Məhkəmə qərarları › İş №2(1-8)-1069/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1069/2026

03.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1069/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh4 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən və torpaq sahəsindən payların naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı iddiaçı1 cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh4 və cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən payların naturada ayrılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ünvan 1 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 62,60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsi cavabdeh1, fərdi yaşayış evinin 62,60 kv.m-in 36/180 və torpaq sahəsinin 6/35 hissəsi iddiaçı2, fərdi yaşayış evinin 62,60 kv.min 30/180 və torpaq sahəsinin 5/35 hissəsi X1, fərdi yaşayış evinin 62,60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsi cavabdeh4, fərdi yaşayış evinin 62,60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsi cavabdeh2, fərdi yaşayış evinin 40,7 kv.m tam və fərdi yaşayış evinin 62,60 kv.m-in 6/180 və torpaq sahəsinin 6/35 hissəsi iddiaçı1, fərdi yaşayış evinin 62,60 kv.min 18/180 və torpaq sahəsinin 3/35 hissəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh4 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən iddiaçılar iddiaçı2 fərdi yaşayış evinin 62.60 kv.m-nin 36/180 və torpaq sahəsinin 6/35 hissədə və iddiaçı1 fərdi yaşayış evinin 62.60 kv.m-nin 18/180 və torpaq sahəsinin 3/35 hissədə paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda iddiaçı və cavabdehlərə məxsus fərdi yaşayış evi və torpaq sahəsi vardır. Fərdi yaşayış evində və torpaq sahəsində iddiaçıların və cavabdehlərin payları müəyyən olunmuşdur. Həmin paylar aşağıdakı qaydadadır. cavabdeh1 fərdi yaşayış evinin 62.60 kv.m-nin 30/180 və torpaq sahəsinin 5/35, iddiaçı2 fərdi yaşayış evinin 62.60 kv.m-nin 36/180 və torpaq sahəsinin 6/35, cavabdeh3 fərdi yaşayış evinin 62.60 kv.m-nin 30/180 və torpaq sahəsinin 5/35, cavabdeh4 fərdi yaşayış evinin 62.60 kv.m-nin 30/180 və torpaq sahəsinin 5/35, cavabdeh2 fərdi yaşayış evinin 62.60 kv.mnin 30/180 və torpaq sahəsinin 5/35, iddiaçı1 fərdi yaşayış evinin 40.7 kv.m tam və fərdi yaşayış evinin 62.60 kv.m-nin 18/180 və torpaq sahəsinin 3/35 hissəsi və mərhum X2 fərdi yaşayış evinin 62.60 kv.m-nin 18/180 və torpaq sahəsinin 3/35 hissəsindən ibarətdir. Mülki iş üzrə cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh4 və cavabdeh2 iddiaçıların torpaq sahəsindən və fərdi yaşayış evindən paylarının naturada ayrılmasına razı olmadığı üçün iddiaçılar torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə edə bilmirlər. Cavabdehlərin qeyd olunan hərəkətləri nəticəsində iddiaçıların mülkiyyət hüquqları pozulur. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşlar. Iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Iddiaçıların nümayəndəsi Nümayəndə ## #### 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən iddiaçılar iddiaçı2 fərdi yaşayış evinin 62.60 kv.m-nin 36/180 və torpaq sahəsinin 6/35 hissəsinin və iddiaçı1 fərdi yaşayış evinin 62,60 kv.m-nin 6/180 və torpaq sahəsinin 6/35 hissədə paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. Iddiaçı iddiaçı2 ## ###### 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh4 və cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən payların naturada ayrılması” tələbini geri götürdüyünü, cavabdehlərə qarşı iddia tələbinin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. Iş materiallarında olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala ərazi idarəsinin ## ######## 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Zaqatala şəhəri Nizami küçəsində *** saylı ünvanda 0.04 ha həyətyanı torpaq sahəsində yerləşən iddiaçı2 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-nin 36/180 və torpaq sahəsinin 6/35 hissəsinin və iddiaçı1 payına düşən fərdi yaşayış evinin 40.7 kv.m tam və fərdi yaşayış evinin 62.60 kv.m-nin 6/180 və torpaq sahəsinin 6/35 hissəsinin cavabdehlər cavabdeh1 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsindən, cavabdeh3 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsindən, cavabdeh4 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsindən, cavabdeh2 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsindən və X2 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 18/180 və torpaq sahəsinin 3/35 hissəsindən naturada bölünməsi ilə bağlı bildirilir ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra torpaq sahəsindən iddiaçıların paylarına düşən hissənin bölünməsinə baxıla bilər. Mübahisəli torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, sahəsi, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

7. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli *-**-**/*-**/**** nömrəli rəyindən görünür ki, Zaqatala şəhəri Nizami küçəsində *** saylı ünvanda 0.04 ha həyətyanı torpaq sahəsində yerləşən iddiaçı2 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-nin 36/180 və torpaq sahəsinin 6/35 hissəsinin və iddiaçı1 payına düşən fərdi yaşayış evinin 40.7 kv.m tam və fərdi yaşayış evinin 62.60 kv.m-nin 6/180 və torpaq sahəsinin 6/35 hissəsinin cavabdehlər cavabdeh1 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsindən, cavabdeh3 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsindən, cavabdeh4 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsindən, cavabdeh2 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsindən və X2 payına düşən fərdi yaşayış evinin 62.60 kv.metrinin 18/180 və torpaq sahəsinin 3/35 hissəsindən naturada bölünməsi ilə bağlı bildirilir ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra torpaq sahəsindən iddiaçıların paylarına düşən hissəsinin bölünməsinə baxıla bilər. Mübahisəli torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, sahəsi, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

8. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli təkrar rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin 62.60 kv.m-nin 6/180 hissəsinin iddiaçı iddiaçı1 mülkiyyətində olan 40.7 kv.m hissəyə bitişik hissədən ayrılmasının texniki cəhətdən mümkün olduğu, həmin fərdi yaşayış evindən digər iddiaçı iddiaçı2 36/180 hissəsinin naturada ayrılmasının isə texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. ünvan 2 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin həmin fərdi yaşayış evinin iddiaçı iddiaçı1 mülkiyyətində olan 40.7 kv.m hissəsi ilə əlaqəli yerdən verilməsinin həyətyanı sahədə yerləşən digər tikilinin (Texniki Pasportda icazəsiz tikili kimi qeyd olunan) faktiki giriş-çıxış qapısı bağlanaraq digər (arxa) hissəsindən giriş-çıxışı təmin edilməklə texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. ünvan 2 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin faktiki yerləşmə vəziyyətini nəzərə alaraq həmin torpaq sahəsindən digər iddiaçı iddiaçı2 payına düşən 6/35 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.

9. Zaqatala Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli *(***)-**/**** saylı qərardadı ilə iddia tələbi iddiaçı2 cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh4 və cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən payların naturada ayrılması” hissəsində baxılmamış saxlanılmışdır.

10. Zaqatala Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 62,60 kv.m-nin 6/180 hissəsi və torpaq sahəsinin 6/35 hissəsi iddiaçı iddiaçı1 payı olaraq naturada ayrılması, iddiaçı iddiaçı1 paylarının naturada ayrılması, ## #### 2024-cü il tarixli təkrar ekspert rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılması, iddiaçı iddiaçı1 50 manat, cavabdehlər cavabdeh1, X2, iddiaçı2, cavabdeh3, cavabdeh4 və cavabdeh2 birgə qaydada 50 manat ekspertiza xərclərinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddiaçı iddiaçı1 nümayəndəsi Nümayəndə tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir (hakim – V.Məmmədov).

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının öz payının naturada ayrılmasını tələb etmək hüququ var və payının naturada ayrılması mümkündür. Lakin payının naturada ayrılması iddiaçının istəyinə uyğun deyil, yerquruluşu planına uyğun aparılmalıdır. Odur ki, iddia tələbi qismən təmin olunmalı, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 62,60 kv.m-nin 6/180 hissəsi və torpaq sahəsinin 6/35 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli təkrar ekspert rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun iddiaçının payı olaraq naturada ayrılmalıdır.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 213.2, 220.2, 220.3, 223.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 89, 102-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən narazı qalan cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, e-2(033)- **/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, mübahisəli ev və həyət ekspertizanın rəyi əsasında bölünə bilər. Ekspert rəyində isə əsas kimi qeyd olunmuşdur ki, texniki pasportda icazəsiz tikili kimi qeyd olunan tikilinin faktiki giriş-çıxış qapısı bağlanaraq digər (arxa) hissəsindən giriş çıxışı təmin edilməklə texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Məhkəmə ekspertin bu rəyi ilə razılaşmış, lakin fərdi yaşayış evinə və torpaq sahəsinə yerində baxış keçirməyərək ekspert rəyi ilə razılaşmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, ekspert rəyində qeyd etdiyi tikili (texniki pasportda icazəsiz tikili kimi qeyd olunan) yaşayış evindən ibarətdir, həmin yaşayış evi onların hər birinin razılığı ilə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində qardaşı cavabdeh4 tərəfindən inşa edilmişdir. Hal-hazırda xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsində yaşayış evi tikmək üçün hər hansı bir icazənin alınması tələb olunmur. Mübahisəli həyətyanı torpaq sahəsində yerləşən hər iki yaşayış evinin və həyətyanı torpaq sahəsinin cəmi bir küçəyə çıxışı vardır. Həmin çıxışı isə məhkəmə bütövlükdə iddiaçı1 mülkiyyətinə verərək digər mülkiyyətçilərin mülkiyyətində olan torpaq və evdən ictimai yola çıxışından məhrum etmişdir. Ekspert rəyində qeyd olunan digər giriş-çıxış qapısı isə küçəyə deyil, 50 sm enində olan qonşuya məxsus torpaq sahəsinə olan çıxışdır. Qeyd olunanlara məhkəmə yekun qərar qəbul etməmişdən əvvəl, yerində baxış keçirmiş olsaydı belə bir qətnamə qəbul olunmayacaqdır. Iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi həmin ünvanın yeganə ictimai yola çıxışı olmuşdur və həmin ərazi ümumi istifadədə saxlanılaraq həyətin digər hissəsindən ona torpaq verilə bilərdi. X2 çoxdan ölmüşdür. Qətnamədə isə o ekspertiza pulu ödəməlidir. Məhkəmə MPM-nin 14-cü maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda MPM-nin 357.2-ci maddəsində qeyd olunur ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də apelyasiya şikayəti vermək hüququna malikdirlər. Beləliklə, məhkəmə maddi hüquq normasının tələblərini pozaraq qanunsuz qətnamə çıxarmışdır.

15. Məhkəmə kollegiyası mübahisəli əraziyə yerində baxış keçirmiş və müəyyən etmişdir ki, giriş qapısından daxil olarkən sağ tərəfdə fərdi yaşayış evi var və iddiaçı iddiaçı1 bildirdi ki, sağ tərəfdə yerləşən tikili ona məxsusdur. Əsas girişdən sağ tərəfdə yerləşən evin həyətyanı sahəsindən içəri doğru gedərkən kiçik bir qapı olduğu görünür. Həmin qapıdan içəri daxil olarkən kiçik bir həyət və həyətdə fərdi yaşayış evi var. Iddiaçı bildirdi ki, həmin tikilini vaxtı ilə onun mərhum qardaşı tikib və hal-hazırda həmin evdə cavabdeh cavabdeh3 yaşayır. Torpaq sahəsinin sonunda bələdiyyə torpağı var. Həmin torpaq sahəsindən əsas yola çıxışları mümkündür. Məhkəmə tərəfindən yerində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçı tərəfin açılmasını istədikləri torpaq sahəsinin hansı ki, iki evin arasının iddiaçıya düşdüyü tərəf məsafə olaraq 80 sm, digər faktiki giriş və çıxış yolundan ana yola çıxılması üçün məsafə 1-2 metrdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli, ****/**** nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ünvan 2 ünvanında 0,04 ha həyətyanı torpaq sahəsinin faktiki olaraq 0,0455 ha olduğu, üzərində qeydiyyata alınmayan tikililərin olduğu, tikililərin torpaq sahəsində yerləşmə vəziyyətini, payçıların sayını və paylarına düşən sahəni nəzərə alaraq, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin naturada paylara uyğun (7 mülkiyyətçi arasında) bölgüsünün mümkün olmadığı müəyyən olundu.

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilmiş, 200 manat ekspertiza xərcinin iddiaçı iddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakimlər – E.Isayev (məruzəçi), T.Həsənov və T.Musayev).

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həm əvvəlki ekspert rəylərindən, həm də apellyasiya məhkəməsindəki icraat zamanı əldə edilmiş təkrar ekspert rəyindən müəyyən olunmuşdur ki, mübahisə edilən əmlakın naturada bölgüsü mümkün deyildir. Ona görə də birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə faktlar nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, e*(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 213.2, 220.2, 220.3, 223.4-cü, Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. Iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, mülki işin yenidən araşdırılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini əsas sübut kimi qiymətləndirərkən bölgü variantının mümkünlüyünü nəzərə almamış, həmçinin işdə olan sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci və 103.1-ci maddələrinin tələblərinə uyğun hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları tam qiymətləndirməmiş, iş üçün əhəmiyyətli halları müəyyən etməmiş, mülki iş materiallarına əlavə edilmiş torpaq sahəsinin bölünməsinin texniki cəhətdən mümkün olmamasına dair ilkin ekspert rəylərinə istinad etməyərək qətnamə qəbul etmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 13 (İ) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 152.1. Mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

26. Mülki 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

27. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

28. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

29. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 9.1-ci və 9.3. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

44. Işin hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. Bu mənada apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı pozuntuya yol verildiyi müəyyən edilmir.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar