Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1130/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: sahibliyin bərpa edilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Bakı şəhəri Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən tərtib edilmiş Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ** saylı ünvanda yerləşən sahibi İddiaçı olan özbaşına tikili ilə bağlı Biləcəri Bələdiyyəsinin B№ *** saylı ##.##.2005-ci il tarixli məktubuna əsasən, tərtib edilmiş ##.##.2006-cı il tarixli hesabatın surətindən görünür ki, təyinatı yaşayış evi olan tikili 2004-cü ildə inşa edilmiş, torpaq sahəsinin faktiki ölçüsü 695,2 kv.m., tikinti altı sahə 132,3 kv.m. təşkil edir;
3. “Əhali istehlakçılarının təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları” haqqında ***** saylı ##.##.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, gələcəkdə “təchizatçı” adlanacaq Binəqədi rayon Qaz Istismar Idarəsinin rəisi N.Nəcəbov şəxsində, digər tərəfdən gələcəkdə “istehlakçı” adlanacaq fiziki şəxs Qafarov şəxsində qaz təchizat xidmətinin göstərilməsi və qazdan istifadə olunması ilə əlaqədar müqavilə bağlanmışdır;
4. “xxxx” SC tərəfindən verilmiş 20 ******* nömrəli ## ### 2008-ci il tarixli “Su sayğaclarının qəbulu” aktının surətindən görünür ki, saz halda plomblanıb istismara buraxılmış su sayğacı istehlakçının nümayəndəsi İddiaçı təhvil verilmişdir;
5. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş **-*** saylı ##.##.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 4 4 ünvanında yerləşən 70.0 kv.m əmlak, 280.0 kv.m torpaq sahəsinə görə ##.##.2025-ci ilə qədər vergi borcu yoxdur;
6. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə AKX-*******/**-**** saylı ##.##.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, “Azəriqaz” IB ilə cavabdeh2 arasında müqavilə bağlanmışdır;
7. “xxxx” MMC tərəfindən verilmiş layihə planından görünür ki, sifarişçi cavabdeh2 sifarişi əsasında “xxxx” MMC tərəfindən ünvan 3 4 ünvanında yerləşən torpaq sahəsi üçün layihə planı hazırlanmışdır;
8. cavabdeh2 Azəriqaz Layihə Inşaat QSC-yə ünvanladığı ərizədən müəyyən olunur ki, o, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evinin öz şəxsi vəsaiti hesabına qazlaşdırılmasına və abunəçi kodunun açılmasına köməklik edilməsini xahiş etmişdir;
9. Azəriqaz Layihə Inşaat QSC tərəfindən təsdiq edilmiş ##.##.2021-ci il tarixli sorğu blankdan müəyyən olunur ki, cavabdeh2 müraciəti əsasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin qazla təmin edilməsi üçün mövcud qaz kəmərinin birləşmə sxemi tərtib edilmiş, əvvəllər göstərilən ünvanda kod, sayğac olmamışdır;
10. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş A-**** nömrəli ##.##.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh2 ünvan 6 ünvanında qeydiyyatsız yaşayır;
11. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş **-*** saylı ##.##.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh2 ünvan 5 4 ünvanında yerləşən 64 kv.m əmlak, 250 kv.m torpaq sahəsinə görə ##.##.2025-ci ilə qədər vergi borcu yoxdur;
12. ATS************** nömrəli ##.##.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, enerjitəchizatı müəssisəsi adından X2 şəxsində və Bakı şəhəri, ünvan 6 cavabdeh2 arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
13. Iddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsinin 30/162 b saylı Hesabatı ilə 2005-ci il tarixdən ünvan 2 saylı ünvanda yerləşən torpaq sahəsini və üzərində olan tikilinin qanunsuz təsirlərdən, digər maneələrdən azad olunaraq sahiblik, istifadə hüquqlarının bərpa edilməsi və əmlakın 3-cü şəxslərdən azad şəkildə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. Iddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsinin 30/162 b saylı Hesabatı ilə 2005-ci il tarixdən ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evi və obyekt ona ayrılmışdır. Qaynı– X1 ona məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmək qərarına gəlmişdir. Ona məxsus olan torpaq sahəsində, evinin yanında iki otaqlı, qapısı küçəyə tərəf açılan mağazası var idi. Həmin mağazanı fərdi yaşayış evi kimi istifadə etməsi üçün Azada vermişdir. Təxminən il yarım bundan qabaq evin təmirinə lazım olan tikinti materiallarını alaraq orada mağaza olan tikilidə təmir işləri və artırmalar etməsi üçün, digər qaynı cavabdeh2 ilə razılığa gəlmişlər və həmin mağazada lazımi artırmalar edərək təmir işlərini Abbas üzərinə götürmüşdür. Beləliklə, Azad tərəfindən ödənilmiş məbləğlə Abbas həmin tikilidə göstərişlərə uyğun olaraq artırmalar etmişdir. Artırmalar etdiyi dövr ərzində isə həm orada yaşamış, həm də təmir işləri görmüşdür. Təmir işləri bitdikdən sonra usta kimi fəaliyyət göstərməsinə baxmayaraq, həmin evin ona məxsus olmasını bildirmişdir. Lakin o, həmin ərazini digər qaynı Azada vermişdir. Lakin hazırda Abbas ona məxsus torpaq sahəsində Azadın ödədiyi məbləğə inşa edilmiş fərdi yaşayış evinin qapılarını bağlayaraq, ona məxsus olmasını iddia edir. Hətta ona məxsus həyətyanı torpağı zəbt etməkdən belə çəkinməmişdir. Biləcəri Bələdiyyəsindən ona ayırmış olduğu torpaq sahəsini zəbt edən şəxsin çıxarılmasını tələb etsə də, bələdiyyə tərəfindən bildirilmişdir ki, əmlakın ona təhvil verilməsi üçün məhkəməyə müraciət etmək lazımdır. Sahiblik və istifadə hüquqlarının bərpasını tələb etsə də, məhkəməyə müraciət etməsini ona tövsiyyə olunmuşdur.
15. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Pərviz Məmmədov).
17. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “sahiblik və istifadə hüquqlarının bərpası, cavabdehin ona məxsus torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılması” tələblərini irəli sürsə də, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, hal-hazıradək həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bununla yanaşı Mülki Məcəllənin tələblərinə görə həmin iddia tələblərini irəli sürmək hüququ daşınmaz əmlakın mülkiyyətçisi yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan qanuni əsasla əmlaka sahiblik edən şəxsə məxsus olsa da, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi, yaxud qanuni sahibi olduğuna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi üçün iddia irəli sürmək hüququ həmin daşınmaz əmlakın mülkiyyətçisi, yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan qanuni əsasla əmlaka sahiblik edən şəxsə məxsus olduğundan, iddiaçı İddiaçı sözügedən mübahisəli “sahiblik və istifadə hüquqlarının bərpası, cavabdehin ona məxsus torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılması” dair iddia tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığından iddia tələbləri təmin edilməməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 157.8-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 218.3-cü maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1 ci maddəsinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli və “Qavazov Bolqarıstana” qarşı iş üzrə ## #### 2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə əsassız, ədalətsiz, maddi və prosessual qanunvericiliyin tələblərinə ziddir. Mübahisə predmeti olan torpaq sahəsinin və onun üzərində olan tikilinin mülkiyyətçisi olmasa da qeyd olunan daşınmaz əmlakların onun qanuni sahibliyində və istifadəsində olması ilə bağlı mötəbər sübutların məhkəməyə təqdim edilməməsi barədə məhkəmənin qənaətini əsassızdır. Məhkəməyə təqdim edilmiş əmlakın ona məxsus olması ilə bağlı Binəqədi Bələdiyyəsinin B *** saylı, ##.##.2005-ci il tarixli məktubunun mövcud olması və həmin məktub əsasında Bakı şəhəri Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən tərtib edilmiş mübahisə predmeti olan torpaq sahəsinin və onun üzərində olan tikilinin onun sahibliyində və istifadəsində olmasını təsdiq edən 4 səhifədən ibarət hesabatı birinci instansiya məhkəməsinə təqdim etmişdir. Qeyd olunan hesabatda 695,2 kv.m torpaq sahəsinin və onun üzərində 189.6 kv.m tikinti altı sahənin o, cümlədən 132,3 kv.m yaşayış evinin və 36.5 kv.m tikilinin (təsərrüfat otağı) onun sahibliyində və istifadəsində olması dəqiq göstərilmişdir. Bundan başqa iş materiallarında “Əhali istehlakçılarının təbii qazla təmin edilməsi, ondan istifadə və ödəniş qaydaları” haqqında ***** saylı, ##.##.2007-ci il tarixli müqavilə, “xxxx” ASC tərəfindən verilmiş ********* nömrəli, ## ### 2008-ci il tarixli, “Su sayğaclarının qəbulu aktı” və sair sənədlər 20 ildən artıq müddət ərzində mübahisəli əmlakların onun sahibliyində və istifadəsində olmasını tam təsdiq edir. Eyni zamanda məhkəmə prosesi zamanı ifadə verən çoxsaylı şahidlər mübahisəli torpaq sahəsinin və üzərində olan tikilinin ona məxsus olmasını bir mənalı təsdiq etdilər. Iş materiallarına nəzər salarkən cavabdeh cavabdeh2 məhkəməyə təqdim etdiyi sənədlərin son vaxtlarda tərtib edildiyi və başqasına məxsus əmlakı sahiblənməyə hesablandığı müəyyən olunur. Belə ki, məhkəmə prosesi zamanı məlum olmuşdur ki, cavabdeh ona məxsus əmlaka sahiblənmək məqsədilə “xxxx” MMC-yə 2024-cü ildə sifariş verərək ona məxsus əmlaka dair layihə tərtib etdirmişdir. Iş materiallarında olan, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş digər sənədlər də onun xəbəri olmadan, gizli şəkildə düzəldilmişdir.
21. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edib, izahatında göstərmişdir ki, torpağa dair heç bir bələdiyyə sənədi yoxdur. Iddiaçıda olan sənədlər də sonradan düzəldilmədir. Həmin vaxtı o, 200 ABŞ dollarına torpaq sahəsini almışdır. Onlar torpaq sahəsinə birlikdə gedib baxmışlar. Torpağın qarşı tərəfini iddiaçı, torpağın arxa tərəfini isə o götürmüşdür. Sonradan o, Rusiyaya Azada köməyə gedərkən iddiaçı öz torpağı ilə onun torpağının arasına girib yarım sotunu tikib satmışdır. O, aldığı torpaq sahəsində iki otaqlı ev tikmişdir. Inşa etdiyi evə qaz, su, işığı öz adına sənələşdirmişdir. Rizvanın adından keçirtməmişdir. Azad onun doğma qardaşıdır. Onların münasibətlərini iddiaçı korlamışdır.
22. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin *-**-*-**/*-*****/**** saylı ##.##.2025-ci il tarixli sorğuya cavabından müəyyən olunur ki, İddiaçı adına Bakı şəhəri Biləcəri qəsəbəsi M.Asalanov küçəsi ** saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sözügedən ünvana dair Idarənin arxivində yalnız “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat” mövcuddur. Hesabatın tərtib edilməsinə əsas olmuş sənədlər saxlanmamışdır.
23. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin *-**-*-**/*-*****/**** saylı ##.##.2025-ci il tarixli sorğuya cavabdan müəyyən olunur ki, İddiaçı adına Biləcəri Bələdiyyəsinin B№ *** saylı ##.##.2005-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanına dair 2005-ci tarixli texniki pasport mövcuddur. Sözügedən fərdi yaşayış evinin İddiaçı adına dövlət reyestrində hüquqi qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
24. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *-*-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 277.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən mübahisəli torpaq sahəsinin üzərində bir ədəd yaşayış evi mövcuddur. Sözügedən mübahisəli sahəyə texniki baxış keçirilməsi üçün cavabdehin nümayəndəsi ilə birgə ünvanda olmuşlar. Cavabdehin nümayəndəsi tərəfindən göstərilən mübahisəli sahəyə dair təqdim edilmiş baş planın bir hissəsinə, II ilə işarələnmiş tikilinin yerləşdiyi hissəyə uyğun gəlir. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 277.0 kv.m sahə dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur).
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Səadət Səlimova - sədrlik edən və məruzəçi, Akif Isgəndərov və Azad Imanov).
26. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində mübahisə predmeti olan torpaq sahəsini Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin razılığı əsasında əldə etməsini, 2002-ci ildən torpaq sahəsinin onun sahibliyində və istifadəsində olmasını, bələdiyyənin razılığı ilə torpaq sahəsinin ətrafına daşdan hasar inşa edib 2004-cü ildə torpaq sahəsində fərdi yaşayış evi və mağaza kimi istifadə etmək üçün obyekt inşa etməsini, bir neçə il əvvəl Rusiyada yaşayan qaynı X1 mağaza-obyekti fərdi yaşayış evi kimi istifadə etmək üçün verdiyini, Azad qardaşı Abbasa tikinti işlərini həvalə etməsini, Azadın Rusiyadan göndərdiyi vəsaitlə Abbasın Azadın göstərişlərinə uyğun təmir tikinti işləri aparmasını, işlər başa çatdıqdan sonra cavabdehin ona məxsus torpaqdan və tikilidən çıxmamasını, sayğacların və sair sənədlərin onun adına olması 20 ildən artıq müddət ərzində mübahisəli əmlakların onun sahibliyində və istifadəsində olmasını təsdiq etməsini, çoxsaylı şahid ifadələrinin mübahisəli torpaq sahəsinin və üzərində olan tikilinin ona məxsus olmasını bir mənalı təsdiq etdiyini qeyd etsə də, araşdırma zamanı bu faktlar öz təsdiqini tapmamışdır.
27. Belə ki, cavabdehin faktiki istifadəsində olan ünvanda yerləşən fərdi yaşayış evinə onun ilkin olaraq öz adına kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr bağlaması müəyyən olunmuşdur.
28. Kollegiya apellyasiya şikayətinin şahid ifadələri ilə bağlı dəlili üzrə qeyd etmişdir ki, iddiaçının iddia tələbində istinad etdiyi halların və apellyasiya şikayətinin dəlillərinin təsdiq edilməsi üçün şahid ifadələri mötəbər sübut növü olaraq qəbul edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən, daşınmaz əmlaka dair hüquqların yaranması, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Şahid ifadələri deyil, dövlət torpaq kadastrının məlumatları məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
29. Bundan başqa iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatından müəyyən olunmuşdur ki, o, torpaq sahəsini yaşlı bir kişidən 600 ABŞ dollarına almış, torpaq sahəsini alarkən torpağın hər hansı bir sənədi olmamış, bu qədər torpaq sahəsini almaq istəmədiyindən, imkanı aşağı olduğundan aralarında olan razılığa əsasən həmin pulun 300 ABŞ dollarını Azad verməli olsa da, sonradan Abbas 200 ABŞ dollarını ona vermiş, qalan 100 ABŞ dollarını tələb etdikdə isə Abbas pulunun olmadığını bildirmişdir. Abbas tikinti işləri apararkən o, iki qardaşın arasına girməmək üçün etirazını bildirməmişdir. Tikinti işlərini Abbas qardaşı Azadın verdiyi pul vəsaiti ilə aparılmışdır.
30. Iddiaçının özünün verdiyi izahatlarla onun iddia etdiyi tikiliyə və torpaq sahəsinə hər hansı bir hüququnun yaranması təsdiq olunmur.
31. Kollegiya tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehdən geri qaytarılmasını tələb etdiyi torpaq sahəsinə və tikiliyə dair özünün hər hansı bir hüququnun yaranmasını, mövcud olmasını sübuta yetirə bilmədiyindən iddia tələblərini təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
32. Iddiaçı (vəkil: vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə yeni barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin iddiaçının hazırki iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə iş materiallarında olan sübutlarla uyğunluq təşkil etmir. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin və üzərindəki tikilinin mülkiyyətçisi olmasa da, həmin əmlakın uzun müddət onun qanuni sahibliyində və istifadəsində olmasını təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Iş materiallarında Biləcəri Bələdiyyəsinin B-*** saylı, ##.##.2005-ci il tarixli məktubu, həmin məktub əsasında Bakı şəhəri Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən tərtib edilmiş hesabat, qaz və su təchizatı ilə bağlı müqavilə və aktlar, habelə şahid ifadələri vardır. Həmin sənədlər 695,2 kv.m torpaq sahəsinin, 189,6 kv.m tikinti altı sahənin, o cümlədən yaşayış evi və təsərrüfat tikilisinin iddiaçının sahibliyində və istifadəsində olduğunu təsdiq edir. Bundan əlavə, apellyasiya icraatı zamanı təyin edilmiş mütəxəssis rəyi ilə də mübahisəli torpaq sahəsi və tikilinin texniki inventarlaşdırma hesabatında göstərilən sahə ilə uyğun gəldiyi müəyyən edilmişdir. Lakin apellyasiya məhkəməsi həmin rəyi tam və düzgün qiymətləndirməmiş, onu kontekstdən çıxararaq qətnamədə natamam əks etdirmişdir.
34. Təqdim edilmiş çoxsaylı sübutlara baxmayaraq, məhkəmənin mübahisəli torpaq sahəsi və tikili üzərində iddiaçının hər hansı hüququnun yaranmadığı qənaətinə gəlməsi əsassızdır. Belə ki, mübahisəli əmlak 20 ildən artıq müddətdə onun faktiki sahibliyində və istifadəsində olmuş, bu hal dövlət qurumlarının verdiyi sənədlər və digər sübutlarla təsdiq edilmişdir. Buna görə də sahiblik və istifadə hüququnun məhkəmə müdafiəsindən kənarda saxlanılması qanunun məqsədinə və ədalət prinsipinə ziddir.
35. Kollegiyanın mövqeyi faktiki olaraq belə nəticəyə gətirir ki, şəxsin uzun illər qanuni əsaslarla sahiblik və istifadə etdiyi əmlak başqası tərəfindən zəbt edilə və ya hüquqları pozula bilər, lakin həmin şəxs pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilməz. Bu isə maddi hüquq normalarının mahiyyətinə uyğun deyildir.
36. Apellyasiya instansiya məhkəməsi işin hallarını, iş materiallarında olan sübutları, cavabdehlə qarşılıqlı münasibəti kifayət qədər araşdırmamış, yekunda düzgün nəticəyə gəlməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
40. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı mübahisə obyekti olan əşyaya mülkiyyət və ya digər əşya hüququnu, habelə cavabdeh tərəfindən ona qarşı özbaşınalıq törədildiyini sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.