Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1125/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (“xxxx İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: hüquqmüəyyənedici sənədlərin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (“xxxx İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “yaşadığı “Mirvari Park” yaşayış kompleksinin yeraltı qarajının 2-ci mərtəbəsində yerləşən, ona məxsus qaraja dair hüquqmüəyyənedici sənədlərin təqdim olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Oktyabr rayon XDS İcraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli */* nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Ə.Ələkbərov küçəsi, 546-cı məhəllə ** nömrəli mənzildə yaşayan Böyük Vətən müharibəsinin 2-ci qrup əlili Ə.A. Əbdülsalamova, yaşayış yerinin yaxınlığında 6X3 metr ölçüdə metal qarajın quraşdırılmasına icazə verilmişdir.
2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH Seriyalı, ****** nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 546-cı məhəllədə istifadədə olan ** nömrəli yaşayış evi İddiaçı adına ##.##.1996-cı il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir.
3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 546-cı məhəllədə istifadədə olan 0,35164 ha torpaq sahəsində yerləşən nömrəli, 5 mərtəbəli binada yerləşən 58,3 kv.m. ümumi, 45,5 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində ##.##.2008-ci il tarixdə qeydiyyata alınmışdır.
4. “xxxx İnşaat” MMC-nin direktorunun “xxxx” MMC-nin və “X1 Group”un rəhbərliyinə ünvanlandığı ## ###### 2016-cı il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında ** saylı və H.Cavid prospekti 546-cı məhəllədə ** saylı yaşayış binası qəzalı vəziyyətdə olduğu üçün Cavabdeh MMC şirkəti tərəfindən sökülmüşdür. Həmin binaların sakinləri ünvan 1 ünvanında inşa olunmuş yaşayış kompleksinin * saylı binasındakı mənzillərə köçürülmüşlər. ** saylı və ** saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahibindən biri olan X2 şirkət tərəfindən verilən pul kompensasiyanı qəbul etməmişdir. Qaraj sahibi metal qarajın əvəzinə Ə.Ələkbərov- 89 ünvanından inşa olunmuş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Şirkət olaraq sakinlərin həmin ərazidən problemsiz və maneəsiz köçürülməsi məqsədi ilə qaraj sahibi ilə razılaşdıqdan sonra həmin metal qaraj onlar tərəfindən sökülmüşdür. Qaraj sahibi X2 ## #### 2013-cü ildə vəfat etmişdir. Mərhumun həyat yoldaşı İddiaçı Ə.Ələkbərov-89 ünvanında * saylı yaşayış binasının 8-ci mərtəbəsində ** saylı mənzildə yaşayır. Yuxarıda qeyd olunanları nəzərə alaraq vətəndaşa Ə.Ələkbərov küçəsi ** saylı ünvandakı yaşayış binasından qaraj sahəsinin ayrılması üçün köməklik göstərilməsini və müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş edilmişdir.
5. İddiaçı İddiaçı tərəfindən “xxxx” MMC-nə ünvanlanmış ərizədə qeyd olunmuşdur ki, ünvan 2 ünvanında 21 və ** saylı yaşayış binaları “xxxx” MMC şirkəti tərəfindən sökülmüşdür. Həmin binaların sakinləri ünvan 1 ünvanında inşa olunmuş yaşayış kompleksinin * saylı binasındakı mənzillərə köçürülmüşdür. 21 və ** saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahiblərindən biri olan X2 şirkət tərəfindən verilən pul kompensasiyasını qəbul etməmiş, metal qarajın əvəzində Ə.Ələkbərov 89 ünvamnd inşa edilmiş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Qaraj sahibi ilə razılaşdıqdan sonra həmin metal qaraj “xxxx İnşaat” MMC tərəfindən sökülmüşdür. Qaraj sahibi X2 ## #### 2013-cü il tarixində vəfat etmişdir. Mərhumun həyat yoldaşı İddiaçı Ə.Ələkbərov-89 ünvanında * saylı yaşayış binasının 8-ci mərtəbəsində ** saylı mənzildə yaşayır. Həyat yoldaşı vəfat etdikdən sonra İddiaçı “xxxx İnşaat” MMC-yə rəsmi ərizə ilə müraciət edərək razılaşmaya əməl edib sökülmüş qarajın əvəzinə yaşadığı ünvanın ərazisində ona qaraj verilməsini xahiş etmişdir. “xxxx İnşaat” MMC ərizəçiyə kömək etmələri üçün ## ###### 2016-cı il tarixində “xxxx” MMC və “X1 Group”a rəsmi məktub ünvanlayıb. 2016-cı ilin yanvar ayından İddiaçı yaşadığı “Mirvari Park” yaşayış kompleksinin yeraltı qarajının ikinci mərtəbəsindən qaraj yeri verilib və qaraj hal-hazırda da onun istifadəsindədir. Lakin dəfələrlə müraciət etsə də, həmin qaraja dair hüquq müəyyənedici sənədlər İddiaçı təqdim edilməyib. Qeyd edilənləri nəzərə alaraq İddiaçı istifadəsində olan “Mirvari Park” yaşayış kompleksinin ərazisində ona məxsus qaraja dair hüquqmüəyyənedici sənədlərin verilməsini təmin edilməsi xahiş olunmuş, əks təqdirdə pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
6. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 123 kv. metr olan mənzil İddiaçı adına 1119025479 qeydiyyat nömrəsi ilə ##.##.2019-cu il tarixdə xüsusi mülkiyyət kimi qeydə alınmışdır.
7. Daşınmaz əmlakın bağışlaması haqqında ## ######## 2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 123 kv.metr olan mənzili X3 bağışlamışdır.
8. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 123 kv. metr olan mənzil X3 1123153833 qeydiyyat nömrəsi ilə ##.##.2023-cü il tarixdə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya yaşadığı “Mirvari Park” yaşayış kompleksinin yeraltı qarajının 2-ci mərtəbəsində yerləşən, ona məxsus qaraja dair Cavabdeh MMC tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında 21 və ** saylı yaşayış binaları Cavabdeh MMC şirkəti tərəfindən sökülmüş, həmin binaların sakinləri ünvan 1 ünvanında inşa olunmuş yaşayış kompleksinin * saylı binasındakı mənzillərə köçürülmüşdür. 21 və ** saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahiblərindən biri olan iddiaçının mərhum həyat yoldaşı X2 şirkət tərəfindən verilən pul kompensasiyasını qəbul etməmiş, metal qarajın əvəzində Ə.Ələkbərov 89 ünvanında inşa edilmiş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Qaraj sahibi ilə, yəni mərhum həyat yoldaşı ilə razılaşdıqdan sonra həmin metal qaraj Cavabdeh MMC tərəfindən sökülmüşdür. Həyat yoldaşı vəfat etdikdən sonra “xxxx İnşaat” MMC-yə rəsmi ərizə ilə müraciət edərək razılaşmaya əməl edib sökülmüş qarajın əvəzinə yaşadığı ünvanın ərazisində ona qaraj yerinin verilməsini xahiş etmişdir. “xxxx İnşaat” MMC ərizəçiyə kömək etmələri üçün ## ###### 2016-cı il tarixində “xxxx” MMC və “X1 Group”a rəsmi məktub ünvanlamışdır. Həmin məktubun məzmunundan da görünür ki, qarajın sökülməsi Cavabdeh MMC tərəfindən həyata keçirilib. 2016-cı ilin yanvar ayından iddiaçıya yaşadığı “Mirvari Park” yaşayış kompleksinin yeraltı qarajının 2-ci mərtəbəsindən qaraj yeri verilmiş və qaraj hal-hazırda da iddiaçının istifadəsindədir. Dəfələrlə müraciət etsə də həmin qaraja dair hüquqmüəyyənedici sənədlər iddiaçıya təqdim edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)****/**** nömrəli, # #### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “xxxx” MMC podradçı kimi həmin işlərə cəlb edilmiş, lakin əvvəlcədən mülkiyyət sahibləri ilə hər hansı bir iş aparmamışdır. Tikinti işləri aparılarkən iddiaçı İddiaçı adına daş qaraj olmuş, həmin daş qarajın əvəzinə “xxxx” MMC tərəfindən iddiaçıya bir otaq artıq mənzil verilmişdir. Göründüyü kimi iş üzrə cavabdeh “xxxx” MMC müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. Bu hal hər iki tərəfin izahatları ilə öz təsdiqini tapmışdır.
13. Məhkəmə mərhum X2 adına metal qarajın olması ilə bağlı onu qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilmişdir ki, “xxxx İnşaat” MMC-nin direktorunun “xxxx İnşaat” LLCnin rəhbərliyinə ünvanlandığı ## ###### 2016-cı il tarixli məktubda qeyd etmişdir ki, qaraj sahibi X2 ##.##.2013-cü il tarixdə vəfat etmişdir. Mərhumun həyat yoldaşı İddiaçı Ə.Ələkbərov- 89 anında * saylı yaşayış binasının 8-ci mərtəbəsində ** saylı mənzildə yaşayır. Qeyd olunanlar nəzərə alınaraq vətəndaşa Ə.Ələkbərov küçəsi ** saylı ünvandakı yaşayış binasından qaraj sahəsinin ayrılması üçün köməklik göstərilməsi və müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş edilmişdir.
14. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, “xxxx İnşaat” MMC layihədə iştirakçı olmayıb, yəni həmin MMC-nin müqavilə üzrə hansısa sakinə hər hansı bir mənzilin və ya qarajın verilməsini kiməsə həvalə etmək kimi bir səlahiyyəti olmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, yuxarıda göstərilən “xxxx İnşaat” MMC-nin direktoru ilə “xxxx İnşaat” LLC arasında aparılan yazışma hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz.
15. Həmçinin xüsusilə qeyd edilməlidir ki, iş üzrə mübahisəsiz qaydada təsdiq olunur ki, İddiaçı yaşadığı “Mirvan Park” yaşayış kompleksinin yeraltı qarajının 2-ci mərtəbəsindən qaraj yeri verilib və qaraj hal-hazırda da onun istifadəsindədir.
16. İddiaçı iddia tələbində göstərilən qaraja dair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh MMC-nin üzərinə qoyulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı həmin qaraja dair tərəflər arasında hər hansı müqavilənin olması müəyyən edilməmişdir.
17. Nəzərə alınsa ki, söhbət daşınmaz əmlakdan gedir o zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə görə bu əmlaka sahiblik və istifadə hüququ barəsində notariat qaydasında təsdiq olunmuş əqd olmalıdır.
18. Bununla yanaşı İddiaçı sözügedən qaraj üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsasların mövcud olmasına dair mötəbər sübutlar da aşkar olunmur.
19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 146.1, 152.1 və 157.8-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
20. İddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normaları olaraq Mülki Məcəllənin 246-249-cu maddələrinin və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə diqqətdən qaçırmışdır ki, tələbin hüquqi əsasını cavabdeh tərəfindən sökülərək yerində inşa edilmiş çoxmənzilli yaşayış binası kompleksinin yerləşdiyi torpaq sahəsinə dair vətəndaşın mövcud hüquqları təşkil edir. Belə hallarda konkret olaraq Mülki Məcəllənin 246-249-cu maddələri, eləcə də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunu tətbiq edilməlidir. Bununla bağlı çoxsaylı məhkəmə praktikası mövcuddur. Birinci instansiya məhkəməsi bu məqama əhəmiyyət vermədən, həmin maddi hüquq normalarını ümumiyyətlə mübahisəyə tətbiq etməmişdir. Ona məxsus qarajın sökülməsi çoxmənzilli yaşayış binası kompleksinin tikintisi ilə əlaqədar olduğu aşkardır. Həmin kompleksin tikintisinin müvafiq dövlət qurumu tərəfindən icazə verildiyi də işin mübahisəsiz halıdır. Belə olan halda, torpaqların dövlət ehtiyaclarına alınması ilə bağlı qanunvericiliyin tətbiq edilməli olduğu şübhə doğurmamalıdır. Qüvvədə olan qanunvericiliyə görə, tək torpaq sahəsi deyil, həm də torpaq sahəsində yerləşən tikililər də kompensasiya olunmalıdır (Mülki Məcəllə 246.5-ci maddə, “Torpaqların dövlət ehtiyaclarına alınması haqqında” Qanunun 7.1-ci maddəsi). Sökülən qarajın əvəzi olaraq, məhz başqa qarajın verilməsini tələb etmək, qanunvericiliyə uyğundur (Mülki Məcəllə 247.4.2ci və 247.5-ci maddələri). Məhkəmə tərəfindən iddianın təmin edilməməsi əsaslarından biri olaraq, İddiaçı sözügedən qaraj üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsaslarının mövcud olmasına dair mötəbər sübutlar aşkar olunmadığı qeyd edilir. Bu mövqe ilə razılaşmayaraq ilk növbədə sökülən qaraja dair Oktyabr Rayon İcraiyyə Komitəsinin ## #### 1991-ci il tarixli */* saylı qərarını xatırlatmaq istəyirik. Həmin qərar mülki işin materiallarında var. Bu da, qarajın və yerləşdiyi torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edir. Sökülən qaraja dair hüquqmüəyyənedici sənədin məzmunu iddiaçı tərəfindən qəbul edilmirsə, bu da kompensasiyanın verilməsindən imtina üçün əsas ola bilməz (“Torpaqların dövlət ehtiyaclarına alınması haqqında” Qanunun 80.1ci maddəsi). Digər tərəfdən hesab etmişdir ki, hətta sökülən qaraja dair ümumiyyətlə heç bir sənəd olmasa idi belə, torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilməli idi. Bu baxımdan birinci instansiya məhkəməsinin sözügedən qaraj üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsasların mövcud olmasına dair mötəbər sübutlar aşkar olunmadığı barədə qənaəti yanlışdır. Mövcud olan əsaslar, ilk növbədə söküntünün həyata keçirilmiş olmasıdır. Sökülən qaraj mövcud olub, bu işin mübahisəsiz halıdır, sökülən qarajın ilkin hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim olunub, biz də sökülən qarajın sahibi olaraq alınmanın təsirinə məruz qalan tərəfik. Belə olan halda, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətli və əsaslı sayıla bilməz. İddiaçı və cavabdeh arasında şifahi müqavilə öhdəlikləri var. İş üzrə cavabdeh “xxxx” MMC və “xxxx İnşaat” MMC mübahisəli qarajın sökülməsi və yerində tikinti işlərinin aparılması işlərini müştərək yerinə yetirmişlər. Lakin, yaşayış kompleksində olan daşınmaz əmlaklarla bağlı hüquqmüəyyənedici sənədlər məhz Cavabdeh MMC tərəfindən verildiyi üçün, sənədləri məhz həmin təşkilatdan tələb etmişdir. Məhkəməyə təqdim edilən “xxxx-İnşaat” MMC-nin “xxxx” MMC-yə ünvanladığı məktuba birinci instansiya məhkəməsi ümumiyyətlə düzgün qiymət verməyərək, “xxxx-İnşaat” MMC-nin məktubunun hüquq müəyyənedici sənəd kimi qəbul edilə bilmədiyini qeyd etmişdir. Məhkəmənin bu fikri ilə bağlı bildirmişdir ki, həmin məktub hüquqmüəyyənedici sənəd deyil və hüquqmüəyyənedici sənəd olaraq yox, sübut olaraq təqdim edilmişdir. Həmin sübuta məhkəmə düzgün qiymət verməmişdir. Mövqeyi bundan ibarətdir ki, ona məxsus qarajın sökülməsi zamanı şifahi razılaşma mövcud olmuş, qaraj söküldükdə şifahi razılaşmanın tərəfi olaraq, yeni qarajın verilməsi tələb edildikdə, razılaşmaya əməl edilməsi istiqamətində addımlar atılmış, bəhs edilən məktub ünvanlanmış və nəticə olaraq yeni qaraj sahəsi sahibliyinə verilmişdir. Bu hallar mübahisələndirilmir. Beləliklə, şifahi müqavilə tərəfindən tam, cavabdeh tərəfindən qismən yerinə yetirilmişdir. Əks halda, heç bir hüququ olmadığı halda, sahibliyinə qaraj sahəsinin verilməsi anlaşılmaz olardı. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilir: “Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC podratçı kimi həmin işlərə cəlb edilmiş, lakin əvvəlcədən mülkiyyət sahibləri ilə hər hansı bir iş aparmamışdır. Tikinti işləri aparılarkən iddiaçı İddiaçı adına daş qaraj olmuş, həmin daş qarajın əvəzinə Cavabdeh MMC tərəfindən iddiaçıya bir otaq artıq mənzil verilmişdir. Göründüyü kimi iş üzrə cavabdeh Cavabdeh MMC müqavilə üzrə öz öhdəliyini layiqincə yerinə yetirmişdir. Bu hal hər iki tərəfin izahatları ilə öz təsdiqini tapır” (qətnamə, səh.4 sonuncu abzas). Bu mövqe ziddiyyətli olmaqla yanaşı yuxarıda dediklərinin təsdiqi sayıla bilər. Birinci instansiya məhkəməsi cavabdehin əvvəlcədən mülkiyyət sahibləri ilə hər hansı bir iş aparmadığını müəyyən edir. İddiaçıya məxsus olan digər daş qarajın əvəzinə cavabdehin artıq bir otaq verdiyini müəyyən edir və belə qənaətə gəlir ki, cavabdeh Cavabdeh MMC müqavilə üzrə öz öhdəliyini layiqincə yerinə yetirmişdir. Digər daş qarajla bağlı məhkəmənin bu mövqeyi ilə razılaşaraq təsdiq edir ki, digər daş qaraja münasibətdə cavabdeh müqavilə üzrə öz öhdəliyini layiqincə yerinə yetirmişdir. Tələb mübahisəli qarajla bağlı cavabdehin öhdəliyini layiqincə yerinə yetirməməsi ilə bağlıdır. Bu abzasın məzmunundan görünür ki, məhkəmə tərəflərin münasibətinin müqavilə münasibətləri olduğu ilə razılaşır. Diqqətə çatdırmağı zəruri hesab etmişdir ki, bəhs edilən digər daş qarajla bağlı da hər hansı yazılı müqavilə olmamışdır. Əgər digər daş qaraja münasibətdə məhkəmə Cavabdeh MMC-nin müqavilə öhdəliyinin olduğunu qəbul edirsə, mübahisəli qaraja münasibətdə belə öhdəliyin olmaması nəticəsinə hansı əsasla gəlinmiş olması məlum deyil. Qarajların hər ikisinin mövcud olması mübahisəsizdir, hər iki qarajın eyni məqsədlər üçün sökülmüş olması da mübahisəsizdir, birinə dair müqavilə öhdəliyinin layiqincə yerinə yetirilmiş olması məhkəmədə müəyyən edilirsə, digərinə dair müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair hansı mötəbər sübutlar təqdim edilməli idi.
22. Cavabdehin apellyasiya şikayətinə etiraz vermiş və etirazını onunla əsaslandırılmışdır ki, mübahisə üzrə birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı işin faktiki hallarını obyektiv araşdırmış, iddia üzrə təqdim olunmuş mötəbər sübutlara və digər hallara qanunvericiliyin tam tələbləri əsasında düzgün hüquqi qiymət verərək və müvafiq qanun normalarına düzgün istisna edərək Azərbaycan Respublikası adından ədalətli qətnamə qəbul etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 129 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının (“Mirvari Park” yaşayış kompleksi) yeraltı qarajının 2-ci mərtəbəsində yerləşən, İddiaçı təhvil verilmiş qaraja dair hüquqmüəyyənedici sənədlərin “xxxx” MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir.
24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin tikinti işləri aparılarkən iddiaçı İddiaçı adına daş qarajın olması, həmin daş qarajın əvəzinə “xxxx” MMC tərəfindən iddiaçıya bir otaq artıq mənzil verilməsi və bununla da sonuncunun müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməsi barədə gəldiyi qənaət yanlışdır. Baxmayaraq ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən belə tərəflər arasında müqavilə münasibətlərinin olmasına istinad etmişdir. Lakin işin halları bundan ibarətdir ki, iddiaçının mərhum həyat yoldaşının iki qarajı olmuş, bunlardan biri ayrıca otaqla əvəzlənmişdir. Hazırkı mübahisə isə məhz mərhuma məxsus ikinci qarajın əvəzində faktiki olaraq təhvil verilmiş qarajla bağlıdır.
25. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, adıçəkilən məktubun tarixi və məzmunu da təsdiq edir ki, hazırkı mübahisənin otaqla əvəzləşdirilmiş qaraja heç bir aidiyyatı yoxdur. Məktubun tərtib olunduğu vaxt artıq digər qaraj otaqla əvəzləşdirilmişdir.
26. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 178.8-ci maddəsinin tələbi baxımından tərəflər arasındakı faktiki olaraq müqavilənin predmeti bir tərəfin öz əmlakını digər tərəfə təhvil verməklə maliyyələşdirməsi, digər tərəfin bunun müqabilində çoxmərtəbəli binaların tikintisini həyata keçirməklə qarajın təhvil verilməsi olduğundan, hal-hazırda qaraj təhvil verilməklə iddiaçının istifadəsində olması da nəzərə alınarsa müqavilə podrat müqaviləsinə uyğun gəlir. Mülki Məcəllədə podrat müqaviləsi üçün məcburi yazılı forma şərti nəzərdə tutulmamışdır. Tərəflər arasında qarajın əldə edilməsi ilə bağlı münasibətdə də podrat münasibətlərin yarandığını müəyyən etmək üçün tərəflərin arasında hər iki tərəfdən imzalanmış yazılı müqavilənin tərtib edilməsi mütləq şərt olmamışdır. Bir halda ki, podrat müqaviləsi şifahi də bağlana bilir, belə olan halda yetər ki, işin digər halları ilə tərəflər arasında qarajın əldə olunması ilə bağlı razılığın olması müəyyən edilsin. Belə olan halda, tərəflər apasında yazılı müqavilənin olmaması podrat münasibətlərinin yarandığını istisna etmir. Həmçinin, qətnamənin 21, 25-ci bəndlərində qeyd olunan halları podrat müqaviləsi üzrə münasibətlərin yaranmasını təsdiq edir.
27. İşin hallarını Mülki Məcəllənin 568.2 və 770-1.4-cü maddələri baxımından qiymətləndirən apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan, müqavilənin əsas şərtlərindən biri olan əmlakın təhvil verilməsi ilə bağlı şərt cavabdeh tərəfindən icra olunduğundan həmin əmlaka dair hüquq müəyyənedici sənədlərin də iddiaçıya verilməsi cavabdehin vəzifəsidir.
28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14, 139, 324, 325, 329, 390, 404, 405, 406, 568, 752 və 770-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 106.1, 217 və 384cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
29. Qətnamədən cavabdeh MMC (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsinin tam ləğv edərək, işdə olan sübutlar əsasında iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını, yeni qərar qəbul edilməsi mümkün olmadığı halda qətnaməni ləğv edib işi yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən mübahisəli qaraj üzərində mülkiyyət və ya digər hüquqlar məsələsini açıq qoymuş, cavabdehin daşınmaz əmlak üzərində hüquqi statusunu araşdırmamışdır. Bununla da məhkəmə tərəflərin hüquqi statusunu və cavabdehin öhdəliklərini yanlış müəyyən edərək cavabdehin üzərinə icrası mümkün olmayan öhdəlik qoymuşdur. Daha sonra qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəflər arasında faktiki podrat münasibətləri olduğunu əsas gətirmişdir, lakin işin halları tərəflər arasında müqavilənin bağlanmadığını göstərir. Şifahi müqavilələrin etibarlılığı yalnız onların sübut edilməsi ilə mümkündür. Apellyasiya məhkəməsi şifahi razılığın hansı konkret sübutlarla təsdiqləndiyini aydın şəkildə göstərməmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticələrini təkzib etsə də, yazılı sübutların yoxluğu fonunda şifahi razılığın mövcudluğunu yetərincə əsaslandırmamışdır. Apellyasiya məhkəməsinin şifahi podrat müqaviləsinə əsaslanması, yazılı sübutların yoxluğu fonunda qanunun tələblərinə uyğun deyildir. Apellyasiya məhkəməsi qaraj sahəsinin şifahi razılaşma əsasında təhvil verildiyini qəbul etmiş, lakin bu razılaşmanın təsdiqinə dair iş materiallarında sübutların olmamasını nəzərə almamışdır. Yəni, tərəflər arasında razılaşmanın konkret şərtləri, xüsusilə hüquq müəyyənedici sənədlərin təqdim olunması barədə yazılı öhdəliklər mövcud deyildir. Qarajın təhvil verilməsi faktiki olaraq baş tuta bilər, lakin hüquq müəyyənedici sənədlərin təqdim olunması daşınmaz əmlakla bağlı münasibətlərdə vacib şərtdir. Bu səbəbdən bu sənədlərin təqdim olunmaması fonunda iddianın təmin edilməsi hüquqi cəhətdən əsaslı hesab edilmir. Apellyasiya məhkəməsi yeganə olaraq “xxxx İnşaat” MMC-nin “xxxx” MMC-yə və “X1 Qroup” MMC-yə ünvanlanmış məktubu, həmçinin qarajın cavabdeh tərəfindən sökülməsi faktını əsas tutaraq tərəflər arasında şifahi podrat münasibətlərinin olması qənaətinə gəlmişdir. Halbuki, cavabdehin podratçı kimi iddiaçı qarşısında öhdəlik götürməsi, həmçinin iddiaçının cavabdehə sifarişin verilməsi həmin məktubla müəyyən olunmur. Digər tərəfdən tərəflər arasında podrat münasibətlərin olması işin faktiki halları ilə də tam təkzib olunur. Apellyasiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara da düzgün hüquqi qiymət verməmişdir. İddiaçı tərəfindən məhkəməyə “xxxx İnşaat” MMC-nin məktubu, sökülmüş qarajın sənədi və “Mirvari Park” yaşayış kompleksində iddiaçının mülkiyyətinə verilmiş mənzilin çıxarışı təqdim olunmuşdur. Həmin sənədlər əsasında iddiaçının mülkiyyətindəki evi və mərhum həyat yoldaşına məxsus qarajın sökülməsi faktı, iddiaçının istifadəsinə qarajın verilməsi xahişi və sökülmüş mənzilin əvəzinə iddiaçıya “Mirvari Park” yaşayış kompleksində mənzilin verilməsi tam təsdiq olunur. Lakin, həmin sənədlər iddiaçının deməsinə görə istifadəsində olan mübahisəli qarajın cavabdeh tərəfindən verilməsini, cavabdehin həmin qaraj sahəsi üzərində hüquq sahibi olmasını və qarajın verilməsi ilə bağlı öhdəlik götürməsini təsdiq etmir. Mübahisəli qarajın iddiaçıya cavabdeh tərəfindən verilməsi faktı yalnız o halda sübut edilmiş hesab edilə bilər ki, cavabdeh həmin qaraj üzərində mülkiyyət hüququna malik olsun və ya qarajın verilməsi ilə bağlı üzərinə yazılı şəkildə öhdəlik götürmüş olsun. İşə baxan apellyasiya instansiyası məhkəməsi sübutlar olmadığı halda, cavabdehin üzərinə həm icrası mümkün olmayan, həm digər şəxsin mülkiyyət və ya sahiblik hüquqlarını pozan qətnamə qəbul etmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (məruzəçi), Vüqar Həsənov və Aqil Abbasov) cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
32. Kassasiya kollegiyası qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış və düzgün hüquqi qiymət verməmiş, kifayət qədər əsaslar olmadan iş üzə cavabdeh kimi göstərilən Cavabdeh MMC-nin iddiaçının irəli sürdüyü tələblər üzrə cavab verməli şəxs olması qənaətinə gəlmişdir.
33. Kassasiya kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin nümayəndəsi iddiaya etirazında və məhkəmə iclaslarında göstərmişdir ki, ünvan 2 ünvanında 21 və ** saylı yaşayış binalarının, o cümlədən iddiaçının mərhum ərinin mülkiyyətində olmuş mənzillərin və binanın həyətində olan metal və daş qarajların sökülməsi Cavabdeh MMC tərəfindən həyata keçirilsə də, bu işlərin görülməsində “xxxx” MMC podratçı olmuşdur. İşə baxan apellyasiya məhkəməsi cavabdehin nümayəndəsinin bu dəlili üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. İş materiallarında ünvan 2 ünvanında 21 və ** saylı yaşayış binalarının sökülməsinin sifarişçinin kim olması, iddiaçıya məxsus mənzillərin və qarajların sökülməsi müqabilində əvəz verilməsinin hansı təşkilat tərəfindən öhdəliyə götürülməsi, bu barədə olan müqavilələrin kiminlə bağlanması, ümumiyyətlə həmin sahədə yeni yaşayış binalarının inşasının kimin tərəfindən həyata keçirilməsi, binalarda yaşamış sakinlərlə, o cümlədən iddiaçının mərhum əri ilə olan söküntü və əvəz verilməsi barədə razılaşmaların kiminlə bağlanması müəyyən edilmir. İddiaçının ərizəsinə cavab olaraq “xxxx İnşaat” MMC-nin direktorunun “xxxx İnşaat” MMC-nin Baş direktoruna və “X1 Group” LLC-nin icraçı direktoruna ünvanladığı ## ###### 2016-cı il tarixli məktubundan görünür ki, iddiaçının mərhum ərinə məxsus metal qarajın sahibi ilə razılaşdırıldıqdan sonra “xxxx İnşaat” MMC tərəfindən sökülməsi, ərizəçiyə qaraj sahəsinin ayrılması xahiş edilmiş, məktuba qoşmada 6 vərəqədən ibarət müvafiq sənədlərin göndərilməsi qeyd edilmişdir. Kollegiya hesab etmişdir ki, mövcud vəziyyətdə tərəflər arasında şifahi podrat müqaviləsinin olması, bununla da “xxxx” MMC-nin iddiaya cavab verməli şəxs olmasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamış, məhkəmə halı təsdiq edən sübutların təqdim olunmasını iddiaçı tərəfə təklif etməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Səadət Səlimova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının sübut qismində təqdim etdiyi “xxxx İnşaat” MMC-nin direktorunun “xxxx” MMC-nin rəhbərliyinə ünvanlandığı ## ###### 2016-cı il tarixli məktubu ilə bağlı “xxxx İnşaat” MMC layihədə iştirakçı olmadığından həmin MMC-nin müqavilə üzrə hansısa sakinə hər hansı bir mənzilin və ya qarajın verilməsini kiməsə həvalə etmək kimi bir səlahiyyəti olmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq “xxxx İnşaat” MMC-nin direktoru ilə “xxxx İnşaat” LLC arasında aparılan yazışmanın hüquqmüəyyənedici sənəd kimi qəbul edilməməsi qənaətinə gəlmişdir. Həmçinin kassasiya məhkəməsi də qərarında bu halı tərəflər arasında şifahi podrat müqaviləsi kimi qəbul etməmişdir.
36. Məhkəmə kollegiya kassasiya məhkəməsinin mövqeyinə istinadən qeyd etmişdir ki, kassasiya məhkəməsi qeyd etmişdir ki, mövcud vəziyyətdə tərəflər arasında şifahi podrat müqaviləsinin olması, bununla da “xxxx” MMC-nin iddiaya cavab verməli şəxs olmasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamış, məhkəmə halı təsdiq edən sübutların təqdim olunmasını iddiaçı tərəfə təklif etməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi kifayət qədər əsaslar olmadan iş üzə cavabdeh kimi göstərilən Cavabdeh MMCnin iddiaçının irəli sürdüyü tələblər üzrə cavab verməli şəxs olması qənaətinə gəlmişdir.
37. Məhkəmə kollegiya kassasiya məhkəməsinin göstərişinə əsasən iddiaçıya istinad etdiyi halı təsdiq edən hər hansı sübutun təqdim olunmasını təklif etsə də, iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatda bildirmişdir ki, Cavabdeh MMC ilə aralarında ümumiyyətlə mübahisələndirilən halla bağlı yazışma yaxud başqa formada razılaşma olmamışdır.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2, 14.2.1, 14.2.4, 146.1, 152.1, 157.8, 178.8, 568.2, 752.1, 770-1.4-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
39. Qətnamədən iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamənin 50ci bəndində
40. məhkəmə Mülki Məcəllənin 146.1-ci maddəsinə istinad etməklə tərəflər arasında müqavilənin olmadığına və bu əsasla İddiaçı sözügedən qaraj üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsasların mövcud olmasına dair mötəbər sübutlar da aşkar olunmadığı qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu yanaşması kökündən yanlış olmaqla yersizdir. Belə ki, ilk növbədə nəzərə alınmalı idi ki, daşınmaz əmlak haqqında hər hansı bir əqdin Mülki Məcəllənin 146.1-ci maddəsində nəzərdə tutulan qaydada, yəni notariat qaydasında bağlanması üçün ilk növbədə “Notariat haqqında” Qanunun 46-cı maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində həmin əmlakın qeydiyyatına dair çıxarışın mövcud olması tələb olunur. Hal-hazırda barəsində bəhs edilən hüquq yeni yaranan hüquqdur və həmin hüququn yaranması 178-ci maddədə nəzərdə tutulan əsaslarla baş verir. Onların tələbi qaraj sahəsinə dair ilkin hüquq müəyyənedici sənədlərin verilməsidir ki, bunun üçün əsasların olub-olmaması hal-hazırki məhkəmə araşdırması ilə müəyyən edilməlidir. Digər tərəfdən, mövcud olduğunu iddia etdikləri hüququn 146-cı maddədə bəhs edilən hüquq olduğuna istinad edən məhkəmə, həmin maddədə istisna edilən hissənin olduğunu da nəzərə almalı idi ki, qətnamənin 50-ci bəndində bu hissəyə münasibət bildirilməmişdir. 146.1-ci maddədə “məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla” şərti var ki, hal-hazırki məhkəmə mübahisəsinin nəticəsində yekun olaraq qəbul ediləcək məhkəmə qərarında hüquqların mövcud olduğuna təsbit ediləcəyi halda mübahisəli qaraj sahəsinə sahiblik və istifadə hüququnun mövcudluğu 146.1-ci maddənin tələblərinə uyğun hesab edilə bilər. Lakin, mövqe bundan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin maddi hüquq norması olaraq istinad etdiyi 146.-ci maddənin tətbiqini yanlış hesab edirlər, belə ki, hüququn yaranması əsasları 178-ci maddənin tələblərinə uyğundur.
41. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu normanın tələblərinə əhəmiyyət verilməmişdir. Belə ki, iş üzrə birinci kassasiya icraatı zamanı qəbul edilmiş *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında işin yenidən apellyasiya instanisyası məhkəməsinə qaytarılması əsası iddia tələblərinin əsassız olması ilə bağlı deyil, həmin iddia tələbləri üzrə Cavabdeh MMC-nin cavabdeh olub-olmadığı məsələsi olmuşdur (qərar, 51-59-cu bəndlər) Kassasiya instansiyası həmin qərarında belə nəticəyə gəlmişdir ki, mülki iş üzrə cavabdehin mövqeyinə görə söküntünü Cavabdeh MMC həyata keçirmiş olsa da, bu işlərin görülməsində “xxxx” MMC podratçı olmuşdur (54 bənd). Bu dəlil üzrə tam və hərtərəfli araşdırma aparılmadığı qənaətinə gələn kassasiya instansiyası məhkəməsi 21 və ** saylı yaşayış binalarının sökülməsinin sifarişçinin kim olması, iddiaçıya məxsus mənzillərin və qarajların sökülməsi müqabilində əvəz verilməsinin hansı təşkilat tərəfindən öhdəliyə götürülməsi, bu barədə olan müqavilələrin kiminlə bağlanması, ümumiyyətlə həmin sahədə yeni yaşayış binalarının inşasının kimin tərəfindən həyata keçirilməsi, binalarda yaşamış sakinlərlə, o cümlədən iddiaçının mərhum əri ilə olan söküntü və əvəz verilməsi barədə razılaşmaların kiminlə bağlanmasının müəyyən edilmədiyini (qərar, 56 bənd), iddiaçının ərizəsinə cavab olaraq “xxxx İnşaat” MMC-nin direktorunun “xxxx İnşaat” MMC-nin Baş direktoruna və “X1 Group” LLC-nin icraçı direktoruna ünvanladığı ## ###### 2016-cı il tarixli məktubundan iddiaçının mərhum ərinə məxsus metal qarajın sahibi ilə razılaşdırıldıqdan sonra “xxxx İnşaat” MMC tərəfindən sökülməsi, ərizəçiyə qaraj sahəsinin ayrılması xahiş edilmiş, məktuba qoşmada 6 vərəqdən ibarət müvafiq sənədlərin göndərilməsi qeyd edilməsinin göründüyünü (qərar 57 bənd) əsas gətirərək, işi yeni apellyasiya baxışına qaytarmış və qeyd edilən nöqsanların aradan qaldırılması və bundan sonra toplanmış sübutlara qiymət verilməli olması göstərişi verilmişdir. Apellyasiya instansiyası məhkəməsi üçün məcburi olan bu göstərişlərə görüntü formasında “əməl edilmiş”, faktiki olaraq kassasiya instansiyası məhkəməsinin qeyd etdiyi məqamlara toxunmadan tamamilə başqa aspektdən iddiaya qiymət verilmiş və həmin qiymət kassasiya instansiyası məhkəməsinin mövqeyindən tamamilə fəqlənməklə yanaşı həm də kifayət qədər ziddiyyətli olmuşdur. Mübahisələndirilən qətnamənin 46-cı bəndində kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq aparılan araşdırma ilə apellyasiya instansiyası məhkəməsi 21 və ** saylı binaların “xxxx” MMC tərəfindən söküldüyünü müəyyən etmiş və həmin binaların həyətindəki metal və daş qarajların müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq söküldüyünü qeyd etsə də həmin razılaşdırmanın kim tərəfindən həyata keçirilmiş olmasını göstərməmişdir. Qətnamənin məzmunundan da bu razılaşmanı həyata keçirən təşkilatın qeyri-müəyyən olduğu bəlli olur. Bununla da faktiki olaraq kassasiya instansiyası məhkəməsinin məcburi xarakter daşıyan göstərişinə əməl edilmədiyi aşkardır. Bundan əlavə, qətnamənin həmin 46-cı bəndində iddiaçının mərhum həyat yoldaşına məxsus olan metal qarajın əvəzinə pul kompensasiyasının verilməsinə mərhumun razı olmadığı və yerinə digər qaraj verilməsi şərti ilə qarajın sökülməsinə razılıq verildiyi müəyyən edilmiş, lakin bununla yanaşı mərhumla hansı təşkilatın arasında bu razılaşmanın əldə olunduğu qeyd edilməmişdir.
42. Kassasiya instansiyası məhkəməsinin göstərişinə görə 21 və ** saylı yaşayış binalarının sökülməsinin sifarişçinin kim olması, iddiaçıya məxsus mənzillərin və qarajların sökülməsi müqabilində əvəz verilməsinin hansı təşkilat tərəfindən öhdəliyə götürülməsi, bu barədə olan müqavilələrin kiminlə bağlanması, ümumiyyətlə həmin sahədə yeni yaşayış binalarının inşasının kimin tərəfindən həyata keçirilməsi, binalarda yaşamış sakinlərlə, o cümlədən iddiaçının mərhum əri ilə olan söküntü və əvəz verilməsi barədə razılaşmaların kiminlə bağlanması müəyyən edilmir (bənd 56) və mövcud vəziyyətdə tərəflər arasında şifahi podrat müqaviləsinin olması, bununla da “xxxx” MMC-nin iddiaya cavab verməli şəxs olmasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamış, məhkəmə halı təsdiq edən sübutların təqdim olunmasını iddiaçı tərəfə təklif etməmişdir (bənd 58). Bu istiqamətdə araşdırma aparan apellyasiya instansiyası məhkəməsi tərəflərə bəhs edilən sübutları təqdim etmək təklifi etməklə yanaşı, iddiaçıda olması mümkünsüz olan və yeri bəlli olan sübutları öz təşəbbüsü ilə əldə edərək iş materiallarına əlavə edə bilərdi. İlk növbədə iddiaçı tərəfindən təqdim edilən məktubda adı çəkilən təşkilatlara (“xxxx” MMC, “xxxx İnşaat” MMC, xxxx RealEstate Group, “xxxx” MMC) sorğu verilməsi ilə və qeydiyyat orqanına sorğu verilməsi ilə bəhs edilən 21 və ** saylı binaların sökülməsinin sifarişçisinin kim olması, ümumiyyətlə həmin sahədə yeni yaşayış binalarının inşasının kimin tərəfindən həyata keçirilməsi, binalarda yaşamış sakinlərlə söküntü və əvəz verilməsi barədə razılaşmaların kiminlə bağlanmasına dair məlumatların əldə edilməsi mümkün idi. Həmin məlumatların iddiaçı tərəfindən əldə edilməsinin mümkünsüzlüyü aşkardır, belə ki, məlumatlar özünə aid olmadığından qeyd edilən təşkilatlar tərəfindən həmin sorğulara dair dolğun cavab verilməyəcəyi aşkardır. Bu baxımdan iddiaçı tərəfindən həmin sorğuların verilməsi və mənfi cavab alınması və sonradan məhkəməyə vəsatətlə müraciət olunması formal yanaşmadan başqa bir şey deyil. Prosessual qənaət baxımından və 420-ci maddənin tələblərinə riayət edilməsinin təmin edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən bu sorğuların ünvanlanması doğru olardı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
43. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
44. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi.
45. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
46. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
47. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
48. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
49. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
50. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
51. Maddə 568.2. əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
52. Maddə 752.1. podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
53. Maddə 770-1.4. tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
62. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
67. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
72. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
74. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
76. Bu səbəbdən, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.