Məhkəmə qərarları › İş №2(1-8)-1137/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1137/2026

25.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1137/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrasının həvalə edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə ## ### 2026cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayon İcra Hakimiyyətinin ## ###### 1995-ci il tarixli, ** nömrəli Qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan iddiaçıya 0,025 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmış, iddiaçı tərəfindən həmin torpaq sahəsində fərdi ev inşa edilmişdir.

2. ##.##.2025-ci il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi və akta əsasən iddiaçı (istehlakçı) ilə “Azəriqaz” İB (paylayıcı) arasında bağlanan müqavilə üzrə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

3. Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanan ##.##.2024-cü il tarixli cavab məktubuna əsasən yaşayış və qeyri-yaşayış sahələrinin elektrik təchizatı ##.##.2023-cü il tarixində qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş əlavə dəyişikliklərlə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, 399 və *** nömrəli qərarları ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası” və “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”na əsasən həyata keçirilir. Sözügedən qaydaların tələblərinə uyğun olaraq vətəndaş tərəfindən mülkiyyəti təsdiq edən sənədi, tikinti obyektinin (yaşayış və qeyriyaşayış) tikintisinə icazə verilmiş müvafiq sənədini və obyektin elektrik gücünü özündə əks etdirən yük hesabatını daxil etməklə Cavabdeh ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “Asan Kommunal”, regionlarda isə “Asan xidmət” mərkəzlərinə müraciət edilir. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşın təqdim olunan gücə uyğun elektrik təchizatı Səhmdar Cəmiyyəti tərəfindən təmin edilir. Tikinti obyektləri üçün tələb olunan elektrik enerjisinin gücü təqdim edilmiş yük hesabatına uyğun müəyyən edilir. Yük hesabatı vətəndaşın müraciəti əsasında “Asan kommunal” mərkəzində “Yük hesabatının hazırlanması (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd)” xidmətində və yaxud bu işlərin həyata keçirilməsi üçün lisenziyası olan təşkilat tərəfindən tərtib edilir. Lisenziyalı təşkilat tərəfindən tərtib edilmiş yük hesabatı həmin təşkilatın lisenziyasının surəti ilə birlikdə vətəndaş tərəfindən müraciət zamanı təqdim edilməlidir. Sözügedən yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün aidiyyəti üzrə müvafiq sənədləri təqdim etməklə müraciət edilməsi tövsiyə olunmuşdur.

4. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilən X1 fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında ## ###### 1995-ci il tarixli sərəncam əlavə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi (tələbin dəqiqləşdirilməsinə dair ərizə) ilə məhkəməyə müraciət edərək, müqavilə bağlanması öhdəliyinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra həmçinin “cavabdeh” və ya “Azərişiq”) üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin ##.##.1995-ci il tarixli, ** saylı sərəncamına əsasən iddiaçıya Abşeron rayonu, S.Əliyev adına Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisəsinin ##.##.2000-ci il tarixli, * nömrəli əmrindən verilmiş çıxarışa əsasən 0.025 ha torpaq sahəsi fərdi ev tikmək üçün ayrılmışdır. Həmin çıxarışa əsasən 2021-ci ilin sentyabr ayında həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Xüsusi mülkiyyətində olan torpaq sahəsində şəhərsalma qaydalarına riayət etməklə evin inşasını başa çatdırmışdır. Evə köçdüyü gündən kommunal xətlərin çəkilməsi üçün müraciət etsə də, yalnız su xətti və qaz xətti çəkilmişdir. Həmin dövrdə işıq xətti evdən çox kənardan keçdiyi üçün işıq xəttini çəkə bilməmiş, lakin bir müddətdən sonra həmin xətt uzaqda olsa da, öz hesabına çəkdirməyini aidiyyəti orqanlara bildirmiş, lakin cavabdeh təşkilat şifahi müraciətinə məhəl qoymadığı üçün cavabdehə yazılı qaydada ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının həmin ərizəsinə imtina cavabı vermişdir. Cavabdeh hər dəfə onlara işıq xəttinin çəkilməsi ilə bağlı müraciət edərkən “Elektroenergetika haqqında” Qanunda ##.##.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə 13. bənd 10-1) istinad etmişdir. Həmin qanuna görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin belə icazə alınmadan inşa edilmiş və tikilməkdə olan habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin hesablanmasına həmin məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan obyektlərin işıq xəttinin şəbəkəyə qoşulması qadağandır. Cavabdehin imtinası əsassızdır və iddiaçının istifadəsində olan yaşadığı Sabunçu rayonu, Şuşa Ramanı qəsəbəsində yerləşən fərdi yaşayış evinə işıq xətti çəkilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia ərizəsinə əlavə etdiyi mülkiyyət haqqında çıxarışdan da görünür ki, həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İnşa etdirdiyi fərdi yaşayış evini şəhərsalma qaydalarına uyğun inşa etdirmiş və çəkiləcək kommunal xətlər tam nəzərə alınıb, heç bir mühafizə zolağına düşmür. Bundan başqa, cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə elektrik enerjisi ilə təmin etmə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Göründüyü kimi bu da əsassız imtinadır. Çünki həmin torpaq sahəsi zəbt olunmayıb. Cavabdehin əsaslandığı daşınmaz əmlak tərəfindən həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış verilmişdir. İddiaçı qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək burada yaşamışdır. Bunu sübut edən evinə çəkilmiş su xəttidir. Cavabdeh bu hərəkəti ilə iddiaçının Konstitusiyada təsbit edilmiş konstitision hüquqlarını kobud surətdə pozur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Şuşa Ramanı qəsəbəsi, 0.025 ha torpaq sahəsində inşa edilən fərdi yaşayış ünvanı üzrə elektrik enerjisinin istehlakına dair iddiaçı İddiaçı ilə müqavilənin bağlanması və iddiaçının adına yeni abunə kodunun verilməsi öhdəliyinin cavabdeh Cavabdeh ASC-nin üzərinə qoyulması (iddiaçı tərəfindən öz hesabına elektrik xətləri və digər rəsmi xərclər çəkilməklə) qət edilmişdir. (hakim Ramin Xəlilov)

8. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçıya müvafiq sərəncam əsasında torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi üzərində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Müəyyən edildiyi kimi fərdi yaşayış evi qaz, su xətti ilə təchiz edilməsinə baxmayaraq elektrik enerjisi ilə təchiz edilməmişdir. Bununla bağlı iddiaçı cavabdehə rəsmi şəkildə müraciət etsə də, sonuncu fərdi yaşayış evinə dair mülkiyyəti təsdiq edən sənəd, tikintiyə icazə verilmiş müvafiq sənəd olmadığı üçün müraciətdən imtina etmişdir.

9. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi qanunvericiliyə uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Buna dair yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır.

10. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının tələbinin təmin edilməməsi üçün əsaslar müəyyən edilməmiş və həmin yaşayış evi üzrə iddiaçının minimum şəraitdə yaşamaq hüququ təmin edilməklə elektrik enerjisinin verilməsi həyata keçirilməlidir. Hətta iş materiallarından göründüyü kimi fərdi yaşayış evinə dair qazın alqı-satqısı müqaviləsi bağlanmış, həmin fərdi yaşayış evi qazla təchiz edilmişdir. Bundan əlavə isə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli evə kimi bütün elektrik xətləri iddiaçının özü tərəfindən çəkilərək zəruri ehtiyaclar ödənilmişdir. Həmçinin, elektrik enerjisinin müqavilə əsasında veriləcəyi təqdirdə belə cavabdehin mənafeyi pozulmamaqla əksinə enerjisinin satılması nəticəsində gəlir əldə edəcəkdir.

11. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, fərdi yaşayış evi iddiaçıya məxsus olmaqla onun elektrik enerjisi ilə təchiz edilməsini tələb etmək qanunvericiliyin tələblərinə əsasən iddiaçının hüququdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 390.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 81-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1, 1.3, 1.4, 4.1, 7.1, 7.9, 8.14, 8.20, 8.21 və 8.22-ci bəndlərinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2023-cü il tarixli dəyişikliklə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa 20.4-cü maddə əlavə edilmişdir. Həmin maddənin də tələbi ondan ibarətdir ki, artıq özbaşına tikililərin elektrik şəbəkəsinə qoşulması qadağan edilmişdir. Buradan da aydın olur ki, cavabdeh hər-hansı bir qanun pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli 399 və *** nömrəli qərarları ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası” və “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydasının tələblərinə uyğun olaraq, vətəndaş tərəfindən mülkiyyəti təsdiq edən sənədi, tikinti obyektinin (yaşayış və qeyri-yaşayış) tikintisinə icazə verilmiş müvafiq sənədini və obyektin elektrik gücünü özündə əks etdirən yük hesabatını daxil etməklə Cavabdeh ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN Kommunal”, regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müraciət edilir. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşın təqdim etdiyi sənədlərin qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, tikinti obyektinin tələb olunan gücə uyğun elektrik təchizatı Cavabdeh ASC-nin tərəfindən təmin edilir. Tikinti obyektləri üçün tələb olunan elektrik enerjisinin gücü təqdim edilmiş yük hesabatına uyğun müəyyən edilir. Mülki Prosessual Мəcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.1-ci və 217.3cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin məhkəmə AR MPM-in qeyd edilən maddələrinin tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (Hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Səadət Səlimova, Akif İsgəndərov)

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır.

17. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab etmişdir ki, fərdi yaşayış evi iddiaçıya məxsus olmaqla onun elektrik enerjisi ilə təchiz edilməsini tələb etmək qanunvericiliyin tələblərinə əsasən iddiaçının hüququdur. İş materiallarından göründüyü kimi fərdi yaşayış evinə dair qazın alqı-satqısı müqaviləsi bağlanmış, həmin fərdi yaşayış evi qazla təchiz edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisəli evə kimi bütün elektrik xətləri özü tərəfindən çəkilərək zəruri ehtiyaclar ödənilmişdir. Belə olan halda, həmin yaşayış evi üzrə iddiaçının minimum şəraitdə yaşamaq hüququ təmin edilməklə insanın normal yaşayışı üçün vacib ehtiyaclardan sayılan elektrik enerjisinin verilməsi həyata keçirilməlidir. Həmçinin, elektrik enerjisinin müqavilə əsasında veriləcəyi təqdirdə belə cavabdehin mənafeyi pozulmamaqla əksinə enerjisinin satılması nəticəsində gəlir əldə edəcəkdir.

18. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslı hesab edildiyindən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Şuşa Ramanı qəsəbəsi, 0.025 ha torpaq sahəsində inşa edilən fərdi yaşayış ünvanı üzrə elektrik enerjisinin istehlakına dair iddiaçı İddiaçı ilə müqavilə bağlanması və iddiaçının adına yeni abunə kodunun verilməsi öhdəliyi cavabdeh Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır (iddiaçı tərəfindən öz hesabına elektrik xətləri və digər rəsmi xərclər çəkilməklə).

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 390.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1, 1.3, 1.4, 4.1, 7.1, 7.9, 8.14, 8.20, 8.21, 8.22-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,cavabdeh tərəfindən verilən imtina iddiaçıya münasibətdə hər hansı bir ayrı-seçkilik etmədən, məhz isitnad etdikləri qanunverciliyin tələblərinə əsaslanmaqla verilmişdir. Məhkəmənin qeyd etdiyi kimi, elektrik enerjisinin satılması nəticəsində gəlir əldə etmək cavabdehin mənafeyinə uyğun olsa da, bu hal özlüyündə tərəflərindən qanunvericiliyin tələblərini pozmağa əsas vermir. Apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarının pozuntusuna yol vermiş və bu hal nəticə etibarilə əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 149, VII hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu 20.4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır. (## ###### 2023-cü il tarixli ****- VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir) “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 8. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 1.1-ci bənd. Elektrik enerjisi istehlakçısı – müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 1.3-cü bənd. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqısatqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (*-* nömrəli əlavələr) uyğun bağlanmalıdır. 1.4-cü bənd. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (* nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqısatqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. 4.1-ci bənd. Enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin, yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 8.20-ci bənd. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqısatqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. 8.21-ci bənd. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. 8.22-ci bənd. Məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

28. İddia tələbi fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədədir. İddiaçı elektrikləşməsini xahiş etdiyi evi 2021-ci il ərzində tikdiyini göstərmişdir.

29. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə iddiaçı ona ayrılan torpaqda fərdi yaşayış evi tikmiş, ev təbii qaz və su ilə təchiz edilmişdir.

30. Yaşyış evlərinin və digər tikililərin elektrik enerjisi ilə təminatının yeni qaydalarını müəyyən “Elektroenergetika haqqında” Qanuna əlavə edilən 20.4-cü maddə isə mübahisədə adı keçən evin tikilməsindən sonraya təsadüf etmişdir. Belə ki, cavabehin etirazının əsası kimi istinad etdiyi 20.4cü maddə “Elektroenergetika haqqında” Qanuna ## ###### 2023-cü il tarixdə əlavə edilmişdir.

31. Nəzərə alansa ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, belə olan halda hazırkı iş üzrə həmin normaya əsasən də apelyasiya instansiyası məhkəməsinin iddianı təmin etməsi barədə gəldiyi nəticə düzgün olmuşdur.

32. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

33. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

34. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər “Elektroenergetika haqqında” Qanunun 20.4-cü maddəsinə görə iddianın əsassız olması barədədir. Halbuki qeyd edildiyi kimi həmin maddə iddiaçının evinin inşa edilməsindən sonra Qanuna əlavə edildiyindən, iddiaçıya aid edilə bilməz.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar