. Bilsəydim gətirməzdim.” 15.Məhkəmə əlavə etmişdir ki, iddiaçıya 25000 ABŞ dolları pul ödənməsi barədə də cavabdeh heç bir sübut təqdim edə bilməmişdir. Gələcəkdə belə sübut təqdim olunarsa həmin hal icra zamanı nəzərə alına bilər. 16.Iddiaçının subyektiv hüququnun olmaması barədə cavabdeh tərəfin etirazı ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilə ilə iddiaçı respublika daxilində və xarici ölkələrdə iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təmsil etməyi və onun hüquqlarını müdafiə etməyi öhdəsinə götürmüşdür. Odur ki, cavabdehin etirazı əsassızdır. 17.Məhkəmə mövqeyini Mülki Məcəllənin 158.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi iddiaçı deyil, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdır və buna görə də nəqliyyat vasitələrinin müsadirəsi nəticəsində dəymiş zərəri yalnız mülkiyyətçi tələb edə bilər. Iddiaçının həmin zərəri tələb etməsi əsassız varlanmaya səbəb olur.
20. Digər dəlilə görə, iddiaçı ilə mülkiyyətçi arasında bağlanmış müqavilə yalnız nəqliyyat vasitəsinin istifadəsi və təmsilçiliklə bağlı olmuş, zərərin tələb edilməsi hüququnu iddiaçıya verməmişdir. Həmçinin, Türkiyə Respublikasında aparılan cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilməmiş, nəqliyyat vasitələrinin müsadirəsinin qanuni qüvvəyə minibminmədiyi və geri qaytarılması imkanları araşdırılmamışdır.
21. Son dəlilə görə, məhkəmə yalnız ittiham aktına əsaslanaraq cavabdehin zərər vurması nəticəsinə gəlmiş, təqsirsizlik prezumpsiyasını nəzərə almamışdır. Bundan başqa, nəqliyyat vasitəsinin mülkiyyətçisinin Türkiyədəki məhkəmə prosesində iştirak etdiyi, cavabdehə qarşı maddi tələblə çıxış etdiyi, lakin bu halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığı bildirilmişdir. Şikayətçi hesab etmişdir ki, iddiaçıya hər hansı zərərin vurulması sübuta yetirilməmiş, mülkiyyətçinin üçüncü şəxs kimi cəlb olunması isə prosessual hüquq normalarının pozulması olmuşdur.
22. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir (hakimlər: T. Musayev - sədrlik edən və məruzəçi, E.Isayev və E.Mehdiyev).
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayarq aşağıdakıları qeyd etmişdir:
24. Iddiaçı ilə sahibkar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilədən görünür ki, şirkət sadəcə olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətində olan nəqliyyat vasitəsinin iştirakı ilə beynəlxalq yük daşımalarının təşkilini həyata keçirmişdir. Qeyd olunan nəqliyyat vasitəsinin İddiaçı MMC-nin icarəsinə (yəni sahibliyinə və istifadəsinə) verilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır.Odur ki, nəqliyyat vasitəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, həmçinin həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ona dəymiş ziyanın tələb olunması ilə bağlı sonuncunu təmsil etmək səlahiyyətlərinin iddiaçı təşkilata həvalə olunmasına dair sübutlar təqdim edilmədiyindən iddiaçının ümumiyyətlə hazırkı iddia tələbini irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmaması məsələsinə də qiymət verilməlidir.
25. Iş materiallarından aydın olur ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmuşdur. Iddiaçı ilə müqavilə bağlayaraq qeyd olunan nəqliyyat vasitəsinin iştirakı ilə beynəlxalq yük daşımalarını təşkil etmişdir. Cavabdeh Cavabdeh İddiaçı MMC-nin işçisi olsa da, nəqliyyat vasitəsinin mülkiyyətçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs dəymiş ziyanla bağlı İddiaçı MMC tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, qeyd olunan nəqliyyat vasitələrinin İddiaçı MMC-yə icarə və ya digər əsaslarla təhvil verilməsinə, həmin nəqliyyat vasitəsinin şirkətin sahibliyində olmasına, həmçinin mülkiyyətçiyə dəymiş ziyanın tələb olunması ilə bağlı sonuncunu təmsil etmək səlahiyyətlərinin iddiaçı təşkilata həvalə olunmasına dair sübutlar təqdim edilmədiyindən iddiaçı hazırkı iddia tələbini irəli sürməsi üçün subyektiv hüquqa malik olmamışdır. Odur ki, iddia rədd edilməlidir.
26. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 14.2.6, 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
27. Iddiaçı (vəkil: vəkil1) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
28. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı ilə nəqliyyat vasitəsinin sahibi arasında yazılı müqavilə olmasa da, fakt budur ki, onlar arasında icarə münasibətləri olmuşdur. O da nəzərə alınmamamışdır ki, icarə müqaviləsinin şifahi formada bağlanması da mümkündür. Belə ki, iddiaçı əmlakın sahibinə icarə haqqı ödəmiş və ödəmə mənbəyindən vergilər tutulmuşdur. Bu barədə sübutlar da şikayətə əlavə olunmuşdur. Apellyasiya məhkəməsi bildirsə də ki, nəqliyyat vasitəsinin iddiaçının sahibliyində olması müəyyən edilmir, əmlakın həmin şirkətin işçisi olan cavabdeh tərəfindən istifadə olunmasının özü bu halı təkzib edir. Eyni zamanda üçüncü şəxs qismində məhkəmə iclasına cəlb edilmiş nəqliyyat vasitəsinin sahibi tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizə ilə də sübut olunur ki nəqliyyat vasitəsi iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Apellyasiya məhkəməsinin mövqeyinə görə nəqliyyat vasitəsinin mülkiyyətçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs dəymiş ziyanla bağlı iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirirlməmişdir. Kassator bununla bağlı dəlili belə əsaslandırmışdır ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən ziyanın ödənilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etməsi onun hüququdur. Ziyan cavabdehdən tutulub iddiaçıya ödənildikdən sonra iddiaçı həmin ziyanı nəqliyyat vasitəsinin mülkiyyətçisinə ödəyəcək. Nəqliyyat vasitəsinin mülkiyyətçisi ziyanın ödənilməsi tələbi ilə məhkmədə cavabdehə qarşı iddia qaldıra bilməz. Çünki tərəflər arasında olan münasibətlər müqavilə münasibətləridir yəni onlar arasında olan hüquq nisbi hüquqdur. Yəni iddiaçı iddia tələbini müqavilə tərəfində qarşı irəli sürə bilər. Eyni zamanda, iddiaçı tərəfindən dəymiş ziyanla bağlı ödənişin nəqliyyat vasitəsinin sahibinə edilib-edilməməsi onlar arasında olan məsələdir. Onlar bunu məhkəmədən kənar və ya məhkəmə qaydasında da tələb edə bilər. Bu gün iddiaçının iddia tələbi təmin edilməsə gərək nəqliyyat vasitəsinin sahibi iddiçıya iddia qaldıra ondan sonra isə iddiaçı cavabdehə qarşı iddia qaldıra. Bu isə prosessual qənaət prinispinin pozuntusudur. Məhkəmə iddiaçıdan nəqliyyat vasitəsinin iddiaçının icarəsində olması ilə bağlı əlavə sübut istəməmişdir. Tərəflər arasında olan münasibətin icarə münasibəti olması ilə bağlı sübutları məcbur olub indi təqdim etsələr də, əslində bu sübutlar əvvəldən mövcud olmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
34. Maddə 191, hissə 1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
35. Maddə 191, hissə 2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
46. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının sözügedən nəqliyyat vasitəsinə görə zərərin əvəzini cavabdehdən tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmuşdur. Iddiaçı ilə müqavilə bağlayaraq qeyd olunan nəqliyyat vasitəsinin iştirakı ilə beynəlxalq yük daşımalarını təşkil etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə cavabdeh arasında ayrıca müqavilə münasibəti olmuşdur. Eyni zamanda sözügedən nəqliyyat vasitəsinin İddiaçı MMC-nin icarəsinə verilməsi, habelə İddiaçı MMC-nin nəqliyyat vasitəsinin mülkiyyətçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs dəymiş ziyanla bağlı hər hansı ödəniş həyata keçirməsi aşkar edilmir. Belə olan halda hazırkı iddiaçının tələbi əsasında iddianın təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.