Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1152/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Filialına (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) qarşı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin yolverilməzliyi; qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh ASC və Cavabdeh ASC-nin Abşeron Filialına qarşı “kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmanın etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh ASC-nin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi:
1. Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Filialına (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) qarşı “kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmanın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh ASC və onun Abşeron Filialı tərəfindən “əmək haqqından akseptsiz qaydada tutulmanın dayandırılması, tutulmuş 1279 manat pulun ona geri qaytarılması və ##.##.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh ASC və onun Abşeron Filialı tərəfindən əmək haqqından akseptsiz qaydada tutulmanın dayandırılması, tutulmuş 1279 manat pulun ona geri qaytarılması və ##.##.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. Nəsimi Rayon Məhkəməsinin *(***)****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia tələbinin qismən təmin edilərək, ##.##.2024-cü il tarixli “Birbank cashback debet kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmanın etibarsız hesab edilməsi, həmin razılaşma üzrə iddiaçı İddiaçı Bankın xeyrinə tutulan 1279 (bir min iki yüz yetmiş doqquz) manat məbləğində pulun cavabdeh Cavabdeh ASC-dən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər- İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov, N.Ş.Cəfərov) cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. 5.
6. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli *(*-*)-****/**** nömrəli qərardadı ilə icraata qəbul edimişdir.
7. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdeh Cavabdeh ASC kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
9. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
10. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti qaytarılır.
11. 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
12. Iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilərək, ##.##.2024-cü il tarixli “Birbank cashback debet kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmanın etibarsız hesab edilməsi, həmin razılaşma üzrə iddiaçı İddiaçı Bankın xeyrinə tutulan 1279 (bir min iki yüz yetmiş doqquz) manat məbləğində pulun cavabdeh Cavabdeh ASC-dən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Iş materialları və məhkəmələrin qətnamələri ilə təsdiq edilir ki, iddiaçının iddiası nəticə etibarı ilə cavabdehdən 1279 manat tutularaq ona ödənilməsinə yönəlmiş və iddia həmin hissədə təmin edilmişdir.Həmin məbləğ isə Azərbaycan Respublikasının MPM-in 402.1ci maddəsində nəzərdə tutulmuş 5000 manatdan azdır.
14. Kassasiya şikayəti ilə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində mübahisələndirilir.
15. Belə olan halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan aşağı olduğundan ondan kassasiya şikayəti verilə bilməz.
16. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli qərardadı ləğv edilməli və iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılmaqla apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.