Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1104/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Məmmədov İslam Ağa oğluna və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: tikililərə mülkiyyət hüququnun müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı hüquqi varisi hüquqi varis2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayon İHB-nın ## ### 1993-cü il tarixli, *** saylı sərəncamından görünür ki, “xxxx” kiçik müəssisəsi həmin vaxt yaranaraq nizamnaməsi qeydə alınmışdır.
2. ## ######## 2004-cü il tarixli aktdan görünür ki, “xxxx” kiçik müəssisəsi təşkilatı hüquqi formasını dəyişərək “xxxx” MMC-yə çevrilmişdir.
3. ##.##.2003-cü il tarixli, *** saylı şəhadətnamədən görünür ki, “xxxx” MMC ## ######## 2004-cü il tarixində dövlət qeydiyyatından keçmişdir.
4. Quba rayon “xxxx” MMC-nin ## ######## 2004-cü il tarixli * saylı əmrindən görünür ki, İddiaçı cəmiyyətin direktoru təyin olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin istifadəsində olan, onun tərəfindən şəxsi hesabına tikdiyi inzibati və çörək sexi binasına, dəyirman, ticarət və xidmət sahələri binalarına, mehmanxana, yeməkxana və s. binalarına onun mülkiyyət hüququnun tanınaraq adına qeydiyyat vəsiqəsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qardaşı Məmmədov İslam Ağa oğlunun təsisçisi olduğu “xxxx” MMC-ni əsasən o yaratmış və Cəmiyyətin Quba rayonu Qaraçay kəndi ərazisindəki mal və xidmət obyektləri, yəni, inzibati bina və çörək sexi, dəyirman binası, ticarət və xidmət sahələri binası, mehmanxana, yeməkxana və sauna binalarını öz şəxsi hesabına tikmişdir. Cəmiyyət həmin binaların tikintisində heç bir qəpik də pulu xərclənməmişdir. Həmin tikililərə dair Quba rayon memarlıq şöbəsi tərəfindən tərtib olunmuş layihədən görünür ki, həmin tikililər ona məxsusdur, eləcə də həmin tikililərə cəmiyyətin sədri və digər təsisçilər tərəfindən heç bir xərc çəkilməmişdir. Hazırda həmin tikililəri öz şəxsi hesabına tikdirdiyindən, adına rəsmiləşdirərək qeydiyyat vəsiqəsi almaq istəyir. Cəmiyyətin yeganə təsisçisi qardaşı İslam Məmmədov da buna heç bir etiraz etmir, amma həmin tikililərə onun mülkiyyət hüququnun müəyyən edilməsi tələb olunur.
7. Quba Rayon Məhkəməsinin # ####### 2005-ci il tarixli, *-***/**** saylı qətnaməsi ilə (hakim Ramiz Cəfərov) iddianın təmin edilməsi, Quba rayon “xxxx” MMC-nin istifadəsində olan inzibati və çörək sexi binasına, dəyirman, ticarət və xidmət sahələri binalarına, yeməkxana, mehmanxana və s. binalarına iddiaçı İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, həmin binalara mülkiyyət hüququna dair qeydiyyat şəhadətnaməsinin verilməsinin Quba rayon DTİ və MHQİ-yə həvalə edilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, ərizədə qeyd edilmiş tikililəri öz vəsaiti hesabına tikən İddiaçı olmuşdur. Həmin tikililərin tikintisində müəssisənin başqa heç bir təsisçisinin rolu olmamışdır. Bütün tikililəti İddiaçı öz vəsaiti hesabına tikdiyindən cəmiyyətin təsisçiləri də həmin tikililərə İddiaçı mülkiyyət hüququnun tanınmasına etiraz etmirlər.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə qeyri-yaşayış binası üzərində iddiaçının müıkiyyət hüquqlarını tanımaqla hansı hüquqmüəyyənedici sənədə, yaxud normativ akta əsaslandığını qətnamədə göstərməmişdir. İş materiallarında mübahisələndirilən tikilinin və onun yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair heç bir sübut və sənəd yoxdur. Məhkəmə mübahisəni həll edərkən hər şeydən əvvəl tikintinin inşa olunduğu torpaq sahəsinin mülkiyyətdə olmasını, tikintisi üçün nəzərdə tutulub-tutulmadığını müəyyən etməli, tikinti zamanı yol verilmiş qanun pozuntularının, məsələn, torpaq sahəsinin hüquqi statusunu, şəhərsalma və tikinti qaydalarının pozulma dərəcəsini qiymətləndirməli və ona yol verilməsinin mümkünlüyünü həll etməlidir.
12. İddiaçı İddiaçı hüquqi varisi hüquqi varis2 tərəfindən ##.##.2025-ci il tarixində apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı öz şəxsi maddi vəsaiti hesabına sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə yeni iş yerlərinin yaradılması üçün “xxxx” MMC adlı sahibkarlıq müəssəsi yaratmışdır. Bu MMC o dönəmdə öz daxilində inzibati və çörək sexi binasını, ictimai iaşə tipli ticarət və xidmət sahələri binaları, yeməkxana və sair tikililəri özündə birləşdirən böyük bir müəssisədir. Birinci instansiya məhkəməsi tam haqlı olaraq iddia ərizəsinə baxaraq mərhum İddiaçı aid olan mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasına dair qətnamə qəbul etmiş və qətnamə o dönəmdə 30 günlük prosesual müddətə riayət edilməklə apellyasiya şikayəti verilmədiyindən öz qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Qarşı tərəfin uzun müddətdir ki, lazımsız, məntiqsiz və heç bir əsası olmayan israrla verdiyi apellyasiya şikayəti tam əsassızdır. Qarşı tərəfin verdiyi apellyasiya şikayəti ölkədə bu günləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün yaradılan şəraitə kölgə salır. Sadəcə lazımsız apellyasiya şikayəti verməklə qarşı tərəf müxtəlif instansiya məhkəmələrinə gedibgəlməklə
13. vaxt itirməyinə və onun sahibkarlıq fəlaiyyəti ilə məşğul olmağına mane olur, itirdiyi vaxtlara görə onu maddi və mənəvi zərərə məruz qoyur. Beləliklə, süründüməçilik hallarına yol verməklə əsəblərini tarıma çəkir və dövlətin inkişaf edən iqtisadiyyatına verəcəyi töhfəni əngəlləyir. Odur ki, apellyasiya şikayətinin rədd edilməlidir.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakimlər: Almaz Süleymanova (sədrlik edən, məruzəçi), Səyyad Qafari və xxxx Məmmədov) marağına toxunan üçüncü şəxs Reyestr Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin # ####### 2005-ci il tarixli, *-***/**** saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunmaqla, iddiaçı İddiaçı cavabdehlər Məmmədov İslam Ağa oğlu və digərlərinə qarşı “tikililərə mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında daşınmaz əmlak üzərində hüquqların tanınması üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərin (həmin əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və) müvafiq icra hakimiyyəti orqanınına təqdim olunması və bu hüququnun qeyə alınmasından imtina edilməsi müəyyən edilmir. Bundan başqa, mübahisələndirilən məhkəmə qətnaməsində məhkəmə iddia olunan tiklilər üzərində iddiaçının mülkiyyət hüquqlarını tanımaqla hansı hüquqmüəyyənedici sənədə, yaxud normativ akta əsaslandığını göstərməmişdir. Həmçinin məhkəmə qətnaməsində iddia tələbinin təmin edilməsinin qanuni əsası, maddi hüquq normaları göstərilməmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 146.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.2, 4.2, 8.0, 8.0.1, 8.0.2, 8.0.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.2, 372.6, 372.7, 384.0.2, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı İddiaçı hüquqi varisi hüquqi varis2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya mhkəməsinin qətnaməsi qəbul edilərkən ixtisaslaşdırılmış məhkəmələr institutu mövcud olmadığından həmin kateqoriya mülki işlərə baxılması ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Lakin 2011-ci ildən etibarən məhkəmə sistemində aparılmış islahatlar nəticəsində inzibati mübahisələr üzrə işlərə baxılması səlahiyyəti inzibati məhkəmələrə verilmişdir. AR MPM-nin 3.1-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin zamana və məkana görə qüvvəsi ondan ibarətdir ki, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanunvericiliyə uyğun aparılır. Göründüyü kimi, şikayət verilməklə mübahisə üzrə işə baxılarkən prosessual normaların düzgün tətbiqi təmin edilməli idi. Lakin hazırkı iş üzrə mübahisəyə inzibati yurisdiksiya qaydasında baxılmalı olduğu halda, işə apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyası tərəfindən baxılmışdır. Hüququn fundamental prinsiplərindən biri ondan ibarətdir ki, prosessual normalar işə baxılan və ya şikayətə baxılan zaman qüvvədə olan prosessual qanunvericiliklə müəyyən edilir. AR Konstitusiyasının 129-cu maddəsi, III hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Hazırki işdə göründüyü kimi, məhkəmə iş üzrə bütün sübutlara, tam, hərtərəfli və obyektiv qiymət verməmiş, işi hərtərəfli araşdırmamış, nə Quba rayon DTİ və MHQİ-nin (maraqlı şəxs) nümayəndəsinin iddiani qəbul edərək təmin edilməsi barədə izahatını (mülki işin 33-cü səhifəsi), nə iddiaçının əmlakları öz şəxsi vəsaiti hesabına tikdirməsi xərclərini, eləcə də, keçən müddət ərzində maraqlı şəxlər tərəfindən uzun müddət qətnaməni mübahisələndirməməsini nəzərə almayaraq hüquqi əsası olmayan qərar qəbul etmişdir. Məhkəmə hazırki iş üzrə sübutlara qərəzli şəkildə maraqlı şəxsin mənafeyini güdərək münasibət bildirmiş, qətnamədə göstərilən halları heç bir halda əsaslandıra bilməmişdir. Apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən halları nəzərə almayaraq, iş üzrə maraqlı şəxsin mənafeyinə uyğun qərar qəbul edərkən qərəzli mövqe göstərərək üçüncü şəxsin formal mülahizələri ilə eynilik təşkil edən hüquqi əsassız qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normaları kobud şəkildə pozulmaqla, guya hüquqmüəyyənedici sənədlərin mövcud olmaması əsası ilə 21 ildən sonra ləğv edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iş üzrə həm cavabdehlər, həm də maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Həmin dövrdə fəaliyyət göstərmiş Reyestr Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi iş materiallarının 33-cü səhifəsində əks olunmuş izahatında iddianı qəbul etdiyini və onun təmin olunmasına etiraz etmədiyini öz imzası ilə təsdiq etmişdir. Bu halda birinci instansiya məhkəməsi əlavə sübutların toplanmasına zərurət olmadığını əsaslı olaraq müəyyən etmiş və AR MPM-nin 191.3-cü maddəsinə uyğun olaraq, cavabdeh tərəfindən iddianın etiraf edilməsi və həmin etirafın məhkəmə tərəfindən qəbul edilməsi nəzərə alınmaqla, iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Şikayət verilən qətnamənin “20-ci” abzasında kollegiya birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymət verilmədiyi, işin hallarının hərtərəfli tam və obyektiv araşdırılması ilə bağlı prossesual hüquq normalarının pozulmasına yol verildiyini qeyd etsədə hansı normanın pozulmasını və hansı halların araşdırılması ilə bağlı münasibət bildirməmiş sadəcə formal olaraq hüquqi əsası olmayan qənaətə gəlmişdir. Bununla bağlı bildiririk ki, yuxarıdada qeyd etdiyimiz kimi həm cavabdehlərin, həmdə maraqlı şəxslərin iddia tələbinə etirazlarının olmaması və etiraflarını nəzərə almayaraq AR MPM-nin 191.3-cü maddəsinin tələblərini pozmuşdur. Sözügedən qətnamənin “26-cı” abzasında iş materiallarında daşınmaz əmlak üzərində hüquqların tanınması üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərin (həmin əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və) müvafiq icra hakimiyyəti orqanınına təqdim olunması və bu hüququnun qeyə alınmasından imtina edilməsi müəyyən edilməsini bildirsədə iş materiallarının 36-cı səhifəsində məhkəmə iclas protokolunda maraqlı tərəfin nümayəndəsi iddiaçının Reyestr Xidmətinə müraciət etdiyini etiraf etsədə, lakin kollegiya tərəfindən bu halda nəzərə alınmamışdır. Bundan başqa məhkəmənin mübahisə edilən qətnamənin 27-ci və 28-ci abzaslarında gəldiyi qənaətin heç bir hüquqi əsası yoxdur, çünki birinci instansiya məhkəməsi həm cavabdehin, həmdə maraqlı şəxsin ifadələri və izahatlarını nəzərə alaraq AR MPM-in 191.3-cü maddəsinin tələblərinə əsaslanaraq hüquqi və qanuni əsaslı qətnamə qəbul etmişdir. Qeyd olunanlarla yanaşı, iş üzrə xüsusi olaraq vurğulanmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi uzun müddət ərzində qüvvədə olmuş və tərəflərdə həmin məhkəmə aktının sabitliyinə dair legitim gözlənti (etimad) formalaşdırmışdır. Eyni zamanda etimad hüququ prinsipinə görə şəxslər dövlət orqanlarının, o cümlədən məhkəmələrin qəbul etdiyi qərarların sabitliyinə güvənmək hüququna malikdirlər. Göründüyü kimi iş materiallarında əks olunmuş və məhkəmə tərəfindən müəyyən edilmiş halları görməməzlikdən gələn apellyasiya məhkəməsi həmin sübutlara lazımi hüquqi qiymət verməmiş, nəticədə qətnaməni maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qəbul etmişdir. Hazırki iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsi sadəcə üçüncü şəxsin formal mülahizələrinə əsaslandığından tamamilə hüquqi əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı tam qanuni və əsaslıdır. Belə ki, maraqlı şəxsin şikayətdə mübahisəni əsaslandırdığı uyğunsuz gələn ##.##.2020-ci il tarixli məktubda texniki olaraq “30 noyabr tarixi” səf qeyd olunub. İş materiallarından görünür ki, qeyd olunan məktub ##.##.2021-ci il tarixində məhkəmədən rəsmi qaydada çıxmış (iş materiallarının 114-cü səhifəsi) və ##.##.2021-ci il tarixində maraqlı şəxsə təqdim edilmişdir. Bu baxımdan maraqlı şəxs tərəfindən ##.##.2020-ci il tarixli qərardadın guya 30 noyabr tarixindən sonrakı dövrə aid edilməsi barədə irəli sürülən mövqe heç bir hüquqi və məntiqi əsasa malik deyildir. Belə ki, iş materiallarından açıq-aşkar görünür ki, məhkəmə tərəfindən qeyd olunan məktubun tarixində texniki səhvə yol verilmişdir. Çünki məhkəmənin 30 noyabr tarixli məktubda ## ###### 2020ci il tarixli qərardadın qəbulu barədə əvvəlcədən məlumat verməsi faktiki olaraq mümkün deyildir. İş materialarından göründüyü kimi heç bir qərardadda AR MPM-nin 360, 361,362 və 363-cü maddələrinin tələbləri xüsüsilədə həmin Məcəllənin 360-cı maddəsinin tələbinə ümümiyyətcə nə toxunulmuş nədə ki, onunla bağlı hər hansı mülahizə aparılmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəsini almasına dair möhür və imzalı hüquqi sənəd birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya təqdim edilib. Qeyd etdiklərimizə baxmayaraq, apellyasiya məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti yenidən icraata qəbul edilərək mahiyyəti üzrə baxılmışdır. Hesab edirik ki, apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli həmin qərardadı qanunsuz olaraq qəbul edilmiş, bununla da prosessual qanunvericiliyin, yəni AR MPM-in 360-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 0# ####### 2005-ci il tarixli qətnaməsindən 14 il keçdikdən sonra apellyasiya şikayəti verilmiş, lakin AR MPM-in 363.1.3-cü maddəsində nəzərdə tutulmuş tələblər məhkəmə tərəfindən araşdırılmamış və bu, prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Belə ki, sözügedən qətnamə müşayiət məktubu (iş materiallarının 38-ci səhifəsi) ilə birinci instansiya məhkəməsi tərəfindən tərəflərə, o cümlədən Reyestr Xidmətinə rəsmi qaydada göndərilmişdir. Bundan əlavə isə məhkəmə ##.##.2011-ci il tarixli məktubla qətnaməni və icra vərəqini Reyestr xidmətinə göndərərək icrasının təmin edilməsini xahiş etmişdir (iş materiallarının 39-cu səhifəsi). İş materiallarından da göründüyü kimi AR MPM-nin 360, 361,362 və 363-cü maddələrinin tələbləri yoxlanılmasını birinci instansiya məhkəməsinə tapşırsada, işə baxan məhkəmələr öz qərardadlarında MPM-nin tələblərinə riayət etməmiş və AR MPM-in 360 və 363.1.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Müvafiq göndərmələrlə bağlı apellyasiya məhkəməsi nə poçt, nədə ki digər resurslardan heç bir məlumat əldə etməmiş bununla bağlı heç bir hərəkətlər etməmişdir. Məhkəmə kollegiyasının diqqətinə onu da çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsinin qətnaməsi müvafiq olaraq o dövrdə mövcud olmuş Reyestr Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsinin qətnamədən məlumatının olmamasına dair mövqeyi əsaslı hesab edilə bilməz, çünki həmin qurumların hüquqi varisi funksiyalarını hazırda Reyestr Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsi həyata keçirir. Belə olan halda, hüquqi varislik prinsipi üzrə əvvəlki orqanlara ünvanlanmış bütün hüquqi nəticələr onların hüquq varisinə şamil olunur və bu məlumatlandırma da həmin varis orqanın səlahiyyət dairəsinə aid edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qətnamə maraqlı şəxsə rəsmi qaydada göndərildiyi halda, məhkəmə bu mühüm halı araşdırmamış, nəticədə prosessual hüquq normalarını pozaraq ##.##.2025-ci il tarixli qərardadla şikayəti əsassız olaraq icraata qəbul etmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
22. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
24. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
25. Maddə 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır.
26. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; 8.0.4. bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.
Kassasiya məhkəməsinin hüququ mövqeyi
38. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. İddiaçı şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
40. Belə ki, işdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin istifadəsində olan, onun tərəfindən şəxsi hesabına tikdiyi inzibati, çörək sexi binasına, dəyirmana, ticarət və xidmət sahələri binalarına, mehmanxana, yeməkxana və s. binalarına mülkiyyət hüququnun tanınaraq adına qeydiyyat vəsiqəsi verilməsini iddia etmişdir.
41. Apelyasiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Çünki mülki iş materiallarında daşınmaz əmlak üzərində hüquqların tanınması üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərin (həmin əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və.s) müvafiq icra hakimiyyəti orqanınına təqdim olunması və bu hüququnun qeyə alınmasından imtina edilməsi müəyyən edilməmişdir.
42. Bundan başqa, iddiaçı tərəfindən mülkiyyət hüququnun tanınmasını tələb etdiyi tiklilər üzərində onun mülkiyyət hüququnun tanınmasına əsas verən hər hansı hüquqmüəyyənedici sənədlər, yaxud hüquqi aktlar məhkəməyə təqdim edilməmişdir.
43. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlidyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının cavabdehə və digərlərinə qarşı hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsası olmamışdır.
44. Belə ki, iddiaçı, iddia ərizəsində qardaşı Məmmədov İslam Ağa oğlunu cavabdeh kimi göstərməsinə və sonuncu məhkəməyə yazılı ərizə verib iddianı etiraf etməsinə baxmayaraq mübahisələndirilən tikililər onun da mülkiyyətində olmamışdır.
45. Ümumiyyətlə işdə, iddiaçının mülkiyyət hüququnun tananmasını tələb etdiyi tikililərin hüquqi vəziyyətini özündə ehtiva edən heç bir sənəd yoxdur. Belə olan halda cavabdehin iddianı etiraf etməsi açıq-aşkar qanınsuz olmuşdur. Halbuki, AR MPM-nin139.1-ci maddəsinin mənasına görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
46. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: İddiaçı İddiaçı hüquqi varisi hüquqi varis2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.