Məhkəmə qərarları › İş №2(1-8)-1149/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1149/2026

10.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1149/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Iddiaçının mənzilinə su sızmışdır, su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi təqribi dəyəri ekspert rəyinə əsasən 3502 manat 60 qəpik müəyyən edilmişdir. Mənzilin yarasız vəziyyətə düşməsi və bunu təsdiq edən fotoşəkillər məhkəməyə təqdim edilmişdir;

3. Bakı şəhəri Binəqədi RPI-nin 4-cü PŞ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərarı ilə Cavabdeh çənində olan nasazlıq səbəbindən maddi ziyan vurulması Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə predmeti olduğundan onlar arasında olan mübahisə məhkəmə qaydasında həll olunmalı olduğundan material üzrə əməldə cinayət və inzibati xəta tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi zərərə görə 16875 manat və mənəvi zərərə görə 3000 manat olmaqla, cəmi 19875 manat məbləğində pulun cavabdeh Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı mənzilə üst mərtəbədə yerləşən ** nömrəli mənzildən dəfələrlə su axıdılmış və çox ciddi maddi zərərə məruz qalmışdır. Belə ki, cavabdehə məxsus çəndən qaynaq olan hissə partlamış və su təziqlə verildiyi zaman mütəmadi olaraq onun mənzilinə su axmışdır. Su axması nəticəsində iki dəfə mənzil əsaslı təmir edilmiş və xeyli vəsait xərclənmişdir. ##.##.2024-cü il tarixdə evdə olmadığı vaxt gecə yenidən evinə su axıdılmış və ona maddi ziyan dəymişdir. Hadisə ilə bağlı müvafiq orqanlara müraciət etmiş və iş üzrə ekspert rəyi alınmışdır. ##.##.2025-ci il tarixli ekspert rəyində mənzilinə 2935 manat məbləğində ziyan vurulması müəyyən edilsə də, həmin məbləğ dəymiş zərəri tam əhatə etmir, hətta həmin su sızmasının olmaması qeyd olunur. Halbuki bu nəticə düzgün deyil, cavabdeh hadisədən sonra qonşu blokda yaşayan qaynaqçı X1 bir neçə dəfə çəni qaynaq etmiş və təzyiqlə su gələndə yenə parçalanmışdır. Hətta verilmiş rəydə maddi zərərin cavabdehin əməli nəticəsində baş vermədiyi göstərilsə də, bu hal ilə də razılaşmır. Mənzil hal-hazırda yararsız vəziyyətdədir, yenidən təmir edilməlidir. Bununla yanaşı cavabdehin hərəkətləri nəticəsində çox ciddi stress keçirmiş, ailədə əsəb gərginliyi baş vermiş və xoşagəlməz situasiyalar yaranmışdır. II dərəcəli əlildir, şəkər, böyrək çatışmazlığı əziyyət çəkir. Həmin vaxtlarda xəstəliyi daha da şiddətlənmiş və yuxu rejimi pozulmuşdur. Əsəblərini sakitləşdirə bilməmiş, hamının üstünə qışqırmış, məişət davranışları pozulmuşdur. Maddi ziyana məruz qalması səbəbindən sarsıntı keçirmiş, bu səhhətinin pisləşməsi ilə nəticələnmişdir və mənəvi zərərə məruz qalmışdır. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddia tamamilə əsassız və böhtan xarakterlidir. Iddiaçı ünvan 1 ünvanında, 3-cü blok, 1-ci mərtəbədə, özü isə 4-cü blok, 8-ci mərtəbədə yaşayır. Əgər su çəni daşsa belə, suyun iddiaçının birinci mərtəbədə yerləşən mənzilinə axması qeyri-mümkündür. Əks halda digər mərtəbələrdəki mənzillər suya qərq olardı. Yaşadığı mənzildə yerləşən su çəni 32 ildir istismardadır və bu müddət ərzində heç bir mənzilə su sızması halı baş verməmişdir. ##.##.2024-cü il tarixdə özü və ailə üzvləri evdə olmamış, iddiaçı qəsdən ona məxsus çəni xəbəri olmadan deşərək süni şəkildə zərər yaratmış və sonradan əsassız iddia qaldırmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 mərtəbəli, * saylı evin damında yerləşən, 4-cü blok, 8-ci mərtəbədə yerləşən ** saylı mənzildə yaşayan cavabdeh Cavabdeh məxsus olan su çənindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov ev 3, 3-cü blok, 1-ci mərtəbədə yerləşən, iddiaçı X2 yaşadığı ** saylı mənzilə su sızması, axıdılması halları müəyyən edilməmişdir. Cavabdeh Cavabdeh məxsus ** saylı mənzildə yerləşən su çənində və mənzilin su təchizatı sistemində hər hansı aktiv su sızması və ya nasazlıq müşahidə edilməmişdir. Iddiaçı tərəfindən göstərilən kimi çəndə əvvəllər dəlik olması və bu səbəbdən su sızması baş verməsi barədə məlumat verilsə də, bu halı təsdiq edən hər hansı bir görüntü və ya digər sübut təqdim edilməmişdir. Bu səbəbdən, iddiaçının ** saylı mənzilində aşkarlanmış zədələrin məhz cavabdehə məxsus su çənindən sızma nəticəsində yaranıb-yaranmaması barədə dəqiq qənaətə gəlmək mümkün olmamışdır.

8. Şuşa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Sərdar Mehrəliyev).

9. Birinci instansiya məhkəməsi mübahisə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddia ərizəsindən, iddiaçı tərəfindən təqdim olunmuş materiallardan iş üzrə cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin vurulması müəyyən edilməmişdir. Iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi zərərə məruz qalmasını iddia etsə də, bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir.

10. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1 və 386.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Iddiaçı ünvan 1 ünvanında, 3-cü blok, 1-ci mərtəbədə, cavabdeh Cavabdeh isə həmin ünvanda 4cü blok, 8-ci mərtəbədə yaşayır. Cavabdehin mənzili hündür mərtəbəli yaşayış binasının 8ci mərtəbəsində yerləşdiyi üçün mənzilin içməli su ilə təmin edilməsi məqsədi ilə binanın damına su çəni qoydurmuşdur. Iddiaçı istinad edir ki, həmin çənin deşilməsi və bunun nəticəsində sızan suyun məhz ona məxsus 1-ci mərtəbədə yerləşən mənzilə axması nəticəsində baş vermişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki işin materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərara əsasən müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixdə müvafiq ekspertizanın keçirilməsi barədə qərar qəbul edilmiş, daha Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixdə müvafiq rəy verilmişdir. Həmin rəyə əsasən su sızmanın davam etməsi müəyyən edilməmiş, su xətlərində hər hansı qüsurun olması və su sızmanın səbəbinin müəyyən edilməsi mümkün olmaması bildirilmişdir.

16. Bundan əlavə isə birinci instansiya məhkəməsi tərəfindən də müvafiq məhkəmə ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi ilə su sızmanın faktiki mövcud olmaması, əvvəllər su sızmasını təsdiq edən hər hansı sübut verilməmiş və bunun nəticəsində yekun olaraq səbəbli əlaqənin mövcud olması müəyyən edilə bilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclası zamanı da iddiaçı tərəf əvvəl suyun axıdılmasını qeyd etsə də bunu sübut edən foto, video görüntüləri nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Bu isə onu deməyə bir daha əsas verir ki, su sızmasının mənbəyinin məhz cavabdehin mənzilinin içməli su ilə təmin edilməsi məqsədi ilə binanın damına qoyulmuş su çənindən axıdılması nəticəsində iddiaçıya zərər vurulması ilə bağlı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı da belə halların mövcudluğu öz təsdiqini tapmamışdır.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2 1111-ci, Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88, 372.6, 372.7, 384, və 402-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» ## ### 2012-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

19. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamələr qanuni və əsaslı deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üçün əhəmiyyət kəsb edən hallara lazımi hüquqi qiymət verməmişdir. Iş materiallarında olan sübutlar məhkəmə tərəfindən düzgün və hərtərəfli qiymətləndirilməmiş, sübutlar arasında mövcud ziddiyyətlər aradan qaldırılmamışdır. Məhkəmənin istinad etdiyi ekspert rəyi kifayət qədər əsaslandırılmamış, həmin rəyin mötəbərliyi və işin digər sübutları ilə uyğunluğu lazımi qaydada yoxlanılmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Qanuna əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 28-29).

37. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehin əməli nəticəsində ona zərər dəydiyini sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar