Məhkəmə qərarları › İş №2(1-8)-1089/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1089/2026

03.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1089/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı3, iddiaçı1 və iddiaçı2 Sami oğlunun (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Istehsalat Birliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdeh Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: pandusun inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı3, iddiaçı1 və iddiaçı2 Sami oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Istehsalat Birliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Cavabdeh MTK-ya qarşı "pandusun inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. “xxxx” MMC tərəfindən tərtib olunmuş ##.##.2006-cı il tarixdə Bakı şəhər Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsi ilə razılaşdırılmış Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi, çoxmərtəbəli yaşayış binasının layihəsində binanın zirzəmisinin planında 2 pandus tikilməsi nəzərdə tutulmuşdur.

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin ** nömrəli, ##.##.2020-ci il tarixli obyektin tikintisinə icazəyə əsasən, Bakı səhəri, Yasamal rayonu, Dadaş Bünvadzadə küçəsində yerləşən ünvanda 109,4 kv metr olan tikinti sahəsində yaşayış binası üçün pandus tikilməsinə icazə verilmişdir. Tikinti obyektinin sifarişçisi: Cavabdeh Mənzil-Tikinti Kooperativi, Tikinti obyektinin layihəçisi: “Kon-Lay Project’’ Məhdud Məsuliyyətli Cəmiyyətidir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlasdırma Mərkəzinin ##.##.2019-cu il tarixli, NQ **/**** nömrəli, Tikinti layihəsinə dair ekspertiza müəssisəsi ##.##.2019-cu il tarixli NQ ***** nömrəli rəy vermişdir.

3. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Istehsalat Birliyi tərəfindən “xxxx” MTK-nın sədri Qanuni nümayəndə ünvanlanmış **-*-*-*/*- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh MTK-ya məxsus yaşayış binasının yeraltı avtomobil qarajına giriş üçün pandusun tikilməsi ilə bağlı tikinti sahəsinə düşən mövcud D530 mm-lik yeraltı, orta təzyiqli qaz kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq Cavabdeh MTK (sədr Qanuni nümayəndə) tərəfindən daxil olmuş ##.##.2024-cü il tarixli müraciətə cavab olaraq müvafiq sənədlər təqdim olunmaqla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Istehsalat Birliyi tərəfindən ##.##.2024-cü il tarixli, *****/ƏTK saylı texniki şərt verilmişdir. Hal-hazırda qaz xəttinin yerinin dəyişdirilməsi işləri icra olunmamışdır və işlərin görülməsinə razılıq verilməyəcəkdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçılar iddiaçı3, iddiaçı1 və iddiaçı2 Sami oğlu cavabdeh Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən yaşayış binasında pandusun inşa edilməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulması, ödənilmiş 100 manat dövlət rüsumuna görə xərcin əvəzinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, bu günə kimi Cavabdeh MTK tərəfindən ikinci pandus inşa edilmədiyindən qeyd edilən yeraltı qarajlardan iddiaçılar və digər qaraj mülkiyyətçiləri istifadə edə bilmir. ünvan 3 ünvanında yerləşən yaşayış binasında “Blok 1-23 zirzəmi mərtəbəsinə düşən pandusun memarlıq həlli” Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş Idarəsi tərəfindən ## ###### 2019-cu il tarixində 02/1563 nömrəsi razılaşdırılmışdır. Digər tərəfdən, həmin yaşayış binasında əlavə pandusun inşa edilməsi üçün Cavabdeh MTK-nın adına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən ## ###### 2020-ci il tarixində “Obyektin tikintisinə icazə № **” verilmişdir. Həmin ünvanda yerləşən yaşayış binasında inşa edilməsi nəzərdə tutulan pandusun yerləşəcəyi ərazidə qaz xəttinin yerinin dəyişdirilməsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Istehsalat Birliyi tərəfindən # ####### 2024-cü il tarixində Cavabdeh Mənzil Tikinti Kooperativinə *****/ƏTK-***** saylı “Texniki şərt” verilmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən qeyd olunan ünvanda yerləşən yaşayış binasında əlavə pandusun inşa edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan bütün sənədləşmə işləri həyata keçirilmişdir. Lakin buna baxmayaraq cavabdeh həmin binada əlavə pandusun inşa edilməsini məlum olmayan səbəblərə görə yubandırır. Bununla da istər iddiaçıların və istərsə də digər qaraj sahiblərinin hüquqları cavabdeh tərəfindən pozulmuşdur.

6. Cavabdeh Cavabdeh MTK məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı2 Sami oğlu və onun ailə üzvlərinə aid olduğu bildirilən qarajlara dair ##.##.2009-cu il tarixli "xxxx” MMC-nin təhvil - təslim aktında və ##.##.2009-cu il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsində heç bir məlumat verilməmişdir. Halbuki yaşayış binasının zirzəmisi mənzil sahiblərinin ümumi əmlakı hesab olunur. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.) Belə ki, iddiaçı2 Sami oğlu özündə "xxxx” MMC-yə aid saxta möhür saxlamış və həmin möhürdən istifadə edərək sonradan geri tarixə özünün və ailə üzvlərinin adına (arvadı: iddiaçı1, qızı: Ələkbərova (Kəlbiyeva) Günay Namiq qızı) saxta alqı-satqı müqavilələri və ödəniş qəbzləri hazırlamışdır. Bütün bunları nəzərə alaraq ## ###### 2006-cı il tarixli iddiaçı2 Sami oğlu ilə "xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi, ## ###### 2006-cı il tarixli iddiaçı1 ilə "xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi, ## ###### 2007-ci il tarixli Kəlbiyeva (Ələkbərova) Günay Namiq qızı ilə "xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Hal-hazırda yaşayış binasının zirzəmisinə giriş-çıxış üçün iki ədəd pandus mövcuddur. (foto şəkil əlavə olunur). Cavabdeh MTK tərəfindən əvvəllər yaşayış binasının zirzəmisinə əlavə giriş üçün pandusun tikilməsi ilə əlaqədar müvafiq təşkilatlara müraciət edərək ünvan 2 ünvanında yerləşən yaşayış binasının blok 1-2-3 zirzəmi mərtəbəsinə düşən pandusun memarlıq həlli Fövqəladə Hallar Nazirliyi nin Dövlət Ekspertizası Baş Idarəsi tərəfindən ##.##.2019-cu il tarixində 02/1563 nömrə ilə razılaşdırılmış, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən ##.##.2020-ci il tarixli Obyektin tikintisinə icazə № ** alınmışdır. Binanın zirzəmisinə giriş üçün pandusun tikilməsi ilə əlaqədar olaraq tikinti sahəsindən keçən yeraltı qaz xəttinin yerinin dəyişdirilməsi üçün ##.##.2024-cü il tarixli məktubla "Azəriqaz” IB müraciət etmişlər. Lakin sakinlərin və obyekt sahiblərinin yaşayış binasının zirzəmisinə iki ədəd giriş-çıxışın olduğundan əlavə üçüncü giriş-çıxışın açılmasına etiraz etdiklərini nəzərə alaraq və həmçinin bu işlərin görülməsi üçün maliyyə vəsaitinin olmadığına görə yaşayış binasının zirzəmisinə giriş üçün pandusun tikilməsini məqsədəuyğun hesab etməyərək pandusu tikməmək qərarına gəldilər və buna görə də "Azəriqaz” IB-nə texniki şərt almaq üçün nəzərdə tutulan rüsumu ödəmədilər. Buna baxmayaraq iddiaçı2 Sami oğlu MTK-dan xəbərsiz qanunsuz olaraq MTKnın əvəzinə öz adından pul köçürərək ##.##.2024-cü il tarixli, *****/ƏTK-***** nömrəli texniki şərt almış, "xxxx" MMC-yə işçi layihələr və digər sənədlər hazırlatmışdır. iddiaçı2 Sami oğlu bu işləri Cavabdeh MTK-da heç bir səlahiyyəti olmadan qanunsuz olaraq MTK-dan xəbərsiz etmişdir. Bir neçə dəfə qanunsuz olaraq binanın zirzəmisinə giriş üçün cəhdlər etmiş ancaq qarşısı alınmışdır. iddiaçı2 Sami oğlunun bu qanunsuzluqları barədə və Cavabdeh MTK-ya məxsus yaşayış binasının zirzəmisinə giriş üçün pandusun tikilməsi ilə əlaqədar olan bütün Icazə sənədlərinin ləğv edilməsi üçün müvafiq təşkilatlara həmçinin FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Şəhərsalma və Arxitektura Komitəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 IB-yə ##.##.2025ci il tarixli ərizə ilə müraciət etmişlər. Müraciətə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən ##.##.2025-ci il tarixli *-**-*/*-****/**** nömrəli məktubla cavab verilmiş və qaraja əlavə girişin açılmaması barədə nəzarətin təmin edildiyi bildirilmişdir. Müraciətə "Azəriqaz” IB-də baxılmış və cavab olaraq ##.##.2025-ci il tarixli, **-*-*/*-Ə-****-*/**** nömrəli məktubla bildirilmişdir ki, "xxxx" MMC tərəfindən "Azəriqaz” IB-nə təqdim edilmiş texniki şərtlərin saxta olduğu müəyyən olunmuşdur.

7. Məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə keçirilən yerində müayinə zamanı müəyyən olunmuşdur ki, binaya məxsus 2 pandus mövcuddur və layihədə nəzərdə tutulmuşdur. Birinci pandus maili formada tikilmişdir. Digər pandusdan avtodayanacağa daxil olduqda avtomobillərin saxlanması üçün nömrələrin qeyd edildiyi görünür və yerlərə müəyyən işarələr çəkilmişdir. Həmin qarajın bir hissəsi qaranlıq vəziyyətdədir və həmin hissədə yerləşən qapı bağlanmışdır. Cavabdehin qanuni təmsilçisi qapının bağlanmasının səbəbinin isə kənar şəxslərin daxil olmasının qarşısının alınması olduğunu qeyd etmişdir. Həmin ərazidə su və qaz xətləri keçir. Növbəti pandusun açılmasının istənildiyi ərazinin yaxınlığında qeyri-yaşayış obyektləri yerləşir. Iddiaçıların nümayəndəsi və vəkili həmin qapının qarşısında yerləşən yerdə pandusun açılmasını istədiklərini bildirmişdir. Cavabdehin qanuni təmsilçisi 2-ci pandusdan daxil olunan ərazinin qaraj kimi nəzərdə tutulmadığını və hündürlük az olduğu üçün giriş-çıxışa maneə yarandığını, həmçinin, 4 metr məsafə ilə avtomobillərin saxlanılmasının qeyd edildiyini bildirmişdir. Əvvəllər layihədə bloka daxil olmaq üçün pilləkanın tikintisinin nəzərdə tutulduğunu qeyd etmişdir. Əlavə olaraq, qarajın sakinlərin daxil olmaması üçün zəncirləndiyini və onun tərəfindən açıldığını, sakinlərin əksəriyyəti avtodayanacağa daxil ola bilmədikləri üçün avtomobillərini binanın digər tərəfində saxladıqlarını qeyd etmişdir. Binanın sakini X2 birinci pandusdan avtomobillə daxil olmağın çətin olduğunu, lakin mütəxəssis tərəfindən divarın yerinin bir az dəyişdirilməsi halında problemin həll ediləcəyini bildirmişdir. Həmçinin, ikinci pandusa da çətinliklə daxil olunduğunu, əlavə olaraq, yeni pandus tikiləcəyi təqdirdə üzərindəki obyektlərin divarlarını gücləndirilməli olduğunu qeyd etmişdir. Yeni pandusun tikilməsinə etiraz etdiyini də bildirmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbinin rədd olunması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçılar Cavabdeh MTK-nın ünvan 1 ünvanında yerləşən yaşayış binasının sakinləridir. Həmin binanın zirzəmisində avtomobil qarajına giriş-çıxış üçün iki ədəd pandus mövcuddur. Iddiaçılar panduslardan birinin maili formasının istifadə zamanı maneə yaratdığını iddia edirlər. Onların əlavə pandusun tikilməsinə dair müraciətlərinə baxmayaraq, cavabdeh həmin binada əlavə pandus inşa etməmiş, bununla da istər iddiaçıların və istərsə də digər qaraj sahiblərinin hüquqları Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən pozulur.

10. Məhkəmə iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh Cavabdeh MTK tərəfindən inşa edilmiş binanın layihəsindən görünür ki, binanın avtodayanacağına giriş-çıxış üçün iki ədəd pandus mövcuddur. Məhkəmə tərəfindən yerində müayinə zamanı həmin pandusların faktiki olaraq mövcud olduğu, avtodayanacağa girişçıxış üçün yararlı vəziyyətdə olduğu müəyyən edilmişdir. Bundan başqa, bina sakinləri (Fəxrəddin Qaraşov, Leyla Əhmədova və s.) adından Cavabdeh MTK-nın sədrinə ünvanlanmış ## ### 2025-ci il tarixli müraciətdə əlavə üçüncü girişçıxışın açılmasına heç bir ehtiyac olmadığı və texniki təhlükəsizlik baxımından etiraz edildiyi bildirilmişdir. MTK-nın qanunu nümayəndəsi də bu səbəbdən sakinlərin etirazı və maliyyə vəsaitinin olmaması səbəbindən pandusu tikməmək qərarına gəldiyini qeyd etmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı2 Sami oğlu Cavabdeh MTK-dan xəbərsiz texniki şərt almış, "xxxx" MMC-yə işçi layihələr hazırlatmış və digər təşkilatlara müraciətlər etmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 IB tərəfindən ## #### 2025-ci il tarixli məktubla "xxxx" MMC tərəfindən Birliyə təqdim edilmiş texniki şərtlərin saxta olduğu müəyyən edilmişdir. Bu, iddiaçıların ərizəsində pandusun tikintisinə dair qeyd etdiyi sənədlərin (layihələrin) etibarlılığını şübhə altına alır. Bundan başqa Cavabdeh MTK-nın müraciətinə cavab olaraq, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsi qaraja əlavə giriş açılmaması üçün müvafiq nəzarətin təmin edildiyini bildirmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 IB ## ###### 2025-ci il tarixli məktubla qaz xəttinin yerinin dəyişdirilməsi işlərinin icra olunmadığını və işlərin görülməsinə razılıq verilməyəcəyini bildirmişdir. Bütün bunlar yeni pandusun tikintisi üçün lazımi icazə sənədlərinin etibarsız olduğunu göstərir.

12. Göründüyü kimi, binanın ilkin layihəsində yalnız iki pandus tikilməsi nəzərdə tutulmuşdur və binada faktiki olaraq iki pandusun mövcud olması öz təsdiqini tapmışdır. Əlavə pandusun tikilməsi bina sakinlərinin narazılığına səbəb olacaqdır, belə ki, iddiaçılardan başqa digər bina sakinləri əlavə pandusun tikilməsinə razı deyillər və bunun texniki olaraq bina üçün uğurlu olmayacağını düşünürlər. Həmçinin, yerində müayinə zamanı binanın sakini X2 birinci pandusdan avtomobillə daxil olmağın çətin olduğunu, lakin mütəxəssis tərəfindən divarın yerinin bir az dəyişdirilməsi halında problemin həll ediləcəyini bildirmişdir. Pandusların təşkili zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, o cümlədən yanğın təhlükəsizliyi, sanitarepidemioloji və digər müvafiq normalara riayət olunmalıdır. Qeyd olunanlara əsasən, əlavə pandusun tikilməsi qaz xətlərinin yerinin dəyişdirilməsinə səbəb olacaqdır ki, bu da binanın qaz təchizatı sisteminin təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Həmçinin, əlavə pandusun tikilməsi tələb olunan hissənin qarşısında qeyri-yaşayış obyektlərinin olması, bu obyekt sahiblərinin və ümumilikdə üçüncü şəxslərin hüquqlarını poza bilər.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110.1, 385.1, 385.2, 389.1, 425.1, 442, 448-ci, Mənzil Məcəlləsinin 35.1, 35.2, 37.1-ci, Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin 80.1, 80.2, 80.3, 80.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Iddiaçılar qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh MTK-nın maliyyə imkanları yoxdursa, iddiaçıların əlavə pandusun tikintisini öz hesablarına həyata keçirmək imkanları vardır. ##.##.2025-ci il tarixdə Cavabdeh MTK-ya bu barədə məlumat verilib. Bundan başqa, bina sakinləri iddia tələbinə etirazlarını bildirmək və müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmaq imkanına malik olmuşlar, lakin bu hüquqlarından istifadə etməmişlər. Cavabdehin nümayəndəsi məhkəməyə ##.##.2025-ci il tarixli 52 şəxsin imzası ilə müraciət təqdim etmişdir. Lakin həmin müraciətə imza edən şəxslərin bina ilə əlaqələri, o cümlədən mənzil sahibləri və ya icarə müqaviləsi əsasında mənzildə yaşayan şəxslər olub-olmadıqları məlum deyildir. “xxxx” MMC tərəfindən tərtib edilmiş və Cavabdeh MTK sədri ƏlQanuni nümayəndə təqdim olunmuş cədvəldə həmin şəxslərin adları mövcud deyil. Əlavə pandusun tikilməsinin məqsədəuyğun olub-olmaması yalnız bu sahədə xüsusi biliyə malik ekspertin rəyinə əsasən müəyyən edilə bilər. Həmçinin binada yerləşən qaraj sahibləri kimi iddiaçılar ##.##.2025-ci il tarixdə “xxxx” QSC ilə podrat müqaviləsi bağlamış və layihəyə əsasən avtomobil dayanacağı üçün nəzərdə tutulmuş qeyriyaşayış sahəsinin qarşısından keçən qaz kəmərinin yerinin dəyişdirilməsini öz üzərinə götürmüşlər. Iddiaçılar ilə “xxxx” MMC arasında hər hansı rəsmi münasibət mövcud olmamışdır. Iddiaçılar tərəfindən bütün işlər qanuna uyğun şəkildə həyata keçirilmiş, sənədlərin hər biri Cavabdeh MTK sədri tərəfindən məlum olmuşdur. Əksinə, məhkəməyə təqdim edilmiş ##.##.2009-cu il tarixli satış müqaviləsində saxtalaşdırma halları mövcuddur. Müqavilənin surətinin təqdim olunması ilə guya “xxxx” MMC tərəfindən qanunsuz hazırlandığı iddia olunmuşdur. Həqiqətdə isə müqavilənin əsli MTK tərəfindən təqdim olunsa, ekspertiza vasitəsilə müqavilənin kim tərəfindən hazırlandığı müəyyən edilə bilər. “xxxx” MMC ilə bağlanmış müqavilələr isə hər zaman eyni standartlara malik olmuşdur və qüvvədədir. Sözügedən binanın yerləşdiyi torpaq sahəsi dövlətə məxsusdur və MTK-ya aid deyil. Əlavə pandusun tikilməsi MTK və digər şəxslərin mülkiyyət hüquqlarını pozmur. Tikinti üçün həm Bakı şəhər, həm də Yasamal rayon Icra Hakimiyyətindən razılıq alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edərkən, cavabdehin formaldan ibarət etirazlarını əsas götürmüş, bina sakinlərinin etiraz irəli sürməmiş olmalarını və iddiaçıların maliyyə imkanlarını nəzərə almamışdır. Eyni zamanda, iş üzrə mühüm hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə əlavə pandusun tikilməsinə ehtiyac olmadığı qənaətinə gəlmək üçün binanın zirzəmisinə baxış keçirməmiş və tikinti-texniki ekspertiza aparmamışdır. Məhkəmə bina zirzəmisi üzrə baxış keçirsəydi və ekspertiza aparılsaydı, mövcud pandusun nə qədər əlverişli olduğu, nəqliyyat vasitələrinin normal hərəkət edibetməyəcəyi,

16. sərbəst giriş-çıxışın olub-olmaması, tıxaca məruz qalıb-qalmaması, səs-küyün yaranıb-yaranmaması, bina sakinlərinin normal ahənginin pozulub-pozulmayacağı müəyyən edilə bilərdi. Bu yalnız ekspert rəyinə aid olan məsələdir. Əlavə pandusun tikintisinə hüquqi, texniki və maddi baxımdan bütün şərait mövcuddur. “xxxx” MMC ilə iddiaçılar arasında bağlanmış müqavilələr qüvvədədir, ləğv edilməmiş və qarajlara dair bütün hüquqlar iddiaçılara məxsusdur. Bina sakinlərinin hər hansı hüquqları mövcud deyildir. Mövcud mübahisə isə Cavabdeh MTK-nın qaraj sahiblərinin mülkiyyət hüquqlarından normal istifadə etmələrinə maneçilik yaratması səbəbindən yaranmışdır. Bütün bu faktlar və sübutlar iddia tələbinin təmin edilməsinə əsas verir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mühüm halları tam və hərtərəfli araşdırmamış, cavabdehin formal və hüquqi əsası olmayan mülahizələrinə əsaslanaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Ikram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini hesab etmişdir. Belə ki, iddiaçıların əlavə pandusun tikintisini öz hesablarına həyata keçirmək imkanlarının olması iddianı və apellyasiya şikayətini əsaslı etmir. Çünki əlavə pandusunun inşası barədə tələb cavabdehin buna maddi imkanının olmamasına görə rədd edilməmişdir. Bu cür iddia ona görə rədd edilmişdir ki, bunun üçün əsas və zərurət olmamışdır.

17. Bundan başqa, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi mübahisəli binanın zirzəmisinə avtomobillərin giriş-çıxışı üçün iki pandus mövcuddur və binanın layihəsində də ancaq 2 pandusun inşası nəzərdə tutulmuşdur. Bununla yanaşı, 3-cü pandusun inşası üçün aidiyyəti üzrə səlahiyyətli dövlət orqanlarının rəyi və icazəsi olmalıdır ki, belə bir rəy və icazə də artıq mövcud deyildir. Əvvəllər qeyd olunan orqanlar tərəfindən bu cür icazə və rəy alınmasına cəhd edilmiş, sonradan elə həmin orqanlar cavabdehin müraciəti əsasında öz qərarlarını ləğv etmişdirlər. Ona görə də 3-cü pandusun tikilməsinin məqsədəuyğun olub-olmaması üçün xüsusi biliyə malik ekspertin rəyinə də əsas yoxdur. Çünki belə bir rəy olsa belə qeyd olunan səlahiyyətli orqanların söküntü və tikinti ilə bağlı rəyi və icazəsi olmadıqca, məhkəmə cavabdeh MTK-nın üzərinə bu cür, yəni, layihədə nəzərdə tutulmayan 3-cü pandusun inşa edilməsinə dair öhdəlik də qoya bilməz.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Iddiaçılar (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi barədə (pandusun inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində) yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya insatnsiyası məhkəməsi işin həqiqi hallarını tam və hərtərəfli şəkildə araşdırmamış, qətnaməni tərəflərin faktiki münasibətlərinə və təqdim olunmuş sübutlara uyğun əsaslandırmamışdır. Məhkəmə iş üzrə tətbiq edilməli olan normaları tətbiq etmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya insatnsiyası məhkəməsi mübahisənin əsasını təşkil edən əlavə pandusun tikilməsinin zəruriliyini şərtləndirən və məqsədə müvafiq olduğunu hesab edən mütəxəssis rəyinin işdə rolunun əhəmiyyət kəsb etmədiyi qənaətinə gəlsə də bunu hüquqi cəhətdən əsaslandırmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili vəkil1 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 12.01.2026cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 110.1. Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər.

22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

25. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

26. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

30. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

31. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.

32. Maddə 37.1. Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

33. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

34. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

35. Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.

36. Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Iradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

47. Iddiaçıların kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

48. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçılar iddiaçı3, iddiaçı1 və iddiaçı2 Sami oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar