Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1072/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ Açar sözlər: qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülməsi ilə bağlı mübahisələr, mülki hüquq pozuntusu (delikt), sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim X3 məruzəsi ilə, hakimlər X2 və X4 ibarət tərkibdə, iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”xxxx“MMC”) qarşı (Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla) “yaşayış sahəsi ilə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. IŞIN HALLARI
1. Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyəti tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən * saylı mənzilə dair iddiaçının adına ****** nömrəli 1994-cü il ## ###### tarixli order verilmişdir.
2. “ünvan 3 ünvanında 5 mərtəbəli yataqxana binasının texniki vəziyyəti haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin və ** saylı MKIS-nin əməkdaşları tərəfindən tərtib edilmiş 2018-ci il ## ###### tarixli aktda qeyd olunmuşdur ki, yataqxana binasına vizual baxış keçirilmiş və müəyyən edilmişdir ki, yataqxana binasının texniki vəziyyəti qəzalıdır. Binanın istismarı dayandırılmalı, sakinlər köçürülməli, kommunikasiya xətləri kəsilməli (elektrik, su, qaz və s), binanın ətrafı çəpərlənməli, binaya giriş-çıxış məhdudlaşdırılmalıdır.
3. Bakı Şəhər Icra Hakimiyyətinin *** nömrəli 2020-ci il ## ### tarixli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 0.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında cavabdeh MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən cavabdeh MMC-yə ünvanlanmış **/**-**-**/*** saylı 2022-ci il # ###### tarixli məktubda göstərilmişdir ki, sözügedən ünvanda bir sıra ailələrə 1993-1994-cü illər ərzində yaşamaları üçün Nərimanov Rayon Icra Hakimiyyəti tərəfindən sərəncam əsasında orderlər verilmişdir. Yataqxana binası 2018-ci il ## ###### tarixində Fövqəladə Hallar Nazirliyinin Rayon Icra Hakimiyyəti ilə birgə araşdırılması nəticəsində qəzalı elan edilmiş, həmin tarixli texniki vəziyyət haqqında akta əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xətlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və giriş-çıxışın məhdudlaşdırılması qərara alınmışdır. Akta əsasən yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailəsinin Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən Qobustan rayonunda yerləşən “Qobu Park”a köçürülməsi həyata keçirilmişdir. Qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin 2018-2021-ci illər ərzində köçürülməsi təmin edilmiş və yataqxana istismara tam yararsız olduğundan sökülmüşdür. Yataqxananın istismar müddətinin başa çatması və ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirməsi nəzərə alınaraq, mövcud tikilinin yerində tərəfinizdən müasir üslubda yeni yaşayış binasının tikinti işlərinin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məqsədəuyğun hesab edilmişdir. Buna baxmayaraq, yataqxanada yaşamaları üçün sərəncam əsasında orderlər verilmiş 23 ailədən bir qismi onlara kompensasiya ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli 2022-ci il # ###### tarixil qərarına əsasən iddia qaldırmış şəxslərin orderlərində qeyd olunan ölçülərə əsasən hər bir kvadrat metrə 460 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi Binəqədi Rayon Icra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Qeyd olunanlara əsasən yataqxanada yaşamaları üçün sərəncam əsasında orderlər verilmiş ailələrə MMC tərəfindən kompensasiya verilməsi məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir.
5. Iş materiallarına əlavə edilmiş 2022-ci il # ###### və 2023-cü il ## ######## tarixli barışıq sazişlərinə əsasən MMC həmin sazişlərin bağlandığı şəxslərə verilməli olan kompensasiyanı ödəməyi öz öhdəsinə götürmüşdür.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) Birinci instansiya məhkəməsində icraat
6. 2025-ci ilin ## ###### tarixində iddiaçı cavabdeh MMC-yə qarşı (Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdeh tərəfindən sökülmüş, ona məxsus yaşayış sahəsinin yerləşdiyi ünvanda eyni ölçülərdə və eyni şəraiti olan yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus yaşayış sahəsinin yerləşdiyi yaşayış binası cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq sökülmüşdür. Mülkiyyətçi kimi iddiaçı qeyd olunan yaşayış binasının sökülməsi və onun yerində tikinti işlərinin aparılması üçün əsas olmuş bütün sənədlərin ona təqdim edilməsi, habelə mülkiyyətçiyə vurulmuş zərərin əvəzi kimi qeyd olunan ünvanda, ona eyni ölçülərdə və eyni şəraiti olan yaşayış sahəsinin verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən həmin ərizəyə heç bir cavab verilməmişdir. Iddiaçının mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuşdur.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli 2025-ci il ## #### tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Pərviz Məmmədov).
9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı yaşadıqları binanın cavabdeh tərəfindən sökülməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin məktubu ilə müəyyən edilmişdir ki, sözügedən yataqxana binası 2018-ci il ## ###### tarixində Fövqəladə Hallar Nazirliyinin Rayon Icra Hakimiyyəti ilə birgə araşdırması nəticəsində qəzalı elan edilmiş, akta əsasən * saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailəsinin Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən Qobustan rayonunda yerləşən “Qobu Park”a köçürülməsi həyata keçirilmişdir. Qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin 2018-2021-ci illər ərzində köçürülməsi təmin edilmiş və yataqxana istismara tam yararsız olduğundan sökülmüşdür. Yataqxananın istismar müddətinin başa çatması və ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirməsi nəzərə alınaraq, mövcud tikilinin yerində cavabdeh tərəfindən müasir üslubda yeni yaşayış binasının tikinti işlərinin aparılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məqsədəuyğun hesab edilmişdir.
10. Eyni zamanda, cavabdeh MMC ilə iddiaçı arasında sökülmüş binanın yerində tikilən binada iddiaçıya mənzil verilməsi ilə bağlı hər hansı müqavilənin olması iş materialları ilə müəyyən edilməmişdir. Bununla yanaşı, qüvvədə olan məhkəmə aktları ilə təsdiq edilir ki, analoji mübahisələrə inzibati məhkəmə tərəfindən baxılaraq, yataqxana binasındakı mənzilə görə hər kvadrat metri 460 manat olmaqla kompensasiyanın ödənilməsi öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin üzərinə qoyulmuşdur.
11. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, eyni zamanda mübahisəli yaşayış sahəsinin yerləşdiyi binanın cavabdehin təqsirli hərəkətləri nəticəsində sökülməsi, yəni iddiaçının subyektiv hüququn cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmədiyindən iddia təmin edilməməlidir.
12. Məhkəmə bu qənaətə gələrkən analoji iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının *(***)-****/**** nömrəli 2023-cü il ## #### tarixli qərarındakı hüquqi mövqeyə əsaslanmışdır. Həmin qərarda kollegiya mübahisəli yaşayış sahəsinin yerləşdiyi yataqxana binasının cavabdehin təqsirli hərəkətləri nəticəsində sökülməsinin müəyyən edilməməsi qənaətinə gəlmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 1096, 1097.1-ci, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 77.1, 81-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Sabit Bəhrəmzadə, hakimlər Xumar Mərdanova və Vahid Sadıqov).
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmeti olan binanın yerləşdiyi ərazidə tikinti işlərinin aparılması ilə əlaqədar qeyd edilən ərazinin cavabdehə verilməsi sonuncu tərəfindən mübahisləndirilmir, cavabdeh təşkilat yalnız binanın onlar tərəfindən sökülmədiyini bildirmişdir. Bundan əlavə iddiaçıya zərər vurulması faktı işin mübahisələndirilməyən halını təşkil edir, bu səbəbdən qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqlənən kompensasiya məbləğinin iddiaçıya ödənilməsi ilə bağlı təklifdə iddiaçı tərəf həmin məbləğlə razılaşmamışdır.
17. Eyni zamanda, iddiaçı tərəf həm ona zərər vurulmasının məhkəmə aktları ilə təsdiq edildiyini, həm də həmin aktların hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmədiyini apellyasiya şikayətində qeyd etməklə bir-biri ilə ziddiyyət təşkil edən dəlillər irəli sürmüşdür. Halbuki sözügedən qərarlar məhz sökülən binanın sakinlərinə münasibətdə qüvvədə olan qərarlar olmaqla bərabər, tərəflərə bərabər yanaşma qaydasında məhkəmə təcrübəsinin vahidliyinin formalaşması baxımından da əhəmiyyət kəsb edir. Ali Məhkəmənin 2025-ci il ## ###### tarixli qərarında da sözügedən mənzillərin sökülməsinə görə hər kvadrat metr üzrə 460 manat kompensasiyanın ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələnin lazımi qaydada araşdırılması göstərilmişdir. O cümlədən qeyd edilmişdir ki, məhkəmələrin sökülmüş binada yerləşən mənzilə görə kompensasiya məbləğinin 1 kvadrat metr üçün 460 manat müəyyən etməsinin eyni binanın bütün sakinlərinə tətbiq edilməsi formalaşan vahid məhkəmə təcrübəsinə uyğun hesab edilir.
18. Beləliklə, kollegiya hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
19. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) Kassasiya şikayətinin dəlilləri
20. MM-in 21.1, 1096 və 1097.1-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi aşağıdakı halları nəzərə almamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir: - mübahisə predmetinə aid olan binanın sökülməsinin 2021-ci ildən sonrakı dövrdə baş verməsi faktı (icra hakimiyyətinin məktubuna əsasən köçürmənin 2018-2021-ci illər ərzində aparılması və nəticə etibarı ilə köçürmə başa çatanadək binanın sökülməsinin mümkün olmaması); - köçürmə başa çatanadək, yəni bina sökülməmişdən əvvəl, binanın yerləşdiyi ərazidə tikinti işlərinin aparılması ilə əlaqədar qeyd edilən ərazinin cavabdehə verilməsinə dair icra hakimiyyəti tərəfindən 2020-ci il ## ### tarixli sərəncamın verilməsi. Başqa sözlə, bina sökülməmişdən əvvəl həmin binanın yerləşdiyi ərazinin cavabdehə verilməsi və məhz bundan sonra 2021-ci ildə cavabdehin sahibliyində və istifadəsində olan ərazidə söküntü işlərinin aparılması; - nəhayət, apellyasiya məhkəməsinin istinad etdiyi, hazırkı iş üzrə heç bir preyudisial əhəmiyyət kəsb etməyən məhkəmə qərarlarına əsasən sakinlərə vurulmuş zərərə görə (bununla iddiaçıya da zərər vurulma faktı tam təsdiq olunur) kompensasiyanın ödənilməsi öhdəliyinin Binəqədi Rayon Icra Hakimiyyətinin üzərinə qoyulmasına baxmayaraq, kompensasiyanın icra hakimiyyəti tərəfindən deyil, faktiki olaraq cavabdeh tərəfindən ödənilməsi (cavabdehin nümayəndəsi bu faktı məhkəmə iclasında etiraf etmiş və göstərmişdir ki, kompensasiya icra hakimiyyətinin onlara ünvanladığı 2022-ci il # ###### tarixli məktubu əsasında cavabdeh tərəfindən ödənilir).
21. MPM-in 14.1 və 174.2-ci maddələri üzrə - məhkəmə mübahisə predmetinə aid olan binanın sakinlərinə, o cümlədən də iddiaçıya təqsirli olaraq zərər vurulması faktını müəyyən etməsinə baxmayaraq, bu zərərə görə məhz cavabdeh tərəfindən kompensasiya ödənilməsinin cavabdehin nümayəndəsinin etirafı və icra hakimiyyətinin 2022-ci il # ###### tarixli məktubu ilə təsdiq edilməsini, binanın sökülməsinin məhz ərazinin Icra Hakimiyyəti tərəfindən 2020-ci il ## ### tarixli sərəncamı ilə cavabdehin istifadəsinə veriləndən sonra baş verməsini nəzərə almamış, bununla da, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamışdır.
22. MPM-in 82.3-cü maddəsi üzrə - hazırkı məsələ ilə bağlı Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi qərardad və Ali Məhkəmənin Plenum qərarı mövcud deyildir. Apellyasiya məhkəməsinin istinad etdiyi Ali Məhkəmənin 2025-ci il ## ###### tarixli qərarı isə preyudisial əhəmiyyət kəsb etmir. Belə ki, həmin iş üzrə tərəflər və mübahisə predmeti fərqlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, apellyasiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, mübahisəli yaşayış sahəsinin cavabdeh MMC tərəfindən sökülməsi faktı sübuta yetirilməmişdir. Iddiaçıya məxsus hüququn məhz cavabdehin hərəkətləri nəticəsində pozulması müəyyən edilməmişdir. Eyni zamanda, tərəflər arasında hər hansı müqavilə münasibəti mövcud olmamış, sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq, iddiaçı ona məxsus mənzilin yerləşdiyi yataqxana binasının məhz cavabdeh tərəfindən sökülməsini təsdiq edən mötəbər və kifayət qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, cavabdehin mülki məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yoxdur.
24. Eyni zamanda, iş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsinin yerləşdiyi ərazi üzrə köçürülmə və kompensasiya məsələləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilmişdir. Hətta analoji işlər üzrə kompensasiyanın ödənilməsi məsələsinin məhz icra hakimiyyətinin üzərinə qoyulması da məhkəmə təcrübəsi ilə təsdiq olunur. Bu baxımdan iddiaçının tələblərinin cavabdehə qarşı yönəldilməsi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Inzibadi Məhkəməsinin qüvvədə olan qərarları göstərir ki, analoji mübahisələr üzrə məhkəmə yataqxana binasındakı mənzillərlə bağlı kompensasiyanın hər kvadrat metr üçün 460 manat məbləği ilə ödənilməsini Binəqədi Rayon Icra Hakimiyyətinin öhdəliyi kimi müəyyən edilmişdir. Həmçinin oxşar işlər üzrə Ali Məhkəmənin 2025-ci il ## ###### tarixli qərarında həmin mənzillərin sökülməsi səbəbindən hər kvadrat metr üçün 460 manat kompensasiya verilməsinə dair əsasların mövcudluğu məsələsinin zəruri qaydada araşdırılmasının vacibliyi təsdiqlənmişdir. Iddiaçı tərəfindən kassasiya şikayətində göstərilən hallar iş üzrə müəyyən edilmiş faktları təkzib etmir, yeni hüquqi əsaslar ortaya qoymur, yalnız məhkəmənin gəldiyi nəticələrlə razılaşmamaqdan ibarətdir. Kassasiya şikayətinin arqumentləri formal xarakter daşıyır. Bu isə kassasiya instansiyasında qətnamənin ləğvi üçün əsas sayıla bilməz.
II. KASSASIYA BAXIŞININ HƏDLƏRI
25. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
III. TƏTBIQ EDILƏN HÜQUQ
27. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanundaxxxxmüqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyixxxxçəkməli olduğu xərclər, əmlakından məhrum olmasıxxxxəmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ...”
“Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqlaxxxxqanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyanxxxxzərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkətxxxxhərəkətsizlikdir). ...”
“Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinəxxxxəmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ...”
28. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
IV. ALI MƏHKƏMƏNIN MÖVQEYI
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə mahiyyəti üzrə tam hüquqlu məhkəmə kimi verdiyi hüquqi qiymətləndirmə və gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Buna görə də iddiaçının kassasiya şikayətində irəli sürdüyü arqumentlər qətnamənin ləğv edilməsixxxxdəyişdirilməsi üçün əsas vermir.
30. Kollegiya vurğulayır ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin mənasına görə delikt məsuliyyətinin yaranması üçün zərərin mövcudluğu ilə yanaşı, cavabdehin hüquqazidd və təqsirli əməli, həmin əməl ilə zərər arasında səbəbli əlaqə və təqsirin mövcudluğu birlikdə müəyyən edilməlidir. Göstərilən elementlərdən hər hansı biri sübuta yetirilmədikdə şəxsin delikt məsuliyyətinə cəlb edilməsi mümkün deyildir. Buna görə də zərərin mövcudluğu faktının müəyyən edilməsi özü-özlüyündə cavabdehin həmin zərərə görə məsuliyyət daşıması barədə nəticəyə gəlmək üçün kifayət etmir.
31. Kassasiya şikayətində iddiaçı mübahisəli bina sökülməmişdən əvvəl həmin binanın yerləşdiyi torpaq sahəsinin cavabdehin istifadəsinə verilməsinə və bundan sonra 2021-ci ildə cavabdehin istifadəsində olan ərazidə söküntü işlərinin aparılmasına istinad etmişdir. Kollegiya qeyd edir ki, söküntü işlərinin torpaq sahəsinin icarə əsasında cavabdehin istifadəsinə verilməsindən sonra həyata keçirilməsi özü-özlüyündə həmin işlərin məhz cavabdeh tərəfindən aparıldığını təsdiq etmir. Iddiaçı mübahisəli binanın məhz cavabdeh tərəfindən söküldüyünü təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, iş materialları ilə də iddiaçının subyektiv hüququnun məhz cavabdehin hərəkətləri nəticəsində pozulması müəyyən edilməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlar MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə də uyğun olaraq, aidlik, mümkünlük və mötəbərlik meyarları nəzərə alınmaqla qiymətləndirilmiş, məhkəmənin gəldiyi nəticə kifayət qədər əsaslandırılmışdır.
33. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə analoji hüquqi münasibətlər üzrə yataqxana binasında yerləşən mənzillərə görə kompensasiyanın ödənilməsi vəzifəsinin Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin üzərinə qoyulduğu müəyyən edilmişdir. Həmin məhkəmə aktları hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsələr də, eyni hüquqi vəziyyətlə bağlı kompensasiya öhdəliyinin hansı subyektin üzərinə düşməsinə dair formalaşmış məhkəmə təcrübəsini əks etdirir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin həmin məhkəmə aktlarına istinad etməsi MPM-in 82.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz.
34. Kassasiya şikayətində analoji mübahisələr üzrə Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin üzərinə qoyulmuş kompensasiyanın cavabdeh MMC tərəfindən ödənilməsinin cavabdehin məsuliyyətini təsdiq etdiyi irəli sürülsə də, kollegiya həmin dəlili də əsaslı hesab etmir. Belə ki, şəxsin qanunxxxxməhkəmə qərarı ilə üzərinə qoyulmayan öhdəliyi könüllü qaydada icra etməsi həmin şəxsin hüquqazidd əməli etiraf etməsixxxxmülki məsuliyyəti qəbul etməsi kimi qiymətləndirilə bilməz. Buna görə də cavabdehin analoji işlər üzrə kompensasiyanı könüllü şəkildə ödəməsi mübahisəli binanın məhz onun tərəfindən söküldüyünüxxxxiddiaçıya münasibətdə delikt məsuliyyəti daşıdığını təsdiq edən hal hesab oluna bilməz.
35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsixxxxdəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli 2026-cı il 14 yanvar tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.