Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1154/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Yevlax Ərazi Idarəsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ondan yaranan hüquqi nəticələrin ləğvi, maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Yevlax Ərazi Idarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. “Torpağa mülkiyyət hüququna dair” JN-690 kod ******** nömrəli Dövlət Aktından görünür ki, Yevlax rayon Aqrar Islahat Komissiyasının ## #### 1999-cu il tarixli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 6,06 ha torpaq sahəsi X8, X2, X5, İddiaçı və X3 ümumi birgə mülkiyyətinə verilmişdir.
2. “Daşınmaz əmlakın alğı-satqısı barədə” ##.##.2006-cı il tarixli müqaviləyə əsasən, X9 və ailə üzvləri mülkiyyətlərində olan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 6,06 ha torpaq sahəsini Məmmədov Qabil Süleyman oğluna **0.423,32 manata (3.600 YAM) satmışlar.
3. Daşınmaza Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2019-cu il tarixli çıxarışa əsasən, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 4,5585 ha kənd təsərrüfatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Məmmədov Qabil Süleyman oğlunun adına qeydə alınmışdır.
4. Daşınmaza Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2019-cu il tarixli çıxarışa əsasən, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Məmmədov Qabil Süleyman oğlunun adına qeydə alınmışdır.
5. Məmmədov Qabil Süleyman oğlu ##.##.2023-cü il tarixdə ölmüşdür.
6. Dövlət Arxivinin Yevlax Filialının ##.##.2022-ci il tarixli, **** saylı arayışından görünür ki, 1991-2005-ci illərə dair təsərrüfatbaşına kitabda iddiaçı İddiaçı və ailə üzvlərinin qeydiyyatda olmalarına dair heç bir məlumat aşkar edilməmişdir.
7. Şəki Inzibati Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, # #### 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı “Avdılar” KFT-nin cavabdehlər Yevlax şəhər Icra Hakimiyyətinə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 publik hüquqi şəxsinin ** saylı Yevlax Ərazi Idarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair” ##.##.1999-cu il tarixli JN-690 kod ******** nömrəli Dövlət aktının ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 publik hüquqi şəxsinin ** saylı Yevlax Ərazi Idarəsinin üzərinə “Torpağa mülkiyyət hüququna dair” ##.##.1999-cu il tarixli JN-690 kod ******** nömrəli Dövlət aktının iddiaçı “Avdılar” KFT-nin mülkiyyətinə verilmiş 50 ha torpaq sahəsi ilə üst-üstə düşən 4,56 ha hissədə ləğv edilməsi öhdəliyi qoyulması qərara alınmışdır. Həmin qərardan görünür ki, JN *** saylı (kod 90100028) dövlət aktının verilməsinə əsas olmuş Yevlax rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarının arxiv nüsxəsi aşkar olunmamışdır.
8. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ####### 2023-cü il tarixli qərarından görünür ki, Şəki Inzibati Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, # #### 2023-cü il tarixli qərarı iddia tələbinin təmin edilməsi hissədə dəyişdirilərək, iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 publik hüquqi şəxsinin ** saylı Yevlax Ərazi Idarəsinin üzərinə “Torpağa mülkiyyət hüququna dair” ##.##.1999-cu il tarixli JN-690 kod ******** nömrəli Dövlət aktının iddiaçı “Avdılar” KFT-nin mülkiyyətinə verilmiş 50 ha torpaq sahəsi ilə üst-üstə düşən 4,56 ha hissədə ləğv edilməsi öhdəliyi qoyulması qərara alınmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəmənin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ***/**** nömrəli, ## ####### 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
10. Daşınmaza Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli çıxarışa əsasən, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 9,4953 ha torpaq sahəsi cavabdeh2 mülkiyyətindədir.
11. Daşınmaza Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli çıxarışa əsasən, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 1,5 ha torpaq sahəsi cavabdeh2 mülkiyyətindədir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
12. Iddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili nümayəndə1 cavabdehlər Məmmədov Qabil Süleyman oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Yevlax Ərazi Idarəsinə (bundan sonra cavabdeh, ** saylı Ərazi Idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2006-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilərək, onun əsasında verilmiş 2109011780 və 2019014755 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, cavabdeh Qabil Məmmədovdan maddi ziyan olaraq əldən çıxmış fayda qismində 46.800 manatın alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində dövlət Aqrar Islahat Komissiyası dövründə iddiaçıya və dörd nəfər ailə üzvlərinə 6,06 ha kənd təsərrüfatı təyinatı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Cavabdeh Qabil Məmmədov qanunsuz olaraq həmin torpaq sahəsindən iddiaçı və ailə üzvlərinə məlumat vermədən # #### 1998-ci il tarixdən istifadə etmiş, həmçinin saxta alğı-satqı müqaviləsinə əsasən torpağı 2109011780 və 2019014755 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestri xidmətində öz adına qeydiyyata aldırmışdır. Belə ki, iddiaçıya 2019-cu ildə məlum olmuşdur ki, adlarına 6,06 ha torpaq sahəsi vardır. Iddiaçı həmin torpaq sahəsinin yeri və koordinatları barədə araşdırma apararkən, ona 2021-ci ilin iyul ayında məlum olmuşdur ki, cavabdeh iddiaçı və ailə üzvləri ilə əlaqəsi olmayan alğı-satqı müqaviləsini daşınmaz əmlakın dövlət reyestri xidmətinə təqdim edərək torpaq sahəsini öz adına özgəninkiləşdirmişdir. Iddiaçı və ailə üzvləri cavabdeh Qabil Məmmədova heç vaxt torpaq satmadıqları üçün, həmin müqavilələrin həqiqiliyi yoxlamaq üçün iddiaçı Yevlax rayon Polis Şöbəsinə müraciət etmişdir. Yevlax rayon Polis Şöbəsi araşdırma aparmış, müvafiq ekspertizalar təyin edilmiş və məlum olmuşdur ki, cavabdeh Qabil Məmmədov saxta alğı-satqı müqaviləsi ilə torpaqları öz adına özəlləşdirmişdir. Yevlax rayon Polis Şöbəsində cavabdeh Qabil Məmmədov barəsində Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət işi başlanmış və müddətin keçməsi əsası ilə xitam verilmişdir. Lakin həmin qərar iddiaçı tərəfindən verilmiş ağır ittihamla cinayət məsuliyyətinə cəlb olunması üçün şikayətinə əsasən ləğv edilərək yenidən istintaqa qaytarılmışdır. Yevlax rayon Polis Şöbəsində cavabdeh Qabil Məmmədovun əməlində daha ağır cinayət əməlinin olub-olmaması araşdırılmış, lakin həmin torpaq sahəsinə olan çıxarış ləğv edilmədiyindən cavabdeh Qabil Məmmədova daha ağır maddə ilə (CM-nin **8.3 kənd təsərrüfat təyinatlı torpaq sahəsini zəbt etmə) cinayət işinin başlanması mümkün olmamışdır. Cinayət işi üzrə həm cavabdeh Qabil Məmmədovun ifadəsi, həm də digər sübutlarla tam sübuta yetirilir ki, cavabdeh Qabil Məmmədov saxta alğı-satqı müqaviləsi ilə onlara məxsus torpaq sahəsini qanunsuz olaraq istifadə edərək özəlləşdirmişdir. Bundan sonra iddiaçı cavabdeh Qabil Məmmədova qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi ilə bağlı Yevlax Rayon Məhkəməsində iddia qaldırılmış və həmin iddia “Avdılar” kəndli (fermer) təsərrüfatının cavabdeh xxxx publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi idarəsinə qarşı (üçüncü şəxslər: X8, X1, X5, İddiaçı və X3) “Torpağa mülkiyyət hüququna dair” ##.##.1999-cu il tarixli, JN-690 (kod ********* nömrəli Dövlət aktının ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinə müraciət etdiyi üçün dayandırılmışdır. Həmin məhkəmələrin yekun qərarına əsasən cavabdeh Qabil Məmmədovun üzərinə “Torpağa mülkiyyət hüququna dair” JN-690 kod ******** nömrəli Dövlət aktının iddiaçı “Avdılar” KFT-nin mülkiyyətinə verilmiş 50 ha torpaq sahəsi ilə üst-üstə düşən 4,56 ha hissədə ləğv edilməsi öhdəliyinin qoyulmuşdur. Bu barədə yekun məhkəmə aktı Ali Məhkəmənin ##.##.2024-cü il tarixli qərarıdır. “Torpağa mülkiyyət hüququna dair” JN-690 kod ******** nömrəli Dövlət aktını hələ də 1,50 ha hissəsi qüvvədədir və həmin qüvvədə olan akta əsasən cavabdeh Qabil Məmmədov saxta alğı-satqı müqaviləsinə əsasən çıxarış əldə etmişdir. Cavabdeh Qabil Məmmədov 1998-ci ilin iyul ayından hal-hazırkı günə kimi onlara məxsus torpaq sahəsindən qanunsuz istifadə edib və qazanc əldə etmişdir. Cavabdeh Qabil Məmmədov ümumiyyətlə torpaq sahəsinin mövcudluğunu onlardan gizlətmişdir. Iddiaçı və ailə üzvlərini həmin torpaq sahəsindən qazanc əldə etməkdən məhrum etmişdir. Iddiaçı və ailə üzvləri həmin torpaq sahəsini kiminsə istifadəsinə ən azından icarəyə versəydilər, hər ay üçün hər 1,50 ha görə 1.050 manat gəlir əldə edərdilər. 1998-ci il iyul ayından 2022-ci ilin iyul ayına kimi 312 ay keçmişdir. 26 x 12=312 x150=46.800). Göründüyü kimi iddiaçıya 46.800 manat maddi ziyan dəymişdir. Bu ziyan həmin dövrlər üçün əldən çıxmış minimum faydadır. Torpaq sahəsi iddiaçı və ailə üzvlərinin istifadəsində olsa idi onlar torpaq sahəsindən daha çox gəlir götürə bilərdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edil dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaq a iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını nəzərə alaraq qeyd etmək olar ki, əqdin etibarsızlığı dedikdə - tərəflərin əqd bağladıqları zamanı arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd əqdlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin(tələbin) olması müəyyən edilmişdir. Bu şərtlər qanunda aşağıdakı kimi müəyyən edilmişdir. a) əqdin subyekt tərkibinə aid edilən şərt, b) əqdin məzmununa aid edilən şərt, c) iradənin ifadə edilməsinə aid edilən şərt, ç) əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir və ondan yaranan nəticə hüquqi əhəmiyyət daşıyır. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur.
14. Iddiaçı iddianın həcminin artırılmasına dair ərizələr verərək, ##.##.2006-cı il tarixli alğısatqı müqviləsinin etibarsız hesab edilməsinə, həmin müqavilə əsasında DƏDRX-nin ** saylı Yevlax Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli və ##.##.2019-cu il tarixli, # ###### 2024-cü il tarixli və ## ###### 2024-cü il tarixli çıxarışların ləğv ediliməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Yevlax Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərardadı ilə, iddiaçı İddiaçı cavabdehlər Qabil Məmmədova və cavabdeh1 X4 ** saylı Yevlax Ərazi idarəsinə alğı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və maddi ziyan ilə bağlı pul tələbinə dair mülki iş üzrə ##.##.2023-cü ildə ölmüş cavabdeh Qabil Məmmədovun onun hüquq varisi cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) ilə əvəz edilməsi qərara alınmışdır.
16. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 iddiaya qarşı etiraz verərək, etirazında göstərmişdir ki, İddiaçı tərəfindən iddia tələbləri mülki Məcəllənin 21, 23, 337-ci maddələri ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.3, 14.4-cü maddələri əsaslandırılmağa cəhd edilmişdir. Aşağıdakı əsaslara görə hesab edirik ki, iddia tələbləri əsassızdır. 2022-ci ildə hazırkı iddia ilə adına olan dövlət reyestrindən çıxarışlar mübahisələndirilən Qabil Məmmədovun qanuni təmsilçisi və rəhbəri olduğu “Avdılar” X11 tərəfindən Şəki Inzibati Məhkəməsində Yevlax şəhər Icra Hakimiyyətinə və Ərazi idarəsinə qarşı iddia qaldıraraq, “Yevlax Rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** nömrəli qərarının X8, İddiaçı, X3, X5 və X2 pay torpağı ayrılması hissəsində və ##.##.1999-cu il tarixli JN 690 kod ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın etibarsız hesab edilməklə ləğv olunması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Inzibati məhkəmə icraatı zamanı Şəki Inzibati Məhkəməsinin e-**(***)****/**** nömrəli, ##.##.2022-ci il tarixli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Xidmətindən, ##.##.2023-cü il tarixli *-*(***)- ***/**** nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Arxivinin Yevlax filialından və Yevlax şəhər Icra Hakimiyyətindən “Torpaq mülkiyyət hüququna dair” ##.##.1990-cu il tarixli JN-690 kod ******** nömrəli Dövlət Aktının verilməsinə əsas olmuş Yevlax Rayon Aqrar islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** nömrəli qərarının təqdim edilməsi xahiş edilsə də, hər üç orqan tərəfindən bu Qərarın arxivdə olmadığı bildirilmişdir. Ərazi idarəsi tərəfindən Qərar məhkəməyə təqdim edilməmişdir. Hətta Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının ##.##.2023-cü il tarixli *-**-*-**/**** nömrəli sorğuya cavab məktubuna əsasən, X8, İddiaçı, X3, X5 və X2 adlarına torpaq sahəsinin olması haqqında heç bir sənəd tapılmamışdır. Beləliklə, işə baxan məhkəmə instansiyaları tərəfindən tam aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, JN-690 kod ******** nömrəli Dövlət Aktının verilməsinə əsas olan Yevlax Rayon Aqrar Islahat Komissiyası ##.##.1998-ci il tarixli ** nömrəli qərarı mövcud deyildir. Bu da JN-690 kod ******** nömrəli Dövlət Aktının mötəbərliyini (həqiqi olmasını) şübhə altına almış və məhkəmələrin qənaətinə görə JN-690 kod ******** nömrəli Dövlət Aktının verilməsinə əsas olan Yevlax Rayon Aqrar Islahat Komissiyası ##.##.1998-ci il tarixli ** nömrəli qərarı mövcud olmadığından həmin dövlət aktı qanunsuz hesab edilmişdir (məhkəmə qərarlarının surətləri əlavə edilir). Sadəcə JN690 kod ******** nömrəli Dövlət Aktı ilə iddiaçı İddiaçı və digərlərinə “Ayrılmış” torpaq sahəsinin “Avdılar” KFT-nin mülkiyyətinə verilmiş 50 ha torpaq sahəsi ilə üstüstə düşən hissəsi 4.56 ha olduğundan, həmin Dövlət aktı yalnız bu hissədə ləğv edilmişdir. Bundan əlavə məhkəmənin diqqətinə təqdim etmək istərdik ki, “Aqrar Islahatların əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasını və müxtəlif növlü təsərrüfatların yaradılm##.##.2023-cü il tarixli asını aqrar islahatların əsas istiqamətləri kimi təsbit etmişdir. “Torpaq islahatı haqqında” ## #### 1996-cı il tarixli ***-IQ nömrəli qanunun 12-ci və “Sovxoz və kolxozların islahatı haqqında” ## ###### 1995-ci il tarixli, *** nömrəli Qanunun 3-cü maddəsinə görə sovxoz və ya kolxoz əmlakından pay almaq hüququ olan subyektlərin dairəsi aşağıdakı kimi müəyyənləşdirilmişdir. Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; Bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; Sovxoz və kolxozlarda təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; Sovxoz və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Halbuki, iddiaçı İddiaçı və JN-690 ******** nömrəli Dövlət Aktında adları qeyd edilən digər şəxslər bu meyarların heç birinə uyğun gəlmirlər. Hazırkı etiraza əlavə edilmiş məhkəmə qərarlarında da istinad edilmiş aşağıdakı sənədlər də iddiaçının JN-690 ******** nömrəli Dövlət Aktında adları qeyd edilən digər şəxslərin kolxoz ərazisindən pay torpağı almaq səlahiyyətlərinin olmamasını bir daha təsdiq edir. Dövlət Arxivini Yevlax filialının ##.##.2022-ci il tarixli və ##.##.2023-cü il tarixli Arxiv məktublarda deyilir ki, Yevlax Rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** nömrəli Qərarı müəyyən edilməmişdir. Yevlax RIHB-nin Qoyunbinəsi KIƏD üzrə nümayəndəliyinin 1991-2005-ci illərə dair təsərrüfatlaşma kitablarında X8 və qeyrilərinin qeydiyyatda olmasına dair məlumat yoxdur. Yevlax RIHB-nın Qoyunbinəsi KIƏD üzrə nümayəndəliyinin ##.##.2022-ci il tarixli məktubda deyilir ki, X8, İddiaçı, X3, X5 və X2 həmin kənddə qeydiyyatda olmamışlar. X3 2014-cü ildən həmin ünvanda daimi qeydiyyatda olmamaqla yaşayır. Həmin şəxslərə məxsus pay torpağından “Avdılar” KFT istifadə edir. Nəhayət, iddiaçının Şəki Inzibati Məhkəməsində və indiki iddia ərizəsində istinad etdiyi aparılan istintaq zamanı verdiyi izahat və ifadələr də bir daha onun və digərlərinin pay torpağı almaq hüquqlarının olmadığını təsdiq edir. Belə ki, İddiaçı heç vaxt K.Marks kolxozunun ərazisində yaşamadığını, orada işləmədiyini qeyd etmişdir. Göründüyü kimi İddiaçı hazırda mübahisələndirilən çıxarışlardakı daşınmaz əmlak üzərində mülkiyyət hüquqları hər hansı mötəbər sübutla müəyyən edilmir.
17. Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddiaçı İddiaçı iddia tələbinin ##.##.2006-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə iddia müddətini tətbiq etməklə həmin hissənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Yevlax Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)- **/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Qalib Paşayev) iddia tələbi rədd edilmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçının hazırkı iddianı verməsi üçün subyektiv hüququnun olduğu müəyyən edilməmişdir.
20. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirirək, qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
21. Məhkəmə iddianın maddi ziyan (əldən çıxmış fayda) tələbinə dair hissəsinə qiymət verərkən hesab etmişdir ki, iddiaçı tərəfindən iddianın həmin hissədə əsaslılığına dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia həmin hissədə əsaslı hesab edilə bilməz.
22. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
23. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni yalnız bir cümlə ilə, yəni belə əsaslandırmışdır ki, “beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçının hazırkı iddianı verməsi üçün subyektiv hüququnun olduğu müəyyən edilməmişdir.” Hesab edir ki, məhkəmənin işə bu cür yanaşması tamamilə qanunsuz, əsassız və absurddur. Sırf subyektiv hüququn olmaması əsası ilə iddianın rədd edilməsi qətiyyən qəbul edilən deyildir. Işdə olan ##.##.2006-cı il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, X9 və ailə üzvləri mülkiyyətlərində olan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 6,06 ha torpaq sahəsini Qabil Məmmədova satmışlar. Onun hazırkı iddia tələbinin ilk əsası – kökü də məhz həmin müqavilənin etibarsızlığı ilə bağlıdır. Mülkiyyətində olan torpaq sahəsinin satılmasına dair, onun şəxsən tərəf olduğu bir müqavilənin mübahisələndirilməsi zamanı necə onun subyektiv hüququ olmaya bilər?! O məhz onun mülkiyyətində olan torpaq sahəsi ilə bağlı mübahisə açır. O məhz tərəf olduğu bir müqaviləni mübahisələndirir. Bu halda necə onun subyektiv hüququ olmaya bilər?! Hazırkı iddianı qaldırmağa onun tam şəkildə subyektiv hüququ vardır. Hesab edir ki, iddia tələbinin ilk hissəsi, yəni müqavilənin etibarsızlığı tam əsaslıdır. Bu hallar məhkəmə istintaqı zamanı da, işdə olan sənədlərlə də tam sübut olunmuşdur. Işdə olan Yevlax Rayon Polis Şöbəsinin Istintaq bölməsinin müstəntiqi, R X6 ******** saylı cinayət işi üzrə # ####### 2023-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, X7 əməlində AR CM-nin 320.1 və 320.2-ci maddələrinin tərkib əlamətləri olmasına baxmayaraq onun törətdiyi cinayət əməli üzrə cəlbetmə müddəti keçdiyindən və öldüyünə görə cinayət işi üzrə icraata AR CPM-nin 39.1.3 və 39.1.5-ci maddələrinə əsasən, xitam verilmişir”. Göründüyü kimi həmin qərarla Tofiq Məmmədovun əməlində cinayət tərkibinin olduğu sübut edilmişdir. Həmin qərarın verilməsinə əsas olmuş (qərarda öz əksini tapmış) məhkəmə-xətşünaslıq ekspertizasının ## ######## 2021-ci il tarixli */**** saylı ekspert rəyindən görünür ki, mübahisəli alğı-satqı müqaviləsində olan imzalar və xətlər onun və ailə üzvləri tərəfindən icra edilməmişdir. Həmin qərarda göstərilmişdir ki, “X8, X2, X5, İddiaçı və X3 məxsus olan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 6,06 ha torpaq sahəsinin Qabil Məmmədova satılmasına dair onların arasında bağlanmış və ## ###### 2006-cı il tarixdə notarial qaydada təsdiqlənmiş ## ###### 2006-cı il tarixli 4Ə-1-** reyestr nömrəli alğı-satqı müqaviləsi saxtalaşdırılmışdır.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, mübahisələndirilən alğı-satqı müqaviləsinin saxta olması tam sübut olunur. Belə olan halda, həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Alğı-satqı müqaviləsi etibarsız hesab edildiyi halda da onun əsasında verilmiş bütün çıxarışlar da ləğv olunmalıdır. Alğı-satqı müqaviləsi etibarsız hesab olunaraq onun əsasında verilmiş çıxarışlar ləğv olunduğu təqdirdə isə onun maddi ziyanla bağlı iddiası da əsaslı olur ki, o da tam həcmdə təmin olunmalıdır.
25. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Elman Isayev (sədrlik edən və məruzəçi) Taleh Musayev və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 373.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarına və habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 2**.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
28. Qətnamədən iddiaçı (vəkil nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni yalnız bir cümlə ilə, yəni belə əsaslandırmışdır ki, “beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçının hazırkı iddianı verməsi üçün subyektiv hüququnun olduğu müəyyən edilməmişdir”. Hesab edir ki, məhkəmənin işə bu cür yanaşması tamamilə qanunsuz, əsassız və absurddur. Sırf subyektiv hüququn olmaması əsası ilə iddianın rədd edilməsi qətiyyən qəbul edilən deyildir. Işdə olan ##.##.2006-cı il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, X9 və ailə üzvləri mülkiyyətlərində olan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 6,06 ha torpaq sahəsini Qabil Məmmədova satmışlar. Onun hazırkı iddia tələbinin ilk əsası – kökü də məhz həmin müqavilənin etibarsızlığı ilə bağlıdır. Mülkiyyətində olan torpaq sahəsinin satılmasına dair, onun şəxsən tərəf olduğu bir müqavilənin mübahisələndirilməsi zamanı necə onun subyektiv hüququ olmaya bilər?! O, məhz onun mülkiyyətində olan torpaq sahəsi ilə bağlı mübahisə açır. O, məhz tərəf olduğu bir müqaviləni mübahisələndirir. Bu halda necə onun subyektiv hüququ olmaya bilər?! Hazırkı iddianı qaldırmağa onun tam şəkildə subyektiv hüququ vardır. Hesab edir ki, iddia tələbinin ilk hissəsi, yəni müqavilənin etibarsızlığı tam əsaslıdır. Bu hallar məhkəmə istintaqı zamanı da, işdə olan sənədlərlə də tam sübut olunmuşdur. Işdə olan Yevlax Rayon Polis Şöbəsinin Istintaq bölməsinin müstəntiqi, R X6 ******** saylı cinayət işi üzrə # ####### 2023-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, X7 əməlində AR CM-nin 320.1 və 320.2-ci maddələrinin tərkib əlamətləri olmasına baxmayaraq onun törətdiyi cinayət əməli üzrə cəlbetmə müddəti keçdiyindən və öldüyünə görə cinayət işi üzrə icraata AR CPM-nin 39.1.3 və 39.1.5-ci maddələrinə əsasən, xitam verilmişdir”. Göründüyü kimi həmin qərarla Tofiq Məmmədovun əməlində cinayət tərkibinin olduğu sübut edilmişdir. Həmin qərarın verilməsinə əsas olmuş (qərarda öz əksini tapmış) məhkəmə-xətşünaslıq ekspertizasının ## ######## 2021-ci il tarixli */**** saylı ekspert rəyindən görünür ki, mübahisəli alğı-satqı müqaviləsində olan imzalar və xətlər onun və ailə üzvləri tərəfindən icra edilməmişdir. Həmin qərarda göstərilmişdir ki, “X8, X2, X5, İddiaçı və X3 məxsus olan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 6,06 ha torpaq sahəsinin Qabil Məmmədova satılmasına dair onların arasında bağlanmış və ## ###### 2006-cı il tarixdə notarial qaydada təsdiqlənmiş ## ###### 2006-cı il tarixli 4Ə-1-** reyestr nömrəli alğı-satqı müqaviləsi saxtalaşdırılmışdır.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, mübahisələndirilən alğı-satqı müqaviləsinin saxta olması tam sübut olunur. Belə olan halda, həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Alğı-satqı müqaviləsi etibarsız hesab edildiyi halda da onun əsasında verilmiş bütün çıxarışlar da ləğv olunmalıdır. Alğı-satqı müqaviləsi etibarsız hesab olunaraq onun əsasında verilmiş çıxarışlar ləğv olunduğu təqdirdə isə onun maddi ziyanla bağlı iddiası da əsaslı olur ki, o da tam həcmdə təmin olunmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
31. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
32. Maddə 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X17 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur.
33. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
34. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
37. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
38. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
39. Maddə 373.2 müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
40. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
41. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
42. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4**.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
54. Maddə 4**.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
59. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində, əqdin aldadılmaqla bağlanmasının hüquqi əsası isə Mülki Məcəllənin 339.2-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
60. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırkı qərarın 26-cı paraqraflarında qeyd olunan şəkildə əsaslandırmışdır.
61. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
62. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
63. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.